Rəbiyyət Aslanova ATƏT PA-dan səsləndi
Oxunub: 1798
21 Feb 2015 | 12:48
Rəbiyyət Aslanova ATƏT PA-dan səsləndi
 "Erməni işğalına görə qaçqınlarımızın və məcburi köçkünlərimizin 54 faizi qadınlardır ki..."

Moderator.az Azərbaycanın ATƏTPA-dakı nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanovanın mətbuata geniş müsahibəsini təqdim edir.

ATƏT Parlament Assambleyasının (PA) Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən ənənəvi və növbəti qış sessiyası öz işini davam etdirməkdədir. Azərbaycanı ATƏT PA-da təmsil edən virse-spiker Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti də qurumun komitə iclaslarında və sessiyasında müzakirələr zamanı bu ya digər məsələlərlə bağlı öz fikirləri bildirməkdə, mövqelərini ortaya qoymaqdadırlar. Nümayəndə heyətinin üzvlərindən biri - Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə "ATƏT və Azərbaycan məkanında gender bərabərliyinin təminatı məsələləri" mövzsusunda müzakirələr zamanı öz fikirləri geniş şəkildə açıqlayıb. Əməkdaşımızla söhbətində R. Aslanova bunları bildirib:


-Əvvəla, Dünya Iqtisadi Forumunun  ekspertlərinin hesab etdiyi kimi, dünyanın heç bir ölkəsi hələ iqtisadiyyatda, siyasətdə, təhsildə, səhiyyədə və sairədə kişilərin və qadınların arasında tamhüquqlu bərabərliyinə nail olmayıb. Ona görə çıxışımda ilk öncə bu məqama toxunaraq qeyd etdim ki, müxtəlif formalarda təzahür edən  gender diskriminasiyası çoxsaylı ölkələrdə, Şərqdə də, Qərbdə də mövcuddur. Bildirdim ki, ancaq Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin qarşısının alınması sahəsində əhəmiyyətli tarixi təcrübəyə malikdir.  Ümumiyyətlə, XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Çünki Şərqdə ilk dəfə olaraq, Azərbaycan Demokratik Respublikasının (1918-1920) qanunları gender bərabərliyinin qanunverici bazasını təşkil edib.   Məhz 1918-ci ildə Azərbaycan, müsəlman Şərqində birinci Demokratik Respublika kimi, qadınlara seçmək və seçilmək hüququnu (haqqını) verdi. Baxmayaraq ki,  Azərbaycan əsasən müsəlman ölkəsidir, o daimi olaraq  dünyəvi dövlətçiliyə və  dünyəvi dəyərlərə sadiq qalıb. Çıxışımda vurğuladım ki, bu gün Azərbaycanda qadınların hüquqlarının müdafiəsində çox böyük  müvəffəqiyyətlərə nail olunub. 1991-ci ildə müstəqilliyin əldə edilməsindən etibarən Azərbaycanda bu sahədə qanunvericilik davamlıolaraq təkmilləşir. ATƏT-in üzvü kimi insan hüquqları, bərabərlik, dözümlülük və müxtəliflik  dəyərlərinin əhəmiyyətini diqqətdə saxlayır. Məsələn, "Azərbaycan ”“ 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının 7.4.cü bəndibelə adlanır: Gender hüquq bərabərliyinin təminatı və ailənin inkişafı. Burada da göstərilir ki, “Gender probleminin həlli üçün zəruri tədbirlər qəbul ediləcək. Gender zorakılığı hadisələrinin qarşısının alınması yönündə siyasətin  həyata keçirilməsi bu sahədə  dövlətin əsas məqsədlərindən biri olacaqdır, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların yaradılması, qadınların karyerada artması üçün imkanların genişlənilməsi, onların rəhbər vəzifələrə təyinatı təmin ediləcəkdir”...

 

"Parlamentdə qadınların təmsilçiliyinə görə isə Cənubi Qafqazda  ən yüksək göstərici- Azərbaycana məxsusdur"



-Yeri gəlmişkən onu da qeyd edək ki, müasir Azərbaycan gender bərabərliyi məsələlərinin müzakirə edildiyi beynəlxalq dialoq  mərkəzinə çevrilib...
 
-Çıxışım zamanı məhz elə bu məqamı da avroparlamentarilərin nəzərinə çatdırdım. Belə ki, məlum olduğu kimi, Bakıda 2008-ci ildə   "Mədəniyyətlər arası dialoqda qadınların rolunun gücləndirilməsi"   mövzusunda Beynəlxalq Forum keçirildi. Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu çərçivəsində sessiyanın ikinci hissəsinin mövzusu "Mədəniyyətlər arası dialoqun əsas iştirakçıları kimi Qadınlar" oldu. Həmçinin, 2010-cui ldə Bakıda  Avropa Şurası qadın məsələlərinə məsul nazirlərin  konfransı keçirildi. 2012-ci ilin iyununda Bakıda XXIII Krans Montana Forumunun  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılığı ilə "Sabahkı günün dünyasında qadınların rolu"mövzusunda illik görüşü oldu və sessiyası keçirildi. Bildirdim ki, bu faktların özü Azərbaycanda problemə olan münasibətin əyani təzahürüdür. Eyni zamanda, ilk növbədə xüsusi olaraq  onu vurğuladım ki, Qarabağ müharibəsi zamanı kişilərlə birlikdə çiyin-çiyinə   600-dən çox qadın cəbhədə vuruşub. Bununla yanaşı, ötən hər il ərzində ölkənin ictimai-siyasi həyatında  və taleyüklü  qərarların   qəbulunda qadınların iştirak səviyyəsi ardıcıl olaraq artıb. Hüquq-mühafizə orqanları sisteminə gəldikdə, Ədliyyə Nazirliyi strukturlarında  qadınlar çoxluq təşkil edir. Parlamentdə qadınların təmsilçiliyinə görə isə Cənubi Qafqazda  ən yüksək göstərici- Azərbaycana məxsusdur. Qadınlar səhiyyə sistemində-60 faiz, təhsil sistemində-70 faiz, parlamentdə isə-20 faiz təşkil edir...



"Azərbaycan əhalisinin sayı 9 milyondur ki, onun artıq  51 %-ni qadınlar təşkil edir"
 

-Çıxışınız zamanı Azərbaycanda qadınların idarəçilikdə təmsilçiliyi məsələsinə də toxundunuzmu?

-Bu məsələyə geniş şəkildə yer ayırdım və qeyd etdim ki, ötən il- 23 dekabr 2014-cü il tarixində 4-cü bələdiyyə seçkiləri keçirilib. Keçmiş seçkilərin nəticəsi ilə müqayisədə qadınların  bələdiyyələrdə nümayəndələrinin sayı  dəfələrlə artıb. Seçkilərin nəticəsində bələdiyyə qurumlarında təmsil edilmiş qadınların sayı   2014-cü ildə 4%-dən 29,5%-ə qədər   artıb. Qadınlar   bələdiyyələrin üzvlərinin ümumi sayının 29%-i  təşkil edirlər. Göründüyü kimi, bələdiyyə orqanlarına 2014-cü ildə seçilmiş qadınların sayı 2004-cü ilin göstəriciləri ilə müqayisədə 9 dəfə artıb. Bununla bərabər, vurğuladım ki, bu gün Azərbaycanda parlament sədrinin üç müavinindən biri, parlamentin 125 deputatından 20-si, İnsan Hüquqları üzrə müvəkkil (Omdusman), 1 Dövlət Komitəsinin sədri, 4 nazir müavini, Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi qadındır. Məlum olduğu kimi, Azərbaycan əhalisinin sayı 9 milyondur. Onun artıq  51 %-ni qadınlar təşkil edir. Əmək qabiliyyətli əhalinin 2,09 milyonu qadındır, onların 1,97 milyonu işləyir, 475,5 min qadın dövlət sektorunda işləyir...

 
"Qadınlar demək olar ki, dövlət qulluqçularının və elmi işçilərin yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır"


-Qadınların sayı ümumi məşğul əhalinin tərkibində neçə faiz təşkil edir?

-Çıxışımda da bildirdiyim kimi, Azərbaycanda qadınların sayı ümumi məşğul əhalinin tərkibində  54,6% təşkil edir. (2010-cu il ilə müqayisədə 53,4%). Bir sözlə, qadınlar səhiyyə və sosial xidmətlər sferalarında (83,5%); səhiyyə və sosial xidmət sahələri işçiləri arasında (83,5%); təhsil sahəsində (82,3%); mehmanxana-turizm biznesində (76,4%); maliyyə fəaliyyətində (74,9%) üstün mövqelərə malikdirlər. Sonra qeyd etdim ki, Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikanın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir.Bundan başqa, elm sahəsində, təhsildə qadınlarımız öz potensiallarını tam reallaşdırmağa imkan qazanıblar. Ölkəmizdə qadın alimlər arasında 3 akademik, 12 müxbir üzv, 117 elmlər doktoru, 1328 elmlər namizədi var. Hazırda qadınlar demək olar ki, dövlət qulluqçularının və elmi işçilərin yarısını təşkil edirlər. Həkimlərin və məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. Çıxışım zamanı söylədim ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) qanunlar qəbul olunub. 2014-cü ildə ölkə Prezidentinin Sərancamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı təsdiq edilib. Bununla belə, 2011-ci ildə Ailə Məcəlləsinə əlavə və dəyişikliklər olunub. 2011-ci ildən nikaha daxil olmağın minimal yaş həddi  qadınlar və kişilər üçün 18 yaş  müəyyən edilib.  Həmçinin, Cinayət Məcəlləsinə düzəlişlərin edilməsi, məcburi nikahların qadağası, 2009−2013 illər üçün “İnsan Alveri ilə Mübarizə Üzrə Milli Fəaliyyət Planı”nda sanksiyalar nəzərdə tutulması mütərəqqi irəliləyişlərdir. Bəyan etdim ki, ölkəmizdə beş ildən bir “cəmiyyətdə qadınların mövqeyi və rolunun müzakirəsi” məqsədi ilə ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər Azərbaycanda gender bərabərliyinin pozitiv və optimist gələcəyə malik olmasının göstəricilərdir. Gender bərabərliyinin faktiki reallıqda təmin edilməsi, şübhəsiz ki, beynəlxalq və milli səviyyələrdə çoxsaylı strukturların və institutların uzunmüddətli birgə fəaliyyətinin gücləndirilməsini tələb edir...


"Torpaqlarımızın işğalına görə qaçqınlarımızın və məcburi köçkünlərimizin 54%-i qadınlardır. Bu qadınların gender bərabərliyinin təminatı, eləcə də, ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də var"



-Rəbiyyət xanım, qadın məsələsindən danışarkən qadın qeyri-hökumət təşkilatlarının,Azərbaycanda vətəndaş cəmiyyətinin səyləri də xüsusi olaraq qeyd edilməlidir...


-Tamamilə, doğrudur. Bu məqamı da müzakirələr zamanı qabartmağa çalışdım, bildirdim ki,  hazırda ölkədə 50-yə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir, gender  problemləri ilə məşğul olurlar. Dövlət rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün etibarlı zəmin formalaşdırır. Artıq sübut olunub ki, qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına gətirib çıxarır. Ancaq onu da qeyd etdim ki, bu yondə problemlər də var. Yəni, istənilən sahədə olduğu kimi, müsbət  dəyişikliklərə baxmayaraq, qarşıda hələ görülməli çox məsələlər durur. Çünki ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyon vətəndaşın, o cümlədən qadınların insan hüquqları kobud şəkildə pozulub. Torpaqlarımızın işğalına görə qaçqınlarımızın və məcburi köçkünlərimizin 54%-i qadınlardır. Bu qadınların gender bərabərliyinin təminatı, eləcə də, ailə və cəmiyyətdə statusu ilə bağlı ciddi problemlər də var. Azərbaycanda gender bərabərliyinin təminatı  və məişət zorakılığına qarşı mübarizə tədbirlərini dəyərləndirərkən bu amili beynəlxalq təşkilatlar diqqət mərkəzində saxlamalıdırlar. Ümumiyyətlə, avroparlamentarilərin, ATƏTPA üzlərinin nəzərinə çatdırmağa çalışdım ki,  regionda gender  situasiyası olduqca qeyri-stabil və gərgindir. Beynəlxalq təşkilatların səylərinə, BMT, Avropa Şurası və ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, əhalinin oz doğma yurd-yuvalarına qayıtmaq məsələsi hələ də öz həllini tapmayıb...
Oxşar xəbərlər
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var