Düşməni bağrına basmaq...
Oxunub: 6231
09 Apr 2015 | 11:28
Düşməni bağrına basmaq...
Ötən əsrin 30-cu illərinə aid olan məşhur bir politoloji termin var-paktomaniya.İndi hər şeydə keçmişin mistik izlərini axtaranlara həmin ifadənin dəqiq mənasını bilmək maraqlı olardı.
1-ci dünya müharibəsinin kütləvi qırğınlarını hələ torpağa tapşırmamış Avropa ölkələrində savaş əleyhinə genişlənən milli hərəkatlar siyasi səhnənin önünə çıxmışdı.

1928-ci ildə 15 dövlət vahid bir sənədin altına imzalarını qoyaraq bir-birilə dalaşmayacaqları haqda razılığa gəlmişdilər.

Üstündən bir müddət keçəndən sonra “sülhpərvər” ölkələrin sayı 63-ə çatır və onlar milli siyasətin mühüm aləti olaraq,həmçinin müxtəlif maraqlarını gerçəkləşdirmək üçün hərbi gücdən istifadə etməyəcəklərinə dair yazılı öhdəlik götürürlər.
O vaxtlar siyasi xəritədə mövqelərini hələ yaxşı bərkitməmiş və dünyanın kollektiv təhlükəsizlik sistemində yer tutmağa çalışan Sovetlər birliyi əsas aparıcı dövlətlər tərəfindən tanınmaq naminə nəinki bolşevik inqilabının ixracı ideyalarından əl çəkməyə hazır idi, eləcə də daxili qüvvələrini toparlamaq naminə vaxt udmağa hava-su kimi ehtiyac duyurdu.

1938-ci ildə özünün xalq komissarlığının xarici işlər nazirini-gələcəkdə həyat yoldaşını casusluqda və antisovet fəaliyyətində suçlayıb sürgünə göndərdiyi Polina Jemçujinanın ərini-Molotovu Hitlerin adamı ilə müqavilə bağlamağa göndərən yoldaş Stalin diplomatiya tarixində indiyədək ətarfında söz-söhbət kəsməyən sazişə doğru addım atır.

Kim bilir, hər zaman qeyri-rasional sistemdə qərarlar verən “xalqlar atası”nın hesablamaları o zaman nədən ibarət olmuşdu-bəlkə nasional sosializmin sürət götürən qatarının zərbəsinə tuş gəlməmək və müharibə etməmiş böyük iştahasını almanların liderinə qəbul etdirmək üçün İosif Vissarinoviç bununla növbəti çoxgedişli kombinasiyasını qurmuşdu. 

”Ribbentrop-Molotov paktı” nəinki bir-birinə hücum etməmək haqqında zəmanətlər verirdi.eləcə də Almaniyaya və ya Sovet İttifaqına qarşı üçüncü dövlətin hərbi əməliyyatları başlayacağı təqdirdə tərəflər öz neytrallıqlarını qoruyub saxlamağa söz verirdilər.

Lakin paktın mətninə əlavə edilmiş və az qala 50 il gizli saxlanmış bəndlərdə isə “maraq zona”ları adı ilə əsil ərazi bölgüsünə gedilmiş,Qırmızı ordunun bayrağı altına Moldova, Ukrayna, Polşa və Baltikyanı ölkələrin daxil edilməsinin hüquqi,hərbi əsası qoyulmuşdu.
İndi Stalini keçmiş xəyanətlərdə-xüsusilə,diktatura rejimi yaratmaqda və kainata təkbaşına ağalıq istəyində qınayanlar onun dünyəvi cinayətlərinin üstünə həmin sənədi də qoymağı unutmurlar.
Ancaq müasir rus dövlətinin başçısı Putin ruh oxşarı saydqıları və idarəçilik texnologiyaları arasında paralellər apardıqları sələfinin-bəlkə də mənəvi liderinin əvəzindən mübahisəyə girərək bir dəfə söyləmişdi ki, əgər Sovetlər birliyi Almaniya ilə döyüşmək istəmirdisə, burda pis nə vardı ki?
 Yaxud, Polşanı bölməkdə suçladıqları halda nədən Hitlerin Çexoslavakiyaya hücum etməsi fürsətindən yararlanan polyaklar dərhal çex torpaqlarının bir hissəsini ələ keçirmişdilər”?

Kifayət qədər kəskin suallardı və o dövrün reallığını əks etdirir.Məgər 1938-ci ildə Fransa və Britaniya alman faşistlərinin liderləri ilə belə sövdələşməyə getməmişdilər?

Ona görə də paktlar istər tiran rejimlərinin,istərsə də demokratik sistemlərin əlində sadəcə rəngli kağız parçasıdır.
Çünki hərb meydanlarında tökülən qanlardan fərqli olaraq sülh sazişlərinə cəmisi bir neçə qram çernil xərclənir.
İndi imzalanmağa böyük təntənə ilə və siyasi şövqlə hazırlaşdıqları Amerika-İran razılaşması kimi.

Paktomaniya ikinci dünya müharibəsinin qarşısını ala bilməmişdi,çünki Avropada tüğyan edən ideologiyalar əqidə düşmənlərini başqa cür məğlub etməyin yolunu ortaya qoymamışdı.
 3 apreldə Lozannada İranın nüvə məsələsi ətrafında şifahi əldə olunmuş konsensus eynən 77 il əvvəlki müqavilə ekizinin sanki yenidən doğuluşudur.
Hətta, o vaxtkı kimi tərəflər bir-birinə 10 il möhlət verirlər və hamını inandırmağa çalşırlar ki, sözləşmənin bütün hərfinə və ruhuna sona qədər sadiq qalacaqlar.
Doğrudanmı, 1979-cu ildən bu yana dünyanın bütün resurslarını səfərbər edərək İranın şər və iblis obrazını formalaşdırmağa çalışan Qərb hələ niyyət protokolu səviyyəsində olan sövdələşmənin gələcəyinə belə nikbin baxır?
Axı, cəmi on iki ildir atom bombası yaratmaq planına girişmiş bir müsəlman ölkəsinin nüvə silahı ideyasından qabaq okeanın o tayından ona qarşı diversiya,sanksiya və ticari embarqoların tam bir buketi, çeşidli seriyaları işə salınmışdı.
Çünki düşmənçiliklərə son vermək müasir imperiyaların işi deyil.
Əks halda yüz minlərlə diplomatik personala malik nəhəng idarələr, kəşfiyyat mərkəzləri və ən əsası külli miqdarda büdcə vəsaitlərini sümürən ordular gərək işsiz qalsınlar.
İranın nüvə proqramını on iki ildir əsas gündəliyinə daxil etmiş siyasi paytaxtlar üçün yeni şəraitdə daha böyük və İrandan fərqli təzə düşmən obrazı qlobal ağalıq planı üçün qaçılmazdır.
Əslində isə Amerika üçün Qüdsün müqəddəsliyi uğrunda savaşan və müsəlman dünyasının müqavimət mərkəzinə çevrilən bir ölkənin islami varlığı, sitayiş etdiyi peyğəmbəri və idarəçilik üsulu hər hansı kütləvi qırğın silahlarından daha böyük təhlükə olaraq qalır və nüvə bombası haqda düşünməyən 90-cı illər İranına qarşı tətbiq olunanlar da dediklərimizi təsdiqləyir.

Yaxşı xatırlayırsız yəqin, inqilabın ilk zərbəsini səfirlik binasına vurmaqla başlayan və 66 amerikalı diplomatı uzun müddət girova çevirən dini lider Xomeyni onu səmavi xilaskar kimi qarşılayan milyonların üzərindən hamıya mesaj vermişdi ki, “böyük şeytan”la savaşları uzun sürəcək.
Bununla da əsası qoyulmuş ruhaniyyət sistemi dünya düzəninə yeni ahəng qatmışdı, anqlosaks dəyərlərinin alternativi olduğunu sübuta yetirmişdi.

