Azərbaycanda təhsilin aşağı səviyyədə olması, məlum problemin zaman-zaman tənqid edildiyi hər kəsə bəllidir. Xüsusilə də ali təhsilli kadrların hazırlandığı universitetlərdə tədris edilən təhsilin yarıtmaz səviyyədə olduğu ictimaiyyəti ciddi şəkildə narahat edən məsələlər sırasındadır.
Son
günlər məlum problemin müzakirəsi zamanı bəzi millət vəkilləri universitetlərdəki
təhsilin səviyyəsini yüksəltmək üçün onların ixtisarını və ya birləşdirilməsini
təklif edib. Onların fikrincə, bu, universitetlərin baza və potensialının genişlənməsinə,
daha əsaslı, daha keyfiyyətli təhsilə səbəb ola bilər.
Bununla
bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Psixoqamma” praktik psixologiya
üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı
universitetləri ixtisar etməyin çıxış yolu olmadığını vurğuladı: “Görünür, bu təklifi edənlər tələbələrin
sayını azaldaraq test sınaqlarından daha yüksək nəticə göstərənlərin ali təhsil
pilləsinə buraxılmalarını məqsədəuyğun hesab edirlər. Lakin bu, çıxış yolu
deyil. Həmin tələbələr yaradıcı və inkiaşfetdirici mühiti olmayan
auditoriyalarda necə inkiaşf edəcəklər? Belə mövzular olanda müəlimim,
professor Əbdül Əlizadənin bir hərəkəti yadıma düşür. O magistrlərə dərs deyəndə
əvvəlcə gəlib əyləşərdi, sonra qalxıb onlarla yenidən salamlaşar və deyərdi:
"Əzizlərim, mənim balalarım, mən bu gün bura sızdən öyrənməyə gəlmişəm".
Bilirsinizmi bu sözlərdə nə böyük hikmət var? Ali məktəblər nə qədər ki,
yaradıcı mühiyə çevrilməyib, bu problemi göstrilən yolla həll etmək mümkün
deyil. Bunun üçün başlıca şərt kafedraların elmi-metodiki bazasını möhkəmləndirmək,
yaradıcı müəllimləri işə dəvət etmək, onlarda maddi maraq oyatmaq lazımdır. Kafedraların
tərkibinə baxın. Əksəriyyənini elmi dərəcəsi yoxdur”.
Seymur
Əliyev