Salyanın icra başçısı ədəbiyyatdan bixəbər imiş...
Ədəbiyyat
Oxunub: 7431
28 Sep 2014 | 23:47
Salyanın icra başçısı ədəbiyyatdan bixəbər imiş...
Moderator.az-ın müsahibi Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri, araşdırmaçı-yazar Namiq Hacıheydərlidir.

- Həyat necə gedir? 

- Elə şair həyatı kimi- qayğılı, lakin inamlı. 

- Qayğı və inam bir-biriylə təzad təşkil edir...

- İnsan var olduğu sürəcə qayğısı var. Dünyaya şair olaraq gəldinsə bir ömür qayğılardan və dərddən qurtulmaq şansın yoxdur. Bəxtiyar Vahabzadənin təbirincə desək: "Əyər olmasaydı dəryaca dərdim, Dərdin yoxluğunu mən dərd edərdim". Qaldı məsələnin ikinci tərəfinə. Yəni, niyə inamlı? Kiminsə yazısında oxumuşdum: “Ərəbin dini var, türkün inamı”. İnamım hər zaman dərdimi və qayğılarımı üstələyir- deyə, hər zaman inamlı olacağıma inancım tamdır. 

- Siz 2008-ci ildə Prezident Mükafatına, 2009-cu ildə “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na, 2013-cü ildə “Türk Dünyasına xidmət” ödülünə layiq görülmüsünüz. Yaradıcılığınız Rusiyada, Qazaxıstanda, Türkiyədə, Ukraynada və digər ölkələrdə çap olunub. 10-a yaxın kitabın, yüzə qədər elmi-publisistik məqalənin müəllifisiniz. Dəfələrlə ölkə xaricində beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak və çıxış etmisiniz. Maraqlıdı, doğulduğunuz Salyan rayonunun rəhbərliyi sizin fəaliyyətinizi nə dərəcədə dəyərləndirir, ümumiyyətlə dəyərləndirirmi?

 - Oxucuya aydın olsun deyə bu suala bir az geniş cavab vermək və yaxın tarixə ekskurs etmək gərəkəcək. Ali məktəbi bitirəndən sonra -1997-ci ildə ilk əmək fəaliyyətinə doğulduğum Salyan rayonunda başlamışam. 1999-cu ildə ölkədə ilk dəfə keçirilən bələdiyyə seçkilərinə qatılmışam və rayonda ən gənc bələdiyyə üzvlərindən biri olmuşam. 1999-cu ilin aprelində rayonun Qaraçala ərazisini əhatə edən “Dan yeri” adlı ədəbi birlik yaratmış və onun sədri seçilmişəm. Birliyin yaranması haqqında rayonda nəşr olunan “Qələbə” qəzetində xəbər yayımlandı. 2000-ci ilin payızında Salyanda 1971-ci ildən fəaliyyət göstərən “Kürün töhfəsi” Ədəbi Birliyinə sədr seçildim və səkkiz ilə yaxın ”“ AYB Muğan Bölməsi yaranana qədər bu birliyə rəhbərlik etdim. 2008-ci ildə AYB Muğan Bölməsinin Salyanda keçirilən təsis konfransında xalq yazıçısı Anarın təklifi ilə Bölməyə sədr seçildim. Bu məqamda sizin verdiyiniz suala qayıdaraq bildirim ki, Salyanda hər zaman yerli rəhbərliyin qayğısını və sayğısını görmüşəm. Yeri gəlmişkən, vəfa borcu kimi o insanların adını xatırlatmağı gərəkli bilirəm. 1997-ci ildən sonra rayonun başçısı olmuş Vəlihə xanım Abdullayeva, Yusif Ələkbərov və Rasim Bəşirovun hər biri rayona rəhbərlik etdiyi müddətdə rayonun yazarı və ziyalısı olaraq mənimlə bir neçə dəfə şəxsən maraqlanmışlar. Bu, əslində mənim timsalımda rayon ədəbi mühiti və onun qayğıları ilə yaxından maraqlanmaq idi. Lakin təssüf hissi ilə bildirməliyəm ki, son illər rayon rəhbərliyinin diqqətini görməməkdəyəm. Bu da dolayısı ilə rayon və bölgə ədəbi mühitinin diqqətdən kənarda qalmasına nədən olub. Onlar sanki bu ölkədə Heydər Əliyev siyasi kursunun hakim olduğundan xəbərsizdilər. Heç olmasa hərdən rəhmətlik Heydər Əliyevin ədəbiyyat haqqında dediyi “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”- kimi dəyərli deyimlərini oxusunlar və bundan əməli nəticə çıxarsınlar. Belə çıxır ki, onların ya bundan xəbərləri yoxdur, ya da sadəcə şəxsi maraqlara uyğun deyil deyə, bu kimi kəlamları görməzdən gəlirlər. 

- Siz həm də Azərbaycan Yazıçılar Birliyi kimi nüfuzlu bir təşkilatın regional Bölmələrindən birinə - Muğan Bölməsinə rəhbərlik edirsiniz. Nə kimi uğurlarınız və qayğılarınız var? 

- Bölmə olaraq uğurlarımız da, qayğılarımız da boldur. Bölmə az öncə dediyim kimi 2008-də təsis olundu. Həmin il Prezident Mükafatına layiq görüldüm. Prezident Mükafatçısı olaraq aldığım təqaüdü Bölmənin inkişafına və tədbirlərinin keçirilməsinə yönəldirdim. 2010-cu ildə ilk dəfə olaraq 60 Muğan şairinin şeirlərindən örnəkləri özündə cəmləyən toplunu hazırlayıb çap etdirdim. Burada ədəbi ictimaiyyətə ilk dəfə təqdim olunan bir neçə klassik şairlərlə bərabər ilk dəfə çap olunan gənclər də vardı. Bölmənin yaranması küskünləşib ədəbiyyatdan uzaqlaşmış bir neçə şairin yenidən ədəbi mühitə dönüşünə, bəzi yaradıcı gənclərin ictimaiyyətə təqdim olunmasına və tanıdılmasına nədən oldu. Bu gün ilk dəfə məhz Bölməmiz tərəfindən ədəbi mühitə təqdim olunan gənclər var ki, onlar artıq tanınan imzalara çevrilmişlər. Muğan Bölməsi təkcə Salyan deyil, eyni zamanda Neftçala, Şirvan və Hacıqabul rayonunda yazıb-yaradan yazarları öz ətrafında birləşdirir. Dəfələrlə Bölmənin təqdimatı ilə bu rayonlarda yaşayan qələm adamlarının yaradıcılığından örnəklər müxtəlif qəzet, dərgi və saytlarda yayımlanıb. Əlbəttə, görülən işlər bizi tam olaraq qane etmir. Daha genişmiqyaslı və əhəmiyyətli işlər görmək olar. Lakin bunun üçün az öncə dediyim kimi yerli yetki sahiblərinin ədəbi qayğılara diqqət ayırmasına ciddi gərək var. 

-Ədəbi mühitini təmsil etdiyiniz rayonların rəhbərlərindən konkret nələr gözləyirsiniz?

 - Rəhmətlik Xəlil Rza Ulutürk deyirdi ki, “Diqqət istədim ki mən, namərd mərdə gülməsin”. Ümumtürk mədəniyyətinə Əli bəy Hüseynzadə, Xəlil Rza Ulutürk, İmamverdi Əbilov və sair bu kimi xeyli sayda Böyük Kişilər bəxş etmiş bölgənin çağdaş ədəbi mühitinə diqqətli olmaları yetərlidi. 

-Prezident təqaüdü almış şəxssiniz. Bu, sizin ümumrespublika əhəmiyyətli şəxs olduğunuzu göstərir və təbii ki, sizin kimi əhli-qələmlər dövlətin qayğısıyla təmin olunmalıdılar. Bu qayğını hiss edirsinizmi? 

- Prezident təqaüdünün özü dövlətin qayğısının və diqqətinin bariz təzahürüdü. Ancaq Prezidentin diqqət ayırdığı sahəyə və şəxslərə bölgələrdə fəaliyyət göstərən yerli rəhbərlərin diqqətsizliyi təəssüf doğurur.

 -Hər bir millət öz düşünən zəkası ilə millət olur. Yazıçılar, şairlər də bu sırada ön cərgələrdə dayanırlar. Bu gün sirr deyil ki, millətin zəkası sayılan bu insanlar tamamilə unudulmuş durumdadırlar. Sizcə, bu fakt cəmiyyətimizin inkişafına necə təsir göstərə bilər? 

- Əlbəttə, milləti millət edən onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan işıqlı tarixi şəxsiyyətləri, alimləri və yaradıcı şəxsləridi. Tarixən belə insanlar yaşadıqları dövlətin xüsusi qayğısı ilə əhatələnib və hər zaman diqqət mərkəzində olublar. Ancaq, bizim ölkəmizdə belə insanların sizin ifadə etdiyiniz kimi “tamamilə unudulmuş durumda” olduğunu düşünmürəm. Belə olarsa, bu, millətimiz üçün uzun illər sağalması mümkün olmayan yaralara çevrilə bilər. 

-Amma o da faktdır ki, ədəbiyyat adamına diqqət ürəkaçan səviyyədə deyil. Hətta ictimaiyyət belə yazara layiq olduğu qiyməti vermir. Sözsüz ki, bu da ədəbiyyatın lazımi səviyyədə təşviq edilməməsindən doğur. Sizcə, dövlət bu istiqamətdə hansı təşviqedici tədbirlər həyata keçirməlidir? 

- Bu gün televiziyada və mətbuatda elm və ədəbiyyatdan daha çox şou verilişlər təbliğ olunur. İctimaiyyətin öz diqqətini daha çox təbliğ olunan sahəyə yönəltməsi təbii və anlaşılandı. Düşünürəm ki, ölkədə ziyalının- elm, sənət adamlarının, yazarların nüfuzunun yüksəldilməsi üçün onların təbliğinə indi olduğundan daha çox yer ayrılmalı, yaşam səviyyələrinin yüksəldilməsi üçün uğurlu addımlar atılmalıdı. Bu insanların həyat səviyyəsi yüksələrsə təmsil etdikləri sahələrdə daha böyük uğurlar qazanarlar ki, bundan da yalnız dövlətimiz və millətimiz faydalanar.

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək