Qadın gənc oğlanla otelə getdi, gecə nəşələndi, intim görüntüləri ilə... - Şok təfərrüat
Cəmiyyət
Oxunub: 2220
06 Jun 2024 | 09:16
Qadın gənc oğlanla otelə getdi, gecə nəşələndi, intim görüntüləri ilə... - Şok təfərrüat
Quba rayonunda 1993-cü il təvəllüdlü Elçin intim münasibətdə olduğu Səbinəni (adlar şərti verilib – red.) şantaj edib.
 
Elçin 2020-ci il ilin avqust ayında Quba şəhərində tanış olaraq müxtəlif tarixlərdə görüşdüyü həmyerlisi Səbinəyə onunla cinsi əlaqədə olması və narkotik qəbul etməsini mobil telefonla gizlicə çəkdiyini bildirib.
 
O, həmin videogörüntüləri Səbinənin qohumlarına və tanışlarına göstərərək yayacağını deyib.
 
Barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2020-ci il oktyabrın əvvəllərindən başlayaraq 16 mart 2021-ci ilədək olan müddət ərzində müxtəlif günlərdə ondan 8000 manat məbləğində pul alıb.
 
Bundan başqa, Elçin məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 0,243 qramdan artıq çəkidə kustar üsulla hazırlanmış psxiotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlayıb.
 
“Yaxın münasibətimiz yarandı”
 
İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2020-cilin avust ayının əvvəllərində Səid adlı tanışı ona Səbinəyə məxsus mobil nömrəni verib və onunla əlaqə saxlayaraq danışa biləcəyini deyib: “Mən də Səbinə ilə əlaqə saxladım və onunla tanış oldum. Daha sonra Səbinə ilə yaxın münasibətlərimiz yarandı.
 
İlk dəfə 9 avqust 2020-ci ildə görüşüb, Quba rayon ərazisində yerləşən Dəvədabanı restoranına getdik. Səbinə ilə həmin restoranda gecələdik. Onunla öz razılığı əsasında cinsi əlaqədə oldum. Bundan sonra yaxın münasibətimiz yarandı, tez-tez görüşdük”.
 
“Patıdan istifadə etdik”
 
Təqsirlədirilən şəxs qeyd edib ki, Səbinə ilə 2020-ci il oktyabrın sonlarında Nabranda yerləşən “Sunset” istirahət mərkəzinə gediblər: “Biz orada gecələdik və öz razılığı əsasında Səbinə ilə cinsi əlaqədə oldum.
 
Həmin zaman mən “patı” kimi tanıdığım psixotrop maddə metamfetamin istifadə etdim. Səbinə də patı istədi. Ona həmin maddəni falqanın üzərində yandıraraq istifadə etməsini təşkil etdim. Bundan sonra Səbinə ilə münasibətlərim daha da yaxınlaşdı”.
 
“Pulu borc kimi götürmüşəm”
 
Elçinin sözlərinə görə təxminən 2020-ci ilin avqust ayından etibarən 2020-ci ilin dekabr ayının sonlarına kimi olan müddətdə 7 dəfə Səbinə ilə bir yerdə gecələyib, onun öz razılığı ilə cinsi əlaqədə olublar:
 
“Bir müddət sonra Səbinə ilə fikrim ciddiləşdi. Evlənmək istədiyim üçün 2020-ci ilin noyabrında onu yaşadığım evə apararaq anam Səyyarə ilə tanış etdim. 2020-ci il oktyabrın əvvəllərində Səbinədən borc pul istədim. İlk olaraq 500 manat, daha sonra təxminən 2000 manat borc pul götürdüm. Sonuncu dəfə 2021-ci il martın 16-da 260 manat məbləğində borc pul aldım. 2020-ci ilin oktyabrından 16 mart 2021-ci ilədək olan müddətdə Səbinədən təxminən 5000-6000 manat borc almışam. Pulları müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə götürdüyüm üçün konkret olaraq hansı məbləğdə, hansı tarixlərdə pul götürdüyümü xatırlamıram. Pulu adətən onun iş yerinin qarşısında götürürdüm. Səbinəyə ehtiyaclarımın olduğunu deyərək qaytarmaq şərti ilə borc pul almışam”.
 
“Onu rüsvay edəcəyimi bildirdim”
 
Elçin qeyd edib ki, 19 mart 2021-ci ildə ehtiyacı yarandığından Səbinəyə yazaraq 300 manat borca pul istəyib: “Lakin Səbinə pulunun olmadığını bidirəndə ona birlikdə cinsi əlaqədə olduğumuz və narkotik istifadə etdiyimiz zaman çəkdiyim videogörüntüləri, şəkilləri yayacağımı, onu rüsvay edəcəyimi dedim. Səbinə mənə 300 manat pul tapıb verə biləcəyini söylədi. Pulu götürmək üçün tanışım Valeh adlı şəxsi onun yanına göndərddim.
 
Valehlə gələn polis əməkdaşları məni şöbəyə gətirdilər. Yolda polislər məndən üzərimdə narkotik vasitə olub-olmadığını soruşdular. İstifadəçi olduğum üçün üzərimdə narkotik vasitə olduğunu bildirdim”.
 
“Məndə heç bir video və ya şəkil olmayıb”
 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, 2020-ci ilin oktyabrında Səbinədən 3800 manat məbləğində pul götürüb: “Həmin pulu maşın sexi açmaq üçün götürmüşdüm. Bu barədə Səbinəyə heç nə deməmişdim. Sadəcə, pulun şəxsi işlərimə lazım olduğunu bildirmişdim.
 
Bir dəfəyə ondan 2000, sonra da az-az olmaqla 800 manat pul götürmüşəm. Sonralar da ondan şəxsi ehtiyaclarım üçün müxtəlif məbləğlərdə pul almışam. Səbinədən götürdüyüm pulun ümumilikdə təxmini məbləği 5000-6000 manat olardı. Hamısını qaytarmaq şərti ilə borc almışdım.
 
Səbinənin dediyi şantajı yalnız 19 mart 2021-ci ildə etmişəm. Həmin gün Səbinəyə telefonda hədə-qorxu gələrək ona məxsus mobil telefondan qohum və tanışlarının nömrələrini götürdüyümü, həmin nömrələrin hamısına mənimlə birlikdə olduğu vaxt çəkdiyim əxlaqsız videogörüntüləri, şəkilləri göndərəcəyimi və onu rüsvay edəcəyimi bildirmişəm. Bunu etməmək üçün ondan 300 manat pul istəmişəm.Səbinəyə onu rüsvay edəcəyimi bildirsəm də, məndə heç bir video və ya şəkil olmayıb. Sadəcə onu qorxutmaq istəmişəm.Səbinə ilə birlikdə istifadə etdiyimiz metamfetamini Bakı şəhərində tanımadığım şəxslərdən almışam”.
 
“Mənə narkotik təklif etdi”
 
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, 2020-ci ilin avqust ayının əvvəllərində tanışı Səid vasitəsi ilə Elçinlə tanış olub: “Bir neçə gün telefonla əlaqə saxladıqdan sonra onunla səmimi münasibətlərimiz yarandı. 9 avqust 2021-ci ildə axşam saatlarında Quba şəhəri ərazisində görüşdük. Gecəni restorandakı otaqlardan birində qaldıq. Öz razılığımla cinsi əlaqədə olduq.
 
Bundan sonra daha yaxın münasibətlərimiz yarandı, mütəmadi görüşməyə başaldıq. 2020-ci ilin oktyabrında Nabrandakı “Sunset” istirahət mərkəzində otaqda spirtli içki qəbul etdik. Elçin qaldığımız otaqda narkotik qəbul etdi. O, mənə ağ rəngli maddəni göstərərək, bunun patı, yəni narkotik olduğunu və yaxşı əhval verəcəyini bildirdi. Mənə də çəkməyi təklif etdi, razılaşdım.
 
Daha sonra Elçin maddəni falqanın üzərinə tökdü, altından alışqanla yandırdı və birlikdə tüstüsünü qəbul etdik. Yadımda qaldığı qədəri ilə üç dəfə Elçinlə birlikdə narkotik qəbul etmişəm”.
 
“Ailə quracağımızdan arxayın oldum”
 
Zərərçəkmiş qeyd edib ki, Elçin onu 2020-ci ilin noyabrında Xaçmaz şəhərində yerləşən evlərinə, ailə üzvləri ilə tanışlığa aparıb və anası onların evlənəcəyini deyib:
 
“2020-ci il oktyabrın əvvəllərində Elçin mənə ilk öncə Bakı şəhərində, daha sonra Qusar rayonunda maşın təmiri üçün yer açmaq istədiyini, daha sonra isə maşın təmiri yerini Quba rayonunda açaraq mənə daha yaxın olmağı arzuladığını bildirdi. Bunun üçün 500 manat borc pul verməyimi xahiş etdi. Mən də 500 manat pulu hazırda xatırlamadığım tanışlarımdan borc alaraq Elçinə verdim.Bir neçə gün sonra o, maşın təmiri üçün açacağı yerə alətlər almalı olduğunu, bunun üçün 250 manata ehtiyac yarandığını dedi. Yenidən 250 manat tapıb Elçinə verdim. Bir neçə gündən bir məndən öz işləri üçün pul lazım olduğunu bildirdi və 2020-ci ilin oktyabrın sonlarına kimi dəqiq xatırlamadığım tarixlərdə və məbləğlərdə olmaqla məndən ümumilikdə 2000 manat götürdü.Mən həmin pulu Elçinə verən zaman ailə quracağımıza arxayın idim. Borc pulu bu məqsədlə Elçinə verirdim”.
 
“Daha sənə veriləcək pulum yoxdur”
 
Səbinənin ifadəsinə görə, 2020-ci ilin oktyabr ayının sonlarında Elçin ondan yenidən pul istəyib:
 
“Ona özümün borucumun olduğunu, bu səbəbdən daha ona pul verə bilməyəcəyimi bildirdim. O mənə “tez ol mənim üçün pul tap, mənə pul tapmalısan” söylədi. Ona rədd cavabı verdim. Elçin işi olduğunu dedi, götürdüyü borcu qaytaracağına söz verdi. Elçinə təkrar pul tapa bilməyəcəyimi söylədim.Elçin mənə “səninlə xoş danışdım” dedi. Bildirdi ki, əgər pul tapıb verməsəm, birlikdə olanda çəkdiyi əxlaqsız videogörüntü və şəkilləri telefonumdan götürdüyü nömrələrə göndrərək məni rüsvay edəcək.“Şəxsi işimiz kimin nəyinə lazımdır” deyəndə Elçin mənə birlikdə narkotik istifadə etdiyimiz zaman çəkdiyi videogörüntünün də onda olduğunu söylədi. “Tanıdığın insanlar sənin narkotikdən istifadə etdiyini bilsə, sənə necə baxacaqlar” deyə mənə hədə-qorxu gəldi.Öncə dediklərini ciddiyə almasam da, Elçin mənə “kimə arxayın olub belə danışırsan, gəlib sümüklərini qıraram” söylədi. Bundan sonra Elçinin həqiqətən ciddi hədə-qorxu gəldiyini anladım. Qorxub onun dediklərinə razı oldum və ona pul tapacağıma söz verdim”.
 
"Pul tapa bilməyəcəyimi düşündüm"
 
Zərərçəkmiş qeyd edib ki, tanışı Fatimədən nisyə qızıl-zinət əşyaları götürüb və 680 manata sataraq həmin pulu Elçinə verib: “O, məni yenidən şantaj edərək pul istədi. Bu minvalla məndən 2020-ci ilin oktyabrın sonlarından 16 mart 2021-ci ilədək olan müddətdə xatırlamadığım tarixlərdə və məbləğlərdə ümumilikdə 6000 manat pul götürdü.
İlk götürdüyü 2000 manatla birlikdə Elçin məndən 8000 manat məbləğində pul aldı. 18 mart 2021-ci ildə telefonuma təhqiredici SMS mətnləri göndərdi. Daha onun dediklərinə dözə bilmədim. Bu səbədən polisə müraciət etmək istədim.
 
Martın 19-da səhər saatlarında Elçin zəng edərək saat 12-yə kimi ona 300 manat verməli olduğumu bildirdi. Elçinin istədiyi pul tapa bilməyəcəyimi düşündüm. Buna görə polisə ərizə ilə şikayət etdim”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elçin 8 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Teleqraf/com)
Oxşar xəbərlər
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:06
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
02 Oct 2024 | 10:42
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
02 Oct 2024 | 12:57
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
02 Oct 2024 | 10:50
Dərmandan şoka düşərək öldü
02 Oct 2024 | 10:30
Tanınmış aparıcıya vəzifə verildi
02 Oct 2024 | 10:23
Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:06
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
02 Oct 2024 | 10:42
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
02 Oct 2024 | 12:57
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
02 Oct 2024 | 10:50
Dərmandan şoka düşərək öldü
02 Oct 2024 | 10:30
Tanınmış aparıcıya vəzifə verildi
02 Oct 2024 | 10:23
Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir