"Qərb Türkiyəni və Azərbaycanı öz kiberhücumlarına təslim edə bilmədi və məğlub oldu"
Oxunub: 3458
31 May 2023 | 12:02
Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edib. Moderator.az həmin çıxışın tam mətnini təqdim edir.
 

      Dövrümüzün qlobal çağırışlarından biri olan, hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilən kibertəhlükəsizliyə həsr edilən 2-ci beynəlxalq konfransı əhəmiyyətli hadisə kimi alqışlayır, dost və qardaş ölkələri, eləcə də müxtəlif hökumət və sahə təmsilçilərini bir araya gətirən Dövlət Təhlükəsilziyi Xidmətinin rəhbərliyini və tədbir içtirakçılarını ürəkdən salamlayırıq. Belə əhəmiyyətli bir tədbirin keçirilməsi təkcə virtual deyil, eləcə də real məkanda Təhlükəsizlik və Silahlı qüvvələr arasında əməkdaşlığı daha da möhkəmləndirməyə, təhlükələrə qarşı birgə mübarizə aparmağa imkan verir. Ötən on illər ərzində mühüm beynəlxalq gücə çevrilən, bir sıra regional problemlərin həllində önəmli rol oynayan Türk Dövlətləri Təşkilatının bu dünyəvi problem ətrafında birgə müzakirələrə toplanması, veriləcək qərarlar türk dünyasında inteqrasiyaya əhəmiyyətli töhfə olacaqdır.

       300 milyon əhali, 4,5 milyon kv.km coğrafiya, 2 trilyon dollarlıq iqtisadi potensiala malik Türk Dövlətləri Təşkilatinin son Zirvə Sammitində kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb, dünyada "əsrin rəqəmsal savaşına"  fəal şəkildə qoşulmağa və lider mövqelərə çıxmağa inam ifadə olunub.

       Bəlli olduğu kimi, əvvəlki əsrlərin müharibələrinə alternativ savaş formalarının meydana çıxması, Big Data, süni intellekt, 5G texnologiyaları, dronlar, vaksinlər, sosial robotlar və s. innovasiyalar rəqəmsal dünya nizamının formalaşmasından xəbər verir. Ötən əsrin sonlarına doğru suverenlik ilk növbədə coğrafi-hərbi mahiyyəti daşıyırdısa, hazırda suverenliyin elmi-texnoloji məzmunu önə çıxıb. Yekdil qənaətə görə, texnoloji asılılıq, keçmiş illərdəki hərbi -siyasi asılılıqdan daha dəhşətli nəticələr verə bilər.

       Məlumdur ki, dünya əhalisinin 63%-i, yaxud 5 milyard nəfəri qısa bir dövrdə  rəqəmsal əhaliyə çevrilib, yəni internet istifadəçiləridir. Hər il onların sayı orta hesabla 200 milyon artır. Son illər sürətlə inkişaf edən “süni intellekt” texnologiyaları da kiber təhlükələrə qlobal xarakter verib. Davosda ənənəvi  Dünya İqtisadi Forumu ekspertlərinin hazırladığı “Qlobal Təhdidlər”- “Global Threats 2018”- hesabatında: 1.təbii fəlakətlərdən və 2. istiləşmədən sonra-3. kibercinayətlər sivilizasiya üçün ən mühüm təhlükə adlandırılıb. XXI yüzillikdə torpaq, su və hava kimi döyüş əməliyyatlarının aparıldığı 3 ənənəvi məkanlara yeni biri-kiberməkan, kiberfəza –  əlavə olunub.

        Xatırladaq ki, Azərbaycan əhalisinin 10,26 milyon nəfər olması fonunda 2021-ci ilin yanvarında ölkəmizdə 8,26 milyon internet istifadəçisi qeydə alınıb. Bu ümumi əhalinin 82 faizini təşkil edir. Sosial media istifadəçilərinin sayı 5 milyona yaxındır ki, bu da ümumi əhalinin yarısını təşkil edir. Ölkə üzrə 11,3 milyon mobil telefon istifadəçisi mövcuddur. Vətən müharibəsində parlaq Qələbə prezident İlham Əliyevin yerdə informasiya məkanında hücum əzmi ilə yanaşı, fəzada aparılan süni intellekt savaşı ilə mümkün oldu. Postmüharibə reallığı, Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti cari və perspektiv təhlükəsizlik təhdidlərini də artırır. İşğaldan azad edilən ərazilərdə “ağıllı şəhərlər və kəndlər” kimi smart layihələr texnoloji resurslardan  asılı olduğu üçün, informasiya hücumlarının hədəfindədir. Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizin maliyyə/bank sisteminə  hücumları hamıya məlumdur.

        Davam edən Rusiya-Ukrayna müharibəsi göstərdi ki, savaş daha çox kritik infrastrukturlara qarşı apaılır. İKT sektorunda baş verən sanksiya müharibələri informasiya suverenliyinin coğrafi və su məkanının toxunulmazlığı qədər vacib olduğunu göstərir. Dövlət strukturlarında xarici proqram təminatlarının, İT həllərin və antivirusların tətbiqi yeni bayraktarlar və haroplar qədər vacibdir.

        Xüsusilə hərbi-strateji sahədə proqram təminatlarının düşmən ölkələrdən alınması 2000-ci illərdən ölkəmizə qarşı başlayan kiberhücumların coğrafi, qüvvə və texnoloji vasitələrini öyrənməyi tələb edir. Dünən İsrail dövlətinin prezidenti İsxak Hersoqu qəbul edərkən ölkə rəhbəri İlham Əliyev dedi:”Israillə əməkdaşlığa başladığımız sahələrdən biri də kibertəhlükəsizlikdir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq..Sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükələrdən qorumaq üçün çox mühüm amildir”. Göründüyü kimi, dövlət başçısı təkcə Silahlı Qüvvələrin müasir texnika və texnologiylarla, xüsusilə Harop və Bayrakatlarla təchiz edilməsini 5-ci nəsil silahların üstün mövqeyini qəbul etməklə yanaşı, virtual sərhədlərimizi mühafizə etməyi mühüm vəzifə kimi müəyyənləşdirib. Beləliklə, virtual sərhədləri qorumaq  və kiberhücumlardan özünü müdafiə etmək dövlətlər üçün mühüm tələbə çevrilib.

      28 mayda seçkilərdə parlaq qələbəsini qeyd edən və bütün türk-islam coğrafiyasında mühüm təşəbbüslərin müəlliflərindən biri olan  prezident R.T.Ərdoğanın son Zirvə Sammitində  ictimai-siyasi leksikona gətirdiyi  “kiber vətən” ifadəsi və çağırışı türkdilli dövlətlərin arasında geniş müzakirəyə layiqdir. R.T.Ərdoğan müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox rəqəmsal məkanda hücuma məruz qaldığını qeyd edib. Sitat:  “Vətənimizin müdafiəsini genişləndirərək, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı "kiber vətənimizi"də buraya daxil edəcəyik. Ölkələrin suverenliyinin artıq rəqəmsal terror və hücuma məruz qalması son dövrlərdə baş verənlərin rəqəmsal işğalın nə qədər uzaqlara gedə biləcəyini ortaya qoyub. İnformasiyaya hakim olanlar demokratiyanı, qanunu və hər cür hüquq və azadlıqları göz ardı edərək öz rəqəmsal diktaturalarını qura bilərlər”. Kiber vətəni qorumağın texniki infrastruktur və məzmun istehsalı ilə əldə edilə biləcəyini bəyan  edən sayın Ərdoğan, “Kiber dünyada öz vətəndaşlarımızdan başlayaraq, hər bir fərdə xitab edəcək məzmun-kontentlər istehsal edib, onları öz kanallarımıza cəlb edə bilməsək, müdafiə xəttini qura bilmərik. Bu gün bizim üzərimizə düşən vəzifə rəqəmsal faşizm, kiberimperializm və qlobal saxta xəbər sənayesinə qarşı ortaq informasiya istehsalı və yayım kanallarımızı gücləndirməkdir”.Göründüyü kimi, son dərəcə strateji baxışdır, ona görə qlobal Qərb Türkiyəni və onun müttəfiqlərini, o cümlədən Azərbaycanı öz kiberhücumlarına təslim edə bilmədi və məğlub oldu.

      Ölkəmizdə kiberhücumlar tarixinin tədqiqi göstərir ki, 2000-ci ilin yanvarında erməni hakerlər  Azərbaycanın 20-yə yaxın dövlət saytı ilə yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyi və bir sıra beynəlxalq təşkilatların internet saytlarının hədəfə alınması Qafqaz regionunda rəqəmsal münaqişələrdən xəbər verir.

Türk dünyasının bu sahədə təşəbbüslərini nəzərə alaraq, kritik infrastrutkturunun qorunmasının ortaq sisteminin, “Türk Dövlətləri Təşkilatı  Sivil Qorunma Mexanizmi”nin yaradılması faydalı ola bilər.  Həmçinin, Türk Dövlətlər Təşkilatının kiberməkanının qorunması sahəsində birgə əlaqələndirici strukturun yaradılması da gündəmə salına bilər. Avropa ölkələrində belə təşkilat və mexanizmlər mövcuddur. Artıq fərəhlə qeyd etmək olar ki, coğrafiyasını get-gedə genişləndirən və ölkəmizdə də təntən ilə keçirilən, qlobal layihə olan Teknofest  hərəkatı birgə tədqiqat və işbirlikləri üçün ən uğurlu platformaya çevrilə bilər.

 Hörmətli konfrans iştirakçıları,

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Rəqəmsal Çağda Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusu ilə 12 noyabr 2021-ci il tarixində İstanbulda 8-ci Zirvə Toplantısnda  xüsusilə irəliyə doğru böyük addımlar atılıb, “Türk Dünyası Baxış-2040” (  “Turk Stratejisi Vizion- 2040) sənədi qəbul edilib.  Sənəddə Növbəti iki onillikdə Türk Dövlətləri Təşkilatının prioritetləri - Turk Stratejisi Vizion- 2040-ın hədəfləri sıralanıb. Bu hədəflər sırasında aşağıdakılar prioritet elan edilib:

  • Regionlararası rəqəmsal əlaqənin qurulması, Üzv Dövlətlərdə dördüncü Sənaye İnqilabının dəstəklənməsi və Big Data-nın istifadəsi vasitəsilə qlobal biliyə əsaslanan iqtisadiyyatın qurulması.
  • Üzv Dövlətlərin tənzimləyiciləri, Elektron hökumət və elektron xidmətlər sahəsində Birgə Proqram, o cümlədən yayım xidmətləri, mobil, peyk texnologiyaları, fiber optika sahəsində tərəfdaşlığın artırılması və birgə əməkdaşlıq platformaları və şəbəkələri yaratmaqla, regional texnoloji ekosistem qurula bilər.

Yekunda bir daha vurğulayaq ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi,  “Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Biz buna adekvat cavab verməliyik” mesajı, o cümlədən    Qarabağda Zəfərimizdən sonra  dünya erməniliyi,   bütün gücünü informasiya  müharibəsinə, kiberhücumlara yönəltməklə- Azərbaycan dövlətinin imicinin beynəlxalq aləmdə   saxta xəbərlərlə  “demonizasiyasına”,   informasiya məkanında nüfuzdan salmağa, ictimai rəyi manipulyasiya etmək, inkişafımızın təməl şərtlərindən olan ictimai-siyasi sabitliyimizi pozmaq yönündə yeni üsullara əl atması müxtəlif regional ikitərəfli, yaxud beynəlxalq platformlar yaratmağı tələb edir.   Ona görə də hibrid təhdidlərə qarşı “Türk Dövlətlər Təşkilatının” ortaq birliyinin təsis edilməsi bu konfransın ən əhəmiyyətli qərarlarından biri kimi tarixə düşə bilər.

Ümidvarıq ki, faydalı və açıq müzakirələr türk dövlətlərinin kiber məkanının qorunmasına faydalı töhfələr verəcəkdir.

 

Oxşar xəbərlər
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb