İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
Hadisə
Oxunub: 3108
30 Apr 2024 | 09:30
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
CİNAYƏT İŞİ
 
Qısa arayış...
 
2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib. 
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
 
İstintaqla müəyyən edilib ki, martın 18-də borca görə elektrik enerjisinin kəsilməsi səbəbindən Elçin Camalov 2-ci mərtəbədə yaşayan qardaşı Etibar Camalovun yanına qalxıb, bayram günü qaranlıqda qalmamalarını və işıq pulunu verməsi üçün ona köməklik etməsini deyib. Əlbəyaxa olduqları zaman Etibar başı ilə Elçinin alnına zərbə vurub. 
 
Bundan sonra E. Camalov qaldığı evə düşüb və bu barədə anasına danışaraq, baş verənlərin günahını qardaşının arvadı Kəmalə Camalovada gördüyünü bildirib. Yoldaşının ünvanına nalayiq ifadələr işlətdiyinə görə Etibar onun yaşadığı evin qapısını açıb, üzünə və sinəsinə bıçaqla 2 dəfə zərbə vurub. Bundan hiddətlənən Elçin qonaq otağındakı masanın üzərindən bıçağı götürüb qardaşının döş qəfəsinə və bədənin digər nahiyyələrinə ümumilikdə 7 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Elçin Camalov qardaşını öldürüb.
 
İş üzrə dindirilmiş Elçin Camalov bildirib ki, anası, bacısı və qardaşı Elbrusla bir evdə yaşayıb. Digər qardaşı Etibar öz arvadı ilə hadisədən 3-4 ay əvvəl onlar qalan ünvana köçüb və 2-ci mərtəbədə qalıb: “Qardaşım işıq pulunun özünə düşən hissəsini ödəməkdən boyun qaçırdı. Bayram ərəfəsində pulu ödəmədiyimizə görə işığımız kəsildi. Buna görə axşam Etibarın yanına qalxıb dedim ki, işıq pulunun yarısını mən, yarısını isə o versin. Köməkləşib borcumuzu ödəyək və bayram günü qaranlıqda qalmayaq. Cavab olaraq Etibar pulu ödəyəcəyini deyib məni yola verəndə, aramızda mübahisə yarandı. Acıq edən qardaşım pul verməyəcəyini söyləyərək, başı, ardınca da yumruqla mənə zərbələr vurdu. Heç nə etmədən aşağı, öz evimə düşüb, anama qaranlıqda qalmaq istəmədiyimi və dostlarımın yanına gedəcəyimi bildirdim. Çölə çıxmağa hazırlaşdım. Qapını açanda, gözləmədiyim anda Etibar əlindəki bıçaqla əvvəl başıma, sonra da döş qəfəsimə zərbə vurdu. Növbəti zərbəni boğazımdan vurmaq istəyəndə arxaya çəkildim və masanın üzərindən bıçağı götürüb, onun sinəsinin sağ hissəsinə 2 dəfə xəsarət yetirdim. Qardaşım bir-iki addım arxaya doğru gedib, pilləkəndə oturdu. Ailə üzvlərimə təcili yardım çağırmaqlarını dedim”.
 
 
 Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə Camalova ifadəsində göstərib ki, Etibar Camalovla 2013-cü ilə ailə həyatı qurub. Onlar qaynanasına məxsus, 2 mərtəbəli evdə yaşayıblar: “Birinci mərtəbədə 3 otaq, ikinci mərtəbədə ayrı girişləri olan 2 otaqlı evlər var. Etibar əvvəllər taksi fəaliyyəti ilə məşğul olurdu, son vaxtlar işləmirdi. Martın 18-də axşam qaynım Elçin bizim otağa gələrək Etibara işıq pulunu ödəməsini dedi, sonra isə aşağı düşdü. Təxminən 2 saatdan sonra Elçin yenə qalxıb Etibardan əsəbi şəkildə işıq pulunu ödəməsini tələb etdi. Aralarında yaranan mübahisə zamanı Elçin öz otağına getdi və anası ilə danışarkən, onu söyməyə başlayıb. Buna görə Etibar bıçaq götürüb qardaşının yanına getdi. 5 dəqiqə sonra yoldaşımın qışqırdığını eşidib birinci mərtəbəyə düşdüm. Səs-küyə qonşularımız Coşqun və Araz da gəldilər. Bir təhər Etibarı otağa qaldırıb Təcili Yardıma zəng etdim. Həkimlər gələndə ərim artıq keçinmişdi. Sonra polis əməkdaşları gəlib, Etibarın meyitini patoloji anatomiya şöbəsinə apardılar”.
 
Kəmalə Cəfərova əlavə edib ki, qardaşların arasında vaxt aşırı söz-söhbətləri olsa da, heç vaxt dalaşıb bir-birinə xəsarət yetirməyiblər. Dava vaxtı Elçin Camalovun Etibar Camalovu bıçaqla vurduğunu görməyib.
Şahid Hüsüyeva Nadidə Arif qızı ifadəsində göstərib ki, Elbrus Camalovla ailə həyatı qurduqdan sonra qayınanası ilə birlikdə yaşayıb: “Etibar arvadı Kəmalə ilə gəldiyi gündən bəri hər gün evdə söz-söhbət olurdu. Kəmalə ilə ailə üzvlərim yola getmirdi. Elçin mütəmadi spirtli içki içməsinə baxmayaraq heç kəslə mübahisə etməyib. Elçinin Etibarla ara-sıra problemi olsa da, o, həmişə qardaşına hörmət edirdi. Hadisə günü işdən gələndən sonra yatmışdım. Gecə Kəmalənin qışqırıq səsini eşitsəm də, bunun adi hal olduğunu düşünüb otaqdan çıxmadım. Buna görə də hadisənin necə baş verdiyini görməmişəm. Bir müddətən sonra baldızım evin qapısını döyüb, Elçinin Etibarın öldürdüyünü dedi”.
 
 
Məhkəmə iclasında Elçin Camalov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, özünü qorumaq məqsədi ilə qardaşını bıçaqlayıb. Əməlindən peşmandır, heç vaxt istəməzdi ki, belə bir hadisə baş versin. Məhkəmə hesab edib ki, Elçin Camalovun əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Elçin Camalova bəraət verilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
 
 
Oxşar xəbərlər
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
01 Oct 2024 | 15:26
27 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
01 Oct 2024 | 15:21
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - FOTO
GÜNLÜK
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)