Hadı Rəcəbliyə məsləhət...
Oxunub: 2430
13 Mar 2015 | 08:18
Hadı Rəcəbliyə məsləhət...
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu yaxınlarda müsahibə verib. Jurnalistin “Məzənnə siyasətinin dəyişməsindən sonra ölkədə xüsusən də gənc, eləcə də imkansız ailələrin öz təminatını yaxşılaşdırması üçün nə tövsiyə edirsiz?” sualını da uzun-uzadı cavablayıb. Bu cavabını ədəbi təsvir vasitələri ilə də bəzəyib. Hadı bəy məzənnə ilə bağlı siyasətin dəyişməsini xəstənin müalicə prosesinə bənzədib. Hələ kapitalizm və sosializmla bağlı da müəyyən bənzətmələr edib. Öz aramızdır, Hadı bəy, yaxşı yazıçılıq istedadınız var.

Bu gün Hadı Rəcəbli millət vəkilidir. O millət ki, içində həm həkimi, həm mühəndisi, həm şairi, həm aktyoru, həm alimi və başqa neçə-neçə peşə sahiblərini birləşdirir. Lakin burda önəmli bir həqiqət var. Həkimi həkim olmaq üçün, mühəndisi mühəndis olmaq üçün, alimi alim olmaq üçün də müəllimə möhtacdır. Hələ daha çox istedad tələb edən şairlik, yazıçılıq, aktyorluq da qələm tutmağı, yazmağı müəllimdən öyrənir. Lap elə müəllimin özü də bir müəllimə möhtacdır. Biz müəllimlərə, müəllimlik kimi əzəmətli peşəyə bu qədər möhtac ikən onu başqa bir işə möhtac etmək, onun biliyini məhv etmək millətə vəkillik deyil, düşmənlikdir.

Hadı bəy deyir ki, “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Siz hələ bilmirsiz bunun nəyi pisdir? On bir illik orta təhsil, dörd illik ali təhsil, bir müddət bunun təcrübə toplamaq prosesi - bir müəllimin yetişməsi 20 ildən çox vaxt tələb edir e, Hadı bəy! Sözün əsl mənasında bir cavanın ömrüdür bu. 20 il zəhmət çəksin, oxusun, öyrənsin, təcrübə toplasın ona görə ki, günün yarısında dərs deyəcək, yarısında da daş daşıyacaq, qum daşıyacaq?

Siz öz dediyinizi özünüz bir sonrakı fikirdə təkzib edirsiz. Deyirsiz ki, “Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır.”

Bəli, qeyd etdiyiniz kimi o adamın nə ali təhsili var, nə də əlavə bacarığı. Onun fəhlə işləməsi ayıb deyil ki. Bu insan oxumayıb, əziyyət çəkməyib, təhsil almayıb, xüsusi bacarığı da yoxdur. Bu insan ustalıq öyrənə bilər, fəhlə işləyə bilər, satıcılıq edə bilər. Nə çoxdur belə adamlar üçün növbənöv işlər. Amma eyni şeyi illərlə zəhmət çəkib öyrənən və bunu yüzlərlə, minlərlə insana öyrədəcək bir peşəyə yiyələnən müəllimlərə şamil etmək olarmı?

Əgər siz həqiqətən millət qayğısına qalan bir millət vəkilisinizsə, niyə Milli Məclisdə müəllimlərin maaşının artırılmasını müzakirəyə qoymursuz? Çünki mediada millətə məsləhət vermək asandır. Amma millətin problemini orda müzakirəyə qoymaq çətindir, elə deyilmi? Bu cəsarət tələb edir və əfsus ki, həyat sizə qarşı ədalətli olmayıb. O sizdən cəsarət qədər gözəl, ülvi, dadlı bir neməti əsirgəyib. Ah, həyat, ah!

Amma sizdən vəzifəni əsirgəməyib. Bir xeyli vəzifəniz var. Hətta onları yazsam, gərək bu məqaləni siləm. Axı siz bu vəzifələri də sizə dərs deyən müəllimlərin sayəsində qazanmısız. Axı sizə yazmağı, oxumağı onlar öyrədiblər. Siz onların daş, qum daşımasını, bazarda nəsə satmasını necə qəbul edirsiz? Birdən görsəniz ki, sizə dərs deyən müəllim hardasa fəhlədir ya da bazarda nəsə satır. Nə hislər keçirəsiz? Bu sualı özümə də verdim sizin müsahibənizi oxuyanda. İçimdən bir səs dedi ki, “Orxan, nə danışırsan!? Tanrı məni o gündən qorusun ki, öz müəllimlərimi elə möhtac vəziyyətdə görəm!” Bəli, Tanrı bütün müəllimlərimizi o gündən qorusun, Hadı bəy!

Siz millətə çox məsləhət verirsiz. İndi gördünüz ki, məsləhətləriniz ürəkaçan deyil. İndi mən sizə bir məsləhət verim. Nə olsun ki, sizdən kiçiyəm və sizin qədər vəzifəm yoxdur? Amma əminəm ki, mənim məsləhətim daha çox millətin ürəyincə olacaq. Məncə siz ilk növbədə Milli Məclisdə müəllimlərin, həkimlərin, artistlərin, jurnalistlərin və bu kimi digər ziyalı təbəqənin əmək haqqının qaldırılması, şəriatinin yaxşılaşdırılması məsələsini müzakirəyə qoyun. Eybi yox, uzaq başı sizi ordan çıxaracaqlar da. Amma insanların ürəyində vəzifəniz olacaq, Hadı bəy! Heç olmazsa bunu tələb etdiniz, bunu istədiniz deyə sizi insanlar sevəcək. Nə lazım ki, sizin üçün sabah böyük heykəllər ucaldalar, büstlər qoyalar!? Hər insanın ürəyində bir “heykəliniz” olsa, görün nə qədər könüllərdə yaşayacaqsız.

Hər yerdə qanunlar insanlara xidmət etmək üçündür. Əfsus ki, bizim ölkəmizdə qanunlar insanlara əziyyət etmək üçündür, Hadı bəy! Ən birinci millətin qəsdinə duran qanunları dəyişin. Axı siz qanun keşiyində durursuz, vəkilsiz. Qanunun da bir qanunluğu olmalıdır ki, insan onu sevsin, ona əməl etsin. Sizə ziyan verən, əziyyət edən, zülüm edən nəyisə ya da kimisə sevərsiz? Bunu kim sevər ki?

Mənim nənəm ömrünün əlli ilini müəllimliyə həsr edib. İndi ölkənin hər tərəfində, hətta ölkənin xaricində də müxtəlif peşələrdə, vəzifələrdə çalışan şagirdləri var. Hərdən ona baş çəkməyə gəlirlər. Əlindən öpürlər. Həsəd aparıram elə məqamlarda ona. İndi fikirləşirəm ki, onun üstündən daş iyi, qum iyi, qoyun-quzu iyi, ot-alaq iyi gələrsə, onun müəllimlik peşəsi, bu peşənin əzəməti o iyin içində itib gedər axı.

Elə mənə də yazmağı o öyrədib. Qələm tutmağı, kitab oxumağı. Sonra da başqa müəllimlərdən öyrənmişəm. Mən özümü onlara borclu bilirəm. Axı onlar öz müəllim kürsüsündə oturub bildiklərini yeni nəsillərə öyrətməlidir, onları tərbiyə etməlidir. Axı onlar bu millətə gərəklidirlər, lazımdırlar. Axı hamının dünyada müəllimə ehtiyacı var.

Təbii ki, bu peşəni şərəf və ləyaqətlə yerinə yetirən bütün müəllimlərin qarşısında baş əyirəm, onların əlindən öpürəm, başda öz müəllimlərim olmaqla. Çünki mənim müəllim sarıdan həmişə bəxtim gətirib. Bir də ki, Hadı Rəcəblinin adından onların hamısından üzür istəyirəm. Xətrinizə dəyməsin, əziz və dəyərli müəllimlər, Hadı bəy öz vəzifəsini itirməkdən qorxub və elə deyib. Onu vəzifəsinə bağışlayın!

Hörmətlə, Orxan Bahadırsoy
Oxşar xəbərlər
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq