SDU-nun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, mayın 1-də Sumqayıt Dövlət Universitetində Türkmənistanın Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov “Türkmənistanın daimi bitərəfliliyi: müasir erada xarici siyasət strategiyasında yeni keyfiyyət” mövzusunda tələbələrə seminar keçirib.
Tədbiri
giriş sözü ilən açan universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami
Namazov Azərbaycan ilə Türkmənistan
arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin
yüksək səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini
vurğuladı. Prorektor ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra
da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin
gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə
ümidvar olduğunu bildirib.
Prorektor
qeyd edib ki, ulu öndər Heydər Əliyev Türkmənistan ilə siyasi, iqtisadi,
mədəniyyət sahəsində əməkdaşlığa daim önəm verirdi, bu gün də Ümummilli liderin
layiqli davamçısı cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədovla dostluq və qardaşlıq münasibətləri qarşılıqlı və
dərin hörmət əsasında qurulub. Türkmənistanın birtərəfliliyinin beynəlxalq aləmdə
tanınmasının 20-ci ildönümü ərəfəsində “Sülh və birtərəflilik ili” adı altında
keçirdiyiniz silsilə tədbirə görə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekova
universitetimizin rəhbərliyi və öz adımdan təşəkkür edirəm.
Türkmənistanın
Azərbaycandakı səfirinin 1-ci katibi Batır Rəcəbov bu
cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında dostluq əlaqələrinin
möhkəmliyinə dəlalət etdiyini söylədi. O, iki dövlət arasında münasibətlərin
gələcəkdə daha da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi və 20 oktyabr
2014-cü ildə Türkmənistan Ali Sovetinin qərarı əsasında 2015-ci il “Sülh və bitərəflilik ili” elan edildiyini
diqqətə çatdırdı. Bu qərara uyğun olaraq biz də Azərbaycan və Türkmənistan əlaqələrinin
hərtərəfli inkişaf etməsi üçün belə
silsilə tədbirlərdən birinin SDU-da keçirilməsini təqdirəlayiq hesab edirik.
Buna görə də bizə yaratdığı şəraitə görə
universitetin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Sonda tələbələrin sualları cavablandırılıb.