Xristian aləmi üçün Məhəmməd peyğəmbərin doğulduğu torpağa sahiblənmək və Allah evinin başına dolananları nəzarətdə saxlamaq belə müsəlman dünyasının çəkili bir hissəsini itaətsizlik müharibəsindən daşındıra bilmədi.
Ona görə ərəb coğrafiyasında mövcud olan və keçimişin qalığını xatırladan rejimlərlə müqayisədə İranın dövlət quruluşu daha cazibədar olub-axı burada Allahın yerdə insan surəti ilə çıxış edən başçısı Fələstin uğrunda güzəştsiz bir xətti izləməklə yüz illərdi ki, Məkkəyə və Mədinəyə sahiblik edənlərdən daha çox din qardaşlarına yardım əlini uzatdığını göstərməyə çalışır.
”Həmas”ın və ya “Hizbullah”ın terror siyahılarında baş yerləri tutması onları hədəflərindən yayındıra bilməz Tehranda yaxşı bilirlər ki, həmin siyahıları tərtib edən mərkəzlər sabah Beytül-müqəddəsi tamamilə ələ keçirəndən sonra növbəti səlib yürüşünün ünvanı imam Əlinin ruhuna səcdə edənlərin torpaqları olacaq.
Demokratiyanı vaxtilə süngü gücünə yayan, bununla da neft-qaz səltənətinə yiyələnən Qərbin siyasi sistemi nə qədər pərdələnsə də uzun on illər boyu diktatura quruluşlarının himayəçisi olduğunu gizlədə bilməz.
Kral Fəthin matəm törəninə qatılan və az qala nəşi altına girməyə hazır olan avropalı hökumət başçılarını yəqin unutmamısız...Lakin İrandakı vahid ruhani liderlərlə yanaşı,xalqın seçimindən keçən və dörd illik müddətdə prezidentlik mandatı qazanan demokratik siyasi mübarizə səhnələrini də heç kəs inkar edə bilmir.
Burada müəyyən hakimiyyət bölgüsü prinsipləri ilə yanaşı,cəmiyyətin mənəvi simasını əldə saxlayan və sərhədsiz azadlıqlar virusundan qorunmağa qadir olan təsislatlara da geniş yer verilib.
 Ona görə də şiə məzhəbinin daşıyıcıları-islam dünyasının çəkili bir hissəsinin ikinci Kəbəsinə çevrilən bir ölkə yaşadığı və mübarizə apardığı inancları ilə atom silahından daha böyük qüvvədir və belə qənaətə gələn Reyqan hökuməti, sonrakı prezidentlər isə atom silahını hazırlamaq səbəbilə radioaktiv obyektləri,əslində isə bütün İran torpaqlarını bombalamağa hazır idilər.
Hətta, oğul Buş dönəmində Amerika-İran gizli ticarəti və danışıqları aparılmasına baxmayaraq,BMT də Birləşmiş Ştatları təmsil edən səfir Con Bolton hərbdən başqa yolun qalmadığını, hətta, müharibənin tarixini də göstərməkdən çəkinməmişdi.
Beləliklə, həqiqi Qərb modelinə alternativ olan İranın islami varlığı teokratik, klerikal, ayətullahlar məmləkəti adlanmağından asılı olmayaraq, Sovetlər birliyi qədər Amerika üçün başağrısı deməkdir.

Qərb bir-birinin ardınca öz üsul idarələrini başqa məkanlara yaydıqca İranı terrorizmdə günahlandırıb onu iqdisadi təcridetmə ilə boğacağını düşünürdü.
Lakin ələbaxan ərəb monarxiyaları ilə müqayisədə fars dövlətçiliyi daha dayanıqlı çıxdı.
Uzun on illər boyu həm siyasi,həm də dini ələsalmanın sloqanına çevrilmiş “molla rejimi” ifadəsi mistik mason-anqlosak diplomatiya məktəblərinin gücündən geri qalmadı, əksinə sonda onların fövqünə yüksəlməyi bacardı.

Bəli sanksiyalar və təcridetmə siyasəti bəhrəsini verdi-millətin iqtisadi gücü sarsıldı,lakin xalq nə qədər zəifləsə də hakimiyyət bir o qədər möhkəmlənməkdə davam etdi.Bunu meydanlara çıxan milyonlarla insanın Xameneinin işarəsi ilə necə hərəkət etdiyi də təsdiqləyir.
Bütün bunlar nəyin hesabına baş verdi- xalqın dözümü,fars imperiyasından qalan ənənələr, yoxsa,müqəddəs kitablarla yanaşı,dünyanın gizli idarəçilik sirlərinə sahib olmaqla-bütün savablar ikinci dərəcəlidir.
Fakt budur ki, İran hələ atom bombası yaratmamış düşmənlərindən istədiklərini qopara bildi və döyüşün növbəti raundu üçün əlverişli mənəvi, iqtisadi, siyasi,hətta hərbi üstünlüklər qazandı.

İndi 30 iyun razılaşması qarşısında hamını düşündürən sual Suriya məsələsində heç bir güzəşti tanımayan və Əsəd hakimiyyətini qoruyub saxlayan Tehranla necə dil tapılacağı məsələsi deyil.
Nüvə problemi ətrafında danışqıları həm də rejimini saxlamaq vasitəsi kimi görən Bəşərin qətiyyən satılacağı, yaxud şiə xəyanəti ilə qarşılaşacağı gözləntisi yoxdur.
Əksinə,3 aprel həm də Yaxın Şərqdə İranın maraqlarının tanınmasını və geopolitik çəkisinin artmasını rəsmiləşdirən gün deməkdir.
İndi Yəmənə koalisya şəklində hücuma keçən ərəb orduları da şiə qurşağı ilə üz-üzə qalduqlarını yaxşı bilirlər.
Söhbət heç də Amerikanın İranı özünə yenidən müttəfiq etməklə ənənəvi qaydada Yaxın Şərqin təsir dairələrinə bölünməsindən və bəlli əraziləri farslara peşkəş etməsindən getmir.
Bu yerdə heç Rusiyanın mühüm regional dayaqlarından məhrum edilməsi də söz mövzusu deyil.

İndi İrakda Səddam rejimi devriləndən sonra hakimiyyətə gətirilmiş marionet rejimlərin ayaqda qala bilmədiyindən onların şiə platforması ilə silahlanması və dünyada islam bayrağı altına keçənlərin sayının artması ilə baş qaldıran xofun qarşısını almaq üçün Türkiyə kimi ehtiyatlı oyunçudan daha güclü müttəfiqə ehtiyac duyulur.
İŞİD İranı düşmənçilikdən çıxarmaqda Amerikaya kömək etdi.
Lakin Qərbə güclü İran heç vaxt sərfəli ola bilməz.Ona görə dünya çapında hər gün qaralanan Məhəmmədin dinini terorçuların əlindən xilas eləmək üçün Ağ Ev qara daşın başına dolanmağa deyil, ruhani hakimiyyətinə üz tutub.Deməli.ərəb ölkələrində inqilab havasına köklənmək min illik tayfa idarəçiliyinin və klanlararası ziddiyyətlərin qarşısında dayanan bəndi ortadan qaldırmaq deməkdir.
Bu isə nəticə etibarilə,böyük bir qitədə aramsız müharibələrə, yeni xilafət quruculuğu ideyalarının müsəlmanlar yaşayan bütün ərazilərə yayılmasına yol aça bilər.
Məğlubiyyət hissi altında olmaq,qisas duyğusu ilə yaşamaq və dini düşmənlərindən intiqam almaq planları bir Şarli faciəsinə dözməyən Qərbin sakitliyi və əmin-amanlığı üçün ciddi təhlükədir.
İran xristian dünyasına bax burda lazımdır.
 Ã–zünün raketləri,inqilab keşikçiləri və bəsic qüvvələri ilə.Bir şərtlə ki,İsrailin varlığına təhlükə törətməsin və İraqı, Suriyanı, Yəməni buraxıb Kəbəyə göz dikməsin. 
İŞİD-i boğandan sonra nüfuzu güclənən İranın çoxları üçün növbəti kabusa çevrilməməsi MAQATE adı ilə onların içərilərinə yeriyən casus şəbəkəsinin nəzarətindən, ona Avropa qaz və neft bazarında veriləcək kvotalardan asılı olacaq.

Lakin Barak Obamanın Kubadan sonra ikinci düşmənini qucaqlamağa hazır olmasının bir ayrı-həm də daha önəmli sirri də var.
Bəlkə də o heç bir haqq etmədiyi Nobel mükafatını bu yolla doğrultmaq istəyindədir.Amerika prezidenti əsil Trotski kimi daimi inqilab nəzəriyyələrinə inanaraq belə bir qənaəti bölüşür ki, qapıları açmaq, ideyaların mübadiləsini aparmaq və bu gün meydanlarda sanksiyalardan qurtulacağını bayram edən gəncləri Qərb dünyası ilə tanış etmək İranın bir dövlər kimi iflasını sürətləndirəcək.
Vaxtilə Reyqan Qorbaçov üçün nələri etmişdisə,indi onun varisləri Cenevrədə əsil avropalı libasına bürünmüş Məhəmməd Zərifə oxşar canıyananlığı və xidməti göstərməyə çalışırlar. 
Axı, popun,repin,cazın və digər azadlıq marşlarının qarşısında heç sovet hökuməti duruş gətirə bilməmişdi.İndinin kütləvi qırğın silahları olan ayfonların və onun analoqlarının qabağında dayanmaq həqiqətən İran xalqı üçün çətin olacaq.
Amerikalılar Stalinin “düşməni öldürmək üçün onu bərk-bərk bağrına basmaq lazımdır” nəsihətindən görünür, yaxşı nəticə çıxarıblar.
Axı, Kremlin keçmiş rəhbərini Hitlerlə əvvəlcə müttəfiq olmağa sövq edən səbəblər bu gün tam miqyası ilə Amerika-İran müttəfiqliyində özünü təcəssüm etdirir.
 Hətta, Moskvaya gələn Ribbentrop özünü burda “dogma evində və keçmiş yoldaşları arasında olduğu kimi” hiss etdiyini söyləyirmiş.İranın Ağ Evdə simpatizanları olmasa da, günün birində Tehranda Birləşmiş Ştatların səfirliyinin açılacağına heç şübhəniz olmasın. Bu isə artıq müharibənin yeni səhəfəsi demək olacaq.
İndi İran sitayiş etdiyi müqəddəs Quranın,zənginləşdirdiyi uranın və bəşəriyyəti fiziki deyil,mənəvi məhv edən yeni kütləvi qırğın silahlarının- facebookun, tvitterin, hər yerdə elektron casus qurğularına çevrilmiş və sanki Allahın ekranından insanlığı izləyən iPADlərin, androidlərin zərbəsindən qorunmalıdır.
Ona görə qədim fars müdrikləri müasir dövrün vuruşlarına nəzər yetirib yəqin bunu söyləyərdilər: “rəqibinə sonsuz nifrət edə bilərsən, lakin onun silahlarının aşiqinə çevrilib düşməninə qalib gələ bilməzsən”!

Zahid Oruc,
Milli Məclisin deputatı

Oxşar xəbərlər
12:20, Bu gün
İlham Əliyev İqor Babuşkini qəbul etdi
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO