“Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun paylaşımına cavab olaraq “X”də yazıb.
O bildirib ki, səfirin iddialarında ədalət və qərəzsizlik çatışmır:
“Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalət və qərəzsizlik yoxdur”.
Xatırladaq ki, Fergus Auld “X”də paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.