Cəlilabad şəhər Azərbaycan küçəsi 29/20-də yaşayan Qədirov Rafiq Rza oğlu tərəfindən Moderator.az-a şikayət məktubu daxil olub. Məktubda deyilir:
"Sizə
müraciət etməyimə səbəb odur ki, atam Qədirov Rza Təvəkkül oğlu 1993-cü ildə
Əli-bayramlı (Şirvan) Yağ-Piy ASC ”“də (indiki MKT-IK MMC-nin Şirvan filialı)
işlədiyi sexdə faciəli surətdə həlak olmuşdur. Həmin vaxtda atamın himayəsində
bir azyaşlı bacım və 3 nəvəsi var idi. Həmin nəvələrinin 2-si şəhid qardaşım Qədirov
Mirzəxan Rza oğlunun övladları idi, 3-cü uşasa mərhum qardaşım Məzahir Qədirovun
idi və mən özüm də 2-ci qrup əliləm.
Yuxarıda göstərilən şəxslər müəyyən yaşa qədər atamın iş üstündə vəfat etməsi ilə
əlaqədar müavinət alırdılar.Lakin həmin müavinəti alan uşaqlardan biri Qədirli
Ceyhun Məzahir oğlu ali məktəbə qəbul oldu, qanunla C. Qədirli ali məktəbi bitrənədək
həmin müavinəti almalı idi. Cavabdeh təşkilat atamın qan pulunu 2009-cu ilin
yanvar ayından iddiaçıya, yəni bizim ailəyə məlumat vermədən dayandırmişdır.Bu
hissəsini qısa məlumat verəcəm.Həmin işlə əlaqədar Şirvan şəhər məhkəməsinə
müraciət etdik, qətnamə qəbul edildi ki,bədbəxt hadisə nəticəsində Şirvan
Yağ-Piy ASC ( indiki MKT_İK MMC-nin Şirvan filial)-da həlak olmuş R. Qədirovun nəvəsi Qədirli Ceyhun
Məzahir oğluna mərhumun aylıq ödənişi ali məktəbi bitirənədək və 23 yaşına kimi
ödənilsin.Həmin Qətnaməni Şirvan Apelliyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə
saxladı.Sonradan mənim tərəfimdən həmin ödənişin hesablanmasına dair Dövlət Əmək
Müfəttişliyi Xidmətinə müraciət etdim və onlar tərəfindən cavabdeh təşkilatda
illər üzrə C. Qədirliyə çatacaq müavinətin hesablanılması üçün göstəriş
verildi.Eləcə də cavabdeh təşkilat tərəfindən 01.01.2009-cu il tarixdən
01.07.2014-cü il tarixə kimi C. Qədirliyə çatacaq müavinət hesablanaraq müəyyən
edildi ki,2014-cü ilin iyul ayının 1-nədək olan məbləğ hesablandı və bu barədə
də 11 saylı regional DƏMX-nə rəsmi məktubda veriblər ki,müəssə tərəfindən bu
borc tez bir müddətdə ödəniləcək. Amma bu günə kimi min cür bəhanələr gətirərək
ödəməkdən imtina edirlər.
MKT-İK
MMC-nin baş direktoru Eldəniz Quliyev və MKT-İK MMC-nin Şirvan Filialının
direktoru Tahir Ağayev bildirir ki,bu işlərin başında çox böyük adam oturur və
o deyir ki,bu pul heç vaxt ödənilməyəcək.Mən onlara sual verdim
Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşları Azərbaycan Respublikasının bütün qanunlarına
riayət etməyə borcludurlar.Bu rəhbərlər isə mənə belə cavab verdilər bizim “qlavar”ımız
belə demir.
Hörmətli Media rəhbərləri, cavabdeh təşkilatın
özünün tərəflərindən hesablanmış müavinətə
dair məktubu da var.Əgər lazım olarsa təqdim edə bilərəm.
Hörmətli Media rəhbərləri!
Bu təşkilat nə mənim atamın o müəssisədə faciəli
surətdə yanaraq həlak olmasına, nə Şəhid ailəsi olmağımıza, nə də ki,Azərbaycan
Respublikasının qanunlarına açıq şəkildə hormət etmir.Odur ki, son ümidimiz
olaraq Sizlərə inanırıq və səmimi müraciət edərək hal-hazırda iddia
etdiyim MKT İK MMC ”“nə rəhbərlik edən bu
işdə əli olan bütün rəhbər işçilərinin bizim ailəyə qarşı olan qanuna zidd hərəkətlərinin
qarşısının alınmasına dair və ciddi qanun pozuntusuna yol verdikləri üçün aidiyyatı
orqanların bilmələrindən ötəri öz saytınızda işıqlandırmağınızı və mənim qardaşım oğlu Qədirli Ceyhun Məzahir
oğluna babasi R.T. Qədirovun bədbaxt hadisə nəticəsində ölümünə görə ödəniləcək
vəsaitin tez bir zamanda ödənilməsinə dair hansısa əlinizdən gələn köməkliyinizi
əsirgəməməyinizi Sizdən Xahiş edirəm.
Cavabdeh təşkilatın baş idarəsinin Ünvan: AZ1029,Bakı,Nərimanov,HeydərƏliyev,95 Tele(+994 12) 497-13-04, (+994 12) 497 13-11 Faks: (+994 12) 497-13-07-08 mobil E.Quliyev 0503244122 T.Ağayev 0502838607
Hörmətlə: R.R.Qədirov.0503829369