“Azərbaycanda güclü partiyaların olması bir zərurətə çevrilib”
Oxunub: 3683
27 Apr 2015 | 16:37
“Azərbaycanda güclü partiyaların olması bir zərurətə çevrilib”
Qüdrət Həsənquliyev: ”Bizim partiyanın tutduğu barış, qarşıdurmalardan yayınmaq siyasəyti, ölkənin milli maraqlarla bağlı sərgilədiyi mövqe imkan verəcək ki, BAXCP gələcəkdə 3-4 güclü partiyalardan birinə çevrilsin ”

Aprelin 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəy və şəhidlərimizin, eləcə də Çnaqqala döyüşlərində həlak olan türk əsgər və zabitlərinin ruhunun bir dəqiqəlik sükütla yad olunmasından sonra, məclis iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyublar. Sessiyanı giriş sözüylə açan partiyanın Ali Məclisinin sədri Teyyub Qənioğlu gündəliyi məclis iştirakçılarının diqqətinə çatdırıb. Ali Məclis üzvlüyünə yeni seçilən Tovuz rayon təşkilatından Təranə Məmmədovanın təsdiqindən sonra ictimai-siyasi məsələlərlə bağlı çıxış üçün söz BAXCP sədri, milət vəkili Qüdrət Həsənquliyevə verilib.

BAXCP sədri Qüdrət Həsənquliyev Ali Məclisin iclasının bu günə salınmasının təsadüfü olmadığını bildirib:”Biz 2007-ci ildən hər il aprelin 24-nü qəhrəman tür əsgərinin anım günü kimi qeyd edirik. Çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur. Erməni lobbisi dünyada çox güclüdür. Ermənistanın diasporası kifayət qədər böyük maliyyə imkanlarına malikdir. Onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəaliyyətləri çox genişdir. Mətbuata çıxışları var və həmin ölkədə siyasətçiyə ciddi problemlər yarada bilirlər. Ona görə də dünyanın aparıcı dövlətlərinin siyasətçiləri, dövlət adamları həmişə erməni lobbisindən çəkiniblər və bir çox hallarda öz ölkələrinin maraqlarını belə nəzərə almırlar. Yəni Ermənistan diasporasının sadəcə könlünü xoş eləmək üçün çox ədlətsiz bəyanatlar verirlər, qərarlar qəbul edirlər. Birinci Dünya Müharibəsini , nə də İkinci Dünya Müharibəsini nə türklər, nə də müsəlmanlar başlamayıb. Birinci Dünya Müharibəsində 10 milyondan artıq, İkinci Dünya Müharibəsində 50 milyondan artıq insan qətlə yütirilib, ondan iki dəfə də artıq insan şikəst olub və faciələrlə üzləşiblər. Bu müharibələrin hamısını törədən xristianlar və Avropa ölkələridir. Halbuki, onlar öz mədəniyyətləriylə, inkişaflarıyla dünyanın digər ölkələrinə nümunə olmaq istəyirlər. Ahcaq faciələri dünyaya yaşadan elə Avropa ölkələridir. İndi də həmin Avropa ölkələrinin düşünülməmiş və sona qədər hesablanmamış qəbul etdiyi yanlış qərarlara görə bu gün Yaxcın Şərqdə baş verən faciələr göz önündədir. Liviyada, Suriyada, İraqda hər gün günahsız insanlar qətlə yetirilir və dinc sakinlər həyatını itirir”.

BAXCP lideri vurğulayıb ki, partiyanın elm və təhsil məsələləri üzrə katibi, tarixçi alim Vaqif Abışov Çanaqqala döyüşlərilə bağlı geniş məlumat verəc:”Ona görə bu məsələyə toxunmuram. Ancaq bununla belə biz həmin döyüşlərdə dünyasını itirmiş günahsız insanların xatirəsini yad edirik. Hər zaman söyəmişik ki, Türkiyə cəsarətli siyasət yeritməlidir. Türkiyənin yürütdüyü qorxaq, ermənilərə yarınmaqla, problemin həllinə yönələn siyasəti iflasa uğrayıb və bundan sonra da iflasa uğrayacaq. Ermənilər “soyqırım” siyasətlərindən heç vaxt imtina etməyəcəklər. Əvvəla, ermənilər bu gün özlərini məzlum, “soyqırıma” məruz qalmış bir xalq kimi göstərməklə inkişaf etmiş xristian ölkələrindən böyük məbləğdə yardımlar alırlar və parazit kimi başqasının hesabına yaşayırlar. Eyni zamanda, onlar Dağlıq Qarabağdakı işğalçılıq siyasətlərinə dəstək əldə edirlər. Ancaq türklər hər dəfə çalışırlar ki, hansısa formada bunların könüllərini xoş eləsinlər. Məsələn, 1992-ci ildə Dağlıq Qarabağda müharibənin qızğın dövründə Avropa

Birliyi Türkiyəyə təzyiq elədi və Ermənistana 5 min ton taxıl göndərdilər. Guya ki, bu, insanlıq məsələsidir.

2010-cu ildə isə, Surix protokolları məsələsi gündəmə gələndə ATƏT-in Minsk qrupunun həmsədrləri, hansı ki, onlar Dağlıq Qarabağ problemini həll etməliydilər, ancaq təzyiq elədilər və Türkiyə protokolları imzaladı. Azərbaycan prezidentinin açıq bəyanatından sonra bu mövqelərindən geri çəkildilər. İndi də maqam gözləyirlər ki, Ermənistanla münasibətləri yaxşılaşdırsınlar.

Bu gün 6 erməninin Türkiyənin Böyük Millət Məclisinə namizədliyi irəli sürülüb. Bilirsiniz ki, baş nazir Əhməd Davudoğlu ermənini özünə müşavir təyin eləmişdi. Düşünürdülər ki, bu cür addımlarla dünya birliyinin fikirlərini Türkiyəyə münasibətdə dəyişəcəklər. Daha bilmək istəmirlər ki, erməniləri qızışdıranlardan biri elə avropalılardı. Əhməd Davudoğlunun jestinə baxmayaraq həmin erməni müşavir yenə öz xislətini göstərdi və bildirdi ki, ermənilər “soyqırıma” məruz qalıblar. Və tutduğu vəzifəsindən istefa verdi. İndi də 6 nəfər erməninin namizədliyini irəli sürüblər və təkrar edirəm, onlar düşünürlər ki, bunula guya Avropanın siyasətinə təsir edə bilərlər. Və yaxud ermənilərin öz siyasətlərini dəyişməsinə nail ola bilərlər. AKP hakimiyyətinin bütün bu yanlış siyasətini açıq formada danışdığımıza və tənqid etdiyimizə görə, bəzi hallarda dediklərimizdən xoşlanmırlar. Ancaq həqiqətləri söyləmək lazımdır”.

Qüdrət Həsənquliyev bildirib ki, İşğal altındakı torpaqlarımızın azad olunması, dünyada türk birliyinin möhkəmlənməsi üçün Türkiyənin daha cəsarətli siyasət yürütməsinə bölgədə ehtiyac var. Əhməd Davudoğlunun səsləndirdiyi yeni osmançılıq siyasəti, onun ardınca da qonşularla “sıfır problemli” siyasətin aparılması tamamilə iflasa uğrayıb:”Yeni osmançılıq siyasətinin gündəmə gətirilməsi bütün ərəb ölkələrini qorxudub və Türkiyədən uzaqlaşdırıb. VaxtıləYaxın Şərqdə ən yaxın müttəfiqi olan İsraillə düşmən olublar. Misirlə faktiki surətdə hazırda münasibətlər düşmənçilik səviyyəsindədir. Digər ölkələr isə Türkiyə ilə masafə saxlamağa üstünlük verirlər. Bizim istədiyimiz odur ki, Türkiyə Azərbaycanla daha sıx əməkdaşlıq və bütün türk ölkələrinə inteqrasiya eləsin. Bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev müraciət elədi ki, Türkiyə də Avrasiya İttifaqına qoşula bilər. Nazarbayevin bunu hansı niyyətlə söylədiyini bilirik. Çünki onun özünün Avrasiya İttifaqı ilə bağlı narahatçılığı var. Çünki Rusiyanın prezidenti Vladimir Putin bir müddət bundan əvvəl onları aşağılayan açıqlamalar vermişdi və demişdi ki, “Sovet İttifaqına qədər qazaxların öz dövləti olmayıb”. Bu da onları müəyyən mənada narahat edib. Çünki Qazaxıstanın Qərb hissəsində bütünlüklə ruslar yaşayırlar. Və fikirləşirlər ki, bu gün Ukraynada törədilənlər çox asanlıqla səhəri gün Qazaxıstanda da törədilə bilər. Ona görə də Qazaxıstan rəhbərliyi istəyir ki, daha böyük Türk dövləti Avrasiya İttifaqına üzv olsun. Bu zaman həmin ittifaqda həm Rusiya Fedarasiyasının tərkibindəki türk respublikaları, həm də Türkiyə balans yarada bilərlər. Əlbəttdə, bu ideyanı alqışlayırıq. Ancaq bu ideyanın Türkiyə tərəfindən qəbul olunacağı, rusların da bunu alqışlayacağı az güman olunur”.

Ölkəmizdə baş verən ictimai-siyasi məsələlərə toxunan BAXCP lideri ilk öncə neftin qiymətinin sürətlə aşağı düşməsinə diqqət çəkib:” Bu, çox ciddi problemlər yaradıb. Həm büdcə kəsiri yaranıb, həm də bir çox infrastruktur layihələrinin, investiya layihələrinin həyata keçirilməsi dayandırılıb. Bundan başqa manatın kursu aşağı düşüb. Manatın kursunun dollara nisbətdə aşağı düşməsi ona gətirib çıxarıb ki, xaricdən alınaraq Azərbaycana gətirilən istehlak mallarının qiymətlərində artım yaranıb. Xatırlayırsınızsa, dəfələrlə Ali Məclisin sessiyalarında, parlamentin tribunasından , müxtəlif tədbirlərdə məsələ qaldırırdıq ki, Azərbaycanda iqtisadiyyat liberallaşdırılmalı, özəlləşdirilmə həyata keçirilməli, iqtisadiyyatın idarə olunmasında dövlətin rolu minimuma endirilməli, sahibkarlara güzəştli kreditlər verilməlidir. Çox təəssüf ki, dediklərimiz həyata keçirilmədi. Vaxtilə Zaqatalada hava limanı tikiləndə biz dedik ki, yaxşı olar orada qənadı fabriki inşa olunsun. Və fikrimizi belə əsaslandırdıq ki, Azərbaycan elə də böyük ölkə deyil ki, hər bir şəhərdən insanlar təyyarə ilə başqa ğlkəyə getsinlər. Ancaq Zaqatalada qənnadı fabriki tikilsə daha sərfəli olar. Yəni, xammal xaricə satılmaz və orda istehsal olar. Görün indi Azərbaycana nə qədər qənnadı məmulatları gətirilir.

Azərbaycan dünyaya xam neftini satır. Halbuki, avtomobillərin müxtəlif mexanizmləri üçün yağ məhsullarını bu neftdən emal etmək mümkündür. Ancaq satdığımız xam neftimizdən həmin yağlar emal olunaraq baha qiymətə bizə satılır. Yenə də gec deyil, Azərbaycan hökuməti iqtisadi islahatlara başlasa ölkəmizi gələcəkdə gözləyən ciddi böhrandan qurtarmaq olar”.

Məhkəmə-hüquq sistemində islahatlar aparmağın zamanının çoxdan çatdığını bildirən Qüdrət Həsənquliyv deyib ki, məhkəmələrin müstəqilliyi təmin olunmalıdr. Onun sözlərinə görə, Dağlıq Qarabağı azad etməyimiz həm də bu islahatlardan asılıdır:”Torpaqlarımızın azad olunması üçün Azərbaycanın güclü orduya ehtiyacı var. Güclü oprdu üçün də güclü iqtisadiyyat lazımdır. Azərbaycan xarici siyasəti həm də Dağlıq Qarabağın həllinə yönəlməlidir. Bütün kuluarlarda söyləyirlər ki, Qarabağın həlli Rusiyadan asılıdır. Əgər torpaqlarımızı Rusiya işğal edibsə, o zaman həmin dövlətlə danışıqlar aparılmalıdır”.

“Milli Azadlıq Hərakatının öncüllərindən olan Tofiq Yaqublunun qızı rəhmətə gedib”, deyən BAXCP lideri vurğulayb:”Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunub. Hökumətin addımını təqdir edirik ki, onu qızının dəfn mərasimində iştirak etmək üçün buraxıb. Biz zaman-zaman partiya olaraq Azərbaycan hökumətindən tələb etmişik ki, beynəlxalq təşkilatların siyasi məhbus etdiyi şəxsləri ”“onların təqsirli və təqsirsiz olmasından asılı olmayaraq- azad etsinlər. Azərbaycan belə çətin dövrdə yaşamasına baxmayaraq ”“müharibə vəziyyətindəyik, 1 milyondan artıq qaçqın və məcburu köçkünümüz var, 20 faiz torpaqlarımız işğal olunub-Avropa Oyunlarına milyardlarla vəsait xərcləyir. Bu vəsait ona görə xərclənir ki, Azərbaycan bütün dünyada tanınsın. Avropa Oyunlarına qarşı qərəzli kampaniya aparılır. Bunu pisləyirik və deyirik ki, bu, düzgün deyil. Ancaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün bu qədər xərc çəkilib və ortaya yaxşı bir iş qoyulub. İmkan vermək olmaz ki, bu gün həbsdə olan və “siyasi məhbus” kimi təqdim olunan 5-10 nəfər Azərbaycan vətəndaşına görə görülən işin üzərinə kölgə salınsın, Azərbaycanın imici korlansın. Tutaq ki, onlar hansısa ciddi qanun pozuntusuna yol veriblər, yenə də bunları əfv etmək lazımdır. Onlar onsuz da təyin olunmuş cəzanın bir hissəsini çəkiblər. Tofiq Yaqublu da 5 il təyin olunan cəzanın 2 ilini çəkib. Düşünürəm ki, Azərbaycan Respublikasının prezidenti həm humanistlik, həm mərhəmət göstərməlidir. Bu ailəyə bu ağır gündə mənəvi dayaq olmalıdır. Çünki Azərbaycanın prezidenti hər bir vətəndaşın prezidentidir. O cümlədən cinayət törədənin də, məhkum olunanın da. Ona ğörə də dövlət başçısı öz vətəndaşına qarşı mərhəmət və humanistlik nümayiş etdirib ailənin ağır günündə onlara mənəvi dayaq olmalıdır. Və yaxşı olar ki, Tofiq Yaqublu bu günlərdə əfv olunsun”.

Bu yerdə Qüdrət Həsənquliyev təklif edib ki, Ali Məclisin adından prezidentə müraciət ünvanlansın. Təklif yetkillıklə qəbul olunub.

Çıxışının sonunda BAXCP lideri bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərinə partya üzvlərinin ciddi hazırlaşmasını tövsiyyə etdi:”Regionda proseslər ona doğru gedir ki, Azərbaycanda güclü partiyaların olması bir zərurətə çevrilib. Bizim partiyanın tutduğu barış siyasəti, qarşıdurmalardan yayınmaq siyasəyti, ölkənin milli maraqlarla bağlı sərgilədiyi mövqe imkan verəcək ki, BAXCP gələcəkdə 3-4 güclü partiyalardan birinə çevrilsin. Əminəm ki, Qağlıq Qarabağın işğaldan azad olunmasında bizim partiya layiqincə iştirak edəcək . Və əminəm ki, bizim davamçılarımız BAXCP-ni yaşadacaq və Azərbaycanın birləşməsində, güclü Azərbaycanın qurulmasında, regionda shün və əminamanlığın bərqərar olmasında öz töhfəsini verəcək. Bu işdə hər birinizə uğurlar arzulayıram”.

Sonra Çanaqqala zəfərinin 100 illiyilə bağlı BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edib. O, deyib:”Bir aydan çoxdur ki, Çanaqqala zərəfəriylə, ermənilərin qondarma “soyqırımları” və Birinci Dünya Müharibəsilə bağlı kütləvi informasiya vasitələrində, elmi konfranslarda müzakirələr aparılır. Mən də qısaca olaraq bu məsələlərə toxunacam. Birinci Dünya Müharibəsi çoxdan hazırlanırdı. 1879-1802-ci illərdə Almaniya, Avstrya- Macarıstan və İtaliya ittifaqı yaranmışdı. Məhz bu ittifaq dünyanı yenidən bölüşdürmək, İngiltərənin, Fransanın və Rusiyanın əlində olan torpaqları bölüşdürmək məqsədilə yaradılımışdı. Bu ittifaqa qarşı da yeni bir ittifaq yaranmışdı. Tarixdə buna bəzən üçlər sazişi , bəzən də Antanta deyilir. 1894-cü ildən başlayaraq, xüsusən 1904-1907-ci -llərdə İngiltərə-Fransa, İngiltərə-Rusiya sazişləri ikinci bir hərbi blokun yaranmasına gətirib çıxardı ki, bu blokun da qarşısında duran əsas məqsəd Almaniyanın, Avastrya-Macarıstanın, Türkiyənin əlində olan torpaqları ələ keçirmək və ərazilərin böyük hissəsini işğal etmək idi. Türkiyə də həmin hadisələrin içərisində bir amil idi. Yəni, Türkiyənin boğazlarına sahib çıxmaq, Türkiyənin torpaqlarını bölüşdürmək məqsədin ana xəttini daşıyırdı. Birinci Dünya Müharibəsinin başlanmasına bəhanə lazım idi. Müharibəyə daha yaxşı hazırlaşmış Almaniya bu bəhanəni çoxdan gözləyirdi. Bəhanə də ondan ibarət idi ki, Avstrya-Macarıstan taxt-tacının vəlihədi Frans Ferdinant öz zövcəsilə Serbiyada hərbi parada baxarkən bir millətçi tərəfindən qətlə yetirilir. Bu, müharibə etmək, dünyanı bölüşdürmək istəyənlərə bir bəhanə oldu. Nəticədə Serbiyaya qoşun yeridən Avstriya-Macarıstan və Rusiya səfərbərlik elan etdi. Avqustun 1-də Almaniya Rusiyaya, avqustun 3-də Fransaya qarşı müharibə elan etdi. Və beləliklə qığılcımdan alov doğdu və Birinci Dünya Müharibəsinə gətirib çıxardı. Bu müharibə 1914-cü ilin iyulun 28-də başladı və avqustun 4-6-sı dünya müharibəsinə çevrildi”.

Bu dövrdə Türkiyənin vəziyyətinin necə olmasına aydınlıq gətirən tarixçi alim bildirib ki, Türkiyəni həmin dövrdə Avropa dövlətləri “xəstə” bir dövlət kimi qiymətləndirirdi:”Digər tərəfdən Türkiyə bir neçə müharibələr aparmış və uduzmuşdu. Çanaqqala ərəfəsində Türkiyəyə hücum etmək məqsədi güdülürdü. Və güman edilirdi ki, Türkiyə zəifdi və bri şapalaqla yıxılacaq , müharibəni qısa bir müddətdə başa çatdıracaqlar. Beləliklə, də üçlər ittifaqı məğlub olacaq. Qeyd edim ki, etniklərin, xüsusən ermənilərin Türkiyəyə qarşı mübarizəsi çoxdan başlanmışdı. Baxmayaraq ki, 1914-cü ildə ermənilərin katalikosları İstanbula yığışdı və yalandan söz verdilər ki,” müharibə başlayarsa, vətənimizi müdafiə edəcəyik”. Ancaq elə həmin ildə müharibə başlamamışdan əvvəl Fransada Daşnaksyutunun konfransı oldu və konkret məsələ qoyuldu ki, müharibə başlayarsa dərhal müxtəlif formada Osmanlı İmperatorluğuna qarşı təxribatlar törədilsin. Bu təxribatlar nədən ibarət idi? Ermənilər də osmanlı vətəndaşı olduğu üçün hərbiyə cəlb olunmuşdu və silah verilmişdi. Təxribatlardan biri həmin silahları osmanlı əsgərlərinə qarşı çevirmək, ikincisi, türk əsgərləri arasında təbliğat aparmaq ki, öz ailələrinin yanına qayıtsınlar, müharibənin dəhşətlərini hiss etsinlər. Yəni, türk əsgərləri döyüşməkdən müəyyən qədər imtina ertsinlər. Üçüncüsü, kəndlərdə əhali arasında pozuculuq işləri aparsınlar. Dördüncüsü, Rusiya əgər Türkiyəyə hücüm edərsə, silahla onların tərəfinə keçsinlər. Nəzərə almaq lazımdır ki, 1914-cü il ərəfəsində Vanda, Zeytunluda erməni üsyanları baş vermişdi. Yəni Türkiyənin durumu müharibə başlamamışdan öncə çox acınacaqlı idi. Ona görə də belə fikirləşmək olardı ki, İngiltərə, Rusiya , Fransa hücum edəcək və Türkiyə məğlub olacaq”.

Onun sözlərinə görə, Çanaqqala məsələsi sübut etdi ki, türkün döyüşmək ruhu, vətən, millət ruhu ölməyib:”Xəritəyə diqqət yetirəndə görürük ki, Egey dənizi ilə Mərmərə dənizini birləşdirən boğazı keçib İstanbula daxil olursan. Belə olan halda əgər İstanbul alınarsa oradan Dardanel, Bosfor boğazı vasitəsilə Qara dənizlə Rusiya müttəfiqlərilə birləşirdi. Rusiyanın da bu dövrdə Mazur döyüşündə Almaniya tərəfindən ağır məğlubiyytə uğraması bu ölkənin həm sosial, həm iqtisadi, həm də hərbi cəhətdən zəifləməsinə gətirib çıxarmışdı. İngiltərə, Fransa da razı ola bilməzdi ki, nəhəng “üçlər” ittifaqının qarşısında Rusiya kimi qüvvələrini itirsinlər. Onlar istəyirdilər ki, bu boğazlar vasitəsilə Rusiyaya hərbi, iqtisadi yardım etsinlər. Rusiyanın ərzaq ehtiyatlarının böyük hissəsi-80 faizi bu boğazlar vasitəsilə Avropadan Qara dəniz xəttilə Rusiyaya gətirilirdi. Yəni Çanaqqala məsələsi elə-belə məsələ deyildi. Çnaqqala zəfəri müharibənin ömrünü dörd il uzatdı”.

Tarixi farklara diqqət çəkən Vaqif Abışov qeyd edib ki, 1915-ci il fevral ayının 19-da güclü Fransız qüvvələri ilə İngilis Elizabet döyüş gəmisi türklərin sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başlayıblar:”Düşmənin 16 döyüş gəmisindən ibarət nəhəng donanması Çanaqqalanı keçməyə çalışıb. Ancaq düşmən gəmiləri Nüsrət Mina Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları tərəfindən böyük ziyan görüb. Bu minalar ingilis və fransızların üç döyüş gəmisini batırıb. Daha bir neçə ingilis və fransız döyüş gəmilərinə böyük ziyan dəyib. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz bir mənəvi qüvvət verib.

1915-ci il mart ayının 18-də yenidən güclü hücuma başlayan birləşmiş donanma ağır məğlubiyyətə uğrayıb və dəniz döyüşündən imtina etməyə məcbur olub.

Bu ağır itkilər İttifaq dövlətlərinə, Çanaqqalanı dəniz yolu ilə keçə bilməyəcəklərini əyan edib. İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahili türk toplarından təmizləmək istəyiblər. Onlar yarımadaya çıxaraq Osmanlı dövlətini qurudan məğlub etməyi planlaşdırıblar. Hücum iki cəbhədən, Seddülbahir və Arıburnu cəbhəsindən edilibr. Müttəfiklərin məqsədi, dəniz döyüşü ilə İstanbulu almaq mümkün olmadığını görüdükdən sonra, quru əməliyyatlar vasitəsi ilə Çanaqqala boğazındakı Osmanlı sahil topçu batareyasını ələ keçirmək idi. Bu əməliyyatda Böyük Britaniya hərbi qüvvələrinin tərkibinə olan aznaklara ”“ Avstraliya və Yenizelandiya dəniz döyüşçülərinə üstünlük verilib. İngilis və Fransız ordusu 1915-ci il aprel ayının 25-də Gelibolu yarımadasının güneyinin beş nöqtəsində quruya desant çıxartmaq üçün hərbi əməliyyata başlayıb. Lakin bu əməliyyat da türk ordusunun güclü müqaviməti nəticəsində uğursuzluqla nəticələnib. Mustafa Kamal Paşanın komandan olduğu 19-cu diviziya Arıburnuna və başqa məntəqələrə çıxarılan düşmən ordusunu darmadağın edib.

Düşmən qüvvələrin komandanlığı 1916-cı ilin əvvəllərində Gelibolunu və boğazları ələ keçirmək əməliyyatından əl çəkməyə məcbur olublar.

M.K.Atatürk “Çanaqqala zəfəri və digər zəfərlər də Türk komandirinin, Türk əsgərinin əsəridir” deyib”.

Tarixçi alim bildirib ki, azərbaycanlıların Çanaqqala döyüşündə iştirak etməsini heç bir tarixçi danmır:”Həmin zəfər döyüşündə iştirak etmiş azərbaycanlıların sayına gəldikdə isə müxtəlif rəqəmlər deyilir. Məsələn, Türkiyə tarixçiləri 1500 rəqəmini daha real sayırlar. Azərbaycanda isə 1500, bəzən 2500 yazırlar. Hətta bu rəqəmin 3000 olduğunu yazanlar da mövcuddur”.

Çanaqqala döyüşündə hər iki tərəfdən itkilərə gəldikdə isə, BAXCP funksioneri deyib:” Müttəfiklər tərəfindən 44.072 (ümumilikdə: ölən və yaralı 141.109 nəfər), Osmanlı Türkiyəsi tərəfindən 45.979 (ümumilikdə:251.000) ölən olub”.

Vaqif Abışovun çıxışından sonra BAXCP Ali Məclisi adından növbəti müraciət qəbul olunub.

Sonra Ali Məclisin sədri Teyyib Qənioğlu son 3 ay ərzində görülən işlər barədə məlumat verib. BAXCP-nin təbliğat və təşviqat məsələləri üzrə katibi Dünyamalı İmaməliyev isə rəhbərlik etdiyi sahə üzrə fəaliyyətindən söz açıb. Daha sonra cari məsələlərlə bağlı çıxışlar olub.
Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
21:00, Bu gün
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..