Tikdirdiyi abidəyə həbs otağından baxa bildi - "TAC MAHAL"ın sirləri + FOTO
Oxunub: 3322
28 Sep 2022 | 13:37
Tikdirdiyi abidəyə həbs otağından baxa bildi -

Tac Mahal Hindistanın ən dəyərli tikililərindən biri, türk-islam memarlığının göz bəbəyi, Hindistanın Aqra şəhərində sevgi üçün tikilmiş, aydan da parlaq, dünyanın ən böyük və ən gözəl abidəsi sayılır. Hətta "bu nə qədər dəyərlidir"- deyə soruşsanız dünyanın 7 möcüzəsindən biri olacaq qədər dəyərlidir, cavabını eşidəcəyiniz nadir əsərlərdəndir. Bəs Tac Mahalı bu qədər dəyərli edən nədir? Onu bu qədər vacib edən sadəcə vizual görünüşü və sevgi hekayəsidirmi? Əslində hər ikisi də çox önəmlidir. İcazənizlə, izah edək.

Tac Mahal niyə tikildi?

Əfsanəvi hekayə və onun memarlığı haqqında əvvəlcə bunu bilək ki, "Tac Mahal" Moğol İmperiyasının altıncı hökmdarı (Hindistan-Türkiyə İmperiyasının beşinci hökmdarı Teymurilər sülaləsi) Şah Cahan tərəfindən Yamuna (Cumna) çayının sahilində inşa edilib. O dövrdə imperiyanın paytaxtı olan Hindistanın Aqra şəhərində dünyasını dəyişən sevimli həyat yoldaşı Mümtaz Mahalın şərəfinə tikdirib.

"Bəs, Mümtaz Mahal kimdir, bu qədər gözəl idimi ki, belə mühüm bir tikili ona həsr olundu? Cavabı belədir ki, Şah Cahanın 3-cü arvadı Ərcüment Banu gözəlliyi, zəkası və xeyirxahlığı ilə bütün imperiyanın qəlbini fəth etmiş, ən sayılıb-seçilən sultan idi. Bu xüsusiyyətinə görə ona Mümtaz Mahal deyirdilər. Şah Cahan hələ 16 yaşında ikən ona aşiq olub və evlənmək üçün 5 il gözləyib.

 

 

Onun hekayəsini eşidəndə sevginin nə qədər kor olduğunu anlayırsan. Şah Cahan sevdiyi həyat yoldaşını getdiyi hər yerə aparan, onun fikrinə, zövqünə önəm verən bir insan idi. Bu duyğulu, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü övladını dünyaya gətirərkən vəfat edib. Şah Cahan isə arvadının ölümündən sonra 8 gün yemək-içməyi dayandırıb və otağından bir daha çıxmayıb. Doqquzuncu gün otağının qapısını açıb bayıra çıxanda saçlarının ağardığını və tamamilə dağıldığını görüblər. O qədər dağılmışdı ki, Tac Mahal onun üçün vəsvəsə oldu və o, ölmüş arvadını sağ saxlamaq üçün bu tikilini mükəmməl şəkildə tikdirdi.

1653-cü ildə tamamlandıqda 32 milyon rupi xərclənmişdi. Bu, indiki pulla təxminən 1 milyard dollar deməkdir. Şah Cahanın oğlu isə bu vəziyyətə görə atasını taxtdan salıb onu Qırmızı qalaya həbs etdirmişdi.

"Tac Mahal"ın özəllikləri

İstanbuldan gətirilən Türk memarı Mehmet İsa Əfəndinin tikdiyi "Tac Mahal" dünyanın ən gözəl, ən möhtəşəm və ən məşhur türbəsidir, bəli, əslində türbədir. 

Binanın memarları - Memar Sinanın tələbələrindən Mehmet İsa Əfəndi və binanın üzərindəki mətnləri yazan Xəttat Sərdar Əfəndi İstanbuldan Şah Cihan tərəfindən dəvət edilib. 1630-cu ildə inşasına başlanan dünyanın 7-ci möcüzəsi Tac Mahal 22 ildə, 1652-ci ildə tamamlanıb.

 

 

"Tac Mahal"ın tikintisində mavi damarlı parlaq, nazik, ağ mərmərlərdən istifadə edilib. Eyni mərmərdən olan və yerdən hündürlüyü 82 metr olan günbəz Memar İsmail Əfəndi tərəfindən böyük səliqə ilə hazırlanıb. Günbəzin üzərində qızılı səltənət, türbənin ağ mərmərdən dörd minarəsi var. Abidənin dörd tərəfində Yasin surəsi bütünlüklə xəttat İsmayıl Əfəndi tərəfindən yazılıb.

Mümtaz Mahal və Şah Cihan sandıqlar üst mərtəbədə, günbəzin altındadır. Sandıqların yerləşdiyi günbəzdə insan ağzından çıxan hər səsin 7 dəfə əks-səda verəcək akustikası var. İçəridəki akustika təsvirolunmazdır. Şah Cihan və həyat yoldaşının orijinal sarkofaqları ən aşağı mərtəbədədir və oraya giriş qadağandır.

Həmçinin yüz minlərlə əqiq, sədəf və firuzə ilə basdırılmış "Tac Mahal"ın divarlarında 42 zümrüd, 142 yaqut, 625 almaz və 50 çox iri mirvari var. İş o yerə çatıb ki, "Tac Mahal"ın 20 illik tikintisində 20 mindən çox işçi gecə-gündüz çalışıb.

Romantik görünüşü ilə hər kəsi valeh edən, şərqdən və qərbdən bir çox məşhur yazıçı və şairlərə ilham verən Tac Mahal hətta aylı gecələrdə də aydan daha parlaq görünür. Səhərlər isə gövdəsi sarıya çevrilir.

Hətta 1966-cı ildə Hindistan-Pakistan müharibəsində Pakistan döyüş təyyarələri üçün istiqamətləndirici parıltı olmasın deyə Hindistan hökuməti tərəfindən günbəzləri qara çadırla örtüldü. 

 

 

Tac Mahal haqqında maraqlı faktlar

Hindistanın Aqra şəhərində yerləşən Tac Mahal Moğol İmperatoru Şah Cahan tərəfindən dünyasını dəyişmiş həyat yoldaşı Mümtaz Mahala ehtiram olaraq tikilib və Hindistanın simvoluna çevrilib. Hekayəsi və memarlığı ilə insanları valeh edən Tac Mahal haqqında əfsanəvi məlumatlar var.

Beləliklə, Tac Mahal haqqında eşitdiyimiz və gördüyümüz maraqlı məlumatları sizin üçün yazdıq.

  • "Cənnət" təsvirini qurmaq üçün ciddi bir iddia ilə yola çıxan Şah Cahana "Tac Mahal"ın hazırkı görkəminə qərar verənə qədər 2000 müxtəlif maket nümayiş etdirildi.
  • Onun tikintisinə 1632-ci ildə başlanılıb. 21 il ərzində 22.000 işçi çalışıb və məlum olanın əksinə, onların heç birinin qolu kəsilməyib, gözləri çıxarılmayıb.
  • Bir çox fərqli bölgədən gətirilən daşları daşımaq üçün 1000-dən çox fildən istifadə edilib.
  • Tac Mahalın tikintisində Memar Sinanın tələbələrindən Mehmet İsmail Əfəndi rol oynayıb. İsmayıl Əfəndi əsas günbəzi dizayn etmiş, Usta İsa isə ümumi dizayna böyük təsir göstərmiş və şagirdini layihənin baş memarı təyin etmişdir.
  • Tac Mahal gün ərzində müxtəlif rənglər alır. Günəşin doğuşu ilə birlikdə ən gözəl rəngini və çəhrayı rəngini göstərən Tac Mahal qısa müddətdən sonra ağarır. Ay işığı ilə qızılı rəng alır. Əfsanələr deyirlər ki, bu unikal xüsusiyyət qadınların, xüsusən də Mümtaz Mahalın əhvalının dəyişikliyini əks etdirir.
  • Eksteryer dizaynı üzərindəki oymalar mərmərlərin iç hissəsinin oyulması, səliqəli şəkildə kəsilməsi və xırda daşların bir-bir mərmərlərin içərisinə qoyulması ilə yaradılıb. Binanın içərisində və xaricində olan bəzəklərdə Qurandan çoxlu ayələr var.

Şah Cahan Tac Mahal tikildikdən qısa müddət sonra oğlu tərəfindən devrilərək ömrünü "Tac Mahal"a açılan otağında həbsxanada keçirdi. Bu hekayənin bəlkə də ən ağrılı hissəsidir...

Dörd küncündə qübbəsi və minarələri olan Tac Mahal hansı tərəfdən baxsanız simmetrikdir. Bütöv strukturda yeganə qeyri-simmetrik quruluş məqbərələrdir. Şah Cahanın məzarı İslam adət-ənənələrinə uyğun olaraq arvadından hündürdür.

Məlumdur ki, Şah Cahan Yamuna çayının o tayında, Tac Mahalın düz o tayında tikilmiş Tac Mahalın qara mərmər hissəsində dəfn olunmaq istəyirmiş, lakin Alemgir şahın gəlişindən sonra tikintisinə başlanan həmin binanı sökdürüb.


 

"Tac Mahal"ın ziyarət qaydaları

Giriş haqqı 1000 Rupidir. Bu, təxminən 16 ABŞ dollarıdır.

Tac Mahalı ziyarət etmək səhər 09:00-dan axşam 18:00-a qədər və cümə günündən başqa hər gün açıqdır.

XƏBƏRDARLIQ: Artıq 3 saatdan çox ziyarət etməyə icazə vermirlər. Girişdə hər kəsə bir kart/coin verirlər və girdiyiniz andan 3 saat ərzində çıxmağınız gözlənilir. Daha uzun müddət qalsanız, onlar yenidən giriş haqqı tələb edirlər.

"Tac Mahal"ın yerləşdiyi Aqra şəhəri haqqında

Aqra - Hindistanın Uttar Pradeş ştatının şimalında Yamuna çayının sahilində yerləşən qədim şəhərdir. Bir vaxtlar Hindistanı idarə edən Moğol İmperiyasının keçmiş paytaxtıdır və buradan tarix iyi gəlir. Tac Mahal və Aqra qalası kimi memarlıq möcüzələri ilə qeyri-rəsmi olaraq indiki dövrün "Mədəniyyət Paytaxtı"dır.

Şəhər 1857-ci ildə Britaniya koloniyasına qarşı üsyanlarda fəal rol oynayıb. Aqra qalası əvvəlcə yerli üsyançılar tərəfindən tutuldu, lakin üsyançılar şəhəri tərk edərək Dehliyə gedəndə şəhərə göndərilən ingilis qüvvələrinə qarşı təslim olmalı oldular.

Hindistanın simvolu, transsendent memarlığı və dünyanın 7 möcüzəsindən biri olan "Tac Mahal"ın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olmağı bacardığı Aqrada ziyarət etmək və görmək üçün çoxlu tarixi abidələr və tikililər var. Yəni, Hindistan yalnız Aqra ilə məhdudlaşırmır. Əlbəttə ki xeyr, Hindistanda Goa, Jaipur və Mumbay kimi bir çox gözəl şəhərlər var.

Artıq bir neçə aydır ki, Yeni Dehlidən Bakıya birbaşa reys var, odur ki, Hindistanı görmək üçün əla imkan yaranıb. 

Həmişə gəzməkdə!

(aviatravel.az)
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."