Cənubi Azərbaycan poeziyasının tərənnümçüsü...
Oxunub: 4175
06 Nov 2014 | 00:16
Cənubi Azərbaycan poeziyasının tərənnümçüsü...
 AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı filologiya elmləri doktoru, professor Vüqar Əhmədin "Cənubi Azərbaycan poeziyasına baxış" kitabı haqqında fikirlərini yazaraq Moderator.az-a göndərib:

"Poeziya tarixin bizə göstərə bilmədiyi qaranlıq və dumanlı dövrlərdə doğulmuş, zaman-zaman inkişaf etmiş, müxtəlif şəkillərdə, müxtəlif tərzlərdə inkişaf edə-edə bizim dövrə gəlib çatmışdır. Millətlərin ictimai həyatı, əhval-ruhiyyəsində iz buraxan böyük tarixi hadisələr heç zaman poeziyaya təsirsiz qalmamışdır. İslahat, tənzimat və inqilablar ictimayyətin həyatında bir sıra dəyişikliklər etdiyi kimi, ədəbiyyatda da yeni ədəbi hərəkatlar, yeni üsul və şəkillər vücuda gətirmişdir. Odur ki, hər millətin müxtəlif dövrlərdəki həyatını, inkişafını, mədəniyyətini ədəbiyyatdan öyrənmək ən sadə üsuldur. Ədəbiyyat, o cümlədən poeziya hər kəsin üzünə açıq, çiçəkli, bağçalı möhtəşəm bir məktəbdir, hər kəs orada hər çiçəkdən bir ətir, hər güldən bir ziya, bir rəng almaqla çox şeylər öyrənə bilər ki, bu da ədəbiyyatın bəşəriyyət üçün nə qədər önəmli və vacib olduğunu subuta yetirir. Ədəbiyyatın ürəyi sayılan poeziyanın ən böyük əhəmiyyəti isə insanların qəlbində humanist duyğular, nəcib hisslər doğurmasından ibarətdir. Əsrlərdən bəri dühaların bədii fəhmin işığında yaratdığı əsərlər insanlarda yüksək mənəvi keyfiyyətlər yaradaraq, onları yüksək ideala, ülvi bir həqiqətə sövq etmişdir. 

Prof. V.Əhəmd qeyd edir ki, Azərbaycan xalqının mənəvi həyatında böyük tərbiyəvi əhəmiyyətə malik olan bədii söz xəzinəsi, “el sözü”, “xalq yaradıcılığı”, “el ədəbiyyatı”, “ağız ədəbiyyatı”, “şifahi ədəbiyyat” kimi müxtəlif adlarla yaşamışdır. Bir sıra xalqlarda olduğu kimi, bizdə də bu, iyirminci əsrin əvvəllərindən folklor adını daşımaqdadır. Folklor qədim dövrlərdən bəri xalqın qida mənbəyi, “xalq kitabı” olmuşdur. Azərbaycan xalq yaradıcılığı zəngin sənət inciləri xəzinəsidir. Xalq yaradıcılığı, xalqın əqli birliyinin təntənəsi, parlaq təzahürüdür. Xalqın zehni inkişaf səviyyəsini, istedadını, estetik duyumundakı zərifliyi biruzə verən əsl amildir. Hər bir nümunə neçə-neçə yüzilliklər arasından bu günümüzə uzanan incə tellər kimi gərilmişdir, ani titrəyişdən, xəfif bir təmasdan mənsub olduğu xalqın taleyi, maddi-mənəvi güzəranı barədə saysız-hesabsı hekayətlər söyləməyə qadirdir. Kitabın İ fəslində Cənubi Azərbaycan poeziyası və folklor ənənələri(1950-1980-ci illər) araşdırılır. Məlumdur ki, ümumiyyətlə Azərbaycan şeirinin tarixi milli zəmində inkaşıfının bünövrəsi folklordan, folklorun təkanı, minilliklərdən keçərək günümüzə ötürülməsində şifahi poeziyanın danışan dili olan aşıq poeziyası önəmli yer tutmuşdur. V.Əhməd yazır ki, əgər Azərbaycan şeirinin bir qanadını klassik poeziya təşkil etmişdirsə, o biri qanadını bilavasitə folklorumuzu saz və söz ilə XXI əsrə kimi eşq, məhəbbət, sevgi, halallıq, əməli-salehlik, gözəllik, iman, vətən, torpaqsevərlik səmalarında uçurdan aşıq poeziyası olmuşdur. O taylı, bu taylı Azərbaycanda aşıq poeziyasının xalqın estetik tərbiyəsində nə qədər böyük bir rol oynadığını və ümumiyyətlə siyasi-ictimai, əxlaqi və fəlsəfi vəzifələri yerinə yetirdiyi bizə tarixdən çox yaxşı məlumdur. O taylı, bu taylı Azərbaycanda XII əsrdə Xəqani, Nizami, XIII-XVII əsrlərdə Nəsir Bakuvi, Həsənoğlu, Qazi Bürhanəddin, Qazi Zərir, Nəsimi, Şeyx Qasım Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Həbibi, Şah İsmayıl Xətai, Xəlili, Haşimi, Kişvəri, Matəmi, Süruri, Hamidi, Bəsiri, Füzuli, Sadiqi Əfşar, Saib Təbrizi, Məhəmməd Əmani, Şah Abbas Sani, Mövci, Tərzi Əfşar, Dəruni, Təsir, Məlik bəy Ovəci, Vahidi Təbrizi, Murtuzqulu xan Zəfər, XVIII əsrdə Nizaməddin Tufarqanlı, Seyyid Fəttah Marağayi, Hacı Xudaverdi, Topçi, Nəşət Təbrizi, Lütfəli bəy Azər, Elçin Nami, xalq şeirlərinin inkişafında Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Hüseyn xan Müştaqi, Ağa Məsih Şirvani, Şakir Şirvani, Fətəli xan Müştəri, Ağa Hüseyn Arif, Əbdülrəhman Dilbazoğlu, Arif Mustafa ağa, Kazım ağa Salik, Mirzə Məhəmməd Fədai, XIX əsrdə Dəxli Marağayi, Raci, Dilsuz, Qumri, Sərraf, Nəbati, Tuti, Mirzə Əli Ləli, Heyran xanım, Bağır Xalxali, Əsrar Təbrizi, Şukuhi Marağayi, Abbasqulu ağa Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, satirik şeirdə Mirzə Baxış Nadim, Məhəmməd Cəfər Miskin, Qasım bəy Zakir, aşiqanə xalq şeirində Əndəbil Qaracadaği, Baba Zikri, Aşıq Valeh, Aşıq Pəri, Mirzəcan Mədədov, Canıoğlu Abdulla, Məhəmməd bəy Cavanşir Aşiq, XIX əsrin ikinci yarısında Mirzə əfəndi Seyid Nəvari, Sağəri, Molla Qasım Zakir, Mustafa ağa Nasir, Asi, Nakam, Hacı Seyyid Əzim Şirvani, Xurşudbanu Natəvan və başqa digər sənətkarlar Azərbaycan poeziyasının yükünü ləyaqətlə və şərəflə çiyinlərində daşıyaraq bizlərə miras qoydular. Lakin bu sənətkarlar təkcə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfələr bəxş etmirdilər. Bunlardan bəziləri mütərəqqi baxışları ilə dünya ədəbiyyatına daxil oldu, bəzilərnin yaradıcılığı bütün müsəlman Şərqini əhatə elədi, bəziləri isə oklean sularına qədər tanındı. Ən çox isə Azərbaycan poeziyası həm ümumtürk poeziyası xəzinəsinə misilsiz töhfələr verdi, həm də olduqca qədim tarixə və mədəniyyətə malik olan İranın ədəbi hərəkatında müstəsna rol oynadı. Əsərdə müəllif vurğulayır ki, Lakin Azərbaycanda ədəbi hərəkatın istiqamətini şərtləndirən geniş ictimai fon, obyektiv tarixi kontekst bütünlüklə Yaxın Şərq idi və şübhəsiz ki, ədəbi inkişafın tarixi funksiyası qarşılıqlı mədəniyyətin təşəkkülü ilə şərtlənirdi. Bu baxımdan Azərbaycan klassik poeziyasını yaradanlar bəzi hallarda üç dildə, ən azı isə iki dildə incilər yaradır, obraz seçimində heç bir zaman millətçiliyə aludə olmur, nəinki milli ayrı seçkiklik, hətta dini ayrı seçkiklik qoymadan öz qəhrəmanlarını sadəcə olaraq süjetli əsərlərində yüksək mənəvi keyfiyyətlərə malik bir obraz kimi nümayiş etdirirdilər. Bəlkə də Azərbaycdan xalqının bu qədər tolerant, bu qədər sülhsevər olması, başqa millətlərə yuxarıdan aşağı baxmaması, imkan daxilində hörmət göstərməsi və rəğbət bəsləməsi bununla əlaqədardır. XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı, vətənin ikiyə bölünməsi və Ana yurdun yarımüstəmləkəyə çevrilməsi sənətkarların yaradıcılığında hökmən öz əksini tapırdı. XX əsrin əvvəllərindən etibarən isə neofaşist daşnak-bolşevik ordu birləşmələrinin azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımlar, müsəlman əhaliyə qarşı ifrat dərəcədə ayrı-seçkiklik, milli
azadlıq hərəkatları, Sərdari-milli Səttarxan hərəkatı, Şimalda Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin, Cənubda isə Xiyabaninin rəhbərliyi ilə Azərstan cumhuruyyətinin yaranması, daha sonra hər ikisinin qana boyanması, Şimalda qəddar rus, Cənubda qəddar fars rejiminin azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməsi də söz sərraflarının bədii irsində müstəsna yer tutdu. 1950-1980-ci illərdə Cənubi Azərbaycanda da Şimali Azərbaycanda olduğu kimi poeziyamızın ağır yükünü çəkən şairlər onun dil və üslubca yeni istiqamətlərdə inkişafına səy göstərirdilər. Cənubi Azərbaycan şeirinin ən yaxşı nümunələrində bu yeniləşmə məziyyəti aydın nəzərə çarpır və buna 1950-ci illərdən sonra poeziya aləminə qədəm qoyan ədəbi qüvvələrin yaradıcılıq təcrübəsində sıx-sıx müraciət olunurdu.. Şairlər gerçəkliyi fəal estetik mövqedən işıqlandırarkən, sənət dilinin orijinallığına xüsusi diqqət yetirirdilər. Odur ki, 1950-1980-ci illər poeziyamızda sənətkarlıq yetkinliyi, forma və məzmun birliyinin yeni mərhələsi kimi dəyər qazanır. Cənubi Azərbaycan poeziyası heç zaman şeir qıtlığından əziyyət çəkməmişdir, istər Təbriz, istər Ərdəbil, istərsə də başqa azərbaycanlılar yaşayan bölgələrdə ədəbi mühit bütün dövrlərdə ümumi Azərbaycan poeziya xəzinəsinə töhfələr verməkdə öz səxavətini əsirgəməmişdir. Lakin poetik yaddaşda ancaq keyfiyyət dəyişmələrinə məruz qalan nümunələr qalmışdır.. Bu mənada 1950-1980-cı illər də istisna deyil. Zamana uyğun poetik ovqat dəyişdikcə onun üslubi funksiyasında müəyyən təbəddülatlar özünü biruzə vermişdir və bu keyfiyyət əlamətləri ən çox M.H.Şəhriyar, Səhənd, Sahir və s. kimi orijinal qələm sahiblərinin yazı tərzində özünü olduqca qabarıq şəkildə hiss etdirmişdir. 1950-1980-ci illərdə yazıb-yaradan şairlərin əsərlərində isə bu daha parlaq şəkildə özünü nümayiş etdirməyə başlamışdı, belə ki, bu sənətkar hələ də bar-bar bağıran şah rejiminin bütün təzyiqlərinə baxmayaraq azərbaycançılıq ideyaları ilə çıxış etməklə yanaşı, məhz Azərbaycan xalqına aid olan adət-ənənələri özlərinin olduqca dəyərli əsərlərində bədii mənzərələrlə, canlı lövhələrlə, estetik poeziya görüntülərilə əks etdirmişlər. Məlum olduğu kimi bu dövr Əmir Xosrov Dərainin, Məmmədəli Məhzunun, Həbib Sahirin, Mir Mehdi Şavuşinin, Haşım Tərlanın, bütün türk dünyasının nəhəng şairi Şəhriyarın, Yəhya Şeydanın, Müzəffər Dirəfşinin, Sönməzin, Savalanın, Səhəndin, Firudun Hasarlının, Hüseyn Düzgünün, Gəncəli Səbahinin və başqalarının yaradıcılığının ən parlaq dövrüdür. Məhz bu dövrdə lirik, liro-epık şeirlər, bədii nida və bədii suallarla son dərəcə zəngin olan poeziya nümunələri meydana gəlmişdir. Cənubi Azərbaycanda milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii üslubuna təsir etmişdi.. Ədəbi dilin inkişafı üçün isə əsas mənbə şübhəsiz ki, folklor dili idi.. Cənubi Azərbaycanda ədəbi dilin bədii üslubunda canlanma məhz 1950-ci ildən etibarən folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə müşahidə edilirdi.. Ustad Şəhriyar folklorun dilində danışaraq yeni folklor nümunələri yaradırdı.. 50-ci ildən etibarən Cənubi Azərbaycanda ədəbi-bədii dil folklor ənənələrinə əsaslanaraq elə bir tərzdə inkişaf eləməyə başladı ki, təkcə ustad Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə Şimali Azərbaycanda da folklora qayıdış, folklor ifadə tərzinə maraq güclənməyə başladı.. Şübhəsiz ki, Cənubi Azərbaycanda klassik ənənələrə malik dil, qəzəl ifadə tərzi də mövcud idi, lakin folklor ifadə tərzinin aparıcı imkanı 50-ci ildən etibarən bütün gücü ilə reallaşmağa başladı və bəzən elə nümunələr əmələ gəldi ki, bunları folklor nümunələrindən seçmək mümkün olmadı.. Ustad Şəhriyar ədəbi-bədii dilin inkişafı üçün eksprementlər eləməyə başladı və bədii sözün ibtidai ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və zəngin ifadə vasitələri ilə bitkin formalar yaratmağa başladı: Qarı nənə uzadanda işini, Gün bulutda əyirərdi teşini. Qurd qocalıb çəkdirəndə dişini Sürü qalxıb dolayıdan aşardı, Badyaların südü aşıb daşardı.. II Fəsildə “1950-1980-ci illərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinin bədii əksi” tədqiq və təhli edilir. Cənubi Azərbaycan poeziyasında xalq adət-ənənələrinin bədii əksi daima aparıcı mövqedə olmuşdur və indinin özündə də belədir. Zaman-zaman Cənubi Azərbaycan şeirinin mündəricəsi dəyişsə də, forması, obrazlı dili, bədii üsulları şəkildən şəklə düşsə də, xalq adət-ənənələri heç vaxt bu poeziyadan kənarda qalmamışdır: Bu bağçada aş təpəsi dərərdik, Hey su açıb gərdiyə göz dikərdik. Çıxmaq həmin dərib aşa tökərdik, Fınqılışlar qaşıqlardan aslanı, Yağlı desəm, quru ağzın islanı. Bu döşlərdə quzuları yayardıq, Axmasınlar ulduz təkin, sayardıq, Quşqqovanı çəkib daşa dayardıq, Quqovan da elə bil ki, qabandı. Qurd uzaqdan deyər bəs ki, çobandı. 1950-1980-ci illərdə Cənubi Azərbaycan şeirinin yalnız məzmunu, yalnız mündəricəsi dəyişmədi, onun forması da, bədii üsulları da, obrazlı dili də böyük təbədüllata uğradı, şeirin vəzni əsasən klassik ölçüləri saxlasa da, daxilən daha oynaq, daha dinamik şəkil aldı. Bunu dahi şair Şəhriyarın şeirlərində aydın şəkildə görmək olur. Yeni mövzu mündəricəsi bu illərdə Cənubi Azərbaycan poeziyasına vüsət verməli, dilinin və obrazlı ifadələrinin məhəlləçilik ünsürlərindən daha artıq təmizlənməsinə, ümumxalq ədəbi dili normalarıəna daha artıq yaxınlaşmasına kömək etməli idi. Yeni mündəricə, yeni məzmun artıq yalnız tərənnümçülük şəklində əks olunmurdu və oluna da bilməzdi. Belə olsaydı, ritorikadan, quru sözçülükdən yaxa qurtarmaq mümkün olmayacaqdı. Bu səbəbdən o dövrün şairləri neqativ halları, xalqa yuxarıdan aşağı baxanları, vətən xainlərini əvvəlkilərdən daha çox ifşa etməyə, tənqid atəşinə tutmağa başladılar. Əlbəttə, hər şey ənənə çərçivəsində idi. Onlar yeni mündəricə seçsələr də, xalq yaradıcılığı ənənələrini saxlamışdılar və sadəcə olaraq ona yeni formalar vermişdilər. Belə ki, bu daim poeziyanın zamanın nəbzini tutmaq, xalqın istəklərini dəqiq və dürüst açıb göstərmək, xalqa olan təzyiqi poeziya dili ilə bəyan eləmək baxımından çox vacib idi. Prof. V.Əhməd Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinin bədii əksini şeiriyyata çevirən cənublu yazarlardan Adsızı (Əli Şərif Dilcuyi), Abbas Barizi, İsmayıl Cəfərpuru,Həmid Nitqini, Aşıq Qəşəmi həyat və yaradıcılğını araşdırır. Müasir Cənubi Azərbaycanı şeirinin mövzu, ideya və janr xüsusiyyətləri (1990-cı illər) adlı bölmədə 90-cı illərdə Cənubi Azərbaycanda ictimai-siyasi şərait və ədəbi mühiti araşdıran V.Əhməd qeyd edir ki, Son onilliklərdə beynəlxalq aləmdə ictimai-siyasi dəyişikliklər baş vermiş, ədəbiyyat tariximizin bir sıra məsələlərinə məlum ideoloji qadağalar aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyasının süqutundan sonra dünya xəritəsində siyasi mənzərə dəyişmiş, xalqlar doğma ana dillərini, milli adət-ənənələrini, mənəvi-mədəni dəyərlərini daha ətraflı, geniş miqyaslı yeni baxışla öyrənib tədqiq etməyə, təkmilləşdirib, zənginləşdirməyə başlamışlar. Təəssüf ki, ideoloji qadağalar və uzun illər boyu mədəni əlaqələrin zəif inkişafı səbəbindən Güney Azərbaycan ədəbiyyatı kifayət qədər araşdırılıb nəşr edilməmişdir. Bu sahədə ədəbiyyatşünaslarımızdan boşluğu doldurmaq üçün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi yaradılmış, burada çalışan elmi ədəbiyyatşünas heyətinin qüvvəsi ilə güneyli yazıçı, şairlərin həyat və yaradıcılığı ilə bağlı müxtəlif tipli yazılar dərc olunmuş, dissertasiyalar müdafiə edilmiş, monoqrafiyalar və cənublu ədiblərin əsərlərindən ibarət müntəxabatlar çap olunmuşdur. Son illər dünya siyasi xəritəsində meydana gələn dəyişikliklər, 72 ildən sonra Şimali Azərbaycanın müstəqilliyə qədəm qoyması, milli kökə daha əsaslı qayıdışın başlanması Azərbaycan ədəbiyyatının cənub qolunun geniş miqyasda araşdırılmasını zəruriləşdirmişdir. Bu zərurətin ifadəsi kimi orta və ali məktəblərin ədəbiyyat dərsləri proqramında tarixilik prinsipi zəminində bütövlükdə Azərbaycan ədəbiyyatının təmsil olunması tələbinə bu və ya digər dərəcədə əməl edilmişdir. Məhz İslam İnqilabından sonra ədəbi renesansın səviyyəsi yüksəldi. Fars şovenizminin inqilab xaosundan irəli gələn “unudulduğu” bir dövrdə doğma dilimizdə bir çox qəzet və jurnallar meydana gəldi. “Ulduz”, “Koroğlu”, “İşıq”, “Yoldaş”, “Çənlibel”, “Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar yurdu”, “Birlik”, “Azərbaycan”, “Muştuluq”, “Yozmaca”, “Azərbaycanın səsi”, “Xalq sözü”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda” və s. Bu mətbu orqanların bir çoxunun ömrü Pişəvəri yaradıcılığının Cənubi Azərbaycan Respupublikası kimi çox qısa oldu. Ancaq əsas bu anadilli dövrü mətbuatımızı yaradan tarixi, siyasi-ictimai və ədəbi-bədii şəraitin yeniliyi idi. Sosial həyata yaxından bağlılıq, xalqın, müasir insanın dünya görüşü, məişətini əks etdirmək, vətənpərvərlik və inqilabi, demokratik ideyalar yaranır və çap olunursa, deməli, ən yaxşı əsərlərdən sayılır. M.Şəhriyar, H.Sabir, M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar, öz əsərləri ilə 80-cı illər ədəbi prosesinin əsasını qoymuş Ə.Habdil, S.Behrəngi, Səhənd kimi ədiblərin irsini davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmuoğlu, İldırımi, Savalan, Alov, Sönməz milli, demokratik ideyaların, inqilabi poeziyanın müəllifləri sırasına aiddirlər. Cənubi Azərbaycan poeziyasında yeni mərhələ (2001-2010-cu illər) adlı fəsildə Azərbaycan Dövlətçilik tarixində mühüm yer tutan Səvəvilər dövrü haqqında yazır ki, Səfəvilər dövləti mahiyyəti etibarilə Azərbaycan Türk dövləti olaraq qalırdı-hər şeydən əvvəl ona görə ki, o, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin bilavasitə varisi idi. İkinci tərəfdən həmin dövlətin yaradıcısı olan Şah İsmayıl özü yazmışdı: Şirvan xəlayeqi qamu Təbrizə daşına, Mülki ”“Əcəm sorar kim, qiyamət haçan qopar? Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək sahəsində bu cür aydın məramı olan görkəmli hökmdar tarixi mənbələrin verdiyi məlumata görə, hər yerdən istedadlı Azərbaycan türklərini yıgmış, şəhəri nəhəng mədəniyyət mərkəzinə çevirmişdir. Şah İsmayılın sarayında həm klassik, həm də folklor mədəniyyətinin nümayəndələrinə eyni dərəcədə qayğı və hörmət bəslənirdi. Səfəvilər dövründə Azərbaycan dili dövlət dili statusu qazanmışdı. Şübhəsiz ki, bunun əsas səbəbkarı dövlətin başçısı Şah İsmayıl Xətai idi. Prof. Səvilər dövründə ana dilmiz dövlət dili olması, o dövrdə ədəbi və bədii mühiti araşdıraraq qeyd edir ki, Onun ana dilində gözəl şeirlər yazması,bu dildə fərmanlar verməsi hökmdarlığın etnik-mədəni stixiyasının bilavasitə təzahürü idi. XVI əsrdə, bir neçə əsr daha əvvəldən etibarən Azərbaycan mədəniyyətinin əsas dəyişilməz mərkəzi olmuş Təbriz şəhəri Azərbaycan ədəbiyyatının inkişafında sosialmədəni baza idi. XVI əsrin əvvəllərindən başlayaraq Təbrizdə kitab sənəti kitabdarlıq sürətlə inkişaf etmişdi. Ş.İ.Xətainin bilavasitə himayəsi sayəsində saray kitabxanaları böyüyür, zənginləşir, məşhur sənətkarların əsərləri burada toplanır, xəttatlar onların üzünü və eyni zamanda Səfəvi ideologiyası ilə səsləşən bir çox dini, əxlaqi və s. əsərlər fars və ərəb dillərindən ana dilinə tərcümə olunurdu. Məhz Şah İsmayıl Xətainin olduqca əlamətdar, layiqli və nizamlı əməli sayəsində fars və ərəb dillərindən gözəl nümunələr yaradan azərbaycanlı sənətkarlar, doğma Azərbaycan dilində incilər yaratmaq üçün həvəsə düşərək,bir-birindən qiymətli, samballı və lazımlı əsərlər yazmağa başladılar. Azərbaycan ”“Türk dili bu sənətkarların doğma dili olduğu üçün, onlar ərəb və fars dillərində yazdığı əsərlərdən daha mükəmməl əsərlər meydana gətirdilər. Onların bədii irsi olduqca zəngin olsa da, onlar Azərbaycan dilinin sadəliyindən, tez yadda qalan olmağından, rəvan və həzin olduğundan, eyni zamanda olduqca əhatəli bir dil olduğundan istifadə edərək bu dildə möhtəşəm əsərlər meydana gətirdilər. XV-XVI əsrlərin ən mühüm yazılı abidələri bunlardan ibarətdir; Cahan şah Həqiqinin “Divanı”,Nemətullah Kişvərinin “Divanı”, Xətai Təbrizinin “Yusif və Züleyxa” məsnəvisi, Həbibinin “Divanı”, Əbri Xacə ibn Adilin “İxtiyarati qəvaidi ”“külliyyə” traktatı,Şah İsmayıl Xətainin “Divanı” və məsnəviləri və nəsr əsərləri(xüsusilə “Şikayətnamə”), Qurbaninin qoşmaları, müxtəlif mövzulu risalələr, məktublar, tərcümə əsərləri (“Əsrarnamə”, “Şühədənamə”, “Şeyx Səfi” və s.), nəhayət, Məhəmməd Əmaninin “Divanı”. Daha bir sıra söz ustalarının (Həmidi, Xəlili, Xələfi, Tüfeyli, Əsai, Süruri, Şahi, Zəmiri, Ziyayi, Bəşiri, Şah Qasım Ənvar,Şəmi Təbrizi, Süsəni bəy, Pəri Peynər...) azərbaycanca əsərləri mövcud olmuşdur. Azərbaycan dili istər Şimalda olsun, istər Cənubda həmişə Azərbaycan ədəbiyyatının əsas aparıcı qüvvəsi, cövhəri olmuşdur. Təsadüfi deyil ki, əsrlərdir dövlət dili fars dili olan Cənubi Azərbaycanda doğma ana dilimizdə yazıb yaradan yüzlərcə şairlərimiz, ədiblərimiz olmuşdur və hal ”“hazırda da artıq əsrlərdir ara vermədən əlaçı tələbələr yetişdirən Güney ədəbi məktəblərinin yetişdirmələri, müdavimləri və şagirdləri olduqca samballı və qiymətli incilər yaradaraq Azərbaycan ədəbiyyatı xəzinəsinin zənginləşdirirlər. Qeyd edək ki, kitabın redaktoru akademik Teymur Kərimli, rəyçiləri filologiya üzrə elmlər doktrları İslam Qəribli, Rəhim Əliyev, fəlsəfə doktoru Esmira Fuaddır. Əsərdə 1950-1980-ci illərdə Cənubi Azərbaycan poeziyası və folklor ənənələri, 1950-1980-cı illərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinin bədii əksi, Cənubi Azərbaycan şeiri və xalq yaradıcılıq ənənələrinin forma xüsusiyyətləri, Müasir Cənubi Azərbaycan şerinin mövzu, ideya və janr xüsusiyyətləri öyrənilir.                                   

Oxşar xəbərlər
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı