Şuşa həbsxanasında ermənilərin işgəncə verdikləri qazi: “Bıçaqla gözümü çıxartdılar” - MÜSAHİBƏ + FOTO
Oxunub: 2600
10 Jun 2023 | 12:02
Şuşa həbsxanasında ermənilərin işgəncə verdikləri qazi: “Bıçaqla gözümü çıxartdılar” - MÜSAHİBƏ + FOTO

“Əsirlikdə olanda bir gün erməni nəzarətçi gələrək əsirlərin hamısını sıraya düzdü. Mənə dedi ki, “sizə torbada Yeni il hədiyyəsi gətirmişəm”. Əmr etdi ki, torbadakı “Yeni il hədiyyəsi”ni çıxarım. Əlimi saldım, torbadan baş çıxdı. Bu, Zaqataladan olan Fərman adında oğlanın kəsilmiş başı idi”.

Bunu Oxu.Az-a müsahibəsində bir il səkkiz ay Şuşa həbsxanasında əsir olan qazi Cavid Hüseynov deyib.

Müsahibəni təqdim edirik:

- Cavid bəy, nə vaxt əsir düşmüşdünüz?

- Mən 1973-cü ildə dünyaya göz açmışam. Əslən Qərbi Azərbaycandanam. Lakin Beyləqan rayonunda yaşamışam. Evin tək oğluyam. O zaman tək oğlanları əsgər aparmırdılar. Mən də könüllü olaraq Birinci Qarabağ müharibəsində döyüşə getdim. Həmin vaxt mənim 20 yaşım var idi. 1994-cü il yanvarın 5-də əsir götürüldüm. 1995-ci il mayın 8-nə qədər erməni əsirliyində oldum. Hazırda Biləcəri qəsəbəsində yaşayıram. Evliyəm, üç övladım var.

- Ermənilərin əlinə necə keçmişdiniz?

- 1993-cü ilin dekabr ayının sonu idi. Ermənilər bizi mühasirəyə aldılar. 1994-cü ilin yanvar ayının 5-də mən və döyüş yoldaşım Ramiz yaralı halda əsir düşdük. Tankçı idim. Bizi əsir götürdükdən sonra döyüb, olmazın işgəncələr verdilər. Tankın arxasına qoşub sürüdülər. Bizi irəli apardılar. Orada bir neçə azərbaycanlı əsgəri güllələdilər. Gecə bizim əl-ayağımızı bağlayıb maşının arxasına atdılar, Ağdama gətirdilər.

Ağdama çatanda gördük ki, xeyli əsir var. Ağdamda bir gecə qaldıq. Nə ilə gəldi döyürdülər. Hətta bizi öldürməyi belə düşünürdülər. Komandirləri zəng edib dedi ki, “öldürməyin, dəyişəcəyik”. Sabahı gün bizi Xankəndiyə gətirdilər. Daha sonra vaxtı ilə sovet ordusunun 366-cı motoatıcı alayının yerləşdiyi hərbi hissəyə apardılar. Gördük ki, 35 nəfər azərbaycanlı var. Bizi orada saxladılar, zülmlər gördük. Əsirlikdə olan Zakiri və İlhamı döyə-döyə öldürdülər.

Mən hərbçi kimi əsir düşmüşdüm. Lakin əsir götürülənlər arasında həm hərbi, həm də mülki şəxslər var idi. Füzuli, Qubadlı, Ağdam, Cəbrayıl və digər rayonlardan əsirlər var idi. Səkkiz ay Xankəndidə qaldım. Bizi işlədirdilər, işğal etdikləri ərazilərdəki evləri sökdürür, meşələrdən odun qırdırırdılar.

- Əsirlikdən qurtulmaq üçün qaçmağı düşünmüşdünüzmü?

- Bir gün biz Ağdama mazut daşımaq üçün gedəcəkdik. 11 nəfər idik. Plan qurmuşduq ki, qaçaq. Planımızı kimsə ermənilərə çatdırmışdı. Gəlib bizi ayırdılar. 11 nəfərdən mən də daxil üç nəfəri Xocavəndə odun qırmağa apardılar. Orada axşama qədər işlədik, sonra bizi döyməyə başladılar. Mənim barmağıma balta ilə vurdular. Mən erməni dilini bilirdim. Onların danışığından başa düşdüm ki, bizimkilər bunların nəzarətçilərini öldürüblər. Acığını belə çıxdılar.

