Dünyanın neft bazarında ABŞ-ın rolu
Oxunub: 6044
01 Dec 2014 | 21:44
Dünyanın neft bazarında ABŞ-ın rolu

Məhəmməd Talıblı

İqtisadi Təhlil İnsitutunun rəhbəri

ABŞ dünyanın iki fərqli siyasi qütbünün ən güclü cinahıdır. Digər qütbünə hələlik Rusiya iddia edir. Bu şərtlər altında dəyisən dünya sürətlə birqütblü sistemə keçid etməyə hazırlaşır. Rusiyanın söküş əlamətləri ortada. Beynəlxalq sanksiyalardan Rusiya iqtisadiyyatı depressiyaya düşüb. Neft-qaz gəlirlərinin akkumlyasiya olunduğu Ehtiyat Fondunun aktivləri sürətlə xərclənir. Bir tərəfdən AB və ABŞ-ın Rusiyaya yönəlik sanksiyalarının təsiri olaraq Rusiya neft-qaz ixracatından əldə etdiyi pulları sürətlə xərcləyir, digər tərəfdən isə neftin qiymətinin aşağı düşməsi fonunda isə aktivləri  artmır. Əvəzində fiskal siyasətdə neqativ tendensiyalar güclənir. Defisit büdcə riskləri artır və ölkənin gəlir mənbələri olan maliyyə axın kanalları isə daralır. Makroiqtisadi göstəricilərində neft faktorunun dominant yükü artır. Belə bir vəziyyətdə isə Rusiyanın çox böyük güvəndiyi karbohidrogen resurslarının dünyada da qiyməti sürətlə aşağı düşür. Belə bir vəziyyət ABŞ üçün isə strateji baxımdan da ən yaxşı zaman fürsətidir ki, dünyada neftin qiymətinin azalmasına təkan verəcək hər hansı ssenaridə rol almaqla Rusiya kimi rəqib bir dövləti çətin fakt qarşısında saxlayacaq prosesə qatılsın. Ona görə ABŞ yaxın illərdə heç vaxt görmədiyimiz bir cəsarətlə neft bazarında aktiv bir oyunçu kimi görünməyə başlayıb. Bunlar səbəbsiz deyil. Əvvəllər də ABŞ neftin konyuktur qiymət səviyyəsinə təsir etmək üçün müxtəlif üsullarından istifadə edib. (bu barədə az sonra) Sadəcə indi ABŞ-ın təsir alətləri dəyişib. Bunun üçün 50 il bundan əvvələ qayıdar. Ötən əsrin 70-80-ci illərdə də dünyanın neft bazarında analoji proseslərə diqqə edək.  

Ötən əsrin neft savaşında təklənmiş ABŞ.

Məlumdur ki, dünyada neftin qiymət səviyyəsi daha çox hasilatın həcminə bağlıdır. Belə ki, dünyada neftin qiyməti yüksək olanda transmilli neft şirkətləri daha çox neft hasil etməyə, qiymət aşağı olanda isə nisbətən daha az hasil etməkdə maraqlı olurlar. 1970-80-ci illərdə dünyada baş verən neft böhranı zamanı ABŞ-ın özü neft hasil etmədiyi üçün qiymətlərin artımına heç bir vəclə imkan vermirdi. Şirkətlər isə maraqlı deyildilər ki, ABŞ-da olan neft quyularında neft istehsal etsinlər.  Amma 1981-ci ildə OPEK ölkələri dünyada neftin qiymətinin daha da artırmasına nail olandan sonra çox şey dəyişdi.  Bundan sonra ABŞ neft qiymətinə nəzarəti aradan götürdü və ABŞ-da neft istehsalı artdı. Bu qiymətə təsir edən ABŞ-da neft istehsalı ilə məşğul olan şirkətlərə özünün təsir imkanını saxladı. Maraqlıdır ki, o zaman neftin qiymətinin daha yüksək və aşağı qiymətləri uzun illər ərzində ABŞ-da şirkətlərin istehsal etdikləri neftin miqdarını artıra və azalda bilirdilər. Neftin qiyməti inflyasiyaya uyğunlaşdırılırdı. (Mənbə: Economic Report of the President, 1996; Monthly Energy Review, Sept.1995)  Beləliklə, ABŞ bir tərəfdən neft hasilatını artırdı, digər tərəfdən isə benzinə qənaət edən maşınlar istehsal etdi. Mal və xidmət istehsal edən metodlar hazırladılar. Beləliklə, dünyada neftin qiyməti aşağı düşməyə başladı.

 

1970-ci illərdə OPEK neft təklifini xeyli azaltmışdı. Qərb ölkələri ilə müqayisədə Sovet İttifaqına daxil olan respublikalarında neft təklifi olduqca böyük idi. Sovet dövləti düşünürdü ki, özünün malik olduğu nefti Qərbin texnologiyaları və istehlak malları ilə mübadilə etsin. Neft böhranı başlananda neftin 1 bareli 5 dollar idisə, 80-ci illərdə bu rəqəm 40 dollara çatdı. Sovet İttifaqı bu böhrandan olduqca böyük gəlir götürdü. Beləliklə, o vaxt Sovet respublikalarında hökm sürən ərzaq qıtlığını aradan qaldırılmasına nail olundu. Ölkə idxal hesabına zəruri istehlak malları ilə ölkə təmin edildi. Xüsusilə elektrotexnika və tekstil məhsulları böyük partiyalarla ölkəyə idxal olundu. Cəmi 6 il “üzü gülən” sovetlərin sonrakı illərdə neftin qiymət enişləri yenidən sarsıtmağa başladı. Beləliklə, 1986-cı ildə neftin 1 bareli 4 dəfə aşağı düşərək cəmi 10 dollar təşkil etdi. Uzun müddət qiymət artımından böyük gəlir əldə edən Sovet İttifaqı ondan sonra neft hasilatını kəskin sürətdə aşağı salmağa başladı. O zaman Sovet İttifaqının əlinə düşən fürsətlərdən lazımınca istifadə edildi. ABŞ çətin vəziyyətə düşmüşdü. İndi yarım əsrdən sonra də tarix yenidən təkrarlanır. Sadəcə bu dəfə ABŞ-ın xeyrinə. XXI əsrin əvvəlində necə deyərlər, enerji oyununda ABŞ hücumda oynayır.

Çağdaş dövrün enerji savaşında ABŞ-ın üstünlüyü.

 Əgər ötən əsrin 70-80-ci illərində ABŞ dünyada istehlak olunan neftin payındakı böyük payla qiymətə təsir imkanından istifadə edə bilirdisə, indi özünün neft rezervindən istifadə imkanı və digər üsullarla ilə prosesə yeni çalar gətirir. Söhbət ABŞ-ın yeni neft istehsalına sürətlə başlamasından, şist nefti(qazı), soyuq sintez üsulu ilə enerji alınmasından gedir. Soyuq sintez üsulu ilə enerji alınması artıq ABŞ-ın nəzarətindədir. Soyuq nüvə sintezi artıq reallığa çevrilir. Sınaq üçün ABŞ-ın Şimali Karolina ştatında istehsal edilən bu məhsula qoyulan investiyanın geriyə dönüşü olduqca böyükdür. Məsələn, bir dollar investisiya qoyulan bu soyuq nüvə sintezi özü ilə on bir dollar qazandırmaq gücündədir. Bu üsulun tətbiqi ABŞ-in neftlə bağlı idxal asıllığını ciddi sürətdə azalda bilər ki, buna da  ABŞ  çox böyük ümidlə baxır. 

Eyni zamanda ABŞ uzun illərdir ki, preventiv tədbirlər üzərində işləyərək alternativ enerji mənbələrinə çıxış imkanına sahiblənmək uğrunda da savaş aparırdı. Bu məsələdə də Amerika xeyli məsafə qət edib. Məsələn, son illər külək enerjisindən istifadə ilə bağlı ABŞ-in gördüyü işlər diqqəti cəlb edir. Məlumat üçün bildirək ki, 2011-ci ildə ABŞ-ın özündə 3500-ə yaxın külək turbinləri yaradılıb. Təkcə külək enerjisinin payı ABŞ-ın enerji istehlakından payının 6-7%-i yaxındır. Bununla yanaşı ABŞ şist neft, şist qaz və digər qeyri-ənənəvi mənbələrdən istifadə etməyə başlayıb. “Qeyri-ənənəvi neft mənbələrindən - şist nefti, neftli qum və bioyanacaq üzrə artan hasilatın 2020-ci ilə qədər qlobal neft təchizatında xalis artımın hamısını və 2030-cu ilə qədər artımın 70%-dən çoxunu təmin edəcəyi gözlənilir. 2030-cu ilə qədər hasilatın artması və tələbatın azalması ABŞ-ın xalis enerji sahəsində 99% müstəqil olması ilə nəticələnəcək; belə ki, ABŞ 2005-ci ildə yalnız 70% müstəqil olmuşdur. Eyni zamanda, güclü iqtisadi inkişaf davam etməklə Çin və Hindistan kimi bazar iqtisadiyyatını formalaşdıran böyük ölkələr enerji idxalından getdikcə daha çox asılı olacaqlar.” (Mənbə: “BP-nin Qlobal Enerji Perspektivlərinə Baxışı”“2030” hesabatı: www.bp.com/energyoutlook) Enerjiyə tələbin artması ilə yanaşı alternativ enerji mənbələrindən istifadə ilə bağlı ABŞ-ın stretegiyası dünyada resurs üstünlüyü olan tənbəl hökumətləri və onların şıltaq hökumət başçılarını olduqca çətin vəziyyətə salıb. Onların resurs “lənətindən” məhrum dövlətlərlə danışıq ritorikaları bundan sonra dəyişməyə başlayacaq.

Dünyada enerji tələbi və dəyişən rollar

2035-ci ilə qədər dünyada enerjiyə tələb 30 faizdən çox artacaq.  Amma 2030-35-ci illərə qədər neftin əsas yanacaq növləri arasında ən zəif artan yanacaq növü olacağı və neftə olan tələbatın orta hesabla ildə 0.8% artım təşkil edəcəyi gözlənilir. Təkcə Çin də bu tələb 50 faiz təşkil edəcək. Çinin də enerji rezervləri artan tələbı ödəmək üçün yetərli olmadığı üçün yeni əməkdaşlıq platforması axtarışında olacaq. Belə ki, Çinin təsdiq olunmuş neft ehtiyatları (17.3 mlrd.barel)  İrandan (157 mlrd.barel) 9 dəfə azdır. Qaz ehtiyatlarında isə Çin(3,1 trilyon)  İrandan (33,6 trilyon) 11 dəfə geridə qalır. Eyni zamanda Çin çox böyük neft istehlakçılarından olduğu üçün onun istehlakının səviyyəsi neftin qiymətinə təsirsiz ötüşmür. Çində(13%) daxil olmaqla dünyada neft istehlakının müəyyən bir qismini əldə edən dövlətlərin istehlakçı davranışları dünyada neftin qiymətinə birbaşa təsir göstərir.  

ABŞ-ın dünyanın neft istehlakındakı payı 20 faizdir. Sutka ərzində 18,5 mln. barel neft istehlak  edən ölkənin 4-5 mln. bareli idxal hesabınadır.  Təbii ki, ABŞ-ın neft sahəsində nə hasilat səviyyəsi, nə də təsdiq olunmuş neft-qaz ehtiyatları Rusiyadan üstün olmasını ifadə etməyə imkan vermir. Çünki, ABŞ  (35 milyard barrel) təsdiq olunmuş neft ehtiyatları üzrə Rusiyadan (87 milyard barrel) 2 dəfədən də azdır. Təsdiq olunmuş qaz ehtiyatları üzrə isə də ABŞ-ın rezervləri (8,5 trilyon kub)  Rusiyadan (32,9 trilyon kub) təxminən 4 dəfə azlıq təşkil edir. Bütün bunlar enerji asıllığından qurtulması üçün yeni axtarışlar və fərqli ssenarilər qurmağı tələb edir. ABŞ bunun üçün qeyri-ənənəvi üsullardan istifadə edərək enerji hasilatın artırır.  BP Qrupunun baş iqtisadçısı Kristof Ruhl qeyd edir: “ABŞ-da böyük qeyri-ənənəvi ehtiyatlar kəşf olunmuşdur, neft və qaz hasil olunur. Bu nailiyyət təkcə resurslar və texnologiyanın hesabına yox, həm də güclü və rəqabətədavamlı xidmət sektoru, xüsusi mülkiyyətə əsasən torpaqdan istifadənin asanlaşması, maye bazarları və əlverişli normativ-hüquqi şərtlər kimi “yerüstü” faktorlar sayəsində qazanılmışdır.” ABŞ “yerüstü” imkanlarını daha da effektiv qurmaqla zəif olan “yeraltı” rezervləri kompensasiya etmək istəyir. Nəinki, bütün bu addımlar hesabına ABŞ enerji asıllığını azaldacaq, əksinə özünü enerji ilə tam təmin etmək imkanlarına gəlib çatacaq. Bununla bağlı Beynəlxalq Enerji Agentliyinin “Dünya Enerji Mənzərəsi” adlı Hesabatında(2012) qeyd edir ki, 2020-ci ildə ABŞ yeni qaz istehsalçısına çevriləcək. 2035-ci ilə qədər isə ABŞ özünü enerji ilə tam təmin edəcək. Ən maraqlı məqam ondan ibarətdir ki, 2020-ci ilə qədər ABŞ hətta dünyanın 1 nömrəli neft istehsalçısı olan Səudiyyə Ərəbistanını da keçərək dünyanın ən böyük neft istehsalçısı olacaq.  Amma bütün bunlar neftin hasilatı hesabına baş verməyəcək. Çünki, Səudiyyə Ərəbistanı dünyada hazırda ən böyük neft hasilatçısı olmaqla hələ uzun illər bu üstünlüyü qoruyub-saxlayacaq. Belə ki, təsdiq olunmuş neft ehtiyatları 266 mlrd.barel, qaz ehtiyatları isə 8,3 trln. kub metr təşkil edir. Bunun isə hazırkı bazar qiymətləri ilə hesabladıqda 33 trilyon dollar həcmində qiymətləndirmək olar. ABŞ-da isə bu rəqəm 28,5 trln. dollar səviyyəsində qiymətləndirilir. Deməli, dünyanın enerji coğrafiyasında ABŞ-ın mövqeyi indidən başlayaraq sonrakı illər üzrə möhkəmlənməkdə davam edəcək. Artıq neft-qaz faktoruna arxayın olaraq resurs üstünlüyü olan avtoritar dövlətlər demokratik dünyanı bu alətlə təhdid etmək imkanı mümkün olmayacaq. Bu son illərin qlobal enerji siyasətindən çıxardığımız ən mühüm dərslərindəndir. 

(ardı var)

Oxşar xəbərlər
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO