Çin Qərbin xüsusi bacarıqlara malik hərbi istedadlarını ələ keçirməyə çalışır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktorunun Ofisi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Çin Qərb hərbi pilotlarının bilik və bacarıqlarını mənimsəmək, bu bacarıqları öz pilotlarının səriştəsi ilə birləşdirmək üçün xüsusi özəl şirkətlər təsis edib. Bu şirkətlər Qərb hərbi pilotlara, eləcə də keşmiş pilotlara böyük, fantastik maaş, hərtərəfli imtiyazlar vəd edir, çoxlu sayda cəlbedici təkliflər irəli sürür. Məqsəd Qərb hərbi pilotlarında Çinlə əməkdaşlığa maraq yaratmaq, onları bu əməkdaşlığa şirnikləndirməkdir.
ABŞ kəşfiyyatı Qərb hərbi pilotlarını ehtiyatlı olmağa, Çinlə əməkdaşlıq etməməyə çağırır. Məlumatda qeyd edilib ki, Çin bununla həm də Qərb pilotlarının taktikasına daha yaxından bələd olmaq niyyətindədir.
Seymur ƏLİYEV