Əsirlikdə Qubadlıdan Eyvaz kişi var idi. Onun ayaqları tutulmuşdu. Yaşlı adam idi. Onu müvəqqəti saxlama təcridxanasına apardılar. Dedilər ki, bir aparat ixtira ediblər, o aparat insan bədənini əridib, sabuna döndərir. Bildirdilər ki, eksperiment kimi Eyvaz kişini orada həmin aparatdan keçiriblər, oradan laxtalanmış qan çıxıb.

1994-cü ilin sonu idi, bayram günü. Bizi sıraya düzdülər. Qar yağmışdı. Dedilər, orada torba var, sizə Yeni il hədiyyəsi gətirmişik. Torbaya yaxınlaşanda gördüm ki, qanlıdır. Bildim ki, bundan Yeni il hədiyyəsi olmaz. Dedilər ki, “aç”. Açan kimi əlim saça dəydi. Bildim ki, başdır. Zaqataladan Fərman adında oğlan vardı, onun başını, əllərini kəsib torbaya yığmışdılar. Başı ortalığa qoydum. Bizə dedilər ki, “öpün”. Şəhid olmuş qardaşımızın başı idi. Biz də öpdük.

- Şuşa həbsxanasına sizi nə zaman göndərdilər?

- 1994-cü ilin sonlarında bizi Şuşa həbsxanasına apardılar. Orada xeyli sayda azərbaycanlı var idi. Azərbaycanlı əsir qadınları Xankəndidəki uşaq xəstəxanasında saxlayırdılar.

Şuşa həbsxanasında da bizi işlədirdilər. Bir dəfə Şuşa həbsxanasının keçmiş rəisi Vahanın abidəsinin açılışı üçün işləməyə apardılar. Yer buz bağlamışdı. Orada qəfildən donmuş borunu başıma vurdular. Həmin boru başımda qırıldı. Kəllə sümüyüm əzildi.

Huşumu itirdiyim üçün məni qarın içində basdırıblar. İş qurtarandan sonra uşaqlar məni qarın altından çıxarıblar. Zənn ediblər ki, ölmüşəm. Amma məni atmayıblar. Sürüyə-sürüyə həbsxanaya gətiriblər. Oraya çatanda Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin gəldiyini görüblər. Qala divarından aşağı atıblar ki, məni heç kim görməsin. Onlar gedəndən sonra bizimkilər məni çıxarıblar. Boğazıma uşaqlar isti su tökürmüşlər ki, özümə gətirsinlər. Xeyli müddət qarın altında qaldığımdan əl-ayağımı don vurmuşdu.

1995-ci ilin mart ayında gəlib hamımızı sıraya düzdülər. Mənim əl-ayağımı dəmir barmaqlıqlara bağlayıb, döyməyə başladılar. Bir erməni soruşdu: “Qarabağ bizimdir, sizin?” Mən də dedim, bizim. Dəyənəyi gözümün üstünə vurdu. Gözümdən qan fışqırdı. Ayıldım ki, kameraya gətiriblər. İstədim, əlimi gözümə aparım. Əlim üzümə çatmamış gözümə dəydi. Çox şişmişdi. Əsir yoldaşlarımdan soruşdum ki, mənim gözüm yerindədir? Baxdım ki, hamı məyusdur. Nəsə deyə bilmədilər.

Aradan iki-üç gün keçmişdi, gözümün şişi çəkilmirdi, görmürdüm. Çirk eləmişdi. Bir erməni bıçağı gözümə soxdu, gözümü çıxarıb atdı ki, yararsızdır. Mənə dedilər ki, Qırmızı Xaç Cəmiyyətinin işçilərinə meşədə yıxıldığımı deyim. Mən də demədim. Gözümü çıxarandan sonra məni çox gizlətdilər. “Ölüm kamerası” deyilən yerdə məni üç gün xlorlu suyun içində saxladılar. Nəhayət Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gəldilər. Vəziyyəti görüb bunlarla mübahisə etdilər. Məni Xankəndidə yerləşən uşaq xəstəxanasına apardılar. Gözüm pis vəziyyətdə idi. Dəhşətli ağrılarım vardı. Heç ağrıkəsici iynə də vurmaq istəmirdilər. Düşmən yenə də düşmənliyini edirdi. Don vurduğu üçün hətta mənim əl-ayağımı da kəsmək istəyirdilər.

- Əsirlikdən necə xilas oldunuz?

- Mənim qabırğalarımı sındırmışdılar. Ayağımın biri yox idi. Gözüm o vəziyyətdə idi. İşə yaramayacaqdım. Gəlib bizi sıraya düzdülər. Dedilər ki, kimin adı çəkilsə, bir addım qabağa çıxsın. Sonum olduğumu düşünürdüm. Fikirləşdim ki, öldürməyə aparırlar. Adlarımız çəkildi. Daha sonra getdilər. Mat qaldıq ki, niyə belə etdilər. Aradan yarım saat sonra gəlib dedilər ki, “sabah evə gedirsiniz”.

Həmin an nə hisslər keçirdiyimizi bir Allah bilir. Xəstəxanada gözümü pəncərəyə zilləmişdim ki, səhər açılsın, çıxım gedim. 1995-ci il mayın 8-i idi. Bizi Qırmızı Xaç Cəmiyyətinin qərargahına apardılar. Səliqəyə saldılar. 15 nəfər idik, bunun da cəmi üç nəfəri hərbçi. Ağdamda dəyişdilər.

- Ailəniz əsirlikdən qayıtmaq xəbərinizi necə qarşıladı?

- Onlar səkkiz ay sonra əsirlikdə olduğumu bilmişdilər. Ailəmə mənim öldüyüm də deyilmişdi. Sonra da itkin kağızı vermişdilər. Mən əsirlikdən gələndə artıq Bakıdakı evimizin ünvanı dəyişilmişdi. Xəstəxanadan evə zəng vurdum, heç kəs götürmədi. Qonşuya zəng vurdum. Dəstəyi götürən qadın inanmadı, ağladı, huşunu itirdi. Sonra oğluna izah etdim. Dedi ki, anangil evi satıb, çıxıblar, harada olduqlarını bilmirik. Bizi Bakıya gətirən avtobus sürücüsü uzaq qohum idi. Nömrəsini vermişdi. Mən ona zəng edib dedim ki, ailəmi tapa bilmirəm. O biri əsirlikdən azad olunanların ailəsi xəstəxanada idi, bir mən tək idim.

Gecə saat bir radələri idi. Ağrılara görə iynə vurdurub yatmışdım. Yeriməyə halım yox idi. Tibb bacısı gəlib dedi ki, sizi görmək istəyənlər var. İnanmadım. Birdən səs eşitdim. Aşağıdan adımı qışqırdıqlarını eşitdim. Həmin vaxt gözüm sarıqlı idi. Tibb bacısından xahiş etdim ki, gözümü aç, anam bilməsin. Tibb bacısı açmadı. Dedi ki, açsam, mikrob düşər. Ayaq yox, göz sarıqlı... Mən çıxanda anam huşunu itirdi. Anam gecə səhərə qədər oradan ayrılmadı, daşın üstündə oturmuşdu.

Daha sonra müalicələrim davam etdi. Protez göz qoyuldu. Bu biri gözümdə də xəsarət var idi. Hazırda beş xəstəliyim var. 30 dəfə əməliyyat olunmuşam.

- “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli filmdə iştirak etmisiniz.

- Mənfur, üzdəniraq qonşumuzun xalqımıza elədiyi zülmləri ictimaiyyətə çatdırmalıyıq. Ölkəmizin çiçəklənməsi, ərazi bütövlüyü üçün əlimizdən nə gəlirsə, hazırıq. Nə qədər çətin olsa da, danışmalıyıq. Gələcək nəsillər başımıza gətirilən zülmlərdən xəbərdar olmalıdır. Ümidvaram ki, gələcək nəsil bunları unutmayacaq, düşmənin bir daha ərazi iddiası qaldırmağına icazə verməyəcək. 44 günə torpaqlarımız azad olundu. Çox şükür, bu günləri də gördük.

Biz bədənimizin əzalarını itirsək də, hər zaman döyüşməyə hazırıq. Canımız Vətənə fəda olsun. 2020-ci il Vətən müharibəsində ön cəbhəyə yardım göndərdim.

Torpaqlarımız azad olunanda sevincimin həddi-hüdudu olmadı. Müharibə bitəndən dərhal sonra Şuşa həbsxanasına getdim. Çox qəribə hisslər keçirdim. Dünya başıma fırlandı. Keçmişdə bütün yaşananlar gözümün önündə canlandı. O həyatı sanki yenidən yaşadım.

Hər gecə yuxuda yaşadığım işgəncələri görürəm. Zəfərdən sonra bizə Şuşa həbsxanasında zülm edən ermənilərin məhkəməsində də iştirak etdik. Güllələnmə cəzasının verilməsini istədik. Lakin 20 il həbs cəzası aldılar.

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama