Hərbi ekspertdən MN rəhbərliyinə haqlı sual...
Cəmiyyət
Oxunub: 6529
24 Mar 2015 | 11:44
Hərbi ekspertdən MN rəhbərliyinə haqlı sual...
Moderator.az tanınmış hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərovdan Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin açıqlamasını şərh etməsini xahiş edib və ondan aşağıdakı cavabı alıb:

Martın 22-də günorta saatlarında işğalçı Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müqavilə əsasında hərbi xidmət keçən Andranik Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. İndi bu mövzu ətrafında çox müxtəlif müzakirələr, diskusiyalar aparılır. Fakt faktlığında qalır ki, qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb və hal-hazırda onunla müvafiq qaydada işlər aparılır. Yəqin ki, Müdafiə Nazirliyi və ölkəmizin digər xüsusi-xidmət orqanları artıq erməni hərbçisi Andranik Qriqoryanla lazım olan dindirmə işlərini aparıblar və indi onun taleyi ilə əlaqədar müvafiq qərar qəbul ediləcək. 

Bayram günləri olduğuna görə bu məlumat o qədər də mətbuat səhifələrinə çıxmasa da, sosial şəbəkələrdə bu mövzu həddindən çox dartışılır və çoxlu fikirlər səsləndirilir. Yazılmış fikirlər arasında diqqəti cəlb edənləri də, məntiqə uyğun olanı və olmayanları da kifayət qədərdir. Biz də ictimaiyyət nümayəndələri olaraq bu məsələ haqqında öz fikirlərimizi sizlərlə bölüşmək istərdik. Sözsüz ki, bütün müzakirələrə və söhbətlərə baxmayaraq, son qərarı ölkənin siyasi və hərbi rəhbərliyi  verəcək. 

Şəxsi düşüncəmə görə, erməni hərbçisinin bizim tərəfə keçməsi ilə bağlı ortalıqda video görüntülər də olduğuna görə, biz bu məqamdan ağıllı və çox dəqiq şəkildə  istifadə etməliyik. Əvvəla, Azərbaycan əsgərinin tam şəkildə beynəlxalq hüquq və normalar çərçivəsində, əlində təslim olmaq istəyən rəmzi tutmuş düşmən ordunun əsgərinə qarşı son dərəcə humanist davranmasını xüsusi ilə qabartmalıyıq. Təmas xəttində ordumuzun vahid komandanlıq prinsiplərinə tam şəkildə əməl etməsi və yuxarı komandanlığın tapşırıqlarını necə dəqiq yerinə yetirməsinin bir daha bariz nümunəsini gördük. Əgər könüllü təslim olunan Andranik Qriqoryanın doğum təvəllüdünə diqqət yetirsəniz, görərsiniz ki, o heç də təcrübəsiz bir sıravi əsgər deyil. O Ermənistan Silahlı Qüvvələrinin müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçusudur. Ən azından digər həqiqi hərbi xidmət keçən əsgərlərindən fərqli bir statusda olan hərbi qulluqçudur. Sadə dillə desək, kiçik komandir heyətinə aid olan vəzifəli şəxsdir. Onun danışdıqları və söylədikləri də kifayət qədər maraqlı və vacib hərbi məlumatlar kateqoriyasına aid məlumatlar ola  bilər. Onun könüllü olaraq təslim olmasına “bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram. Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil» sözləri ilk baxışdan adi sözlər olsa da peşəkar hərbi qulluqçular, müvafiq qurumlar üçün çox önəmli məqamlardır. 
Bəli, bizim illərlədir qeyd etdiyimiz o fakt ki, işğalçı ölkənin iqtisadi durumu çox ağır vəziyyətdədir, öz təsdiqini tapır. Çətin durumda olan rəsmi İrəvan öz Silahlı Qüvvələrində olan real vəziyyətdən ya bixəbərdir, ya əsl həqiqətin nə yerdə olduğunu yaxşı bildiyi üçün, “həftə səkkiz, mən doqquz” müdafiə naziri  Seyran Ohanyan başda olmaqla az qala hər həftə işğal olunmuş ərazilərimizə baş çəkməyə məcburdular. Bu vəziyyət bundan sonra get-gedə daha da çətinləşəcək. Nə qədər hazırkı erməni hakimiyyəti öz xalqına qarşı belə sayğısız davranacaq, problemlər daha da artacaq və sonda vəziyyət ola bilsin tam nəzarətdən çıxsın. 

Erməni hərbçinin “Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər. Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var” sözləri də çox böyük əhəmiyyət  daşıyır. 
Ən əsası isə, hesab edirəm ki, Anranik Qriqoryanın söylədiyi “amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər. Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər. Nə qədər ki, gec deyil siz də mənim kimi edin”  sözləridir. 

Biz Azərbaycan ictimaiyyəti və mətbuatı olaraq məhz bu istiqamətdə işlərimizi qurmalıyıq. Məhz erməni xalqı arasında  bu ruhda izahat işləri aparmaq, onlara düzgün yol göstərməklə biz daha böyük nəticələrə nail ola bilərik. Hər fürsətdə öz çirkin addımları və əməlləri ilə milli düşmənçiliyi daha da dərinləşdirməyə cəhdlər edən Ermənistan siyası və hərbi rəhbərliyinin iç üzünü açmaqla, biz təkcə silahla deyil, eyni zamanda sözlə də çox böyük işlər görmüş olarıq. 
Fürsətdən istifadə edib, sosial şəbəkələrdə bu hadisə ilə əlaqədar gedən qızğın müzakirələrə də balaca bir münasibət bildirmək istərdim. Dostlarımızın və bu hadisəni yaxından izləyən yoldaşların narahatçılıqlarını da bölüşərək onu qeyd etmək istəyirəm ki, erməni hərbi qulluqçusunun minalanmış sahəni belə asanlıqla keçib bizim mövqeylərə yaxınlaşması bəzi ciddi məsələləri ortalığa çıxarır. Həqiqətən də, haqlı olaraq peşəkar hərbçilər, o cümlədən əsgər və zabitlərimizin həyatını düşünən vətəndaşlarımız düşmənin kəşfiyyat-diversiya qruplarının  ərazilərdə bizə yaşada biləcəyi fəlakətləri də biz diqqətdən qaçırmamalıyıq. Hesab edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi və hadisə baş vermiş ərazinin birləşmə və hərbi hissə komandanlığı bu məqamlara ciddi fikir verməlidirlər. Ən xırda detal belə  diqqətdən yayınmamalıdır. 
Və yaxud başqa bir vacib məqam da ciddi müzakirə obyektinə çevrilib. Bu əsgər minalanmis sahəni keçərkən niyə erməni əsgərləri onu vurmadi? Bir daha könüllü əsir düşmüş erməninin müsahibəsinə diqqət yetirmənizi xahiş edirəm. Erməni hərbçinin “əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər” ifadəsini məncə incələməyə qətiyyən ehtiyac yoxdur. Bir də, əsir düşən erməni əsgərin  yəqin ki, hansı vaxtı özünə Azərbaycan tərəfinə könüllü təslim olmaq üçün məqam seçdiyini də unutmamalıyıq."

Oxşar xəbərlər
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:05, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başladı
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 11:45
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 11:53
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 11:53
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
06 May 2024 | 11:49
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 12:04
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 13:37
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
06 May 2024 | 11:45
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
06 May 2024 | 13:15
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
06 May 2024 | 11:53
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
06 May 2024 | 13:17
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
06 May 2024 | 11:53
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
06 May 2024 | 11:49
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
06 May 2024 | 12:32
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
06 May 2024 | 12:04
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi