Bizi sosial şəbəkələrdən izləyin:
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük Komitəsi tərəfindən Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Zirə Mədəniyyət Mərkəzi-Eko Parkda uşaqlar üçün “Uşaqlar bizim gələcəyimizdir” adlı festival təşkil edilib.
Moderator.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Azərbaycanda uşaqların sağlam, xoşbəxt böyüməsi və hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O da qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi, müasir standartlara uyğun şəkildə təhsil və tərbiyə alması, savadlı, bilikli vətəndaş kimi yetişməsi üçün müxtəlif proqramlar icra olunur.
Festival çərçivəsində uşaqlar Eko Parkın ərazisində ağaclar və güllər əkib, bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif əl işləri hazırlayıblar. Həmçinin uşaqlar üçün çizgi film personajları və nağıl qəhrəmanlarının iştirakı ilə intellektual, musiqili əyləncəli oyunlar təşkil edilib və onlara hədiyyələr təqdim olunub.