“Hədəfimiz Avropa Məhkəməsidir”
Oxunub: 4944
26 Dec 2014 | 20:31
“Hədəfimiz Avropa Məhkəməsidir”

“Adamdan soruşmazlarmı ki, «fədakar ata» obrazı yaratmağın nədir, alimenti verməmək üçün məhkəmə qapılarında qalmağın nə?!”

 

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı Yasamal rayon məhkəməsində xüsusi ittiham qaydasında cinayət təqibi davam edir. Xatırladaq ki, Gültəkin xanımı məhkəməyə vermiş keçmiş baldızı Aynur Mehdiyeva insan alveri və əməyin istismarı cinayətlərinə görə 8 il 6 aylıq şərti azadlıqdan məhrum edilib. Nə qədər absurd olsa da, Aynur Mehdiyeva Gültəkin Hacıbəyliyə qarşı iddiası üzrə məhkəmədə bütün bu olanları danıb. Aynur Mehdiyeva iddia edir ki, Gültəkin xanım mediada yazılanlara istinadən onun insan alveri cinayətinə görə saxlanılıb buraxıldığını bildirməklə böhtan atıb. Barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan məhkum deyir ki, “mən heç vaxt saxlanıla bilməzdim”. Bəlli məsələdir ki, məhkəməyə göndərilən cinayət işi üzrə əvvəlcə ibtidai istintaq aparılır. Təqsirləndirilən şəxs barəsində də qanunda nəzərdə tutulmuş qətimkan tədbiri növlərindən biri seçilir. Cinayətkar saxlanılmalıdır ki, onun barəsində hansısa növdə qətimkan tədbiri seçilsin.

Aynur Mehdiyeva, eləcə də qardaşı Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı kampaniyada iştirakını nəzərə alaraq, insan alverində təqsirləndirilənlərin əksəriyyəti 10-12 il azadlıqdan məhrum edildiyi halda, onun həbsdən kənarda saxlanılacağı əvvəlcədən gözlənilən idi. Bu barədə mətbuatda da yazılmışdı. Gözləntilər də özünü doğrultdu...

Yeri gəlmişkən, Mahmud Mehdiyev keçmiş həyat yoldaşı və oğlunun anası olan Gültəkin xanımın “pis idimsə niyə yalvarırdın ki, getməyim” və “məndən maddi cəhətdən asılı idi” ifadələrinə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bu səbəbdən bacı-qardaş Gültəkin xanıma qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıblar.

Bu iddia üzrə aylardır Yasamal rayon məhkəməsində proses davam edir. Amma elə həmin məhkəmə Mahmud Mehdiyevin keçmiş həyat yoldaşına qarşı keçirdiyi məhbuat konfransında səsləndirdiyi ağır təhqirlərə və böhtanlara görə ona bəraət verib. Guya, məhkəmə müəyyən edib ki, bu məlumatlar Mahmud Mehdiyevə aid deyil, onların müəllifləri jurnalistlərdir...

Bütün bu baş verənlər ətrafında Gültəkin Hacıbəylinin özü ilə söhbətləşdik:

 

- Belə açıq-aşkar rüsvayçı bəraət hökmü gözləyirdinizmi? Həmin mətbuat konfransının lent yazısı mediada yayılıb. Mahmud Mehdiyevin söylədiyi fikirlərin məsuliyyətinin jurnalistlərin üzərinə atılmasının səbəbi nədir?

 

- Təbii ki, bu, ilk növbədə həmin fikri səsləndirənlərin özünü pis vəziyyətdə qoyur. Hakimiyyət bu qədər əziyyət çəkdi, mətbuat konfransı təşkil etdi, nəzarətində olan bütün KIV-ləri səfərbər etdi, televiziya kanallarının baş xəbərlərinə çıxardı, öz mediasında barəmdə yüzlərlə iyrənc yazılar yazdıraraq məni cəmiyyətə cinayətkar, reket, rüşvətxor, talançı, dələduz, siyasi əxlaqsız, təhdidçi və s. obrazında təqdim etmək üçün can qoydu, bu qədər aşağı əyarlılıq göstərəcək səviyyədə aşağı düşdü, uzuclaşdı. Digər tərəfdən, öz vuran qolu, asıb-kəsən əli olan Baş prokuror Zakir Qaralovu pis durumda buraxdı - dörd il əvvəl özü imzaladığı əmri geri oxutdurmaqla. Zakir Qaralovu 2010-cu ildə “prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə görə” bu orqanlardan qovduğu Mahmud Mehdiyevi “Prokurorluq haqqında” qanuna zidd olaraq müstəntiq təyin etmək məcburiyyətində buraxmaqla onu xırdaladı, nüfuzdan saldı. 

Eşitdiyimə görə, hətta müəyyən əməkdaşlar arasında “üzəduran vakansiyası” ilə bağlı zarafatlar da var. Iş bunula da bitmədi. Məhkəmənin hökmü ilə insan alverçisi olduğu sübuta yetirilmiş Aynur Mehdiyevanı faktiki məsuliyyətdən yayındırmaq məcburiyyətində qaldılar. Insan alverinin qarşısının alınması sahəsində qeyri-effektiv fəaliyyətlə bağlı yerli və beynəlxalq səviyyədə tənqidlərə tuş gəldilər. 

Və bütün bunlardan sonra aydın olur ki, Mahmud Mehdiyev barəmdə səsləndirdiyi bütün böhtan və təhqirlərin arxasından qaçır. Sən demə, bu ifadələr heç onun “cümlələrinə, danışığına uyğun deyil”, o, “heç belə danışmır və bunların hamısını jurnalistlər uydurub”, o, ümumiyyətlə, “mətbuat konfransında başqa şeylərdən danışıb”.

Hakimiyyətdə marazm xəstəliyindən əziyyət çəkənlər olduğu kimi, ağıllı insanlar da var. Mən onlara sual edirəm: dəyərdimi? Qazancınız nə oldu? Məni nüfuzdan saldınız, yoxsa özünüzü? Mənə qarşı bu qədər çirkli, qurşaqdan aşağı təzyiqlərdən, xüsusilə də bu mətbuat konfransı və 9 yaşlı oğlumla təhdiddən sonra bu kampaniya cəmiyyətdə ikrah hissi ilə qarşılandı, tanımadığım insanlardan belə dəstək gördüm. Siyasi mövqeyimdə bir addım da olsa, geriçəkilmə, ritorikamda dəyişiklik müşahidə etdinizmi? Əksinə, Milli Şuraya qoşulmaq qərarını mən məhz həmin mətbuat konfransının keçirildiyi gün - 17 may 2014-cü il tarixində verdim.

 

- Mahmud Mehdiyevə bəraət hökmündə məsuliyyət açıq-aşkar jurnalistlərin üzərinə qoyulur...

 

- Inanmaq çətin olsa da, belədir. Mahmud Mehdiyev mətbuat konfransında məni doqquz ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edib. Açıq mətnlə və həddini aşan kəskin ifadələrlə təhqir edib. Odur ki, məhkəmənin Mehdiyevi məsuliyyətdən yayındırmaq üçün başqa yolu olmayıb. Çünki onun barəsində istənilən, hətta ən yüngül ittiham hökmü prokurorluq orqanlarından xaric edilməsilə nəticələnəcəkdi. Bunu isə edə bilməzdilər, çünki onu müstəntiq vəzifəsinə məhz həmin mətbuat konfransına görə təyin ediblər. Beləcə, özlərini tələyə salıblar. Lakin məsələ bununla da bitmir. Hökmdə açıq mətnlə yazılıb ki, filan məqalənin müəllifi “Kaspi”, “Palitra”, “Gündəlik teleqraf”, “Səs” və s. qəzetlərinin müxbirləri filankəslərdir. Bu məhkəmə hökmü qanuni qüvvəyə minən kimi həmin iqtidar mediasının hökmdə bilavasitə adı göstərilən jurnalistlərini və baş redaktorlarını xüsusi ittiham qaydasında məhkəməyə verəcəyəm. Hakim Azər Tağıyev məhkəmə hökmü ilə məsuliyyəti onların üzərinə qoyursa, qoy onlar da cavab versinlər və məsuliyyət daşısınlar. Mahmud Mehdiyevlə birlikdə mətbuat konfansı keçirən yaxınları Xuraman Mirzəyevanı da xüsusi ittiham qaydasında məhkəməyə vermişəm. Mirzəyeva məni ona hədə-qorxu gəlməklə külli miqdarda 22 min manat pul tələb etmək cinayətini törətməkdə ittiham edib. Üç iclasdır məhkəmədən yayınır, gəlmir. Təbii ki, gəlməlidir və ifadə verməlidir. Məsuliyyəti ya özü daşımalıdır, ya Mahmud Mehdiyevin üzərinə atmalıdır, ya da o da jurnalistləri “qurban verməlidir”. Hər üç halda, müvafiq addımlar atacağıq. Mirzəyeva da Mehdiyev kimi “jurnalist uydurması” variantını seçsə, o zaman əlimizdə jurnalistləri ittiham edən iki məhkəmə hökmü olacaq.

 

- Adını çəkdiyiniz media orqanlarının hamısı hökumətin nəzarətində olan KIV-lərdir. Belə çıxır ki, hakimiyyət özünü dolaşığa salıb?

 

- Özlərini dolaşığa salıblar, ancaq təkcə buna görə yox. Hakimiyyət uzun müddət mənə qarşı olan kampaniyanı siyasi məzmunu olmayan “ailədaxili münaqişə” kimi təqdim etməyə çalışıb. Bu məhkəmə hökmü ilə hakimiyyətin bu arqumentləri darmadağın oldu. Çünki Mahmud Mehdiyev barəmdə səsləndirdiyi ittihamlardan imtina edir, onların müəllifi olduğunu danır, məhkəmə isə bütün məsuliyyəti hakimiyyət mediasının üzərinə qoyur. Belə çıxır ki, “Səs”, “Palitra”, “Kaspi”, “Gündəlik Teleqraf” qəzetlərinin heç vaxt üzünü görmədiyim, tanımadığım müxbirləri qabaqcadan əlbir olaraq qrup şəklində mənə böhtan atıblar və məni təhqir ediblər. Bu faktı isə heç bir formada “ailədaxili münaqişə” kimi təqdim etmək mümkün deyil. Bu faktın siyasi məzmunu bütün çılpaqlığı ilə ortadadır. Bu artıq diffamasiya hadisəsi yox, siyasi təqibdir.

Qeyd etmək istədiyim digər məqam mətbuat konfransında barəmdə səsləndirilən iyrənc və axmaq böhtanların məzmunu ilə bağlıdır. Hakimiyyət başbilənlərinə Məşədi Ibadın bir sualını vermək istəyirəm: “Adam gəlini gətirəndə baxmaz ki, bu kişidir, ya arvaddır?” Indi mən də soruşmaq istəyirəm ki, mətbuat konfransına göndərdiyiniz adamın nə deyəcəyini soruşmazdılar? Mənə qarşı bütün ittihamlar əslində, məni yox, dövlət hakimiyyətini, xüsusilə, məhkəmə və icra hakimiyyətlərini ifşa edir. Məsələn, Mahmud Mehdiyev iddia edir ki, mən Konstitusiya Məhkəməsinin sədrinə təzyiq etmişəm, ona göstərişlər vermişəm, onunla bağlı ölçü götürəcəyimlə hədələmişəm, və o, mənim təzyiqlərimdən qorxaraq göstəişlərim əsasında qanunsuz və ədalətsiz qərar çıxarıb. Eyni ittihamlar Apelyasiya məhkəməsinin sədri və hazırda Yasamal rayon məhkəməsinin sədri olan keçmiş Nəsimi rayon məhkəməsinin sədri Ələddin Cəfərovla bağlı da səsləndirilib. Bu ittihamları səsləndirməklə Azərbaycanın bütün məhkəmə sisteminin cəngəllik qanunları ilə idarə olunmasını iddia edən şəxs elə həmin ittihamları səsləndirdiyi mətbuat konfransından sonra Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyinat alıb. Söhbət isə mənə oğlumla birlikdə yaşadığım evdən istifadə hüququmuza xitam verilməsinə görə məhkəmə qərarı ilə ödənilən kompensasiyadan - 19 min manatdan gedir. Bu hüquq Azərbaycan məhkəmələri tərəfindən uşaqla boşanan əksər qadınlara tanınır və tam qanunidir. Mehdiyev mənim Goranboy rayonuna ayrılan büdcədən “otkat” aldığımı iddia edirdi. Azərbaycanda korrupsiya mexanizmi çox şəffafdır və az qala, hamıya bəllidir. Tam məsuliyyətlə deyirəm ki, nəinki Milli Məclisin sıravi deputatı, heç sədri belə, istəsə deputat seçildiyi rayonun büdcəsindən “otkat” ala bilməz. Bu ittihamlarla Mahmud Mehdiyev əslində, məni yox, məhkəmə sədrlərini, o cümlədən Konstitusiya Məhkəməsinin sədrini, icra başçılarını ağır cinayətlər törətməkdə ittiham edir. Çünki o adamların məndən vəzifə asılığı yox idi və mən onları “barələrində ölçü götürəcəyimlə” hədələyə bilməzdim.

Başqa bir məqam. Adamı “oğul həsrətli ata, əsl ziyalı” obrazında mətbuat konfransına yollamamışdan əvvəl soruşmazlarmı ki, sən bu doqquz ildə oğluna bir manat aliment ödəmisən, ya yox? Yaxşı, o zaman Gültəkin Hacıbəylini məhv etmək ehtirası beyninizi iflic etmişdi, bunu etmədiniz. Bəs sonra adama deməzlərmi ki, biz doqquz il üzünü görmədiyin, bir manat aliment ödəmədiyin uşağı məhkəmə qətnaməsi ilə altı gün sənə vermişik, bütün ölkə boyu rüsvay olmuşuq, min bir əziyyətlə Gültəkin Hacıbəylinin “mənfur ana”, sənin isə “fədakar ata” obrazını yaradırıq, mətbuat konfransında dediklərin nə, doqquz ildən sonra məhkəmənin kəsdiyi 200 manat alimenti verməmək üçün Apelyasiya, Ali Məhkəmə qapılarında qalmağın nə? Və yaxud “uşağı mən niyə saxlamalıyam, mən niyə 200 manat ödəməliyəm, atalığı saxlasın” deməyin nədir?! Və indi bütün bu böhtanlara görə biçarə jurnalistlər cavab verməli olacaq.

 

- Növbəti addımlarınız nə olacaq?

 

- Dediyim kimi, Xuraman Mirzəyevaya qarşı şikayətimiz məhkəmə baxışına təyin edilib. Mahmud Mehdiyevin bəraət hökmündən apelyasiya şikayəti vermişik və onun nəticəsindən asılı olaraq, hökmdə adı keçən jurnalistləri və media qurumlarının rəhbərlərini xüsusi ittiham qaydasında məhkəməyə verəcəyik. Mahmud Mehdiyevin mənə qarşı törətdiyi əməllə əlaqədar Bakı şəhər prokurorluğuna xuliqanlığa dair şikayətimiz, adıçəkilən qurumun aprel ayından bəri həmin işi ört-basdır etməsindən də məlumatlısınız. Bu barədə Səbail rayon məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət hazırlamışıq. Azərbaycan məhkəmələrindən bu gün ədalət gözləmirəm. Odur ki, hələlik hədəfimiz Avropa Məhkəməsidir. Ancaq bu vəziyyət uzun müddət davam etməyəcək. Bu iyrənc şouda iştirak edən sonuncu insan cəzasına çatmayanadək  mübarizəmiz bütün hüquqi vasitələrdən istifadə etməklə davam edəcək.

 

Azadliq.info

Oxşar xəbərlər
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI