TDT baş katibi:
Siyasət
1583
21 Jul 2023 | 19:40

TDT baş katibi: "Əminəm ki, Şuşa gələcəkdə dünyanın ən gözəl şəhərlərindən olacaq"

"Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl şəhərlərdən biri olacaq və buna əminəm".

Bunu "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun iştirakçısı, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında deyib.

"Prezident İlham Əliyev 3 saatlıq görüşü zamanı Qarabağ zəfəri və sonrakı mərhələlər barədə geniş məlumat verdi, suallarımızı ətraflı cavablandırdı. İnşallah, hər il Şuşada Qlobal Media Forumu keçiriləcək", - deyə baş katib vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər