Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
Cəmiyyət
Oxunub: 2208
06 May 2024 | 13:34
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
Bu ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36 659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir.
 
Moderator.az Bakıvaxtı.az - a istinadən xəbər verir ki, həmin şəxslərin 8 458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir.
 
2023-cü ildə 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib. Məlumata görə, 36 659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.
 
Narkomaniya ilə necə mübarizə aparmaq olar? Bu sahədə maarifləndirmə metodlarının, psixoloji müalicənin təsiri nə qədərdir?
 
Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev Bakıvaxtı.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.
 
- Hazırda ölkəmizdə narkomaniya ilə bağlı vəziyyət nə yerdədir?
 
- Narkomaniya xroniki bir xəstəlik olduğundan burada sağalma prosesi çətindir. Bu səbəbdən də şəxslərin qısamüddətli və ya uzunmüddətli uzaqlaşması fərdə görə dəyişir. Hazırda Respublika Narkoloji Mərkəzində 33 610 nəfər qeydiyyatda olan vətəndaşımız var. Əlbəttə, bu, rəsmi şəkildə müraciət olunan vətəndaşlarımızın sayıdır. Statistik dəyərləndirmə onu göstərir ki, qeydiyyatda olanlardan da kənarda müraciət etməyən vətəndaşlarımız mövcuddur. Bu normaldır. Bəziləri anonimliyə görə müraciət etmirlər, bəzilərində ailə problem yaradır, bəziləri müalicə almaq istəmirlər, çünki onlarda tənqidi fikir yoxdur: “mən asılı deyiləm”, “mən özüm bacaracağam”, “həkimə ehtiyacım yoxdur” kimi yanıldıcı düşüncələr olur ki, bu da onların müalicəsinə problem yaradır. Amma dövlətimizin ortaya qoyduğu layihələrlə, tapşırıqlarla istər TƏBİB, istərsə də Səhiyyə Nazirliyinin nəzdində narkomaniya ilə mübarizə mərkəzləri yaradılıb ki, bu da vətəndaşlarımızın müalicə olunmasına və bu prosesdən uzaqlaşmasına şərait yaradır.
 
- İnsanların narkotikə meyil etməsinin əsas səbəbi nədir?
 
- İlk olaraq narkomaniya, alkoqolizm, toksikomaniya nədir yox, asılılıq nədir sualına cavab verməliyik. Asılılıq bəzilərinə görə iradəsizlik, bəzilərinə görə gücsüzlük, əxlaqi dəyişim, seçimdir. Amma tibbi yanaşmaya görə, xroniki beyin xəstəliyidir. Mənə görə isə, asılılıq ağrıdan qaçışdır. Şəxsdə psixoloji bir ağrı var və o, ağrıdan qaçmaq üçün özünəxas qısamüddətli məntiqsiz bir davranış həyata keçirir və ona elə gəlir ki, narkotik vasitə yeganə çıxış yoludur. Amma narkotik və digər psixotrop maddələrin tez bir zamanda asılılıq yaratmaq kimi bir xüsusiyyəti var ki, sonradan asılılığın ən ağır mərhələsi ortaya çıxır.
 
Asılılığın yaranma səbəblərini bəzi ədəbiyyatlarda genetik faktorla əlaqələndirirlər, bəzi ədəbiyyatlarda isə onu sonradan qazanılan psixoloji və fizioloji travmaların nəticəsi kimi dəyərləndirirlər. Psixoloji və fizioloji travmalar insanın beyin funksiyalarında müəyyən bir bloklanma ortaya çıxarır. Bu bloklanma nəticəsində beyin artıq ağrıkəsicini özü ifraz edə bilmədiyinə görə xaricdən eksternal olaraq ağrıkəsici tələb edir. Bu zaman da normal olaraq ortaya asılılıq problemi çıxır.
 
- Bəs insanları narkotikə aludə edənlər kimlərdir?
 
- Əslində narkotikə meyillənmədə biz çox faktorları qeyd edə bilərik. Burada ailə modelinin vacibliyini qeyd edirik, dost çevrəsidir, aldığı informasiyalara uyğun maddənin təbliğatıdır, baxdığı filmlər, dinlədiyi musiqilər, yəni özünə yaratdığı prototiplərdən yola çıxırıq.
 
Bilirik ki, insan gənclik və yeniyetməlik dövrü tam təcrübə dövrüdür. Özünütəsdiqə can atır, emosional beynin aktiv olan dövrüdür. Yəni emosional beynin bir funksiyası var ki, verdiyimiz qərarlar emosional olur, rasional əsası yoxdur. Yeniyetməlik yaş dövründə biz fayda və zərəri düşünmürük, əsas istədiyimiz nədir onu həyata keçiririk. Bu zaman da şəxs düşünmür ki, narkotik onda bir zərər yarada bilər.
 
- Bir dəfədən heç nə olmaz...
 
- Bir dəfədən heç nə olmaz, tez böyümə istəyi, diqqət mərkəzində olmaq və o prototipləri də yaradanda artıq özünəxas obrazlar ortaya qoyur ki, məsələn, mən atama oxşamalıyam, dayım kimi mən da siqaret çəkəcəyəm, dostlarımdan seçilmək istəmirəm.
 
- Bu, həmin cəmiyyətə qəbulolunma istəyi kimi dəyərləndirilə bilər?
 
- Bəli, bu, şəxsin qəbulolunma, özünü təsdiq etməsidir. Əslində bu, özünü təsdiq etmənin dərinliyinə getsək, yenə də gedib çıxır uşaqlıq travmalarına. Məsələn, uşaqlıqda şiddətli travmalar görənlər daha çox özünü günahlandırmanın ön planda olduğu, özünü qiymətləndirmənin sıfıra endiyi, özünütəsdiq etmənin ön planda olduğu insanlardır. Yəni özünü günahlandırma çox yüksək olur: “Mən acizəm”, “mən lazımsızam”, “mən sevilmirəm” kimi hallarda özünü qiymətləndirmə düşür sıfıra. “Mən heç nə bacarmıram” düşüncəsi ilə davranan insanlarda özünü təsdiq həmişə ortaya qoyulur ki, mən hamıdan seçilməliyəm. Özünü təsdiq yox demə bacarığının sıfırda olması deməkdir. Bu tip insanlar daha tez təsir altına düşürlər. Başqalarının düşüncəsi, başqalarının fikri onlar üçün çox vacibdir, tənqidə və tərifə çox həssasdırlar.
 
Amma ikinci məsələyə baxsaq, yəni özünü günahlandırması aşağı olan insanlar özünü qiymətləndirməsi çox yüksək olan tiplərdir. Özünü qiymətləndirmə dedikdə adekvat qiymətləndirməni nəzərdə tuturuq. Onlar özünü təsdiqə çox da can atmırlar, özlərinin konkret düşüncələri, fikirləri olar. Bu tip insanlara biz koqnitiv elastikliyi güclü insanlar deyirik. Koqnitiv elastiklik cəmiyyətə adaptasiyanın daha yaxşı həyata keçməsi deməkdir. Onlar təhlükələrə özlərinə xas modellərlə, mübarizə texnikaları ilə yola çıxırlar. Amma travma görən insanlarda koqnitiv elastiklik çox aşağı olur. Onlar heç vaxt təhlükəyə qarşı tam adekvat fikir ortaya qoya bilmirlər.
 
- Gənclərin narkotikə aludə olmasında valideynin günahı var deyə bilərikmi?
 
- Günahlandırma cəhətdən məsələyə yanaşmaq bir az doğru olmazdı. Amma burada bir məsələ var. Psixologiyada Albert Banduranın “Sosial öyrənmə nəzəriyyəsi” var. Burda onu deyir ki, uşaq doğulduğu mühitdə bütün davranışları mənimsəyir. Uşaq anadan oldusa, ailədəki aqressiyanı, ailədəki xoş münasibəti, yəni ailədəki mühiti mənimsəyir. Məsələn, kanadalı bir həkim var. Öz xatirə dəftərinə qeyd edir ki, mən 1936-cı ildə Macarıstanda doğulmuşam. O vaxt 1939-cu ildə Hitler Almaniyası tərəfindən Macarıstana hücumlar oldu. Qeyd edir ki, bir gün mən durmadan ağlayırmışam. Anam həkimə zəng edib ki, durmadan ağlayır, gəlin ona baxın. Həkimin isə ona cavabı çox maraqlı olur: “Bu dəqiqə yəhudi uşaqlarının hamısı ağlayır”. Halbuki burada o bilmirdi Hitler kimdir, bilmirdi müharibə, soyqırımı nədir. O, ailənin narahatlığını mənimsəmişdi. Ailədə stres vardı, stresi mənimsəmişdi. Ona görə də ailə mühiti bir uşaq üçün çox vacibdir. Bundan başqa, ailədəki tərbiyə sistemi uşaq üçün ön plandadır. Tərbiyə modeli dedikdə avtoritar, demokratik ailə modelini götürə bilərik, uşağın qarşısına qoyulan tələblərdir, uşağın şəxsiyyətinin nəzərə alınmasıdır, düzgün mükafatlandırma-cəzalandırma sistemi nəzərdə tuta bilərik ki, bu da uşağın normal şəxsiyyət kimi ortaya çıxmasından qaynaqlanır.
 
Bizi narkotikdən uzaqlaşdıran amillərdən biri yüksək şəxsiyyət keyfiyyətlərinə malik olmağımız, qərar verməkdə daha adekvat olmaq, normal proqram qurmaq, beynin daha analitik işləməsi, müqayisəli təhlildir ki, bu da uşaq vaxtlarından inkişaf etdirilir. Sonrakı yaş dönəmlərində beyin keçmiş yaş dövrlərini mənimsəyir, bir növ aktivləşmək istəmir. Çünki uşaq vaxtı yaratdığımız vərdiş hansı formada şaxələnirsə, elə də gedir.
 
- Narkomaniyanın müalicəsi necə aparılır?
 
- Biz ilk olaraq şəxsin qəbul etdiyi maddənin növünə, vasitəsinə və müddətinə baxırıq. Əlbəttə bəzi maddələr var ki, şiddətli şəkildə abstinent sindromu yaradır. Abstinent sindromu “kəsilmə” deməkdir. Yəni maddənin kəsilməsi zamanı ortaya çıxan şiddətli ağrılardır. Şəxsdə şiddətli ağrılar, mədə-bağırsaq, ürək-qan-damar sistemində ciddi pozuntular, saçın tökülməsi, aqressivlik, psixiatrik və psixoloji problemlər meydana gəlir. Bu zaman həkim nəzarəti çox vacibdir. Narkoloq-həkim tərəfindən 2-3 həftəlik müalicə planı tətbiq olunur. Burada əsas məqsədimiz orqanizmin narkotik maddələrdən təmizlənməsi və şəxsin ağrıdan xilas olmasıdır. İnkişaf etmiş ölkələrdə bu, psixoterapiyaya hazırlıq mərhələsidir. Çünki maddə asılılığını biz əsas düşüncə xəstəliyi olaraq qəbul etdiyimizə görə, pasiyentin düşüncələri ilə işləməliyik. “Yox” demə bacarığının inkişaf etdirilmə, istəyin azaldılması, müəyyən texnika və metodikaların verilməsi, ailə işinin təşkili, günahlandırma-mühakimə-müqayisəni ikinci plana atmaq, xarici və daxili tətikləyicilər ilə işləmə modellərini ortaya qoymaq əsas məqsədimizdir. Ona görə biz şəxsdə tənqidi fikirləri formalaşdıraraq psixoterapiyaları həyata keçirməyə başlayırıq. Bununla paralel də ailə işini həyata keçiririk ki, şəxsin ailəsi onun üçün tətikləyici rol oynamasın.
 
- O zaman müalicədə əsas psixoloji müayinədir deyə bilərikmi?
 
- Bəli. Əsas texnika psixoterapiyadır. Çünki az öncə də qeyd etdiyim kimi, bu, ağrının aradan qaldırılması, terapiyaya hazırlıq mərhələsidir. Bir növ dərman terapiyası bu prosesdə faiz dərəcəsi ilə dəyərləndirsək, 5% əhəmiyyətlidir. Çünki məsələn, biz dişimiz ağrıyanda sevdiyimiz filmə baxa bilmirik, sevdiyimiz müəllimin dərsinə qulaq asa bilmirik. Yəni bu, maddə ağrısıdır və şiddətli şəkildə ağrı ortaya çıxır.
 
- Yanınıza öz xoşu ilə gəlib sağalmaq istəyən pasiyentlər olubmu?
 
- Maraqlı sualdır... Maddə asılılığında bizim əsas rastlaşdığımız problemlərdən biri şəxsin məcburi şəkildə müalicəyə yönləndirilməsidir. Burada bir az beynin funksionallığına toxunmağımızda fayda var ki, əslində asılılıq zamanı bizim beynimizdə hansı proses gedir? Mükafatlandırma sistemi pozulur. Mükafatlandırma sistemi dedikdə, biz hər gün onlarla davranış sərgiləyirik: ləzzətli yemək yeyirik, maşın sürürük, pul qazanırıq, müəllimimizdən yüksək qiymət alırıq, sevdiklərimizlə zaman keçiririk. Bu zaman beynimiz “dopamin” adı verdiyimiz bir neyrotransmitterini ifraz edir. Tədqiqatlar onu göstərir ki, dopamin ifrazı 80%-i keçmir. Maraqlısı isə odur ki, daşınması və satışı Azərbaycan Respublikasında qadağan olunan bəzi maddələr, məsələn metanfetamin var ki, indi küçə adını çəkmək istəmirəm. Mənə görə maddənin yayılmasının əsas səbəblərindən biri də kütləvi informasiya vasitələrində onların küçə adlarının çəkilməsidir. Beynimizdə dopamin ifrazı artdığı təqdirdə alın payımız bloklanır, şəxs artıq rasional bir düşüncə ortaya qoya bilmir. Yəni maddə istifadə edir, zərərini bilir, amma kontrolu əlində saxlaya bilmir. Maddə asılılığı ehtiyacımız olmayan bir şeyin ehtiyacımız olan hala çevrilməsdir. Ona görə də asılı şəxsin istəkli halda müalicəyə yanaşması çox qeyri-real görünür. Maddə asılılığında bizim işimizi ləngidən əsas problemlərdən biri şəxsin məcburi şəkildə müalicəyə yönləndirilməsidir.
 
Narkoloji müəssisədə 2 tip müalicə növü var. Biri var könüllü müalicə, biri var məcburi müalicə. Məcburi müalicə adından da göründüyü kimi, məcburi müalicənin təyin olunmasıdır ki, hüquq-mühafizə orqanları tərəfindən rəsmi qərarla həyata keçirilir. Minimum 6 aydan maksimum 2 ilə qədər vətəndaş Respublika Narkoloji Mərkəzində məhkəmə qərarı ilə tam ödənişsiz şəkildə müalicə alır. Biri də var könüllü müalicə. Hansı ki, onu da formal olaraq 2 yerə bölürlər: real könüllü və formal könüllü.
 
Real könüllü - şəxsin öz istəyi ilə müalicə almasıdır. Artıq baxıb görür ki, sosial həyatında parçalanmalar, ağrılar, psixoloji problemlər, əmək fəaliyyətində parçalanmalar və s. var.
 
Biri də var formal könüllülük ki, valideyn tərəfindən cəzalandırılaraq və ya mükafatlandırılaraq gətirilir. Bu zaman da biz müalicənin effektivliyində ciddi problemlərlə qarşılaşırıq.
 
- Asılılıqdan birdəfəlik qurtulmaq mümkündürmü? Təcrübənizdə belə hal olubmu?
 
- Asılılıq hər bir şəxsə görə fərqli mənalandırılan bir prosesdir. Amma akademik mənalandırma odur ki, asılılıq beynimizin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki bir beyin xəstəliyidir. Xroniki sözü ilə mənalandırdığımız problemlər heç vaxt sağalmayan xəstəliklər təsnifatına daxildir. Əlbəttə, biz deyə bilmərik ki, narkotik sağalmayacaq, şəxs narkotikə başladısa, ömrünün axırına qədər istifadə edəcək. Bu, qəti olaraq düzgün cümlə deyil. Xroniki xəstəlik o deməkdir ki, təkrarlanandır. Təkrarlanan olması ilə paralel “sağalma” sözündən yox, “saxlama” sözündən istifadə etməliyik. Bu, təkcə narkomaniya üçün keçərli deyil. Bu, şəkər xəstəlikləri, psixi pozuntular üçün də keçərlidir. Bəzi müalicələr zamanı simptomlar yoxa çıxır. Amma gələcəkdə, məsələn, 20 ildən sonra alkoqol aludəçiliyi yenidən özünü büruzə verə bilər. Yəni itmir, beyin onu proqramlaşdırır. Sadəcə remissiyanın müddəti şəxsə, tətikləyicilərə görə dəyişir. Ona görə də biz narkomaniyada remissiyanın müddətini artıra bilərik. Şəxs ömrünün axırına qədər maddə istifadə etməyə bilər. Əgər nəzarətdə olacaqsa, terapiya alacaqsa, ailə işi aparılcaqsa, risk yaradan amillərdən uzaq olacaqlarsa, narkotiksiz yaşamaq mümkündür.
 
- İradəsi tab gətirməlidir?
 
- İradə sadəcə olaraq bu prosesdə şəxsin daxili gücünün müəyyən cisim və hadisəyə yönəlməsidir. Burada bir haşiyəyə çıxım - Şəxs narkoloji mərkəzdə müalicə alır. Ailə yoxdur, dağılıb, əmək fəaliyyəti dayanıb, maddi sıxıntısı var, evi yoxdur. Amma biz ona deyirik ki, iradəli ol düzələcəksən. Əlbəttə, iradənin də rolu var. İstək, atılan addımlar iradədən qaynaqlanır. Amma maddə asılılığı multidisiplinar işi xoşlayan bir xəstəlikdir. Yəni komanda işini sevir. Maddə asılılığında şəxsi apar qoy reabilitasiya mərkəzinə, onunla iş aparılmayanda 6 aydan sonra çıxıb yenə də maddə istifadə edəcək.
 
- Bəs maarifləndirmə işi necə aparılmalıdır?
 
- Dünyada asılılığın qarşısının alınmasında düşünüldüyü qədər effektiv olmayan proqramlar var. Bunlardan birincisi əsasən psixoaktiv maddə istifadəsi və onun təsirləri ilə bağlı məlumat verən informativ proqramlardır. Yəni maddə asılılığı ilə bağlı verilən informasiya xarakterli proqramlardır. Bundan başqa psixioaktiv maddə istifadəsinin mənfi təsirlərini və mümkün riskləri vurğulayan qorxu oyandıran proqramlardır, istifadənin mənfi təsirlərini vurğulayan əxlaqi proqramlardır və özünüqiymətləndirmə, məsuliyyətli qərar qəbul etmə və şəxsiyyətlərarası münasibətlərdə inkişaf yaratmağı hədəfləyən affektiv proqramlardır. Əlbəttə, burada sual çıxa bilər ki, özünü qiymətləndirmə, doğru qərar qəbul etmə proqramları niyə effektiv olmasın. Çünki burada olan müsbət keyfiyyətlərin aktivləşməsi şəxsin ola bilər ki, təhsilə qarşı müsbət keyfiyyətlərini aktivləşdirsin, amma narkotik maddə istifadəsində elə də effektiv deyil. Bunların aradan qaldırılması üçün biz əsas 4 proqram təklif edirik ki, məktəblərdə bu proqramlar işlənməlidir:
 
1. Profilaktik təlim sessiyaları. Yəni narkotik maddə ilə yox, daha çox şəxsin şəxsi keyfiyyətlərinin aktivləşməsi ilə bağlı aparılan işlərdir;
 
2. Fərdi və qrup konsultasiyalarının təşkilidir. Bu zaman mütləq ixtisaslı kadr seçimi vacibdir;
 
3. Valideyn proqramlarının təşkilidir. Biz təkcə şagirdin üstünə fokslanmamalıyıq;
 
4.Yönləndirmə. Burada əsas nevroloji, psixiatrik məsələlər və digər tibbi prosedurlardır ki, təkcə psixoloji işin təşkili ilə mümkün deyil.
 
Biz orta məktəblərdə narkotikdən danışmaq yerinə daha çox şəxsiyyətin inkişafına fokuslanmalıyıq. Psixoloji problemlər korreksiya olunmalıdır, fərdi terapiyalar aparılmalıdır, valideynlərlə iş təşkil olunmalıdır, çətin tərbiyə olunan uşaqlar diqqət mərkəzində olmalıdır. Bir sözlə, şagirdlərdə daxili və xarici resursları aktivləşdirməliyik. Narkotikə aparan əsas amillərdən də biri valideyn və uşaq arasında olan boşluq, ünsiyyət problemidir. Uşaq öz problemini valideyn ilə bölüşmək yerinə, çıxış yolunu narkotikdə, siqaretdə, enerji içkilərində, başqasına danışmaqda tapır ki, başqalarının verdiyi tövsiyə ilə valideynin verdiyi tövsiyə eyni ola bilməz.
 
- Müsahibələrinizdən birində demişiniz ki, maddə asılılığından yardım sahəsində mütəxəssis qıtlığı var...
 
- Bəli, yadıma gəlir o tədbir. Hazırda mənim əsas fikirlərimdən biri budur ki, asılılığın müalicəsi ilə bağlı düzgün mütəxəssislərin yetişməsidir. 7-8 il bundan öncəyə qədər narkomaniya belə aktual, kütləvi şəkildə diqqət mərkəzində deyildi, mətbuatda elə də tez-tez dilə gətirilmirdi. Dünyada bu istifadə tendensiyası artandan sonra Azərbaycan da bu prosesdən geri qalmadı, çox təəssüf ki. Asılılıq sadəcə Azərbaycanın problemi deyil, dünyanın problemidir. Tez bir zamanda baş verən bu prosesdə işini bilməyən “mütəxəssislər” ortaya çıxdı. Az öncə qeyd etdim ki, maarifləndirmə işləri həyata keçirilməlidir. Amma maarifləndirmə işi də ixtisaslı kadrlar tərəfindən həyata keçirilməlidir. Yəni hər psixoloq asılılıqla bağlı məlumat verə bilməz. Çünki onun tədqiqat sahəsi deyil. Çox sevindirici hallardan biri budur ki, hazırda Bakı Dövlət Universitetində keçən ildən “Sabah” qruplarında “Asılılıq psixologiyası” tədris olunur, 4 ildir Xəzər Universitetində mən tədris edirəm. Ümid edirəm ki, növbəti illərdə digər universitetlərimizdə də “Asılılıq psixologiyası” tədris olunacaq. Düzgün mütəxəssis seçimi də ali təhsil müəssisələrimizin bu məsələyə hansı yöndən yanaşmasından keçir. Yəni bir vətəndaş narkoloji problemdən əziyyət çəkirsə, bunu heç vaxt gedib bir pediatra müraciət etməyəcək. Hər sahənin öz mütəxəssisi olmalıdır və bu mütəxəssislər çoxaldıqca vətəndaşlarımız da daha asan şəkildə sağlamlıqlarına çata bilərlər.
 
Oxşar xəbərlər
13:59, Bu gün
Çimərliklərdə mövsümə hazırlıqlar başlayıb: Son vəziyyət necədir?
13:52, Bu gün
“28 May”da sərnişin qatar yoluna düşdü
13:42, Bu gün
Mübarizə sərtləşir: Əhmədinejad da namizəd oldu
13:39, Bu gün
Ermənilər Bakıda bilirsiz necə yaşayırdı? - Korotçenko
13:28, Bu gün
Siqaret çəkənlərə daha bir BƏD XƏBƏR
13:20, Bu gün
İranda güclü zəlzələ oldu
13:12, Bu gün
Şimali Koreya Cənubi Koreyaya 600 zibil dolu şar buraxıb
13:06, Bu gün
Yay ayları üçün ən dəbli paltarlar açıqlandı
12:57, Bu gün
Əməkdar artist: “Yalan deyirəmsə, Allah məni öldürsün”
12:50, Bu gün
İstanbulda yaşayış binasının ÇÖKMƏ ANI - VİDEO - FOTO
12:45, Bu gün
“AzEstetik Group”: "Bu uğurumuzu həzm etməyən, bizimlə haqlı rəqabət apara bilməyən “Azcosmetics”MMC-nin əməkdaşları və onun rəhbərinin əməlləridir"
12:29, Bu gün
Əli Əlizadə vəfat etdi
12:23, Bu gün
Süni intellektli telefonlar: Üstünlük, yoxsa problem?
12:11, Bu gün
Maşın bazarında diqqət cəlb edən ucuzlaşma - Davamlı olacaq?
12:10, Bu gün
Kürdəmirdə “KamAZ” aşıb, ölən var
12:08, Bu gün
Tarqovuda qəribə görüntü: ərəb turist... - VİDEO
12:05, Bu gün
Qanın qatılaşmasının qarşısını almaq üçün istidə nə içmək olmaz?
11:59, Bu gün
Binəqədidə sursat aşkarlandı - VİDEO
11:56, Bu gün
Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdü
11:55, Bu gün
Azərbaycanda bu rayonlara dolu düşüb
11:53, Bu gün
Bakıda motosikletçinin iştirakı ilə qəza: Xəsarət alan var
11:49, Bu gün
Kökəldici dərmanlar ölümə aparır - Təhlükəli maddələr aşkarlandı - VİDEO
11:41, Bu gün
Rusların hərbi karvanı vuruldu: ölü və yaralılar var
11:34, Bu gün
Bakıda yeni açılan “mall”da DƏHŞƏTLİ HADİSƏ - VİDEO
11:28, Bu gün
İlham Əliyev İtaliya prezidentini təbrik etdi
11:19, Bu gün
İldırım vurmasının səbəbi telefonlardır – Niyə bir gecədə 3 nəfər öldü?
10:59, Bu gün
MARKETLƏRİN yeni fırıldağı: “Nizami küçəsindəki “Grandmart”-dan bizə çox şikayətlər gəlir, mənim özümü də orada çox aldadıblar”
10:49, Bu gün
İstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var - FOTO
10:41, Bu gün
Van və Qarsda Qərbi Azərbaycana qayıdışa dair konfranslar keçirildi...-FOTOLAR
10:40, Bu gün
Yod çatışmazlığının yaratdığı daha bir xəstəlik
10:32, Bu gün
Putinin Paşinyanla bağlı qərarı müxalifəti şoka saldı
10:21, Bu gün
İfası ilə sosial mediada gündəm olan taksi sürücüsü: “Barış Manço sağ olsaydı...”-VİDEO+FOTO
10:15, Bu gün
İyunda bu meyvə və tərəvəzləri yeyənlər həkim üzü görməyəcək
10:06, Bu gün
Ölən övladlarına toy etdilər - FOTOLAR
09:56, Bu gün
Sabirabadda ikimərtəbəli çay evində yanğın oldu
09:48, Bu gün
Azərbaycanın minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır
09:41, Bu gün
Pomidor yeyənlərə XƏBƏRDARLIQ: Bu xəstəliyin inkişafına səbəb ola bilər
09:33, Bu gün
Fürsətlər və məyusluqlar ayı: İyun üçün maliyyə ULDUZ FALI
09:25, Bu gün
CHP Lideri Azərbaycana səfərə gəlir
09:19, Bu gün
Mərhum sənətkarın oğlu: "Ölümündən 6 ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"
09:10, Bu gün
Zarina Qurbanova görün kimə ərə gedir… Özü danışdı – VİDEO
09:00, Bu gün
Azərbaycanda ən aşağı maaş olan - 11 RAYON – SİYAHI, MƏBLƏĞLƏR
08:36, Bu gün
Çinin kosmik aparatı Ayın əks tərəfinə enib
08:29, Bu gün
Mətbəxdə alüminium folqa bu işə yarayır
08:18, Bu gün
"Sülh olsa, istefa verəcəyik" - İsrailli nazirlər "MÜHARİBƏYƏ DAVAM" dedilər
08:12, Bu gün
Qanda şəkərə nəzarət edən içki hazırlandı
08:07, Bu gün
Baqrat etiraf etdi: daha bir “revanşist cəhd” öldü
07:59, Bu gün
Əhaliyə xəbərdarlıq: EHTİYATLI OLUN, 2 İYUNDA HƏR AN...
07:46, Bu gün
Azərbaycanda bu məhsullar ucuzlaşdı - VİDEO
07:32, Bu gün
Gəncə Dövlət Universitetindən BÖYÜK UĞUR
07:24, Bu gün
Qara tutun 13 faydası-  İştahanı açır, yorğunluğu aparır, qan azlığına...
07:11, Bu gün
UEFA Superkubokunun iştirakçıları müəyyənləşdi
07:05, Bu gün
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
06:52, Bu gün
Arda Gülər kuboku qazanan ilk türk futbolçu oldu
00:40, Bu gün
Həkimdən gecələr səbəbsiz ağrıları olanlar üçün XƏBƏRDARLIQ 
00:26, Bu gün
ABŞ İranın daha bir yüksək vəzifəli məmurunu öldürüb - İDDİA 
00:25, Bu gün
"Avropa Rusiya ilə qarşıdurmada hansı qüvvələrə malikdir?" - analitikdən açıqlama 
00:14, Bu gün
Yatmazdan öncə bunları edin: Səhər daha xoşbəxt olun!
01 Jun 2024 | 23:49
Kəmaləddin Heydərovdan TƏYİNAT
01 Jun 2024 | 23:21
Baqratın Gümrü aksiyasında etirazçılar BUNU DA ETDİLƏR 
01 Jun 2024 | 23:09
Mourinyo “Fənərbağça” haqda yazdı: "Çətin olacaq…"
01 Jun 2024 | 22:49
İldırım və onun sağlamlığa TƏSİRİ - Görmə qabiliyyətində ciddi pozuntular və iflic...
01 Jun 2024 | 22:37
Bakıda bu binalardakı mənzillər kütləvi satışa çıxarılır - VİDEO
01 Jun 2024 | 22:30
Xocalıda yarımçıq qalan toyun bu gün davamı oldu - FOTO
01 Jun 2024 | 22:26
Azərbaycanlı İranda prezidentliyə namizəd oldu
01 Jun 2024 | 22:22
“Fransa bu əraziləri itirəcək!” – PROQNOZ
01 Jun 2024 | 22:18
Orta məktəb müəllimi QƏFİL ÖLDÜ - FOTO
01 Jun 2024 | 22:12
Dəhşətli HADİSƏ: ölən və yaralananlar var 
01 Jun 2024 | 22:08
Səkkizinci sinif şagirdi faciəvi şəkildə öldü - VİDEO
01 Jun 2024 | 22:04
Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
01 Jun 2024 | 21:52
Bu yataq vərdişi sevgini öldürür
01 Jun 2024 | 21:24
İrəvan Qarabağla bağlı səhv qərar verdi, indi də… - Tarasov
01 Jun 2024 | 21:21
Rusiya dediyini etsə və bu ölkəni vursa... - Ağar
01 Jun 2024 | 20:52
"İlin əvvəlindən rusiyalı işğalçılar Ukraynanın 752 kv km ərazisini zəbt edib" - ISW
01 Jun 2024 | 20:38
Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
01 Jun 2024 | 20:22
Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin DETALLARI
01 Jun 2024 | 20:05
"Ukrayna Amerika silahından Rusiyaya nə zaman zərbələr endirməyı başlayacaq?" - "The New York Times"
01 Jun 2024 | 19:49
“Vəzifəlinin var-yoxunu vəzifədə ikən sayarlar... - Özü də rəsmi...”
01 Jun 2024 | 19:38
Burak Özçivit Bakıya gəldi
01 Jun 2024 | 19:35
Əziz Səncər: "Söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam"
01 Jun 2024 | 18:54
Hakan Fidan Çinə səfər edəcək
01 Jun 2024 | 18:42
Aeroportda ŞOK: 1 kilo qızılı düz bağırsağında gizlətdi
01 Jun 2024 | 18:28
Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanılıb
01 Jun 2024 | 18:22
İyunda bu günlər təhlükəli olacaq - XƏBƏRDARLIQ
01 Jun 2024 | 18:15
Bu rayonları LEYSAN VURDU
01 Jun 2024 | 18:10
Maaşlarla bağlı yeni qaydalar - Artım nə qədər olacaq?
01 Jun 2024 | 18:05
17 yaşlı Mirhəsən faciəvi şəkildə öldü - FOTO
01 Jun 2024 | 18:00
Ölkəyə 60 kiloqram narkotik maddə gətirən narkokuryerlər saxlanıldı - FOTO/VİDEO
01 Jun 2024 | 17:56
""Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq" - Rəşad Sadıqov
01 Jun 2024 | 17:53
DİM-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu - FOTO
01 Jun 2024 | 17:50
“Terror aktında həyat yoldaşım 6 güllə yarası almışdı” - MÜSAHİBƏ
01 Jun 2024 | 17:46
Qurban Qurbanov: "Çox ciddi rəqibə qarşı oynayacağıq"
01 Jun 2024 | 17:42
Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTO/VİDEO
01 Jun 2024 | 17:37
İranda prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
01 Jun 2024 | 17:32
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib - FOTOLAR
01 Jun 2024 | 17:25
"Anam, atam zəng vurdu ki, hara gedirsən? "
01 Jun 2024 | 17:20
"Türkiyə Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyir, lakin burada bir "əmma" var" - Hakan Fidan
01 Jun 2024 | 17:14
Yanlışlığın beləsi: Tarasov sərsəmlədi – “Bu, səhv qərar idi, Qarabağ...”
01 Jun 2024 | 17:08
Azərbaycan Premyer Liqasında növbəti mövsümünün start tarixi müəyyənləşib
01 Jun 2024 | 17:02
Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
GÜNLÜK
01 Jun 2024 | 17:02
Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 Jun 2024 | 16:40
"Stəkandakı dərmanı içib dedi ki, ana, mən öldüm" - Ağdaşdakı intiharın SƏBƏBİ - VİDEO
01 Jun 2024 | 14:50
“Azercell” ödəniş danışıq kartlarının istifadə müddətlərini dəyişir
01 Jun 2024 | 15:14
Tovuzda DƏHŞƏT: keçmiş arvadının kirayədə...
01 Jun 2024 | 14:28
"Paşinyan düzgün iş görüb" - Türkiyənin milli müdafiə naziri
01 Jun 2024 | 14:46
Qadın yalanlarının  SƏBƏBLƏRİ
01 Jun 2024 | 14:44
Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər
01 Jun 2024 | 14:15
Onlar fələyə qalib gəldilər: "Küllərdən doğulan" körpə simurqlarımız - FOTO
01 Jun 2024 | 14:35
"Fənərbaxça"dan Mourinyo ilə bağlı rəsmi açıqlama
01 Jun 2024 | 14:37
Zelenski ABŞ müdafiə naziri ilə görüşəcək
HƏFTƏLİK
26 May 2024 | 15:22
"Hazırlaşın" əmri verildi - Hədəf birbaşa Rusiya ərazisi olacaq
28 May 2024 | 09:55
İranın prezidenti azərbaycanlı ola bilər - yarış başladı, maraqlı adlar... 
27 May 2024 | 21:20
Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib
27 May 2024 | 19:45
Qulu Məhərrəmli 32 il sonra doğma kəndində - FOTO 
01 Jun 2024 | 09:12
“Rusiya Xankəndində konsulluq açmaq təşəbbüsü ilə Cənubi Qafqazdan, xüsusən də Qarabağdan çıxmadığını göstərir...”
27 May 2024 | 21:09
DTX-nin həbs etdiyi Kamran Zülfüqarov - O, tırın altında Azərbaycana qayıdıbmış
28 May 2024 | 07:13
Daxili işlər naziri Baş nazir təyin edilib
28 May 2024 | 09:47
Azərbaycanda əməkhaqqı dəyişikliyi: əvvəl 345 manat idi, indi isə… – VİDEO 
31 May 2024 | 22:58
Taksi sürücülərinin NƏZƏRİNƏ: Təlimdən sonra qiymətləndirməni DİM aparacaq - AÇIQLAMA
27 May 2024 | 20:48
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
AYLIQ
01 Jun 2024 | 17:02
Qazaxda DƏHŞƏT: bəy toyuna bir gün qalmış özünü asdı
01 Jun 2024 | 16:40
"Stəkandakı dərmanı içib dedi ki, ana, mən öldüm" - Ağdaşdakı intiharın SƏBƏBİ - VİDEO
01 Jun 2024 | 14:50
“Azercell” ödəniş danışıq kartlarının istifadə müddətlərini dəyişir
01 Jun 2024 | 15:14
Tovuzda DƏHŞƏT: keçmiş arvadının kirayədə...
01 Jun 2024 | 14:28
"Paşinyan düzgün iş görüb" - Türkiyənin milli müdafiə naziri
01 Jun 2024 | 14:46
Qadın yalanlarının  SƏBƏBLƏRİ
01 Jun 2024 | 14:44
Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər
01 Jun 2024 | 14:15
Onlar fələyə qalib gəldilər: "Küllərdən doğulan" körpə simurqlarımız - FOTO
01 Jun 2024 | 14:35
"Fənərbaxça"dan Mourinyo ilə bağlı rəsmi açıqlama
01 Jun 2024 | 14:37
Zelenski ABŞ müdafiə naziri ilə görüşəcək