Xalq şairi Ramiz Rövşən: “Mən o qocalardan deyiləm ki...” - FOTO
Oxunub: 2903
25 Dec 2022 | 13:40
Xalq şairi Ramiz Rövşən: “Mən o qocalardan deyiləm ki...” - FOTO
“Siz şeirlərdən, sətirlərdən, misralardan bir məbəd yaratmısınız. Bu məbədin sözləri qızıl kərpiclərdir. Yer üzündə olan insanların, göydəki ulduzların sayı var, ancaq sizin fikir dünyanızın sayı-hesabı yoxdur. Siz sevilmisiniz, ürəkləri fəth etmisiniz. Sizin şeirləriniz ruhu təmizləyir, mənəvi dünyamıza rəng qatır. Ona görə bu gün gələcəkdə inamlı addımlar atacaq şagirdlərin yanındasınız. Onlar sizin fikirlərinizlə böyüyürlər. Sabunçu rayonunun Savalan qəsəbəsindəki 28 saylı tam orta məktəbin şagird və müəllim kollektivi bu günü heç vaxt unutmayacaq!”
 
Bakı Şəhər Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə” qonaq olarkən Xalq şairi Ramiz Rövşən bu isti sözlərlə qarşılandı.
Ramiz Rövşən məktəbə qucaq dolu şeirləri, sevgi dolu ürəyi, uşaqlar üçün yazdığı yeni kitabları ilə qonaq gəldi.
 
“Gözəl uşaqları görəndə adam özünü daha yaxşı hiss edir. 70 yaşdan sonra uşaq şeirləri yazmağa başladım. Bəlkə də bu qədər yaşamağımın səbəbi budur. Bütün uşaqlar dahidir. Evdə nəvələrimi görürəm. Onlar məndən istedadlıdırlar. Onların təxəyyülü çox genişdir. Uşaqlar bəzi məqamlarda bizdən də dərin düşünürlər”, - deyə şair söylədi.
 
Xalq şairi özünün məktəb illərini, şer yazmağa başladığı vaxtları xatırladı:
 
“Bülbülədə 79 nömrəli məktəbdə oxumuşam. Bu, Nardaran orta məktəbi idi.  İbtidai sinifdə Raziyə müəllimə Ana dili dərsində bizə on isim verib “hər ismə cümlə yazın” dedi. Mən cümlələri yazanda qafiyələndi. Raziyə müəllimə mənim cavabıma nəzər salıb “bu şeirdir” söylədi. O, şeiri çap olunmağa göndərdi. Bundan sonra mənim çoxlu şeirlərim çap olundu. Azərbaycanda televiziya açılanda mən 3 ya 4-cü sinifdə oxuyurdum. Mən o verilişdə şeir demişəm. Verilişin aparıcısı rəhmətlik Ramiz Əzizbəyli idi. Həmin verilişdən sonra mənə məktublar gəlirdi. Bu, mənim üçün xoşbəxt an idi.
 
Sonra 208 nömrəli məktəbdə oxudum. O məktəbdə də, universitetdə oxuyanda da şeir yazırdım. Mənə görə, şeir insan ruhunun ifadəsidir. Ümumən ədəbiyyatımızın şeirə verdiyi dərs sevgi dərsidir. Hər insan özü kimi yaxınlarını da sevməlidir. Özünü sevməyən başqasını sevə bilməz. Mənim də şeirlərimdə demək istədiyim budur. Poeziya ilə şeirin ən böyük məqsədi insanı həyatla və ölümlə barışdırmaqdır”. 
 
“Sizin məktəb illərinizlə indiki təhsilalanlar arasında ən böyük fərqi nədə görürsünüz? Ən çox dəyişən nədir?”, - deyə şagirdlərdən biri qonaqdan soruşdu.
 
“İndi də oxuyan uşaqları görürəm. Bizim dövrdə də oxuyanlar vardı. Sadəcə, dövr başqa idi. O vaxt biz informasiyanı almağa cəhd edirdik, mənbələr axtarırdıq, amma sizin bu probleminiz yoxdur. Biz boş vaxtlarımızda uşaqlarla oynayırdıq. Filmə, tamaşaya baxmağa gedirdik. Amma indi uşaqların hamısı virtual aləmdədir. İnternet hamını öz aləminə cəlb edib. Siz bu informasiyaların içində müstəqilliyinizi saxlamağa çalışmalısınız. Çox istərdim ki, boş vaxtlarınızda muzeylərə, gəzintiyə gedəsiniz, kitab oxuyasınız, insanlarla ünsiyyətdə olasınız. Virtual aləm insanı real həyatdan ayırır. Çalışın fərqli, müstəqil düşünməyi öyrənin. Bu, sizə müstəqillik verəcək. Mən uşaqlarımızla fəxr edirəm. Mən o qocalardan deyiləm ki, “biz daha yaxşı idik” deyim”, - şair səmimiyyətlə cavab verdi.
“Maraqlıdır, sair dostlarınızla birlikdə olanda söhbətləriniz yalnız seirdən, ədəbiyyatdan olur, yoxsa başqa mövzuları da müzakirə edirsiniz?” sualını maraqla ünvanlayan şagirdə “Mənim dostlarımın əksəriyyəti şairlər deyil”, - deyə R.Rövşən bildirdi:
 
“Bir məşhur film bəstəkarından “Niyə bəstəkarlarla yox, iş adamları ilə oturursan?” soruşublar. O da “Mən iş adamları ilə oturanda hamısı musiqidən danışır, bəstəkarlarla oturanda ancaq puldan danışırlar” cavabını verib. Mən də şair və yazıçılarla oturanda şeirdən danışmağımız yadıma gəlmir. Mən hər insandan nəsə alıram. Bəzən bir qatarda yol gəldiyim adam mənə 100 kitabdan artıq qida verib. Şair olmayanlar bəzən şairlərdən daha romantik olurlar. Sadəcə, şairlər hisslərini ifadə edə bilirlər, onlar yox. Siz də mənim üçün şairlərdən az maraqlı deyilsiniz. Əgər sizin də daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bu duyğuları inkişaf etdirməyinizi tövsiyə edirəm. Peşəkarlıq və istedad qoşa addımlayır. İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya qoymaq bacarığıdır”.
Şagirdlər şairə tarixi zəfərimizlə bağlı sual ünvanladılar:
 
“Sizcə Vətən müharibəsindəki qələbəmizin ifadəsi seir, nəsr nümunəsi, yoxsa hansısa film ssenarisi vasitəsilə mümkündür?”
 
R.Rövşən qeyd edib ki, Qarabağ müharibəsi ilə bağlı hələ çox əsərlər yazılacaq, filmlər çəkiləcək:
 
“Mən bir dəfə demişdim ki, müharibədən çıxa bilsək, ədəbiyyatın öz yükü olacaq. Mən həm də kinossenaristəm. Yazdığım ssenarilər əsasında bir neçə bədii film çəkilib. Torpaqlarımızın işğaldan azad olması, xalqımızın, ordumuzun qəhrəmanlığı ilə bağlı ssenari yazmağı düşünürəm. Mənim qələbə ilə bağlı şeirlərim var. İndi bir kitab hazırlayıram. 3 müharibədən bəhs etdiyim, 90-cı illərdə çap olunan şeirlərimi yenidən çap edəcəm”. 
“Maraqlıdır, sair dostlarınızla birlikdə olanda söhbətləriniz yalnız seirdən, ədəbiyyatdan olur, yoxsa başqa mövzuları da müzakirə edirsiniz?” sualını maraqla ünvanlayan şagirdə “Mənim dostlarımın əksəriyyəti şairlər deyil”, - deyə R.Rövşən bildirdi:
 
“Bir məşhur film bəstəkarından “Niyə bəstəkarlarla yox, iş adamları ilə oturursan?” soruşublar. O da “Mən iş adamları ilə oturanda hamısı musiqidən danışır, bəstəkarlarla oturanda ancaq puldan danışırlar” cavabını verib. Mən də şair və yazıçılarla oturanda şeirdən danışmağımız yadıma gəlmir. Mən hər insandan nəsə alıram. Bəzən bir qatarda yol gəldiyim adam mənə 100 kitabdan artıq qida verib. Şair olmayanlar bəzən şairlərdən daha romantik olurlar. Sadəcə, şairlər hisslərini ifadə edə bilirlər, onlar yox. Siz də mənim üçün şairlərdən az maraqlı deyilsiniz. Əgər sizin də daxilinizdə şeir, sənət, poeziya sevgisi varsa, bu duyğuları inkişaf etdirməyinizi tövsiyə edirəm. Peşəkarlıq və istedad qoşa addımlayır. İstedad Allah vergisidir, peşəkarlıq isə bunu ortaya qoymaq bacarığıdır”.
 
Şagirdlər şairə tarixi zəfərimizlə bağlı sual ünvanladılar:
 
“Sizcə Vətən müharibəsindəki qələbəmizin ifadəsi seir, nəsr nümunəsi, yoxsa hansısa film ssenarisi vasitəsilə mümkündür?”
 
R.Rövşən qeyd edib ki, Qarabağ müharibəsi ilə bağlı hələ çox əsərlər yazılacaq, filmlər çəkiləcək:
 
“Mən bir dəfə demişdim ki, müharibədən çıxa bilsək, ədəbiyyatın öz yükü olacaq. Mən həm də kinossenaristəm. Yazdığım ssenarilər əsasında bir neçə bədii film çəkilib. Torpaqlarımızın işğaldan azad olması, xalqımızın, ordumuzun qəhrəmanlığı ilə bağlı ssenari yazmağı düşünürəm. Mənim qələbə ilə bağlı şeirlərim var. İndi bir kitab hazırlayıram. 3 müharibədən bəhs etdiyim, 90-cı illərdə çap olunan şeirlərimi yenidən çap edəcəm”. 
“Deyirlər ki, şairlər dünyanın dərdini çəkir. Ramiz Rövşən üçün ən böyük dünya dərdi nədir?” sualı verən şagirdə şair “Ən böyük xoşbəxtlik odur ki, səni başa düşsünlər” cavabı verdi: “Demək, ən böyük dərd də odur ki, səni başa düşmürlər. Mən özümü xoşbəxt sayıram ki, yazdıqlarımı hərə bir cür anlayır. Yəni yazdıqlarımın əks-sədası var. Şair üçün ən böyük xoşbəxtlik də budur”.
 
“Başqa sənət sahibləri, məsələn, həkim, müəllim, mühəndis də gözəl şeirlər yaza bilir. Belə çıxır ki, şairlik sənət yox, Allah vergisidir?” sualı şairi xeyli düşündürdü: “Başqa sənət sahibləri də şeir yaza bilərlər. Məsələn, mənim yaxın dostum Vaqif Bayatlı ixtisasca mühəndisdir. Amma dostum, akademik Rafiq Əliyev deyir ki, “mən də şeir yazırdım, amma sənin şeirlərini oxuyandan sonra atdım”. Mənə çox adamlar deyib ki, mənə görə şeir yazmaqdan əl çəkiblər. Onların hamısı məşhur adamlardır. Mahiyyət etibarilə şeir insana nizamlı düşünməyi öyrədir . Şeir insanın özünü ifadəetmə bacarığıdır”.
Şagirdlərdən biri elə şairin cavabına rəğmən növbəti sualı ünvanladı:
 
“Özünüzü daha rahat ifadə etdiyiniz ortam necə bir yer olmalıdır?”
 
Ramiz Rövşən uşaqlara yaradıcılıq sirrini açdı:
 
“Mən stol arxasında, qarşımda vərəq – oturub yazmağı təsəvvür eləmirəm. Kompüterdə oturub şeir yaza bilmərəm. Mən gəzməyi çox sevirəm. Son vaxtlar bir az ayağımda zədə oldu. Buna görə gəzməyimdə problem yarandı. Oğlum universitetdə müəllimdir. O deyir ki, mən bilirəm atamın hansı şeiri neçə addımdır. İndi çox gəzə bilmirəmsə, demək çox da yaza bilmirəm. İnsan bir iş görə-görə daha yaxşı düşünür, mən də gəzə-gəzə yazmaq istəyirəm”.
“Uşaqların gələcəyini necə görürsünüz?” sualına Ramiz Rövşənin tövsiyəsi səsləndi:
 
“Pandemiya vaxtı mənim çoxlu onlayn görüşlərim oldu. Ailələrdə də oluram, əsgərlərlə də çox görüşürəm. Azərbaycanın gələcəyini peşəkarlıqda və fədakarlıqda görürəm. 44 günlük müharibə zamanı əsgərlərimizin fədakarlığını gördüm. Onların qəhrəmanlığına heyran oldum. Bu qəhrəmanlıq və fədakarlıq olmasaydı, torpaqlarımızı işğaldan azad edə bilməzdik. Gənclərimiz fədakar olmalı və peşəkar yetişməlidirlər. Vətənin inkişafına belə nail olmaq olar. Bir şey haqqında hər şeyi bilmək lazımdır. Bu, bir sahə haqqında hər şeyi bilmək, peşəkarlıqdır. İstəyirəm uşaqlarımız geniş məlumatlı olsunlar. Çox istedadlı cavanlarımız var. Mən inanıram, Azərbaycandan elə istedadlar çıxacaq ki, biz onları tanıdığımıza görə xoşbəxt olacağıq”.
“Məktəbdə” şagirdlər şairin köhnə və yeni şeirlərindən söylədilər. Sözlərinə yazılmış mahnıları ifa etdilər. Həyat, sevgi, Vətən, ayrılıqdan bəhs edən şeirləri şair də, auditoriya da böyük maraqla dinlədi. Şair rövnəqləndi:
 
“Bu uşaqların söylədikləri ağır şeirlərdir. Onları böyük zövqlə və duyğuyla səsləndirdilər. Uşaqlar sanki bu şeirləri yaşadılar. Mən belə gözləmirdim. Ona görə gələndə onlar üçün uşaq kitabları gətirmişdim...”
Oxşar xəbərlər
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:10
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 13:25
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:10
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 13:25
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO