“Husilərə və İrana cəsarət verən əsas faktor Rusiyadır”
Oxunub: 4986
03 Apr 2015 | 10:48
“Husilərə və İrana cəsarət verən əsas faktor Rusiyadır”

Yəməndəki olaylar ”“ husilərin qiyamı, İranın terrorçulara dəstəyi, ərəb ölkələrinin proseslərə hərbi müdaxiləsi və s. bütün dünyada ciddi narahatlıqla müşahidə edilməkdədir. Yəmən olayları ilə bağlı fərqli ekspertlər tərəfindən fərqli açıqlamalar verilməkdədir ki, bu da onsuz da mürəkkəb olan situasiyanın doğru anlaşılmasına, proseslərin əsl mahiyyətini dərk etməyə imkan vermir.


Yəməndə nə baş verir? Proseslərin arxasında dayanan maraqlı qüvvələr hansılardır? Husilərin birdən-birə meydana çıxması və mərkəzi hökumətə qarşı ciddi dirəniş göstərməsi təsadüfdirmi?


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq-araşdırmaçı İlqar Altay Moderator.az saytı və “Hürriyyət” qəetinə açıqlamasında bu və bu kimi məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib.

 

“Yəmən tarixən radikal ekstremist islamçı qruplaşmaların və liderlərin məskənidir”

 

İ.Altay öncə Yəmənin tarixi simasına, keçdiyi inkişaf yoluna nəzər salıb: “Ümumiyyətlə, Yəmənin tarixinə nəzər salsaq, bu ölkə dünyada ən qədim insan məskənlərindən birisidir. Tarixçi alimlərin iddialarına görə hətta, ilk insanlar Afrika qitəsindən ilk olaraq Yəmənə keçid ediblər. Orada özlərinə platforma quraraq, sonradan Asiya, Avropa və dünyanın digər bir sıra bölgələrinə artım etmişlər.


Yəmən həm də ərəb dünyasının ən ziddiyyədli, təzadlı bölgəsidir. Bu da Yəmən xalqının hə dəyişkən, qeyri-stabil və həm də ifrat radikal, üsyankar xarakterindən irəli gəlir. Bu həm də toplumun müxtəlif ideya və təriqətlərə səmimi və hətta, fanatizm qədər meylliyindən irəli gəlir. Bu səbəbdəndir ki, bu ölkədə ta qədimdən bütpərəstlik, iudaizm, xristianlıq və müsəlmanlığa qədər, demək olar ki, bütün dinlər meydan götürüb. Hətta, bu günkü islam dini mütləqliyində belə, bu ölkədə bu dinin şiə və sünni qolunun çox müxtəlif təriqətlərinə qulluq edən iri toplumlar müxtəlifliyi mövcuddur. Bura həm də ən radikal ekstremist islamçı qruplaşmaların və liderlərin məskənidir. Nəzərə alaq ki, dünyanı lərzəyə gətirən Ben Laden və sair, məşhur terrorçular da Yəməndə yetişiblər”.


Ekspertin sözlərinə görə, Yəmən həm də davalı inqilablar və dəyişən hakimiyyətlər ölkəsi kimi diqqət çəkir: “Yəmən həm də, ictimai-siyasi baxımdan daima qarşıdurma və üsyanlar, inqilab və hakimiyyət çevrilişləri ölkəsidir. Bu məkanda dövlət quruluşuna görə dini monarxiya sistemindən tutmuş, parlamentar kapitalizm və kommunist sovetpərəst rejiminə qədər bütün hakimiyyət növləri də sınaqdan çıxmışdır. Məhz Yəmən xalqının bu təzadlı, rəngarəng təbiətindən istifadə edərək, dünyanın müxtəlif güc mərkəzləri bu ölkəni əsrlərlə öz maraqlarının dartışma və qarşıdurma meydanına çeviriblər. Xüsusilə, Hind okeanından Aralıq dənizi və Avropaya gedən fövqəlvacib dəniz keçidi üzərində yerləşməsinə görə ABŞ və müttəfiqləri üçün Yəmən strateji maraq kəsb edib”.

 

“Yəməndə sünni və şiə məzhəbli ideya sahibləri arasında böyük ziddiyyətlər var”

 

İ.Altayın bildirdiyinə görə, haırda Yəməndə İslam dininin fərqli məzhəbləri arasında ciddi ziddiyyətlər mövcuddur: “Bu gün ərəb dünyasında islam dininin sünni və şiə məzhəbli ideya sahibləri arasında böyük ziddiyyətlər var. Təbii ki, belə bir ziddiyyət, məzhəb savaşı Yəmən kimi qarşıdurma məkanından yan ötüşməzdi. Necə ki, 2011-ci ildəki "Ərəb baharı" Yəməndən ötüşmədi və ölkənin qnununi prezidentini götürüb apardı. Bu gün, dayanıqsız Yəmən növbəti dəfə məzhəb və təriqətlərin, onların arxasında dayanan qüvvələr və dövlətlərin təsiri ilə çalxalanır.


Bu son dövrlərə qədər Yəməndə sünni ərəb dünyasının dəstəyi ilə hakimiyyətdə üstünlük sünni vahhabi məzhəbli sələfilərdə olub. 2011-ci il inqilabından sonrakı bu hakimiyyət daima Səudiyyə Ərəbistanı tərəfdən dəstəklənib. Təbii ki, bu dövlət daima öz şimal qonşusu Səudiyyə Ərəbistanı və uygun ərəb koalisiyasının, oradan da Qərbin, ABŞ-ın maraqlarını ifadə edib.


Bu dəfə Yəməndə Husilər adlanan şiə məzhəbli hərəkat hərəkətə keçib və artıq öz sözünü də deyib. Prezidenti, hökuməti devirib. Ölkə paytaxtını və iri şəhərləri ələ keçirib. Müvəqqəti keçid konstitusiyası yaradıb, parlamenti buraxıb və yenisini yaradır. Prezident qaçıb və demək olar ki, ölkə bu hərəkatın nəzarətindədir. Husilər Hərəkatının banisi yəmən mənşəli Hüseyn Husi vaxtilə İranda təhsil alıb. Livan və Suriya şiələri ilə əlaqəli olub, radikal "Hizbulla" hərəkatının yaradıcılarındandır. 2004-cü ildən, Hüseyn Husi öldürüləndən sonra hərəkata Əbdulməlik Əl-Husi rəhbərlik etməyə başlayıb. O dövrdən, vaxtaşırı Yəmən ordusu ilə Husilər arasında daimi qarşıdurmalar yaşanırdı”.

 

“Husi hərəkatına İranın dəstəyi birmənalıdır”

 

Ekspertin qənaətincə, husilərin İran tərəfindən dəstəkləndiyi inkaredilməzdir: “Şübhəsiz ki, şiə məzhəbli Hüsilər hərəkatının sünni ərəb dövlətlərinin əhatəsində yerləşən Yəməndə hakimiyyəti ələ götürmək dərəcəsində inkişafının arxasında İran İslam Respublikası dayanır. İran hakimiyyəti rəhbərliyinin əsas ideologiyası öz inqilabını xaricə ixrac etmək, islam dünyasında mümkün qədər çox sayda şiə məzhəbli dövlət quruluşları yaranışını təşkil etməkdir.


Ancaq İranın himayə etdiyi, illərlə gizlənib hakimiyyət pusqusunda duran Husilərin son bir ildə cürətlənib hərəkətə keçməsi başqa bir güclü amildən irəli gəlir. Bu, Rusiya amilidir. Düşünürəm ki, İrana da, həmin hərəkata da bu cürət və qətiyyət Moskvadan, Rusiya "KQB"-si tərəfdən gəlib. Yoxsa, İran güclü ərəb dünyasını qıcıqlandıracaq addıma cəsarət etməzdi. Bir dəfə 2011-ci ildə "ərəb baharı" zamanı İran bu fırtınanı Bəhreyndə yaratmışdı və ərblərdən də dərhal sərt cavab almışdı. Yəməndəki, bu hadisələrin başlangıc və gedişatı Qərb və Rusiya arasındakı Ukrayna konflikti prosesi ilə paralellik təşkil edir. Məqsəd Yəməndə ikinci Suriyanın yaradıb, ikinci Bəşər Əsədin hakimiyyətdə oturdulması ilə ərəb dünyası və Qərbə qarşı daha bir geosiyasi platforma formalaşdırmaqdır”.

 

“Rusiya ərəb dünyasında çaxnaşma yaratmağa çalışır”

 

İ.Altayın fikrincə, Krım və Donbas olaylarından sonra Rusiyanın Qərblə mübarizəsi bütün parametrlər üzrə daha prinsipial xarakter alıb: “Rusiyanın Krımı və Ukraynanın Donbas hövzəsini işğalından sonra onun Qərblə savaşı artıq qlobal xarakter alıb. Moskva artıq, Qərbin gücü və ona yaratdığı total sıxıntıları qarşısında hər vasitəyə əl atır. Müxtəlif bölgələrdə özünün İran, Suriya, Şimali Koreya, Ermənistan kimi "dost" kartlarından istifadə etməyə başlayıb. İran və şiə məzhəbli ərəblər vasitəsilə ərəb dünyasına çaxnaşma salmağa calışır. Çünki son Ukrayna konfliktində neft resurslu ərəb ölkələri yekdillik və qətiyyətlə ABŞ və Qərbin tərəfini tutdu.

Putin konfliktin başlanğıcında əminliklə çıxış edib dedi ki, Səudiyyə Ərəbistanı Qərbin təsiri ilə heç vaxt neftin hasilatını çoxaldıb qiyməti salmaz və Rusiyanın mənafeyinə toxunmaz. Ancaq Moskvanın çox qorxduğu bu hal baş verdi. Bu gün ABŞ birbaşa müdaxilə etmədən, ərəb ölkələri koalisiyasının hərbi qüvvələrinin Yəmənə müdaxiləsi vasitəsilə Rusiya və İranın niyyətini heçə endirir. Artıq Yəmənin üsyançıların mövqeləri bombalanır və Husilərdən təmizlənməsi prosesi başlanıb.


Heç də təsadüfi deyil ki, Rusiya XİN Lavrov Yəməndəki prosesləri Ukraynadakı meydan inqilabı ilə müqayisə edir. Ərəb dövlətlərinin birbaşa, devrilmiş Yəmən hökumətinə dəstəyini narazılıqla qarşılayır, Qərbin buna susmasıni ikili standart kimi qiymətləndirir. Sözün qısası, Rusiyanın İran ustu Yəmən "fırtınası" da boşa getdi.


Qeyd edək ki, rus və fars şovinizminin maraqları tarixən üst-üstə düşüb. Bunun köklü səbəbi Rusiya və İran imperiyalarının qonşu türk toplumlarını bölüşüb əsarətdə saxlaması və Rusiya üçün İranın cənub-şərqdə geosisiyasi istinad nöqtəsi əhəmiyyəti daşımasıdır. Bunlar rəsmi elan olunmayan sıx müttəfiqlərdir. Moskva son onilliklərdə bütün dünya tərəfindən sıxıntıya düşmüş İranı atom istehsalı, Suriya problemi və sair, digər vacib məsələlərdə həmişə müdafiə edib onun ayaqda qalmasına çalışıb. Iran da təbii ki, Moskvaya öz borcunu sədaqətlə qaytarır. 90-cı illərin əvvllərində Azərbaycanda silkələnmə, sabitliyin pozulması və Qarabağın işğalı prosesindəki Moskva-Tehran-İrəvan üçbucağında İran “əməyinin” məhsuldarlığı barədə faktları zaman özü mütləq ortaya qoyacaq”.

 

“Əgər fövqəlgüclər radikal qruplaşmaların arxasında dayanmasaydı...”

 

Ekspertin sözlərinə görə, Yəmən olayları terrorçuların əvvəlki dönəmlərdən fərqli olaraq daha böyük hədəflərə nail olmaqda israrlı olduğunu göstərdi: “Ümumiyyətlə, Yəmən hadisələri göstərdi ki, müxtəlif dini ekstremist qruplar əvvəlki onilliklərdə olduğu kimi, heç də ölkə və cəmiyyətlərin bir küncündə yuva salıb, terror və sair vasitələrlə öz təriqətlərinin varlığı uğrunda mücadilə aparmaqla kifayətlənmək istəmirlər. Onlar artıq, müxtəlif hərəkatlar yaradıb, hərbi birləşmə və ordu hesabına ölkələrdə hakimiyyəti ələ keçirmək barədə düşünürlər. Öz radikal dini ekstremist ideyalarına uygun dövlət qurmaq fikrindədirlər. Talibanın, İŞİD-in, indi isə Husilərin çıxışları bunu sübut edir.


Heç şübhəsiz ki, konkret dövlətlərin və həm də hərbi fövqəlgüclərin bu cür radikallar arxasında dayanması və dəstəyi olmadan Husi və İŞİD kimi dini ekstremistlərin ölkələr, hakimiyyətlər ələ keçirməsi qədər güclənə bilməsi mümkünsüz olardı”.

 

Seymur Əliyev

Oxşar xəbərlər
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:33
Urmiya gölü altı aya quruyacaq - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 15:43
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
29 Apr 2024 | 15:46
Anar Məmmədli saxlanıldı
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 15:38
Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:33
Urmiya gölü altı aya quruyacaq - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 15:43
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
29 Apr 2024 | 15:46
Anar Məmmədli saxlanıldı