Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
Elm və Təhsil
Oxunub: 3239
13 May 2024 | 20:08
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...- XXIX mövzu
 
Sosial-iqtisadi həyat və mədəniyyət (XVI-XVIII əsrin birinci yarısı)
 
Şah İsmayılın idarə qurumları Qaraqoyunlular və Ağqoyunluların dövlətçilik
ənənələri üzərində yaradılmışdı. Şah I Abbasın islahatları ilə Səfəvi dövlətinin
siyasi quruluşu və idarəçiliyi daha da möhkəmləndi. Dövlətin başçısı «şah»
adlanırdı. Şah hakimiyyəti irsi idi. Səfəvi şahları Ərdəbil ordeninin irsi başçıları
olmaqla dini hakimiyyəti də özlərində saxlayırdılar [2, s.21-22]...
 
Şah qeyri-məhdud hökmdar idi. Dövlətin Ali məclisi yalnız məşvərətçi rol
oynayırdı. I Təhmasib dövründə Ali məclisin 12 üzvü vardı. Şah mühüm
məsələlərin həllində Ali məclisi çağırır, yüksək dövlət xadimlərinin təkliflərini
dinləyir, ancaq son qərarı özü verirdi [4, s.295]. Dövlət quruluşunda şahdan sonra
baş vəzir (vəziri-əzəm) əsas yer tuturdu. İnzibati-ərazi bölgüsü əsasında dövlətin
geniş ərazisi təbii sərhədləri ilə bir-birindən ayrılan 4 valilik və 13 vilayətə
(bəylərbəyiliyə) bölünmüşdü. Vilayətləri Şah tərəfindən təyin olunan hakimlər
idarə edirdi. Vilayət hakimlərinə XVI yüzilin 30-cu illərinə kimi sultan və bu
zamandan sonra isə xan titulu verilirdi. Bəylərbəyiliklər mahallara bölünürdü.
Mahalları şah tərəfindən təyin olunan mahal hakimləri (sultan və məliklər) idarə
edirdilər [2, s.316]...
 
Azərbaycan dövlətinin XV əsrdəki əsgəri təşkilatı XVI-XVII yüzillərdə də
az dəyişikliklə qalırdı. Səfəvilər dövründə ordu dövlət (vilayət hakimlərinin
qoşunu, qorçu) və Şah (tüfəngçi, qulamlar, topçu) qoşununa bölünür, yəni iki
kateqoriyadan ibarət idi [12, s.141-142]. Şah I Abbas fundamental hərbi islahatları
ilə tayfalar üzrə səfərbər olunan qeyri-nizami qoşunun sayını azaldıb, 44 min
nəfərdən ibarət tüfəngçi, qulam, topçu adlı nizami Şah qoşununu yaratdı. Qeyd
olunan bu ikinci qoşun növünə daxil olan 3 hərbi hissədən əlavə, 200 nəfər sufi
cangüdən və 600 nəfərdən ibarət cəzair adlı xüsusi qarovul dəstəsi də Şah qoşunu
tərkibinə daxil idi [1, s.230]...
 
XVI yüzilin başlanğıcında Azərbaycan torpaqlarının birləşdirilməsi,
möhkəm dövlət idarəçiliyin yaradılması ilə ölkənin iqtisadi həyatında dirçəliş
başlandı. XVI-XVII yüzillərdə kənd təsərrüfatında yenə əkinçilik üstün yer
tuturdu. Həmdullah Qəzvini, Evliya Çələbi Təbriz və onun ətrafında 900 kəhriz,
bir çox su arxlarının olduğunu bildirirlər. Fransız səyyahı Jan Batist Tavernye də
burada əkinlərə su verən çoxlu kəhrizlər, su quyuları olduğunu bildirir [6, s.88-92].
Evliya Çələbi Təbrizdə 7 növ buğda yetişdirildiyini yazırdı. XVI-XVII yüzillərdə
Azərbaycan öz ipəyi ilə dünya şöhrəti qazanmışdı. Ölkənin məhsuldar
torpaqlarında ipək qurdu bəsləmək üçün tut ağacları əkib becərirdilər [13, s.156].
1561-1563-cü illərdə Azərbaycanda olan ingiltərəli Antoni Cenkinson Şirvan
haqqında yazmışdır: «...Ölkənin əsas və ən varlı ticarət şəhəri Ərəş adlanır...
Onun ətrafında hər yerdən çox barama istehsal olunur: türklər, suriyalılar və başqa
əcnəbilər ticarət üçün bura axışıb gəlirlər. Bu dövlətdən bir çox yaxşı keyfiyyətli
və zəruri mallar almaq olar. Qoz və fındıq, pambıq parçası, zəy, bu ölkənin təbii
məhsulu olan barama, ədviyyat və ətir-boya mallarının demək olar bütün növlərini
və nisbətən az miqdarda Şərqi Hindistandan gətirilən bir sıra başqa malları almaq
olar. Ancaq buranın başlıca ticarət malı, burada bol istehsal edilən çox çeşidli
baramadır» [9, s.184]. Səyyah Adam Oleari yazır ki, təsərrüfatın bu sahəsi ilə
məşğul olanların çoxu varlı adamlardır. Səyyaha görə, XVII yüzilin 30-cu illərində
Azərbaycanda ildə 10-12 min tay (50 kiloluq torba) ipək istehsal ounurdu. Onun 3
min tayı Şirvanın, 2 min tayı Qarabağın payına düşürdü [9, s.184]. Azərbaycanın
təsərrüfat həyatında pambıqçılıq da mühüm yer tuturdu. Üzümlə yanaşı, alma, nar,
armud, ərik, əncir, qoz, şaftalı, gavalı da ölkənin demək olar bütün bölgələrində
əkilib becərilirdi. Azərbaycan Şərqdə heyvandarlığın çox inkişaf etdiyi ölkələrdən
biri idi. XVI-XVII yüzillərdə ölkə iqtisadiyyatında heyvandarlıq başlıca yer
tuturdu. Ölkədə yaylaq-qışlaq heyvandarlıq təsərrüfatı, yəni köçəri maldarlıq üstün
idi. Davarla yanaşı, qaramal, at və dəvə də saxlayırdılar [1, s.243]…
 
Azərbaycanın yaxşı təbii-coğrafi şəraiti, xammal bolluğu, ipəyə, yuna,
pambığa, sənət məhsullarına daxili ehtiyacın və beynəlxalq bazar tələbatının
artması ölkədə şəhərlərin canlanmasına, sənətkarlıq və ticarətin irəliləyişinə
müsbət təsirlər göstərmişdi. Təbriz, Gəncə, Ərdəbil, Marağa, Şamaxı, Ərəş, Bərdə,
Naxçıvan, Dərbənd, Culfa ölkənin əsas sənətkarlıq və ticarət mərkəzləri idilər.
XVI-XVII yüzillərdə Avropa ilə Şərq arasındakı ticarətdə Azərbaycandan keçən
karvan yollarının əhəmiyyəti böyük idi. Hindistan və Çindən başlanan beynəlxalq
karvan yolları Azərbaycandan keçir, Aralıq dənizi və Qara dəniz sahillərinə,
oradan isə Avropaya doğru uzanırdı. Azərbaycanı Avropa ilə Volqa-Xəzər su yolu
da bağlayırdı…
 
Təbriz bu dövrdə Azərbaycanın ən böyük ticarət şəhəri idi. Başqa
bölgələrdən Təbrizə taxıl, xam ipək, davar, müxtəlif sənətkarlıq məhsulları
gətirilirdi. Daxili bazarın yarandığı bir vaxtda Təbriz ən mühüm iqtisadi
əhəmiyyəti olan mərkəzə çevrilirdi. Şamaxı ətrafında xam ipəyin bolluğu şəhərin
iqtisadi əhəmiyyətini artırmışdı. Təbriz kimi Şamaxının da zəngin bazarı vardı.
Xüsusi statusa malik olan Ərdəbil şəhərinin də ölkənin iqtisadi-ticarət həyatında
rolu az deyildi. Şəhər ölkənin güney və quzey bölgələrini əlaqələndirən ticarət
yolunun üstündə yerləşirdi. Ərdəbil tacirləri dünyanın bir çox ölkələri ilə ticarət
aparırdılar [13, s.160-161]…
Səfəvilərin hakimiyyətə gəlişi torpaq münasibətlərinə də dəyişiklik gətirdi.
Dövlət torpaqları divan ərazisi, şah və onun ailə üzvlərinin torpaqları isə xassə
ərazisi adlanırdı. Hər iki əmlakın idarə olunmasına ən iri torpaq sahibi olan Şah
özü başçılıq edirdi. Ən üstün yer tutan divan torpaqlarından yığılan vergilər dövlət
aparatı və qoşunun saxlanmasına xərclənirdi. Xassənin gəliri isə saray və şah
ailəsinə sərf olunurdu. Mülki və hərbi qulluqçulara xidmətlərinə görə, dövlət
torpaqlarından soyurqal, tiyul adı ilə ömürlük, yaxud irsi mülklər verilirdi.
Soyurqal əslində iqtanın davamı idi. O da iqta kimi irsi olub nəsildən-nəslə keçirdi.
Ənənəvi vəqf əmlakı xeyli genişlənmişdi. Vəqf əmlakına geniş torpaq
sahələri ilə yanaşı kəhrizlər, dükanlar, rastabazarlar (küçə boyunca sıra ilə
düzülmüş dükan və sairədən ibarət bazar), sənətkar karxanaları, karvansaralar,
dəyirmanlar, hamamlar və s. daxil idi. Vəqflər iki yerə bölünürdü. Bunlardan xeyrə
vəqfi dini idarələrin, əhali vəqfi isə din xadimlərinin mülkləri idi. Şəxsi torpaq
sahibliyi mülk idi. Mülk sahibinin islam qanunları əsasında dövlətdən torpaq
almaq hüququ vardı. Eyni zamanda dövlət də öz növbəsində xidmətlərinə görə
ayrı-ayrı adamlara torpaq sahəsini mülk kimi bəxşiş edə bilərdi. İcma torpaq
sahibliyinə camaat da deyilirdi. Bu torpaqlar kənd icmaçılarının –camaatın
istifadəsində idi. Icmanın başçısı ağsaqqal adlanırdı. O, icmaçılar arasında vergiləri
bölür və yığırdı. Əvəzində verginin müəyyən hissəsi ona çatırdı [14, s.81-84].
Kənd və şəhər əhalisi dövlətə, sahibkarlara müxtəlif vergilər ödəyirdilər.
Eyni zamanda bir çox mükəlləfiyyətlər daşıyırdılar. Səfəvilər dövründə vergilərin
toplanmasında bir çox illər Uzun Həsənin Qanunnaməsi əsas götürülmüşdü.
Malcəhət (xərac) başlıca vergi olub, torpağın münbitliyinə və ya yığılan məhsulun
həcminə görə alınırdı. Vergi ümumi məhsulun 1/5, yaxud 1/3 hissəsinə bərabər idi.
Bağbaşı bağlardan toplanılan məhsulun 1/10 həcmində alınırdı; Çobanbəyi
otlaqlardan istifadə əvəzinə alınırdı [11, s.486].
 
XVI əsrdə Azərbaycan mədəniyyətinin əsasını maarif, elm sahələri təşkil
edirdi. Məktəb və mədrəsələrdə həm şəriət,həm də riyaziyyat, məntiq, fəlsəfə,
nücum və sair fənlər tədris olunurdu. Təbrizdə böyük kitabxana var idi.Marağa
rəsədxanası bərpa olundu. I Təhmasibin sarayında qulluq edən, hətta onun
yürüşlərinin iştirakçısı olan Həsən bəy Rumlu 12 cildlik “Əhsən ət-Təvarix”
(Tarixlərin ən yaxşısı) əsərini yazmışdı [5]. Xandəmir təxəllüslü Qiyasəddin ibn
Hümaməddin əl Hüseyn (1475-1536)çoxcildlik əsərlər külliyyatının bir hissəsini
Səfəvilərə həsr etmişdir [7, s.334-341]. İsgəndər bəy Münşinin “Tarixi-aləm arayi
Abbasi (Dünyanı bəzəyən Abbasın tarixi) əsəri dövrün ən dəyərli mənbələrindəndir
[8]. Bu dövrdə tibb elmi də inkişaf edirdi. Əbdül Fəth Təbriz, Əli Təbrizi,
İmadəddin Mahmudi kimi məşhur həkimlər vardı.
 
Şah İsmayılın sarayında “şairlərin şahı” –“məlik ül-şüara” Həbibi başda
olmaqla Süruri, Şahi, Matəmi, Tüfeyli, Qasimi kimi şairlər var idi [3, s.7]. Şah
İsmayıl özü Xətai təxəllüsü ilə türk dilində yazırdı. Onun
“Divan”,”Nəsihətnamə”,”Dəhnamə” adlı şerlər toplusu var idi.
 
XVI əsr Azərbaycan ədəbiyyatının, həm də Şərq dünyasının ustadı
Məhəmməd Füzuli (1494-1556) elm və mədəniyyət mərkəzlərindən olan
Kərbəlada yaşayıb yaratmışdır. Füzuli əsasən Azərbaycan türkcəsində, həmçinin
fars və ərəb dillərində yazmışdır. Klassik ədəbiyyata yaxından bələd olan Füzuli
”Leyli və Məcnun”, “Şikayətnamə”, “ Bəngü-badə” əsərlərinin müəllifidir [10].
 
Şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaranırdı. XVI əsr
Azərbaycan musiqisinin görkəmli nümayəndəsi xanəndə Hafiz Lələ olmuşdur.
Təbriz miniatür məktəbi bütün Şərqdə məşhur idi. Sultan Məhəmməd və onun
məktəbinin yetirmələri Kəmaləddin Behzad, Mir Müsaviri, Mir Zeynalabdin
Təbrizi və başqaları dünya incəsənət tarixinin inkişaf salnaməsinə unudulmaz
səhifələr yazmışdılar.
 
XVI-XVII əsrlərdə ədəbiyyat sahəsində Məhəmməd Əmani,Əlican Qövsi
Təbrizi, Məsihi, Saib Təbrizi, Tərzi Əfşar,aşıq yaradıcılığında “Koroğlu”, “Aşıq
Qərib” “Abbas və Gülgəz, “Şah İsmayıl”, “Əsli və Kərəm”dastanları, Qurbani,
Abbas Tufarqanlı,Sarı Aşıq Abdulla kimi xalq poeziyasının nümayəndələri var idi.
[13].
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi. 7 cilddə, III cild (XIII-XVIII əsrlər). Bakı, “Elm”, 2007.
2. Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş
əyanlarının rolu. Bakı, “Avropa”, 2015.
3. Erden M. XV. Yüzyıl şairi Habibi ve divanı. Mərmərə: Mərmərə Universitesi, 2008.
4. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007.
5. Həsən bəy Rumlu.- lib.az/persons/7.
6. Həsənov Ə.H. XVII əsrin ortalarında Azərbaycanın əkinçilik təsərrüfatı
(J.B.Tavernyenin “Səyahətnaməsi” əsasında).- “Bakı Universitetinin Xəbərləri”, 2009,
No2.
7. Xürrəmabadi A. “Əmir Mahmud Xandəmirin həyatı və onun “Zeyli-tarixi-həbibus-
siyər” əsəri”. – “Tarix və onun problemləri, 2014, No2.
8. İsgəndər bəy Münşi Türkman.- lib.az/persons/5.
9. Qəniyev H. Azərbaycan tarixi. Bakı, “Elm və Təhsil”, 2019.
10. Məhəmməd Füzuli kimdir?- personalar.az/mehemmed-fuzuli-kimdir/.
11. Məmmədov İ. Azərbaycan tarixi. Bakı. Adiloğlu, 2005.
12. Münşi İ. “Tarixi-aləm arayi-Abbasi”. Bakı, “Şərq-Qərb”. 2010.
13. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və
təhsil”, 2019.
14. Yerquruluşu. Yerquruluşunun elmi əsasları, I cild. Bakı, “MBM”, 2007.
 
Oxşar xəbərlər
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:43
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 07:29
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 Jul 2024 | 07:27
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
28 Jul 2024 | 07:26
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
28 Jul 2024 | 07:24
İsrail qırıcıları Livana zərbələr endirib
28 Jul 2024 | 07:21
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
28 Jul 2024 | 07:18
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
28 Jul 2024 | 07:01
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO