Mirzə Sakitdən sakit olmayan açıqlamalar...
Müsahibə
Oxunub: 2340
06 May 2015 | 12:06
Mirzə Sakitdən sakit olmayan açıqlamalar...

Avropa səfərimin ilk böyük sarsıntısını onların evində yaşadım. Maşından düşən kimi pəncərədə necə yolumu gözlədiklərini gördüm öncə. Evə qalxdım, bir-bir hamısı ilə görüşdüm, evin xanımı ilə qucaqlaşanda bir anda “yaz yağışı”na tutuldum. Boynumu qucaqlayıb ağladı, ağladı... Bir neçə dəqiqə həm də, içini çəkə-çəkə... Qızı izahat verməyə çalışdı, “mama Bakının iyini səndən alır” dedi, mən zarafata salmaq istədim öz aləmimdə: “Vallah, mən Biləcəri uşağıyam, sizin məhlənin iyi məndən gəlmir” deyə... Bir az qırışığı açıldı, azca güldü, amma evlərində olduğum bir sutka ərzində gözləri səbəbli-səbəbsiz dolanda, adi bir fraqmenti xatırlayıb səsi titrəyəndə duydum onu... O, təpədən-dırnağa özləyirdi Azərbaycanı, sığışmırdı evə-eşiyə, o gözəl şəhərə, o gözəl Belçikaya...

Bəli, bu şairanə giriş elə şair evində yaşandı. Belçikada yaşayan Mirzə Sakitin ailəsinə də qonaq olduq. Evin xanımı Rəna Zahidova haqda idi yazdıqlarım. Yoldaşını tək qoymamaq, uşaqlarının, nəvələrinin yanında olmaq üçün.... minlərlə kilometr qət edib gəlmişdi. Amma dediyim kimi, öyrəşə bilmirdi. Məndən çox o, məndən “müsahibə götürürdü”... “Sən danış, Bakıda necədir vəziyyət? Deyir, Avropa oyunlarına görə yolları bağlayıblar, hə? Təzə körpülər açılıbmı? Balaların necədir, böyüyübmü?”

Bilməyənlər üçün xatırladım. Mirzə Sakit və ailəsi Belçikanın Antverpen şəhərində yaşayır. Mən müsahibə üçün Mirzənin qızı, eks “Yeni Müsavat”çı Zülfiyyə Zahidin evindəyəm. Zülfiyyə yoldaşı Tariyel və iki uşağı ilə gözəl bir bina evində yaşayır. Dil öyrənirlər, inteqrasiya olunurlar, bu şəhərə gəldiklərinə görə məmnundular... 

Bu haqda bir qədər sonra. Mirzə Sakit və Rəna xanım isə qızlarınınkından bir qədər aralıda yerləşən Gent şəhərindəki evlərindən ( oğulları Cahandarla birgə yaşadıqları ev) sırf bizimlə birgə olmaq üçün onlara qonaq gəliblər. Növbəti gün şairin o biri qızı da bizə qatılacaq. 

Şairin evində biz də azərbaycanlılığımıza salırıq. Söhbətə öncə evin böyüyü Mirzə Sakitlə başlayırıq. Növbəti gün Antverpendə Zülfiyyə ilə gəzintiyə çıxacaq, ailənin digər qızının düşərgə həyatına nəzər salacağıq. Hələliksə, Mirzə Sakit danışır... 

-Sizin gəliş hekayəniz hamısından fərqlidir...Ailənin ən tez gələn üzvü siz olmusuz. 



- 2011-ci ildə Belçikanın Pen Klubu məni bura dəvət etdi. Dəvət də 4 ayı əhatə edirdi. 4 ay burda qalandan sonra yenidən Azərbaycana dönməliydim. Mən də yazdım ki, olar oğlumu da gətirim? Bizə məlumat gəlmişdi ki, oğlumu məhləmizdə şərləyəcəklər narkotiklə, türməyə atacaqlar. Oğlumu deyəndən sonra razılaşdılar. 4 ay Pen Klubun bizə verdiyi evdə qaldıq oğlumla birgə. Hər ay pul verirdilər. 4 ay sonra dönməliydim. Amma dönmədim. Baxırdım ki, yaşamaq mümkün deyil. Məsələn, Bakıda fəhləlik üçün müraciət etmişdim, amma adıma görə götürmədilər. Getdim təhvil olundum Belçika komissarlığına. Barmaq izləri, xırda yol intervüsü aldılar. Sonra da dərhal qaçqın düşərgəsinə göndərdilər. 3 ay Brüsseldə qaçqın düşərgəsində qaldıq. Belçikanin ən əcaib qaçqın düşərgəsi idi. Yatacaq, yeməklər çox pis vəziyyətdə idi. Sonra bizi Kapellen şəhərinə göndərdilər. 4 ay orda qaldıq. Orda olan düşərgə çox pis vəziyyətdə idi. 1000 nəfərə yaxın qaçqın idi, əksəriyyəti Əfqanıstandan idi. Tez-tez dava salırdılar, səs-küydən yatmaq olmurdu. 7 ay sonra oğlumla bizə oturum verdilər. 

- Köçdüz evə... 

- Bundan sonrakı qaydaya görə, özün gedib ev tapmalısan. Sonra da həmin evin sahibi ilə müqavilə  imzalayırsan, o müqaviləni də OSV deyilən idarəyə təqdim edirsən. Ona müvafiq şəkildə pul verirlər, evin kirayəsi. Bir il Antverpen şəhərində yaşadıq. 
Ailə gələndən sonra evi dəyişməyə məcbur idim. Gent şəhərində ev tapdıq.1 ildən çoxdur ki, Gent şəhərində yaşayırıq.  

- Ailənin digər üzvlərinin bura gəliş hekayəsini də danışaq...Bir-bir qızlarınızı, onların ailələrini gətirdiz. Mən bilən, cəmi bir qızınız qalıb Bakıda... 
 
 
- Bəli, biz qızım qalıb. Qızlarım biz burda yerləşəndən 2 il sonra gəlib çıxdılar. Gələn kimi bizim kimi təhvil olundular komissiarlığa. Onları da qaçqın düşərgəsinə yazdılar. Orda qaldılar. Onlara 3 ay sonra oturum verdilər. Mənə 7 ay sonra verdilər.

- Sizi bilirik, şair. Bəs ailə üzvlərinə hansı təzyiqlər vardı? 

- Bizim evə tez-tez zənglər edilirdi, təhdidlər olurdu. Məsələn, 3-cü qızımın elçiləri gəlibmiş evə. Elçilər gedəndə baxıblar ki, maşının üstünə yazıb qoyublar ki, xalq düşməninin qızına elçi gəlmisiz? Təcili vaz keçin. Şübhəli məktublar gəlirdi. Özümə də zənglər olurdu Azərbaycan nömrəsindən. Özümə də təhdidlər oldu. Hətta bu təhdidlər Antverpendə də davam edib. Bir gün oğlum evdə tək olub, qapı döyülüb, 35-40 yaşlı bir adam məni axtarırmış. Oğlum nömrəsini almaq üçün yuxarı qalxıb. Gələndə görüb ki, yoxdur. Sonra 45 yaşlı bir kişi gəldi. Dedi ki, sizdən əvvəl bu evdə mən yaşamışam, dolabım burda qalıb. Evə israrla qalxmaq istədi. Dedim ona ki, evin qabağında kamera var. Sonra da evin sahibini çağıracağımı dedim. Bunu deyəndə adam qaçdı. Ev sahibinə olanları dedim. Bildirdi ki, gedək polisə. Yəni, mənə burda, ailəyə də Azərbaycanda təzyiqlər davam edirdi. 


-Bakıda qalan qızınızı gətirməyəcəksiz bura? 

-3 qızım burdadır. 2-si oturum alıb, birinin intervüsü qalıb. Sayca dördüncü, sıralamaya görə isə 2-ci olan qızım Bakıdadır. Ailəlidir, qızı var. Onlar Bakının başqa yerindədir, baxmayaraq ki, ara soyuyub, istəmirəm orda qalsın. Ehtiyatlanıram. Son vaxtlar yazıram, sosial şəbəkələrdə sözümü deyirəm. Onların orda qalmasını istəmirəm. Fürsət düşən kimi o adamlar ortaya çıxa bilərlər. Mən yeniləşə bilmərəm. Əvvəlki adamam. Aqressiyası tutur adamın, toxunan yerlərə yazıram. 

-Ailənizə olan təzyiqlərin motivi ancaq elçilik zamanı olanlar idi? 

-Xeyr, mən onların orda qalmasına narahat idim. Mənə facebookda o qədər yazıblar ki, sənin barəndə and içmişik, heyif qoymayacağıq səndə... Fikirləşəndə ürəyim guppuldayırdı. Nəsə ola bilərdi. Olsaydı, bunları necə həzm edərdim? Mütləq ordan çıxmalıydılar. Onlar orda yaşaya bilmirdilər, mən də pul göndərə bilmirdim onlara. Vəziyyət bu qədər faciəvi idi...

-Facebook da sizin müharibə meydanınızdır. Yaxşı ki, daha əvvəlki radikallığınız azalıb. Səbəb ailənin də burda olmasıdır? 

-O nəylə bağlıdır? Bəzən bir adamın yaxasından yapışırsan, onu silkələyirsən və heç nə baş vermir. Amma bir müddət sonra görürsən ki, silkələməkdən qolların yorulub, amma bu adam dəyişmir. Bir şeyin üstünə çox getmək dəlilik əlamətidir. Boksda da bu var, adına “avare” deyirlər - vurub, çəkilirsən... bu da bir üsuldur. Bu rejimlə razılaşmaq mümkün deyil. Ölkədə heç nə dəyişmir. Hakimiyyət tərəfindən əhalinin güzəranının pisləşməsi davam edir. Siyasi məhbuslar çoxalırlar. Hakimiyyətin xalq üzərində intiqamı var. Fakt odur ki, hakimiyyət hələ ki, qalibdir, biz məğlubuq. Demək ki, başqa metod düşünmək lazımdır. O da bizi baxışları ilə elə baxır ki, bizim yaxamız onlarınkından daha bərk silkələnir. İfrat dərəcədə yazmaq olmur. Hökumətin başçısına qarşı pis bir söz demişəm, onu demək lazım deyildi. Yazılarımda təhqir elementi olub, bunu etmək olmaz. Təhqir insanın öz acizliyindən xəbər verir. Eyforiyaya uğrayıb edirsən, sonra peşman olursan. 

-Facebookda da saxta adlarla, kimliklərlə adamı “qızışdıran”lar, təxribata çəkənlər çox olur... 

-Bilirəm. Bəzən axşam yazdığımı səhər silirəm. Qorxudan yox, sadəcə bayağı görünür. Birinci deyirlər ki, gedib ordan döşəyir. Həm də baxıram ki, bir az mənasız çıxır. Bir az cılız çıxır. Elə bil ki, çay qaşığı ilə yaba tutan adamın qabağına çıxırsan. Özün də zəif, xəstə... Son vaxtlar çalışıram kİ, aqressiv statuslar yazmayım. Qorxduğuma görə yox, amma ehtiyatlı olmağa çalışıram. 2005-2006-da yazılan şeyləri indi təkrarlamaq əcaib görünür. Taktikanı dəyişmək lazımdır. Müharibə aparırsan, alınmır.  Mənim burda oturub hakimiyyətə sərt statuslar yazmağım yolverilməzdir. Ən çox sevdiyim adamları tənqid edirəm. Bu dəqiqə müxalifətin tənqidə ehtiyacı var. Amma oyunbazların yox, müxalifətin. Ətrafında bir vətənpərvər yetişdirə bilməmisən, bəypərvər yetişdirmisən. Milli Şura adlı qurum dağılmalıdır. AXCP-nin son sığınacağı olan bu qurum məhv olmalıdır. Parlament seçkilərinə qədər yola verirlər. 


-Siz Allah, siyasətdən az danışaq. Belçika həyatından danışaq. Ailədə hamıdan birinci xaricə gələn siz olmusuz, amma inteqrasiyanız gec gedir. 

-Burda hər kəs inteqrasiya kursu keçməlidir. Bu kursda da Belçika dövlətinin qanunlarını öyrədirlər. İnteqrasiya belədir ki, bunların yaxşı cəhətlərini öyrəşməyə çalışıram. Qanunun gözəllikləri var. Amma mənim özümün dəyişməyim, milliliyimi dəyişməyim... bu, mümkün deyil. Ömrü boyu dəyişmərəm. Məsəlçün, insanlar var ki, gəlirlər, bir az milliliklərini dəyişirlər. Geyimi dəyişsə nə var ki? Xislətini dəyişirlər. Demək, bunun köklündə nəsə varmış, gələndə də dəyişib. Avropanın yaşam tərzini öyrənəndən sonra görürsən ki, hamımız eyni adamlarıq. Biz düşünürük, əməl edə bilmirik, amma onlar düşünüb əməl edirlər. Dil öyrənmək çox çətindir. O yaşla əlaqəli deyil, tamam. Amma beynimdə o qədər yük var ki. Beyni təmizləmək üçün bizim düşündüyümüz məsələlər qaydasında olmalıdır. 

-Belçikalıların nəyini həzm edə bilmirsiz? 

-Xoşuma gələn cəhətlər çoxdur. Skamyada oturub qalarsan, yatarsan. Heç kim sənə heç nə deməz. İnsanların bir-birinə küçədə münasibəti gözəldir. Söz atmazlar. Qanuna hörmətlə yanaşmaları var. Azərbaycandakı kimi vətəndaşlara qarşı haqsızlıq olsa, bir gün ayağa durar, hər tərəfi yerlə yeksan edərlər. Tarixlərdən, inqilablardan keçiblər. Bir dəfə nəvəmlə Gentdən bura gəlirdik. Dəmiryolunun üstündə, platformada guya nəvəmlə zarafat edirdim ki, özümü atacam, qorxudurdum. Ətrafdan töküldülər ki, üstümə qışqırdılar ki, uşağı niyə qorxudursan... Polis orda olsa, dərhal alardılar nəvəmi əlimdən. Onlar belə şeyə çox həssasdılar. Biz azad olmağa o qədər acığıq ki, sərbəstliyi o qədər çox istəyirik ki. Sərbəstlik o demək deyil ki, kim nə istəyir eləsin. Belçikalıların elə bir xoşuma gəlməyən cəhəti yoxdur. Mənəvi dəyərləri var. Səhər işə gedir, axşam gəlirlər, istirahət edirlər. Şənbə-bazar günləri gəzirlər. İnsanlara hörmətlə, sayğı ilə yanaşırlar. Millətçilər hər yerdə var. 

-Sosial şərtlər necədir burda? Güzəştlər, məhdudiyyətlər... 

-Hamıya olduğu kimi, aylıq kompensasiya mənə də ödənilir. 3 nəfərə 1100 avro alırıq. Bəzən görürsən, əlavələr də olur. Evi özümüz tapmışıq, kirayəsini özləri veriblər. 

- İşləmək tələbi nə zamandan başlayır?
 
- Birinci növbədə dili öyrənməlisən. Sonra müəyyən vaxtdan sonra sənə kompensasiya verən idarəyə müraciət edirsən ki, işləmək istəyirsən. Sənə verilən məbləği kəsirlər. O işi özün tapırsan, istənilən yerdə işləyə bilərsən. Yaşlı adamlara çox həvəsli olmurlar işləməyə. Fiziki güc olmur axı. 

Fotoda Mirzə Sakit nəvələri ilə...




-İş tapmaq istəmisiz? 

- Mən bizə pul verən idarəyə müraciət etmişəm. Pulu kəsməmək şərtilə iş verə bilərlər. Bağbanlıq edə bilərsən. Onun pulunu verirlər, amma kompensasiyanı da kəsmirlər. Amma gərək iş olsun. Hara gedirəmsə, soruşuram ki, mənə də iş verin. Yaşa görə baxırlar. Hansı ki, işləyə bilərəm. Fəhləlik etmək üçün belə kurslara getmək lazımdır. Kurs keçməlisən, kağız verməlidirlər.

- Sizdən müsahibə götürüb də bu haqda danışmamaq olmaz. Qardaşlarınızdan biri - Qənimət Zahid Fransadadır.  Hər ikiniz Avropada, amma küskün... Bakıda küsən iki qardaş Avropada bir araya gələ bilərmi?  

- Azərbaycanda bir araya gəlmək lazım idi. Münasibətlər Azərbaycanda pozulub. Avropa inqilablar ölkəsidir. Gərək burda inqilab edək. Azərbaycanda 3 dəfə cəhd eləmişəm barışmağa. Ondan 3 yaş böyüyəm, gərək bu dəfə o cəhd etsin. Bir dəfə Strasburqda, Avropa Şurasının qarşısında mitinq keçirirdim. Brüsseldə də mitinqlər olub. Onun ailə üzvləri, uşaqları da gəlmişdi. Mən də orda olmuşam. Hamı orda bizə baxırdı. Onun uşaqları mənimlə görüşmədilər. Bir dəfə də burda Brüsseldə mitinq oldu. Onlar da gəldi. Oğlum Cahandar dedi ki, mən əmimlə görüşməliyəm. Dedim, əlbəttə, o, sənin əmindir. Cahandar onla görüşdü, hamı da baxdı. Bununla belə, onun uşaqları mənimlə görüşmədi. Mən düşündüm ki, yəqin mən daha qorxulu adamam. Azərbaycanlı dostlar təriflədilər ki, halal olsun sənin oğluna. Qənimət Cahandarın da kirvəsidir... Bəlkə də mən özüm onun uşaqları ilə görüşməliydim. Amma istədim ki, əmiləriyəm, onlar mənə yaxınlaşsın. Onların cameyəsində məni söyənləri də o uşaqlar facebookda layk edirlər. 

- Hər şey Norveç fondunun pul söhbətindən sonra oldu və bir daha düzəlmədi... 

- Bəli, indi onunla heç bir münasibətimiz yoxdur. Əvəz Zeynallı da bir dəfə zəng etdi. Redaksiyaya çağırdı və dedi, indi Qənimət gələcək. Bir saat gözlədi və axırda gəlmədi. Başqa bir vaxt qapılarına getdim, açmadılar qapını. Onu heç yerdə deməmişəm. Mən böyük kimi 3 dəfə addım atdım. Mənim heç bir günahım yoxdur. Həbsdən sonra işsiz-gücsüz qalmışam, işdən çıxarıblar. Deyiblər ki, qəzetimizə maneçilik törətmə. Mənə desəydilər ki, yumşaq yaz, kollektivi nəzərə al, alardım vallah. Taktikanı da dəyişmək zamanı var. Amma gördüm ki, Norveçin başıbəlalı pul məsələsindən sonra mənə çatası pulu  - 10 mini  vermədilər. Halbuki Əli Kərimli özü mənə telefon etdi. Dedi ki, 10 min sənə çatacaq. Sonra da adımı da qoydular ki, sən pulgirsən. 

- Azərbaycana qayıtma ehtimalınız maraqlıdır... 

- Qanuna uyğun şəkildə, vətəndaşlıq almalıyam. Gələn il 5 il tamam olur. Əvvəl 3 il oturum vermişdilər, indi 5 il oldu. Mən vətəndaşlıq aldımsa, 1 həftəyə Bakıdayam. İndiki mərhələdə mən getsəm, olmaz. Bu, mənim özümə də, uşaqlarıma da çox ziyan edəcək. Onların aldığı sənədlərinə ziyanlıdır. “Orda təhlükə vardısa, necə getdin” deyəcəklər. Məni dərhal çağırar, statusumu geri alarlar. Amma yenə də... cavan deyiləm ki, burda ölüm. Belçikada elə yerlər var ki, deyərsən, burda ölüm qalım. Amma torpaq, vətən şirindir. Qəbrinin vətəndə olmasını arzulamayan vətənə xəyanət edir. Sizə səmimi bir şey deyim? Mən heç türmədə qürbətdə çəkdiyim qədər əzab çəkməmişəm. Çətindir, çox çətin....


Sevinc TELMANQIZI 
Belçika Antverpen

P.S. Növbəti yazıda Zahidovlar ailəsinin digər üzvlərinin yaşantılarını, duyğularını sizinlə bölüşəcəyik. Hər bir fərdin hekayəsi bir başqadır, əmin olun. 
Oxşar xəbərlər
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO