“Həyatın sərt üzü”
Ədəbiyyat
Oxunub: 3463
12 Jan 2015 | 12:28
“Həyatın sərt üzü”
(Hekayə)

Sərxan gündoğmamış hər zaman olduğu kimi yenədə traktor başında gəlirdi. Kəndin ağzı örpəkli xanımları isə əkin sahəsini kol-kosdan təmizləməklə məşğul idilər. Əkin yerləri qaralmışdı, yamaclardasa hələ alatoranlıq idi.Nadir ağa əkinçilərin başı üstündə durub fasiləsiz işlədirdi. Nə də olsa əkin sahəsinin böyük bir qismi onun əlində idi. Ağzı örpəkli xanımların içində Sərxanın sözlüsü, zalım Nadir ağanın isə birəcik qızı Sənəm də var idi. Elə bu zaman Sərxanın uşaqlıq dostu Fariz uzun həsrətdən sonra doğma kəndinə qayıtdı. Fariz 8 ilə yaxın Rusiyada işləmək məcburiyyətin də olmuşdu. Fariz Sərxanı görən kimi səsləndi:

-Vay kimi görürəm, Sərxan.Necəsən əziz qardaşım?
-Şükür Fariz.Çox dəyişmisən.
-Həyatın sərt üzü məni dəyişdirdi!...
Fariz bu sözləri deyəndə sanki həyatdan intiqam almaq istəyirdi.  Bir qədər gedəndən sonra qabaqlarına Sənəm çıxdı. Fariz Sənəmi görəndə sanki şeytan ağlını aldı. Şeytan bir ovcun toz kimi Fairzin canına yayıldı.
Sərxan körpəlikdən atasını itirmiş, Nəriman adlı 5 yaşlı qardaşıyla xəstə anasının himayəsində qalmışdı.Zaman keçir və Ayşə ananın işləməyə, övladlarına baxmağa halı qalmır. Sərxan həyatının ən şirin çağında işləyir. Həm xəstə anasına, həm də ki azyaşlı qardaşına baxmaq məcburiyyətində qalır.
***
Qarşı dağın dalından gün çıxırdı. Kənd camaatı da elə bil yuxudan ayılmırdı. Sərxan isə böyük həvəslə axşam olacaq qonşu Hikmətin toyuna hazırlaşırdı. Çöllərin şehli, suların duru vaxtıydı. Ayşə ana övladını xoş əhvali-ruhiyyədə görüb dedi:
-A bala, nə xəbərdi?
Sərxan sevincli halda:
-Anacan yəgin yadındadı,bu gün qonşu Hikmətin toyudu. Ora hazırlaşıram.
Ayşə ana sanki nigaran idi. Ürəyinə elə bil ağırlıq çökmüşdü. Nigaran şəkildə Sərxana səsləndi:
-A bala, gör, Nəriman hardadı, tap gətir. Yaman nigaranam.
Sərxan pencəyini götürüb və anasına dedi:
-Baş üstə anacan.
Toy damı dərənin qarşısındaydı. Cavanlar halay vurub, dəstə tutmuşdular. Çalğıçılar da əyləşmişdilər başda. Sərxanla Farizdə toyda bir küncdə əyləşmişdilər. Get-gedə hava qaralırdı. Hamı yavaş-yavaş dağılışırdı. İki ayrılmaz dost söhbətləşə-söhbətləşə səkiylə gəlirdilər. Elə bu zaman Sərxanın mobil telefonuna zəng gəlir. Zəng Sərxanın anası Ayşə anadanıydı. Sərxan mobil telefonuna kefli halda cavab verərək:
-Alo, hə, anacan?
Ayşə ana həyəcanlı halda:
-Sərxan tez özünü çatdır xətəxanaya. Nərimanı maşın vurub xəstəxanadayıq.
Sərxanın başı fır-fır fırlandı. Sanki unutmaq istədiyi ağrı-acıları yenə təzələndi. Fariz Sərxandan həyəcanlı halda nə baş verdiyini soruşdu. Sərxan cavab verərək:
-Fariz, Nərimanı maşın vurub tez xəstəxanaya getməliyəm.
Hər ikisi tez xəstəxanaya yollandılar. Ayşə ana kövrələrək Sərxanın boynuna sarıldı:
-Oğlum,bu nə işdi başımıza gəldi, hüzurumuz qalmadı artıq.
Baş həkim üzülmüş şəkildə:
-Nərimanın valideynləri sizsiniz?
Ayşə ana yalvarmış halda həkimə sarı döndü:
-Həkim, qurbanın olum, oğlumu xilas edin, yalvarıram.
Həkim həyatın sərt üzünə məhkum olmuş Sərxana üzünü tutaraq sakit halda Nərimanın şikəst qalacağını bildirdi. Sərxanın nitqi qurumuşdu. Sanki başına qaynar su tökülmüşdü. Həkim Nərimanın yeriyə bilməsi üçün böyük məbləğdə pulun lazım olacağını və bu əməliyyatın yalnız İsraildə olacağını bildirdi. Nəriman artıq yatağa məhkum olmuşdu. Övladının vəziyyətini bu halda görən Ayşə ananı kədər boğurdu.Bu vəziyyət Nərimana da çox pis təsir edirdi. Evin bütün yükü Sərxanın üstünə qalmışdı. Əkin sahəsin də işləməklə yalnız Nərimanın dərmanlarına veriləcək pula çatırdı. Həm də ki,Sərxan 2 ilə yaxını idi ki Sənəmə sözlü idi. Nadir ağa isə başlıq pulunu gətirmədən qızını verməyəcəyini bildirmişdi. Çarəsiz Sərxan çarəni yalnız Bakıya üz tutmaqda və orada işə düzəlməkdə görürdü. Axşam çağı ev qayıdanda dostu Farizi görür. Bütün bunları dostuna danışır. Fariz kömək edəcəyini bildirir. Əslində Farizin Sərxana kömək eləməkdə məqsədi varıydı. Fariz səhərisi gün Sərxangilə qonaq gəlir. Gülə-gülə Sərxana dedi:
-Tərpən,dur hazırlaş üzülmüş. Şofer Əhmədlə danışmışam. Şənbə günü Bakıya yola düşür. Səni də aparacaq.
Sərxan sevincək halda Farizi qucaqlayaraq dedi:
-Çox sağ ol əziz qardaşım. Bu qoca dünyada yalnız sən məni başa düşdün. Nə qədər təşəkkür etsəm, azdır.
Amma Sərxan həyatın sonrakı mərhələsində onu nələr gözləyəcəyini bilsəydi yəginki belə deməzdi...
***
Səhər təzəcə açılırdı.Sərxan yola baxdı ki, görsün Sənəm gəlirmi? Heç kəs yox idi.Sənəm əkinin ətəyilə gəlirdi. Sənəm Sərxanı görən kimi üzü güldü, çöhrəsi sanki nura boyandı. Birlikdə kəndin bulaq başına endilər. Sərxan Sənəmə Bakıya iş dalınca gedəcəyini bildirdi. Sənəm bu sözləri eşidəcək üzülərək dedi:
-Mənə bir loxma çörək yetər. Getmə, Sərxan! Məni tək buraxma.
Sərxan da həmin səslə dedi:
-Olmaz, Sənəm.Sənə də, atana da söz vermişəm. Sən evimizə gəlinlikə daxil olacaqsan.
Sənəmin gözləri yaşarmışdı. Sanki sevgilisini bir daha görməyəcək kimi çox üzülmüşdü. Ağ örpəyini Sərxana verərək kövrək halda:
-Bu ayrılıq acısına necə dözərəm, Sərxan...
Sərxan çox çarəsiz durumdaydı.Bir tərəfdən qardaşının müalicəsi üçün böyük məbləğdə pul lazımıydı, digər tərəfdən isə yerli adət-ənənənin qurbanı olmuşdu. Sərxanın üzü-gözü əyilmişdi, əllərini açıb, boğula-boğula dedi:
-Dözməliyik, Sənəm, məcburuq. Evimizə gəlinliklə daxil olacaqsan.Tez bir zamanda bütün ağrı-acılarımız geridə qalacaq.
Sənəmi yaş boğurdu, qəhərlənə-qəhərlənə, kövrələ-kövrələ dedi:
-Dönənə kimi deyil, səni lazım gəlsə bir ömür boyu gözləyərəm. Amma məni məktubsuz qoyma Sərxan...
Sərxan kədərlə,üzünü Sənəmə tutub dedi:
-Hər gün,hər saat sənə məktub yazacam...
***
Kəndin səs-küyü azalmaqdaydı. Şər qarışmışdı. Balacadan tutmuş böyüyə qədər hamı yorğanını başına çəkmişdi. Sərxan fikirli halda yolla gəlirdi. Qoyunlar mələşirdi, itlər hürürdü. Bir qədər gedəndən sonra Kəndin başında Farizi gördü. Fariz gülümsəyərək əlini Sərxanın çiyninə ataraq:
-Ay Sərxan, nə olub sənə?
Sərxan Farizə sarı gəldi. Əlləriylə üzünü örtüb hönkürə-hönkürə ağladı. Ağlar səslə:
-Fariz, heç getməyim gəlmir. Anam,qardaşım və Sənəmim burda. Mən orda, onlar burda...
Fariz ürəyiyanmış şəkildə Sərxanın boynunu qucaqladı:
-Ə,Sərxan, duz-çörək kəsmişik, indiyə qədər bir yerdə böyümüşük. Ayıb döyülmü, tanımırsanmı məni? Sənin anan mənim anam, qardaşın mənim qardaşım. Sənəmdən də heç nigaran qalma. Sənin namusun,mənim namusumdur.
Sərxanın üzü gülümsədi. Farizin bu sözləri sanki ona güc verdi. Arxasında birinin olmasını bilməsi azda olsa ürəyini rahatlatdı. Amma bu sözləri şeytanüzlü birisinin deməsi Sərxanın həyatının sonrakı mərhələsində nələr olacağını azda olsa xəbər verirdi.
****
Nəhayət şənbə günü gəlib çatdı.Kəndin naxırı səhər sağınından qayıdırdı. Yelinləri boşalmış ac inəklər bostanlara, çəpərlərə boğaz uzada-uzada kənddən çıxırdılar. Sərxan çamadanını əşyalarıyla doldururdu. Artıq vaxt gəlib yetişmiş,ayrılmaq məqamı çatmışdı. Oğlunun getməsi Ayşə ananı çox üzürdü. Sərxan çamadınını götürüb Nərimanın yanına gəldi. Bərk-bərk qucaqlayaraq dedi:
-Nəriman, artıq evimizdə tək kişi sənsən. Anadan, özündən və Sənəmdən (utanaraq) muğayat ol. Onsuzda Bakıda çox qalmıyacam. Müəyyən qədər pul toplayıb qayıdacam.
Nəriman Sərxanı bərk-bərk qucaqlamışdı. Ayrılmaq, həyatı boyu ağrı-acı görmüş qardaşlara çox çətiniydi. Sonra isə üzünü anasına tutaraq kövrək səslə dedi:
-Sağ ol, anacan. Artıq getməliyəm. Xeyir-duanı əsirgəmə. Özünüzə yaxşı baxın.
Ayşə ana qəhərlənərək:
-Gülə-gülə, oğlum. Uğurlar olsun. Bizi xəbərsiz buraxma.
Artıq ayrılmaq məqamı çatdı. Sərxan çamadanını götürüb evi tərk etdi. Nə də olsa ata-baba ocağıydı. Şofer Əhmədlə Fariz kəndin başında Sərxanı gözləyirdilər. Sərxan Farizlə sağollaşıb dedi:
-Başına dönüm, Fariz, evdəkilər sənə əmanətdi.
Fariz gülümsəyərək dedi:
-Canım qardaşım Sərxan, sənin anan mənim anam,sənin sevdiyin mənim bacımdı. Onlardan heç nigaran qalma.
Sərxan çamadanını maşının baqajına yerləşdirdi.Şofer Əhməd maşınını işə saldı.Yola düşdülər.
Hava aydın idi, göyün bir yerindən ilişib qalmaq üçün bir parça bulud da yox idi, amma yağış damcılayırdı...Dönüb bir daha doğma kəndinə əl elədi. Dağların döşündə duman süründü, yamaclar ətək-ətək gözdən itdi, gözləri görə-görə kənd evləri yox oldu, beş addımlıq görünmədi. Sərxan maşında yuxuya getmişdi.Yuxuda toy çadırı görür. Böyük bir toyluq idi ki, içində at min, cıdır oyna. Çalğıçılar əyləşmişdilər başda. Kəndin havası da dəyişmişdi. Qızlar, gəlinlər Sənəmin başına yığışmışdılar. Anasının da üzü gülürdü.Qardaşı da artıq qoltuqsuz gəzirdi.Sərxan yuxunun şirin yerində oyadıldı. Kimsə "Sərxan,Sərxan artıq çatmışıq" -deyə qışqırırdı. Qışqıran Şofer Əhmədiydi. Nəhayət gəlib çatdılar.S ərxan Bakıya sonuncu dəfə 5 yaşında rəhmətlik atasıyla gəlmişdi. Bakı artıq Sərxanın 5 yaşında gördüyü kimi yox, sözlə deyilə bilməyəcək qədər gözəlləşmişdi.Baş döndürəcək işıqsaçan binalar, parkların yamyaşıl olması, mini geyinən qızlar Sərxanın ağlını başından almışdı. Sanki ayrıla bilməyəcək qədər doğma olan kəndini bir anlığa unutmuşdu.Sərxan Bakını tam yaxşı tanımırdı. Nə də olsa 15 ildən sonra Bakıya gəlmişdi. İlk günüydü Bakıya gəlməyi, lakin qalmağa yeri yoxuydu.Gecəni bulvarda skameykaların üstündə yatmaqla keçirdi. Səhər açıldı. Soyuq dəyməməsi üçün üstünə örtdüyü, yorğan əvəzi pəncəyinin artıq üstündə olmadığını gördü. Əlini cibinə saldı. Cibində olan 45 manat pulun da artıq olmadığını gördü. Axı Sərxan bulvara gəlmişdi. Sərxan başına gələnləri bilsəydi,yəginki bulvara ayaq basmazdı. Təəssüfedici halda yoluna davam etdi...
***
Qayıdaq kəndə.Görək kənddə nələr baş verir.Ayşə ana sübh namazını qılırdı.Hər qıldığı namazda oğlu Sərxananın sağ-salamat qayıtması üçün uca yaradandan kömək diləyirdi.Fariz isə öz çirkin niyyətərini həyata keçirməyə çalışırdı.Sənəmi ilk dəfə görəndə sanki şeytan ağlını almışdı, şeytan bir ovcun toz kimi Farizin canına yayılmışdı.Canına hopmuş şeytan hələdə Farizin canından çıxmamışdı.Kəndin yolları da duman , çiskin içində itib-batmışdı.Fariz səssizcə yuxarı kənddən hər zaman olduğu kimi kefli halda gəlirdi.Bu an Fariz Sənəmlə kənd yolunda qarşılaşır.Fariz kefli-kefli Sənəmə yaxınlaşaraq deyir:
-Necəsən gözəl?
Sənəm əsəbi halda Farizə cavab verir:
-Get başımdan şərəfsiz!!!
Fariz öz çirkin niyyətindən əl çəkmir.Sənəmin qolundan tutaraq evinə aparmağa çalışır.Sənəm özündə güc toplayır Farizi itələyib, yerə yıxaraq qaçır.Fariz əsəbi şəkildə Sənəmin arxasından qışıraraq deyir:
-Səni kimsəyə vermərəm.Əlimdən qaça bilməyəcəksən, mənim olacaqsan!!!
***
Sərxan isə Bakıda pulsuz-parasız iş axtarmaqdaydı.Hara gedirdisə kobud şəkildə qovulurdu.Artıq bir həftə olurdu ki Bakıya ayaq basmışdı. Amma heç bir şey qazanmamışdı.Gündüzlər boş-boş gəzir, gecələri isə skameykalarda yatmaqla keçirirdi. Səhərisi gün yenə iş axtarmağa çalışır.Vüqar adlı birisiylə tanış olur. Sərxanı tez bir zamanda işə düzəltməyə kömək edəcəyini bildirir.
***
Axşam düşmüşdü, qaranlıq qarışhaqarışdı.Ot maşınları işin axırıncı ayağını gətirirdilər. Kəndin içi elə bil çölündən qaranlıq idi. Maşınlar yaxınlaşdıqca qaranlığa qarışırdı. Sənəm yorğun halda əkindən gəlirdi.Avtobusda adam çox idi. Yanındakı oturacaqada iki oğlan bir-birinə sarı əyilib qəzetə baxırdılar .Biri yarıpıçıltıyla oxuyub ləzzətlə güldü, o birisi də ona qoşuldu. Sənəm bir anlıq heç nə anlaya bilmədi. Avtobus dayandı. Sənəmin içində sanki narahatlıq var idi. Nəsə olacaqmış kimi rəngi ağarmışdı.Yoluna davam etdi.Bu zaman qabağına Fariz və bir neçə tanımadığı oğlan çıxdı.Fariz kefli-kefli gülümsəyərək Sənəmə yaxınlaşdı:
-Səni kimsəyə verməyəcəyimi demişdim, Sənəm.
Sənəm qaçmağa çalışarkən Fariz qolundan tutdu.Əlindəki beli götürüb, altdan-yuxarı Farizin üzünə çırparaq dedi:
-Əl çək yaxamnan, şərəfsiz. Nə təhər adamsan sən? Uşaqlıq dostunun sözlüsünə hansı gözlə baxırsan?
Fariz ac qurd kimi Sənəmin qolundan tutaraq tökülmüş daxmasına apardı. Farizin Sənəmə etmədikləri qalmadı. Sənəm Farizin evdə olmadığını görüb, arxasına baxmadan qaçdı. Artıq Sənəmdə yaşamağa hal qalmamışdı.Sənəmi həyata bağlıyan bir tək Sərxan var idi. Bundan sonra Sərxanın üzünə baxa bilməzdi. Həyatın qorxunc pəncəsindən qurtulmaq üçün çıxış yolunu özünü öldürməkdə görürdü.
Artıq Sənəm həyatda yox idi.Zalım fələk onu sevdiklərindən ayırdı. Sənəm özünü Sərxanın sevgisini etiraf etdiyi bulağın yanındakı ağacın başından asmışdı.Hadisə yerinə polis əməkdaşları gəlmişdi. Ərazi polislər tərəfindən nəzarətə götürülmüşdü.İstintaq əməkdaşlarından biri ərazidən kağız parçası tapır. Kağız parçasında Sənəm ölməzədən əvvəl Sərxana sonuncu məktubunu yazmışdı:
-“Sərxan, məni həyata bağlayan, yaşam anlamım tək səniydin. Özünə dost, qardaş saydığın Fariz zalım düşmən kimi belindən vurdu. Məni zorla qaçırtdı. Etmədiyləri qalmadı.Yoruldum, bitdim artıq. Bu ürək, bu qədər acıya dözməz. Yaşamamım bir anlamı qalmadı artıq. Bundan sonra yaşamaq mənim haqqım deyil. Bağışla məni...”
***
Sərxan artıq bir aya yaxınydıki tikintidə yenicə işə düzəlmişdi.Sənəmə yazdığları məktubların cavabsız qalması onu çox üzürdü. Nə biləydiki zalım fələk onu əlindən alıb. Məktublarına cavab gəlmədiyini görüb doğma kəndinə üz tutdu. Sərxan kirayə qaldığı evin qabağında dayanmışdı. Ürəyinə qəribə bir qorxu çökmüşdü. Sanki kəndə gedib, evə girəcəyini, anasını və qardaşını görə bilməyəcəyini ağlına gətirə bilmirdi.Elə bil birinci kərəydi görəcəkdi. Gecəni narahat keçirdi. Səhər açılar-açılmaz doğma kəndinə yola düşdü.Sərxan taksiyə yaxınlaşıb sürücüdən gediş haqqını soruşdu:
-Salam qardaş, Qubaya neçəyə apararsız?
Taksi sürücüsü cavab verdi:
-Əleyküm-salam. Ay brat, 30-a aparıram.Ama səni 25-ə apararam.
Sərxanı narahatlıq bürüdüyündən pulu düşünmürdü. Neçəyə aparırdısa aparsın.Təki tez bir zamanda doğma kəndində olsun.Taksi sürücüsüylə razılaşdılar.Yola düşdülər. Sərxan yol boyu xəyallara dalmışdı.Xəyallar onu doğma kəndinə aparmışdı.Qoyun-quzunun mələməsi, traktoru sürüb əkinə gəlməsi və ən əsasıda Sənəmlə bulaq başında görüşməkləri yadına düşdü.Elə bil kimsə Sərxanı silkələyərək deyirdi:
-Ay brat çatmışıq düş...
Razılaşdıqları pulu ödəyib, rayon ərkəzindən evə piyada getdi.Uzun yol gedəndən sonra nəhayət gəlib evinə çatdı.Qapını açdı.Ayşə ana Sərxanı görər-görməz sevinc göz yaşlarını axıdaraq dedi:
-Canım oğlum.Həmişə evdə-eşikdə
Dönüb Nərimana yaxınlaşdı:
-Ə Nəriman,bir aya olacaq getməyim artıq böyümüsən.
Nəriman da qardaşının gəlməyinə çox sevinirdi.Qardaşına cavab olaraq dedi:
-Qaqaş, mən yeriyə bilməyəndən sonra, böyüməyimin nə əhəmiyyəti var?
Nərimanın bu sözü, Sərxana çox pis təsir etdi.Sanki sözü deməyinə peşman olmuşdu. Ayşə ana Sənəmin ölməyini Sərxana hələ deməmişdi.Bir tək Sənəmdən məktub qalmışdı. Ayşə ana qəhərlənə-qəhərlənə,kövrələ-kövrələ məktubu Sərxana verdi.Sərxan məktubu oxuyarkən,sanki yer ayağının altından qaçmışdı.Qardaş qədər çox istədiyi Farizin bunları etməsi ona çox ağır gəlirdi.Ağlar səslə:
-Ana, nələr baş verir?
Ayşə ana nə deyəcəyini bilmirdi.Oğlunu sakitləşdirməkdən başqa əlindən heç bir şey gəlmirdi.Sakit kövrək səslə:
-Oğlum, üzülmə.Məndə eşidəndə pis oldum.
Artıq Sərxanda da yaşamaq anlamı qalmamışdı.Bir tərəfdən canı qədər sevdiyi sevgilisinin ölməsi,digər tərəfdən isə qardaş kimi sevdiyi dostunun qəddarcasına xəyanəti.
***
Axşam düşmüşdü.Sərxan həyət qapısından keçib Farizgilə yaxınlaşdı.Sərxanın kəndə qayıtmasından Farizin xəbəri yox idi.Onsuzda Farizin artıq Sərxanla qarşılaşmağa üzü yoxuydu.Rəhmətlik atasından bir tək tüfəngi qalmışdı.Atası vəfat etməzdən əvvəl tüfəngi Sərxana verərək demişdi:
-“Oğlum, bu tüfəngi heç zaman pis niyyətlə istifade etmə.Bu tək mənim vəsiyyətim deyil.Dörd il öncəki nəslin vəsiyətidi.”
Sərxan çox çarəsiz vəziyyətdəydi. Tüfəngi atasından alarkən heç bir zaman pis niyyətlə istifadə etməyəcəyini söz versədə,təəssüfki söz verdiyi andı pozmalı oldu.Fariz fikirləşə-fikirləşə balta itiləyirdi.Sərxan əli tüfəngli vəziyyətdə Farizin qabağına çıxdı.Farizi elə bil isti suya atmışdılar, yumşalıb muma dönmüşdü,dizlərinin gözünəcən sızıldadı.Qorxu bürümüş şəkildə Sərxana dedi:
-Dur,dur atəş açma.Nə istəsən verərəm.Qazandığım pullarıda.Hətta evimidə.
Sərxan özünü qanadsız quş kimi hiss edirdi.Ağlar səslə cavab verdi:
-Fariz, səni dost bilib bağrıma basdım.Ama sən düşməncəsinə belimdən vurdun .Mənə hər şeyini verəcəyini deyirsən.Namusumu geri verə bilərsən?!
Bu sözlərini deyəndən sonra tüfəngindən atəş açır.Sərxan Farizin öldüyünü bilib evi tərk etmək istədi.Lakin Fariz, əlində itiləməyə çalışdığı baltanı Sərxana atdı.Hər ikisi ölümcül şəkildə yaralanmışdılar.Tüfəngin səsinə polis əməkdaşları gəlmişdi.Hadisə baş vermiş əraziyə heç kim buraxılmırdı.Təcili tibbi yardım gəlsədə heç birini xilas etmək mümkün olmadı.
Həyatın sərt üzünə məhkum olmuş bu gənclər,artıq tərs çevrilimiş dünyada yox idilər.Kimisi cənnətə, kimisi isə əməllərinə görə cəhənnəmə məhkum olmuşdu...
Gənc yaşımda yıxdı, məni kədərlər
Öz taleyimə sitəmkar oldum
Ağlayan sonunda, gülər dedilər.
Ömrümcə gülmədim, üsyankar oldum.
Sevgilim axıtdı, hər zaman göz yaşını
Sevgi deyə daşlara, vurdum başımı
Ölmədən tikdirdim, məzar daşımı
Sonunda sevməyə, tövbəkar oldum
Anladım həyatın, hər şeyi xəyal
Dosluqlar yalanmış, söylənər xəyal
Qızdım gətirənə, məni dünyaya
Anama, Tanrıma günahkar oldum...
Elşən Yəhyayev
Oxşar xəbərlər
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 11:50
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
03 May 2024 | 11:55
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 11:50
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
03 May 2024 | 11:55
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF