“Avropada məskunlaşan soydaşlarımız az qala qorxa-qorxa salamlaşır”
Cəmiyyət
Oxunub: 4295
12 May 2015 | 15:45
“Avropada məskunlaşan soydaşlarımız az qala qorxa-qorxa salamlaşır”
Moderator.az xəbər verir ki, barəsində açılmış qondarma cinayət işinə görə Almaniyada yaşamağa məcbur olan tanınmış hüquqşünas, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Azərbaycanı tərk etməyə məcbur olan soydaşlarımız və onlara burada bəslənilən yanlış münasibətlə bağlıə maraqlı fikirlər səsləndirib:

"Son günlər Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ”“ xüsusilə son illərdə ölkəni tərk edərək, Avropada məskunlaşan şəxslər haqqında mediada geniş müzakirələr aparılır, məşğul olduğumuz işlərlə bağlı çox vaxt yanlış təsəvvürlər yaradılmağa cəhd edilir. Müzakirələrin hələ də gündəmdə olmasını nəzərə alaraq, məşğul olduğum sahə - miqrasiya ilə bağlı bəzi nüansları nəzərinizə çatdırmaq istəyirəm. 
Miqrasiya hazırda dünyada ən aktual mövzulardan biridir və inkişaf etmiş ölkələrdə miqrasiyadan faydalanmaqla ölkənın daha sürətli inkişafına nail olmaq prioritet məsələlərdəndir. ABŞ, Kanada, Avstraliya, bəzi Avropa və Asiya ölkələri, İsrail, hətta Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin sürətli iqtisadi inkişafları həm də immiqrasiya proseslərinin tənzimlənməsi və müxtəlif ixtisasa malik miqrantlardan faydalanmaq bacarmaqları ilə sıx bağlıdır. Həmin ölkələrin bu gün həm də dünya siyasətinə təsir imkanları da göz qabağındadır. 
Mən Azərbaycanda məskunlaşan miqrantlara Azərbaycan Respublikasında olan münasibət haqqında çox yazmışam. Bu qeydlərim xaricdə-xüsusilə Avropada məskunlaşan soydaşlarımıza və həmvətənlərimizə Azərbaycan Respublikasının münasibəti haqqındadır. Bəzi ölkələrin xaricdə yaşayan həmvətənlət və soydaşlarla bağlı mükəmməl dövlət siyasəti mövcuddur. Yəhudi diaspor təşkilatlarının bugünkü uğurları da məhz bununla əlaqədardır. Onlar bu sahədə din xadimlərinin də nüfuzundan zaman-zaman istifadə edirlər. Yəni diasporun inkişafına bir qayda olaraq həm də ruhani təşkilatlarını hansısa formada cəlb edirlər. Dünyada daha güclü diaspor təşkilatlarına malik olan yəhudi icmalarının və ya diaspor təşkilatlarının gücü də birbaşa effektli diaspor siyasəti ilə bağlıdır. Həmin siyasətə görə, İsrail yəhudilərə harada yaşamasından asılı olmayaraq, sadələşdirilmiş qaydada öz vətəndaşlığıni verir və həmin şəxslərin hər birində tarixi vətənlərinə münasibətdə sevgi hisləri yaradır, dövlətlə həmin şəxslər arasında hüquqi və siyası bağlılığın yaranmasına nail olurlar. Sonda da həmin şəxslər ərazisində məskunlaşdıqları ölkələrin siyasətinə İsrailin xeyrinə təsir göstərməyə maraqlı olurlar. Oxşar diaspor siyasəti hazırda Ermənistanda da mövcuddur. Bu yaxınlarda Ermənilərin Avropada təşkil etdikləri tədbirlər zamanı diaspor təşkilatlarının gücünün, başqa ölkələrin və beynəlxalq təşkilatlara təsirinin bir daha şahidi olduq. 
Azərbaycanda olduğum zaman diaspor təşkilatları ilə bağlı mətbuatda dərc olunan məlumatları oxuduğum və ya verilişləri seyr etdiyim zaman xaricdə xüsusilə Avropada normal diaspora təşkilatlarının mövcud olmasını zənn edirdim. Lakin son bir il ərzində Avropada olduğum müddətdə diaspor təşkilatlarının əslində, mövcud olmadığının və ya görünməz olduğunun şahidi oldum. Hətta bu təşkilatlar olsa da, onlar Avropaya inteqrasiya olunmuş soydaşlarımızıin bir araya gətirilməsinə nail olmaqdan daha çox, soydaşlarımız arasında intriqa salaraq onların birliyinə xələl gətirməyə meyl göstərirlər. Bəlkə də bu siyasətin nəticəsidir ki, Avropada məskunlaşan soydaşlarımız və ya həmvətənlərimiz az qala qorxa-qorxa biri-digəri ilə salamlaşır, biri digərindən ehtiyatla dolanmağa üstünlük verir ki, bu da təşkilatlanmaq üçün ziyanlı vəziyyətdir.
Bu təbii ki, həmin şəxslərin şəxsiyyətindən daha çox Azərbaycanın Avropada məskunlaşan miqrantlara münasibətinin nəticəsidir. Avropada məskunlaşan şəxslərə pis münasibət ilk növbədə hakimiyyətin apardığı siyasətlə çox aydın ifadə olunmaqdadır. Son illər xaricdə yaşayanlara münasibət hakimiyyətin davamlı olaraq qanunvericiliyi sərtləşdirməsi, iki və daha çox vətəndaşlığı olan şəxslərin vətəndaşlıqdan imtina etmək kimi tələblərini əsaslandıran dəyişikliyə üstünlük verməsindən də görünür. Bəzi mərkəzi icra hakimiyyəti orqanlarının istəyinə uyğun olaraq miqrasiya qanunvericiliyində edilən dəyişiklik təbii ki, soydaşlarımızın Azərbaycanla siyasi və hüquqi bağlılığına birtərərfli qaydada xitam verir, bu da insanların Azərbaycana olan maraqlarınının azalmasına gətirib çıxarır. Əslində xaricdə məskunlaşan soydaşlarımız və həmvətənlərimiz doğulduqları Azərbaycanla münasibətlərini qoruyub saxlamağa, onun inkişafına dəstək vermək və yaxud onun inkişafı naminə hazırda vətəndaşı olduğu ölkənin siyasətində Azərbaycanın xeyrinə təsir göstərmək gücünə malikdir və buna çox maraqlıdırlar. Lakin, təəssüf ki, Avropada yaşayanlara münasibət onların Azərbaycana -tarixi vətənlərinə olan münasibətinə görə deyil, onları siyasi baxışlarına ,ayrı-ayrı siyasi liderlərə olan münasibətə görə müəyyən edilir.
Eyni zamanda mətbuat və QHT təmsilçilərinin münasibəti də Avropada məskunlaşanlara qarşı normal deyil. Ölkəni tərk edənlər haqqında əsassız “təhqiqatlar” aparılır, xaricdə məskunlaşma səbəbləri “araşdırılır”, həmin şəxslərin hakimiyyətə münasibəti aidiyyəti olmayan şəxslər və qurumlar tərəfindən təhlil mövzusuna çevrilir, bəzilərinin özlərinin icazəsi olmadan onlar haqqında şəxsi məlumatlar KİV-lərdə işıqlandırılır, ölkəni istənilən səbəbdən tərk edərək Avropaya gedənlərin gözdən salınması istiqamətində lazımsız işlər aparılır.
Əslində, KİV əməkdaşları və ictimai sektor təmsilçiləri diqqətini Avropaya emmiqrasiya edənlərdən daha çox Türkiyəyə, İrana, Birləşmiş Ərəb Əmirliklərinə, Rusiya Federasiyasına və digər ölkələrə mövsümi əməkçı miqrant adı ilə gedərək insan alveri, məcburi əmək, fahişəliyə cəlb etmə cinayətlərinin qurbanına çevrilənlərin bu vəziyyətə düşmə səbəblərinə cəlb etsə məncə daha yaxşı olar.
Bundan o qədər də az zərərli olmayan - sonu dini ekstrizmə və terrora aparan İslam ölkələrində davam edən və bu gün terror qruplaşmalarına qoşulma hallarına səbəb olan plansız və nəzarətsiz “təhsil proqramlarına” hakimiyyətin, ictimai sektorun və KİV-lərin diqqət ayırmasını da çox vacib hesab edirəm.
Azərbaycan Respublikasını tərk edənlərə dodaq büzən dostların da diqqətinə bəzi məsələləri çatdırmaq istəyirəm: İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyana dair 4 saylı Protokolun ikinci maddəsinə görə, hər kəsin hərəkət etmək azadlığı var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Eyni zamanda heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz.
Azərbaycan Respublikasının qanunvericiliyində də bu azadlıqlar eyni qaydada nəzərdə tutulub.
Bundan başqa daimi yaşadığı ölkədə irqi, dini və vətəndaşlıq mənsubiyyətinə görə, bundan başqa müəyyən sosial qrupa mənsubiyyətinə və siyasi əqidəsinə görə həyatları və azadlıqları üçün təhlükə olan, və ya əsaslı təhlükənın olması ehtimal olunan halda hər kəsin ərazisinə birinci daxil olduğu ölkədə sığınacaq üçün müraciət etmək hüququ var.
Hakimiyyətdə və ya müxalifətdə olmağından asılı olmayaraq, hər birimiz xaricdə, o cümlədən dünya siyasətinə təsir gücündə olan Avropada məskunlaşan soydaşlarımızın və həmvətənlərimizin müvafiq ölkələrdə qanuni əsaslarla məskunlaşmasına, onların məskunlaşdıqları ölkənin siyasi və iqtisadi həyatına təsir göstərmək imkanına malik mövqe tutmasına yardımçı olmalıyıq. Yalnız bu prinsip gələcəkdə həmin ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərə öz töhfəsini verə bilər. 
Çox böyük pullar xərcləməklə eyni şəxsləri müxtəlif ölkələrə daşımaq, eyni şəxslərin iştirakı ilə müxtəlif ölkələrdə görüntü xətrinə tədbirlərin keçirilməsi təşkilatlanma hesab edilə bilməz.
Oxşar xəbərlər
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO