"Mətbuatımızda qərəzli qələmlər kifayət qədərdir"
Oxunub: 4623
04 May 2015 | 08:42

Moderator.az saytı və “Hürriyyət” qəzeti olaraq müsahibimiz Azərbaycanın ən tanınmış və stajli hüquq müdafiəçilərindən və hüquq-müdafiə sisteminin tanınmış simalarından biri olan Mirvari Qəhrəmanlıdır.

 

-Azərbaycanda indi Avropa oyunları suitası var və marağı olan-olmayan hamının da başı oraya qarışıb. Amma bu arada, ölkəmiz həm də ağır iqtisadi böhranın məngənəsində boğulmaqdadır. Bu böhranın sərt küləkləri QHT sektorunda da hiss olunurmu?

 

-Böhranın təsirini deyə bilmərəm, amma QHT sektoruna qrantların alınma mexanizmi ilə bağlı olan dəyişikliklər çox ciddi təsir göstərib. Məsələ burasındadır ki, indi ölkəni bürümüş iqtisadi böhranın tüğyan etdiyi bir zamanda QHT-ləri indi ölkəyə çox lazım olan, əhəmiyyətli dərəcədə vəsaitlər gətirə bilmək imkanından məhrum ediblər. Yəni ki, xaricdən qrantların alınmasına qadağa qoyulub. Mövcud qanunvericilik bu məsələyə yasaq qoyub. Həmin qanuna uyğun olaraq, qrant alınmasının reallaşdırılması mexanizmlərinin hazırlanması isə beş aydan artıqdır ki, qəbul edilə bilmir. Başqa sözlə, əgər QHT-lər xaricdən qrant alardısa və onların fəaliyyətləri bərpa edilərdisə, bu, bir növ günü-gündən daha da artan və artıq çoxdan ölkə üçün ciddi problemə çevrilən işsizlik məsələsinə də ciddi kömək olardı. Çünki bizim layihələrimiz həmişə iki illik, üç illik olub və bu müddət ərzində də biz azı əlli nəfəri işlə təmin eləmişik. Gördüyünüz kimi, xüsusi ilə də belə bir zamanda, ölkənin ciddi problemlərinin həllində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Azərbaycanın vətəndaş cəmiyyəti, Azərbaycan QHT-si həm ölkə daxilində demokratiyanın inkişafına, həm qnunçuluğun möhkəmlənməsinə kömək edir, həm də digər xeyli problemlərin həllində əhəmiyyətli dərəcədə iştirak edə bilir.

 

-Dediniz ki, əslində öz fəaliyyətinizlə ölkəyə xeyli köməyiniz dəyir. Amma yəqin sizin də xəbəriniz var ki, böhran o həddədir ki, indi çeşidli dövlət qurumlarını təmsil edənlər az qala qapı-qapı düşüb pul dilənirlər. Belə bir vəziyyətdə, xaricdən olsa belə, qrant şəklində gələ biləcək xeyli miqdarda pulların, eləcə də bu sahədə çalışan və çalışdırılan insanların iqtisadi-sisial durumlarını cıddi mənada yaxşılaşdıra biləcək fəaliyyət növünün qarşısının alınması, bilərəkdən olunan qəsd deyil ki?

 

-Bəli, müəyyən mənada sizə haqq verirəm. Ona görə ki, bu, hansısa qrup, ya da konkret kimsə tərəfindən ortaya atılmış, ən əsası da düzgün olmayan siyasətin nəticəsidir. Baxın, mən bu gün bir email almışam və onu yoxlamaq və araşdırmaq üçün yollar arayıram. İnsan yazır ki, əmək haqqımızı kəsiblər. Bəzi yerlərdə də insanların əmək haqlarından xeyli miqdarda tutulma halları mövcuddur. Ayrıca da internetdən və sosial şəbəkələrdən, həmçinin də şəxsi müşahidələrimdən aldığım məlumatlar da onu deyir ki, ölkədə, Avropa Oynları ərəfəsində, çoxlu iqtisadi problemlər və çətinliklər meydana çıxıb. Dünənə kimi, illərlə alış-veriş edib, üzün-gözün öyrəşdiyi dükanların, illərlə yaxşı-pis fəaliyyət göstərib əhaliyə xidmət göstərən müxtəlif təyinatlı obyeklərin bağlandığınin, hər gün daha çox şahidi olursan. Kənardan baxanda belə təəssürat yaranır ki, elə bil kimsə bilərəkdən çox problemli bir siyasət həyata keçirir. Üstəlik də, sanki içəridəki problemlər azmış kimi, indi də neçə müddətdir ki, ABŞ-a, həmçinin də dünyanın idarəetməsində ciddi nüfuz sahibi olan, Avropanın və Qərbin digər ölkələrinə qarşı informasiya və söz müharibəsi başladılıb. Adətən QHT-ləri qınayırdılar ki, onların bəzi hesabatları və çıxışları ölkənin daxilində və beynəlxalq səviyyədə Azərbaycanın nüfuzuna ciddi zərər vurur. İndi gəlin baxaq, kim ölkənin nüfuzuna daha çox ziyan vurur. Ölkədə insan hüquqlarını kobudcasına pozan, rüşvəti və korrupsiyanı faktiki həyat tərzinə çevirən, addımbaşı müxtəlif qanun pozuntuları ilə gündəmə gələn, demokratik ənənələri, cəmiyyət üzvlərinin təməl haqq və hüquqlarını ümumiyyətlə tanımayan, inkar edən məmurlarmı, yoxsa elə bütün bu qanunsuzluqlar, hüququsuzluqlar və hər addımda qarşılaşılan məmur özbaşınalıqları haqda hesabatlar hazırlayan və bu haqda danışan, bütün bu neqativ hallara qarşı mübarizə aparan QHT-lər və onların rəhbərlərimi? Siz son zamanlarda dırnaqarası araşdırmalar aparan jurnalistlərin yazdıqlarına, araşdırmalarının nəticələrinə baxın. Deməliyəm ki, ölkənin bu duruma gəlməsində rol oynamış ziyanverici məxluqların sırasında bu tip jurnalistlər də var. Əlbəttə, ümümilikdə mənin Azərbaycan mətbuatına çox böyük hörmətim var. Mən həmişə demişəm ki, bizi biz edən də, cəmiyyətə təqdim edərək tanıdan da, fəaliyyətimizi işıqlandıran da, eləcə də bizin fəaliyyətimizin şəffaflığına və uğuruna da zəmim yaradan da mətbuatdır. Amma çox təəssüflər olsun ki, bütün digər sahələrdə olduğu kimi, bizim mətbuatımızda da xeyli sayda problemlər var və qərəzli qələmlər də kifayət qədərdir. Bəzən də bu qələmlərin yazdığı qərəzli yazılara baxanda elə hiss edirsən ki, elə bil qəsdən Azərbaycanın nüfuzuna və beynəlxalq imicinə ziyan vurmaqla məşğuldurlar. Məsələn, bir də baxırsan yazırlar, tutaq ki, filan beynəlxalq təşkilat 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və sən demə o təşkilatın rəhbərliyində təmsil olunan erməni varıymış, ya da ki, lap elə təşkilatın rəhbəri də erməni olub. Axı bir soruşmaq lazımdır ki, ay mətbu orqan, yaxud da ay araşdıran jurnalist, bəs sən 15 ildə bu təşkilatı gormürdün və onu da görmürdün ki, bu təşkilatda erməni var? Bu yerdə mən hökumətimizi də qınayıram və həqiqətən də, o cür təşkilatlarda ermənilər çalışırlarsa, bunun səbəblərindən biri də Azərbaycanın xarici siyasətinin və diaspora ilə qurulan işlərin normal qurulmamasıdır. Yəni biz də çalışa bilərdik ki, diasporamızın, lobbiçiliklə məşğul olan qurumlarımızın sayəsində həmin təşkilatlarda azərbaycanlıların da təmsil olunmalarına nail olaq. Qoy indi də başqaları şikayətçi olardılar ki, belə təşkilatlarda Azərbaycanlıların sayı çoxdur. İndi mənim bu sözlərimi sizin mətbu orqanda oxuyan insanlarımızın özləri qiymət versinlər ki, kimdir Azərbaycanın istər daxildəki nüfuzuna, istərsə də xaeicdəki imicinə zərbə vuranlar?

 

-Mirvari xanım, sizin də dediyiniz kimi, bu təşkilatların adı üstündədir, yəni bunlar beynəlxalq qurumlardır və orada erməni, yəhudi, ingilis və ya tutaq ki, bir zəncinin işləməsini Mirvari Qəhrəmanlı həll eləmir axı.

 

-Çox düzdür, mən də bu suala cavab verərək deyirəm ki, hansısa bir insanın, milliyyətindən asılı olmayaraq, o təşkilatlarda hər hansı səviyyəli vəzifə tutması mümkündür. Bizim də xaricdə, burda iş tapmayaraq gedən və orda, belə demək mümkündüsə, öz beynini satan insanlarımız çoxdur. Bunların içərisində kifayət qədər savadlı, bilikli, bir neçə xarici dil bilən, vətənpərvər soydaşlarımız da kifayət qədərdi. Siz də bilirsiniz ki, beynəlxalq təşkilatlarda çalışmaq üçün rüşvət verilmir və orda yalnız bilikli və bacarıqlı adamları işə götürürlər. Əgər istəsəydilər və ölkə siyasətinin bu yönünü doğru qurmaqla bizim həmvətənlərimizin də oralarda işlətə bilməsi təmin olunar və belə cılız ittihamlar-filan da ortaya çıxmazdı. Olkədən kənarda diaspora fəaliyyəti ilə, eləcə də yerlərdə lobbiçiliklə məşğul olan qurum və təşkilatların əsas fəaliyyət yönlərindən biri də bu istiqamətə yönəldilməlidir. Demək istədiyim budur ki, ötən illərdə bunu eləmək mümkün idi . Sadəcə olaraq, ermənilər də, yəhudilər də, digər ölkələrin təmsilçiləri vaxtında bu haqda fikirləşiblər ki, bu tip təşkilatlarda öz vətəndaşları olsun, amma biz bunu ya etməmişik, ya da etmək istəməmişik. İndi isə hansısa beynəlxalq təşkilatı ittiham edirik ki, niyə orda erməni işləyir. Bizimkilər isə yalnız araşdırma aparırlar ki, görək harda erməni tapırıq ki, yerli QHT-ləri həmin təşkilatlarla işbirliyində ittiham edək.

 

 -Siyasi məhbus hesab olunan şəxslərlə bağlı hökumətlə birgə yaradılan İşçi Qrupunun üzvüsünüz.

 

Ardı var...

Oxşar xəbərlər
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL