“Birinci Avropa oyunlarının Bakıda keçirilməsi hakimiyyətin piarı üçün hesablanıb”
Müsahibə
Oxunub: 4444
24 Apr 2015 | 09:50
“Birinci Avropa oyunlarının Bakıda keçirilməsi hakimiyyətin piarı üçün hesablanıb”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

 -Elşad bəy, cəmiyyətin və elə müxalifətin özü tərəfindən də birmənalı qarşılanmayan və Sizin də qatıldığınız bir dialoq məsələsi vardı. Amma bu arada nəsə bir səngimə hiss olunur. Dialoq davam edirmi?

 

 - Biz bu prosesi dialoq kimi qəbul etmirik və bu, hakimiyyət nümayəndəsi, yaxud da prezidentin təmsilçisi ilə bir qrup müxalifət partiyası rəhbərinin görüşü formatında aparılan danışıqlardır. Bu barədə də çox danışıldı, çoxlu fikirlər və rəylər səsləndirildi. Biz belə hesab edirik ki, bu görüşlər bundan sonra da davam etdirilməlidir. Hakimiyyət dinc yolla müəyyən addımlar atmağa sövq edilməlidir. Amma hələlik görünəni odur ki, hakimiyyət də bu məsələdə imitasiya edir və biz də bunu çox yaxşı başa düşürük. Əlbəttə, hakimiyyət də məsələyə ciddi yanaşmalı və bu cür imitasiyalara son verilməlidir. Məsələn, siyasi məhbus məsələsinin həlli üçün, ilkin olaraq, bir addım atılmışdı və bir çox digər məsələlər də var ki, onlar tam ciddiyyəti ilə müzakirə olunmalıdır. Amma biz belə hesab edirik ki, bütün bu müzakirələr xarici tərcüməçilər vasitəsi ilə aparılmamalıdır. Hakimiyyətlə müxalifət öz aralarında bu müzakirələri apara bilməli və milli və dövləti məsələlərin birgə həllinə nail ola bilməlidirlər. Yəni, İlham Əliyevin özü də, onun hakimiyyəti də bu yöndə ciddi addımlar atmağa hazır olmalıdır və bu müzakirələrə start verilməlidir. Bunun üçün də biz əvvəlcədən xəbərdarlığımızı edirik və öz mıvqeyimizi də ortaya qoyuruq. Və prezidentin birbaşa təmsilçisi ilə də bu məsələləri birbaşa müzakirəyə çıxarmağın tərəfdarıyıq. Doğru buyurdunuz ki, bü müstəvidə son görüşdən sonra bir az ara səngiyib və məndə olan məlumata görə, bu ay ərzində görüşün olması da nəzərdə tutulmur. Yəni, bu məsələ də hakimiyyətdən asılıdır və gorüşmək istiyirlərsə, gələn ay görüş ola bilər. Bizim görüş xatirinə görüş keçirmək kimi də elə bir istəyimiz-filan yoxdu və şəxsən mən BAP sədri olaraq da belə düşünürəm. Amma belə hesab edirəm ki, ölkənin taleyi ilə bağlı məsələləri hakimiyyət təmsilçiləri qarşısında açıq surətdə qaldırmaq lazımdır. Bu görüşlərlə bağlı mənim şəxsi baxışlarım da, partiyamızın mövqeyi də belədir. Artıq top hakimiyyət tərəfdədir və onlar bu görüşün olmasını və davamını istəyəcəklərsə, görüşlər olacaq. Yox, əgər istəməsələr, bütün məsuliyyət də onların boynunda qalasıdır.

 

- Bəzi görüntülər və söyləntilər var ki, hakimiyyət dialoq partnyorlarını dəyişməyə meyllidi və görünəni də odur ki, əvvəllər sizləri dialoqa getməkdə qınayan müxalifətçilərin özləri də bunda maraqlıdırlar. Bu haqda hansı düşüncələriniz var ?

 

- Hakimiyyətin cürbəcür fikirləri var və hətta fərqli planları da ola bilər. Eyni zamanda onu da deyim ki, hakimiyyətin özünə lazım olmasaydı, heç bizimlə də görüşə gəlməzdi. Hakimiyyətə sərf eləməsəydi heç belə bir məsələnin bu şəkildə gündəmə gətirilməsində də maraqlı olmazdı. Təbii ki, bu məsələdə ilk növbədə hakimiyyətin maraqları var. Burada bizim də marağımız ondan ibarətdir ki, Azərbaycanın siyasi arenasında təmsil olunan bütün müxalifət təşkilatları bu görüşlərdə iştirak etsinlər və öz mövqelərini ortaya qoysunlar. Amma indi hakimiyyətin kiminlə görüşmək istəyib-istəməməsi onun öz işidir. Bizim şəxsi mövqeyimizsə onlan ibarətdir ki, siyasi qüvvələrin hamısı bu prosesə cəlb edilsin və aktiv şəkildə müzakirələdə iştirak eləsinlər. Axı, bu bir açıq görüşdür və orada iştirak edən siyasi partiyaların heç biri, bir-birindən gizli heç nə demir və istədikləri məsələni açıq şəkildə müzakirə müstəvisinə çıxarırlar. Amma əvvəlki illərin də təcrübəsindən bəllidir ki, bəziləri təşkilat olaraq, bəzi siyasilər isə, hətta öz təşkilatlarından da xəlvət görüşlərə üstünlük verirlər. Bizim isə belə xəlvəti görüşlərlə nə əlaqəmiz yoxdu, nə də bunu heç arzulamadıq və indinin özündə də arzulamırıq. İndən belə də bu cür şəffaf fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Hakimiyyət bundan sonra hansı addımı atacaqsa, artıq o hakimiyyətin addımı olacaq və başqaları da eləcə. Mən nə indi burda, nə də ayrı bir müstəvidə başqalarının atacağı addımları müzakirə etmək niyyətində deyiləm.

 

- Elşad bəy, indi gündəmin ən aktual məsələrindən biri də ərəfəsində olduğumuz Avropa oyunlarıdır. Bu oyuların vaxtı yaxınlaşdıqca ölkənin müxtəlif sahələrində gərginlik şkalası da üzüyuxarı qalxır. Eə bil ki, bu oyunlar bilərəkdən Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün düşünülmüş planın tərkib hissəsidir. Bu haqda nə deyə bilərsiniz?

 

 - Avropa oyunları ilə bağlı mən öz mövqeyimi hələ lap əvvəldən bildirmişəm. Biz indi də o mövqeyimizdən çəkilməmişik. Mən belə hesab edirəm ki, bu oyunların Bakıda keçirilməsi, Azərbaycan hakimiyyətinin piarı üçün hesablanmışdı və hakimiyyət bu oyunlardan öz reklamı üçün istifadə etmək niyyətindəydi. Bu prosesə start veriləndə neftin qiymətinin belə kəskin şəkildə düşəcəyi proqnozlaşdırılmırdı və bu arada Ukrayna hadisələri baş verdi. Dünya Rusiyanı küncə sıxmağa qərar verdi. Rusiyanin əsas strateji məhsulu enerji resurslarıdır, neftdir və Azərbaycanda da strateji məhsullar eynidir və büdcə də əsasən neft pullarının hesabına formalaşırdı. Neftin qiyməti kəskin şəkildə düşdüyünə görə, arxada ciddi iqtisadi siyasət durmadığına və hər hansı ciddi əsaslara söykənən iqtisadiyyat yaradılmadığına görə, dərhal ortaya ciddi də problemlər çıxmalıydı ki, indi baş verən də odur. Avropa oyunlarının Azərbaycanda keçirilməsinin tərəfdalarının, ya da əleyhdarlarının kimlər olduğunu mən bilmirəm, amma fakt odur ki, dünyada heç bir ölkə bu oyunları keçirməyi istəməyib. Çünki bu əlavə xərcdir və indi də bizə çoxlu məlumatlar gəlir ki, oyunlar başlamamışdan artıq ciddi problemlər başlayıb. Düşünürəm ki, oyunlar zamanı da bu problemlər həm artacaq, həm də daha qabarıq şəkildə hiss olunacaq. Bu yöndə mütəxəssislərin proqnozları da ürəkaçan deyil və oyunların bitməsinnən sonra payıza doğru ölkəmizdə çox ciddi iqtisadi, sosial və siyasi gərginliklərin olacağı istisna edilmir.

 

 - Amma bu arada parlamentin spikeri “bu oyunları istəməyənlər ermənidən də pisdir”-dedi. Amma maraqlıdır ki, dölətin zirvəsində oturan birinin bu şür açıqlamasına nə ictimai, nə də siyasi çevrələrdən hər hansı formada ciddi etirazlar gəlmədir. Bunu sıradan bir jurnalist demiş olsaydı, indi adamın gününü göy əskiyə bükmüşdülər. Dövlətin adından belə bir açıqlama olurmu?

 

- Belə bir bəyanatı verən adam ölkənin ststusca üçüncü adamı olsa da məsuliyyətsiz adamdır. Yəni, Oqtay Əsədov çox məsuliyyətsiz və populist bir bəyanat verib. Görünəni budur ki, Oqtay Əsədov oturduğu kreslonun məsuliyyətini anlamır və bu səbəbdən də o məsuliyyəti də daşımır. Çünki adam saxta yolla deputat seçilib, saxta yolla da ölkənin parlamentinə rəhbərlik edir. Biz isə ölkəmizi də sevirik, olimpiadanı da, idmanı da sevirik, amma bununla yanaşı ölkəmizə ziyan dəyməsini də istəmirik. Avropa oyunlarını da belə mətah bir şeydirsə, getsinlər başqa ölkələrdə keçirsinlər, xərcini də başqaları çəksin, zatən belə olsaydı heç onu bizə verməzdilər. Avropada o qədər iqtisadi imkanları geniş olan ölkələr var ki, bəs niyə onlar bunu istəmədilər, çünki bu oyunlar ümumiyyətlə heç kimə lazım deyil. Bu baxımdan da, Oqtay Əsədov belə aşıqlama ilə görünür kimlərəsə yarınmaq cəhdində bulunub və ona bir o qədər də fikir vermək lazım deyil, Çünki adam nə tutduğu vəzifənin, nə də danışdığı sözün məsuliyyətini bilmir, dərk eləmir.

Oxşar xəbərlər
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO