Polşa Cənubi Koreyanın ilk “K239 Chunmoo” raket buraxılış qurğusunu alıb.
Bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşak "X" sosial şəbəkəsində bildirib.
“Koreyanın ilk “K239 Chunmoo” raket qurğuları artıq Polşaya gəlib. O, Polşanın “Jelcz” yük maşınına quraşdırılıb. Bu il yeni raket buraxılışı qurğuları da olacaq”, - o yazıb.
Polşa və Cənubi Koreya arasında bağlanmış müqavilə 288 ədəd “K239 Chunmoo” buraxılış qurğusunun tədarükünü nəzərdə tutur ki, bunlardan ilk 18-i Polşanın “Jelcz” avtomobillərinə quraşdırılaraq döyüş sursatları ilə birlikdə 2023-cü ildə çatdırılacaq.
Bundan əvvəl Polşa Cənubi Koreyadan 1 000 ədəd “K2” tankı, 672 ədəd “K9A1” özüyeriyən haubitsa və “FA-50” qırıcısından ibarət 3 eskadrilya alınması üzrə müqavilələr imzalayıb.