"Bu ədalətsizlik aradan qaldırılmalı və onlar ən geci 2-3 il ərzində mənzillə təmin olunmalıdır"
Oxunub: 7392
07 Jun 2023 | 09:35
“Daxili Nizamnamənin 13-cü maddəsinə görə, iclasa sədrlik edən çıxış etmək üçün israr edən deputatlara söz verir; Dəfələrlə bu barədə danışılsa da qanunun bu tələbi yadda qalmır”
 
Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:
 
- Qüdrət bəy, dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilərkən başqa həmkarınızın israrı ilə ona söz verilsə də sizə belə bir imkan yaradılmadı. Ümumiyyətlə, ölkə həyatı üçün bu qədər ciddi maliyyə sənədi müzakirə olunarkən deputatın israr etməsinə baxmayaraq, ona söz verilməməsi nə dərəcədə doğrudur və Milli Məclisin Daxili Nizamnaməsi ilə bu məsələ necə tənzimlənir?
 
- Siyasətdə bu və ya digər motivlərlə kimlərəsə daxili rəğbətin müxtəlif formalarda nümayiş etdirilməsi, reveranslar edilməsi rast gəlinən haldır. Bir çox hallarda doğru, yaxud yanlış olaraq vəziyyətin dəyişəcəyi barədə düşüncələr belə davranışa rəvac verir. Son vaxtlar Rusiyada tez-tez belə halları müşahidə etmək mümkündür. Daxili Nizamnamənin 13-cü maddəsinə görə, iclasa sədrlik edən çıxış etmək üçün israr edən deputatlara söz verir. Dəfələrlə bu barədə danışılsa da qanunun bu tələbi yadda qalmır. Ona görə həmin normanın iri hərflərlə yazılıb Milli Məclisin iclas salonunda hər kəsin görə biləcəyi yerdə asılmasına ehtiyac var. Milli Məclisdə tənqidi və fərqli çıxışların edilməsinə imkan yaradılmalıdır. Sədrin mənə cavabından ikinci oxunuşda da çıxış etmək imkanı yaradılmayacağı qənaətindəyəm, ona görə də çıxışımın mətnini sizə təqdim edirəm:
 
“Bazar iqtisadiyyatına keçid etməliyik”
 
“Büdcə gəlirlərinin artması səbəbindən, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi təqdirəlayiq hal olsa da, narahatlıq doğuran müəyyən məsələlər də var.
 
Qanun layihəsinə dair təqdim olunmuş izahatda vergilər xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8 milyard 903 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 545 milyon manat çoxdur. DGK-nın xətti ilə daxilolmalar 5 milyard 728 milyon manat məbləğinə çatdırılır ki, bu da 2023-cü ilin təsdiq olunmuş göctəriciləri ilə müqayisədə 924 milyon manat və ya 19.3 % çoxdur. Hökumət bu artımı əmtəə bazarlarında qiymət dinamikaları və cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti ilə əlaqələndirir (İzahatın 3-cü səhifəsi).
 
Neftin qiymətinin baha olması səbəbindən bu sektordan daxilolmaların artması başadüşüləndir, amma qeyri - neft sektorundan əlavə dəyər yaratmadan gömrük və vergi daxilolmaları üzrə proqnozların bu qədər artırılmasının qiymət artımına və inflyasiyaya yol açacağı şübhəsizdir.
 
Bizə məlumat verilmir ki, nə qədər yeni iş yeri açılıb, idxal əməliyyatları ilə məşğul olan fiziki və hüquqi şəxslərin sayında nə qədər artım var? İdxal niyə artır? İdxal olunan malların çeşidində və həcmində artım nə qədərdir? Bu rəqəmlərdə ciddi artım olmadan yalnız qiymət dinamikasına görə proqnozların bu qədər artırılması kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmır.
 
Hamımız başa düşürük ki, Qarabağı bərpa etmək, Ordunu gücləndirmək lazımdır. Amma ömür də keçir. Mənə verilən məlumata görə 8 minə qədər müharibə əlili, şəhid ailəsi ev növbəsindədir, ehtiyata buraxılmış zabitlər 5-6 il mənzil növbəsində gözləyir, onlara ev verilənə qədər cəmi 350 manat mənzil kirayə haqqı ödənilir. Həmin vəsaitlə necə normal mənzil kirayələmək olar? Həm də ordudan başqa Silahlı Qüvvələrə daxil olan digər hərbi birləşmələrin zabitlərinə bu hüquq tanınmır. Niyə?
 
Axı onların hamısı müharibə dövründə Ordumuzla birlikdə torpaqlarımızın azadlığı üçün çiyin-çiyinə döyüşürdü. Bu ədalətsizliyin aradan qaldırılması və qeyd etdiyim kateqoriyadan olan şəxslərin də digərləri ilə birlikdə ən geci 2-3 il ərzində mənzillə təmin olunması məqsədilə əlavə vəsait ayrılmasını təklif edirəm. Neft Fondundan bu məqsədlə vəsait ayırmaq lazımdır. Çox da səmərəli istifadə olunmayan neft fondunun vəsaitləri həmin kateqoriyadan olan insanlara göz dağına çevrilməməli, həssas təbəqədən olan insanların sosial problemlərinin həllinə yönəldilməlidir. Cari ilin 1-ci rübündə orta illik inflyasiyanın 13.4 % , ərzaq malları üzrə orta illik inflyasiyanın 16.6 % olmasını nəzərə alaraq, digər dövlət orqanları ilə müqayisədə ən az maaş alan DİN və FHN-nin əməkdaşlarının, Ədliyyə Nazirliyində müəyyən kateqoriyadan olan şəxslərin, həkimlərin, müəllimlərin əmək haqlarının, pensiyaların əhəmiyyətli məbləğdə artırılmasına ehtiyac var.
 
Bundan başqa, mülki cəmiyyəti və çoxpartiyalı sistemi inkişaf etdirmək üçün reklam bazarı olmadığını nəzərə alaraq, KİV-lərə, xarici donorlardan qrant almaq imkanı olmadığından QHT-lərə, o cümlədən siyasi partiyalara kömək məqsədilə büdcədən ayrılan vəsait artırılmalıdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağda təbiətimizi vəhşicəsinə istismar edən işğalçılara Şuşada etiraz edən QHT-lərin fəaliyyəti daha ciddi dəstəklənməli idi və dəstəklənməlidir.
 
Büdcə gəlirlərini artırmaq, onun oğurlanmasının qarşısını almaq və ondan daha səmərəli istifadə üçün şəffaflıq artırılmalı, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, dövlət inhisarçılığına son qoyulmalı, rəqabət mühiti yaradılmalı, vergi və rüsumlardan azad etməklə proteksionizmə son qoyulmalı, böyük özəlləşdirməyə gedilməli, investisiya cəlbi üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməlidir. İzahatda Rusiyada sanksiyalar ucbatından neft hasilatının azalacağı proqnozlaşdırılsa da Rusiya -Ukrayna müharibəsinin uzun müddət davam etməsi ehtimalı çox azdır. Allah yardımçı olsun ki, müharibə tez bitsin, insanlar həyatını itirməsin. Amma onu da nəzərə almalıyıq ki, müharibə başa çatan kimi Rusiyanın müəyyən xərcləri qarşılaması üçün sanksiyalar aradan qaldırılacaq və Rusiya neft və qaz hasilatını kəskin artıracaq, bunun nəticəsində enerji daşıyıcılarının qiymətləri aşağı düşəcək və biz 2014-cü ildə olduğu kimi ciddi sınaqlarla üz-üzə qalacağıq. Bütün bunları nəzərə alıb nəhayət ki, dövlətin iqtisadiyyatda iştirakını minimuma endirib bazar iqtisadiyyatına keçid etməliyik.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama