Mehriban Əliyevaya həsr olunan kitab təqdim edilib - FOTO
Oxunub: 2648
10 Sep 2014 | 13:05
Mehriban Əliyevaya həsr olunan kitab təqdim edilib -  FOTO
"Mehriban" adlı kitabın müəllifi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovdur

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitab nəşr olunub.
 
APA-nın xəbərinə görə, Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu kitabda Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim edilir.  “Mehriban” adlı kitabda ölkənin birinci xanımının Vətənə və xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər, onun hər bir məsələdə insanların maraqlarını rəhbər tutması əksini tapıb.
 
Kitabdan bəzi hissələri oxuculara təqdim edirik:
 
O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, dogma Mehribanıdır
 
“Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci xanım barəsində müxtəlif kitablar yazılıb, ölkə daxilində və xaricində onun fəaliyyətini təfərrüatı ilə əks etdirən materiallar nəşr olunub. Əsasən rəsmi məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi barədə dolğun təəssürat yaratmır. Bu səbəbdən peşəkar fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında yazmaq və onun ictimai şüurda formalaşmış bitkin portretinə yeni cizgilər əlavə edərək daxili aləmini təqdim etmək istədim.  Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşmasını, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır”.
 
Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir
 
“Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər.
 
Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan “Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir” söyləməsi xoş və unudulmaz təəssürat bağışladı”.
 
Mehriban Əliyeva ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir
 
“O, iti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər, təbdirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün qərar verməyi bacarır. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir”.
 
O, heç kimi ümidsiz qoymur
 
“Mehriban Əliyeva sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara səfər edərkən onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı, müraciət edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda dayanmış yaşlı bir insana yaxınlaşaraq hal-əhval tutması bunun əyani sübutudur.
 
2005-ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı şəhər internat orta məktəbi ilə tanışlıq zamanı məcburi köçkün ailələri Mehriban xanıma yaxınlaşaraq ondan məskunlaşdıqları yataqxanaya baş çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqramına daxil olmayan bu gözlənilməz təklif təhlükəsizlik baxımından mühafizə xidməti tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı və məndən təkidlə xahiş olundu ki, Mehriban xanıma bu təklifi qəbul etməməyi çatdırım. Onun xasiyyətinə yaxşı bələd olan bir insan kimi, Mehriban xanımın ona üz tutmuş insanlara biganə yanaşmayacağına, əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi, bu insanların da problemlərini dinləyəcəyinə və həllinə çalışacağına əmin olduğumu bildirdim. Əlacsız qalan mühafizə xidməti protokol qaydalarını pozaraq Mehriban xanıma yaxınlaşıb israrla yalnız protokolda nəzərdə tutulmuş obyektləri ziyarət etməyi məsləhət gördü. O, gülümsəyərək məcburi köçkünlərin əhatəsində, onlarla söhbət edə-edə yataqxanaya doğru getdi. Mehriban xanımın buraya gəlişi onu səbirsizliklə gözləyən insanların, uşaqdan tutmuş ağsaqqallara kimi hər bir kəsin hədsiz sevincinə səbəb oldu. O, hamını təmkinlə dinləyir, mövcud problemlərin araşdırılaraq imkan daxilində aradan qaldırılacağını söyləyirdi. Və cəmi bir neçə ay sonra- 2006-cı ildə Mehriban xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi köçkünlərə sonsuz sevinc bəxş etdi ”“ burada vaxtilə internat məktəbinin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq və zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verildi”.
 
Şəfqət onun xarakterinin nəzərə çarpan xüsusiyyətidir
 
“Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra qəlbində kədərli hislərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalıqlara fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb”.
 
Azərbaycanda qadın hərəkatında yeni bir mərhələ
 
“Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb”.
 
Əzmkarlıq, işləri düzgün qurmaq bacarığı bütün problemləri həll edir
 
İlk zamanlar Mehriban xanımın millət vəkili olduğu Xəzər rayonunda ictimaiyyətlə görüşlərinin keçirilməsi üçün müvafiq yer müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədəniyyət mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt zalında keçirmək məcburiyyətində idik. Elə o vaxtlar Mehriban xanımın tapşırığı ilə rayonda mövcud olan problemlərin ardıcıl və vaxtında həyata keçirilməsi məqsədi ilə Əzizbəyov rayonunun İnkişafı Fondu (indiki Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün artıq Xəzər rayonu tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən çox narahat edən problemlər uğurla  həllini tapıb. Yeni yollar çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri istifadəyə verilib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
 
...2005-ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir. Zirədə keçirilən görüş zamanı ağbirçək bir qadın Mehriban xanıma yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə dəvət edir. Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı olacağına söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında Xəzər rayonunda keçirilən tədbirlər bitəndən sonra Mehriban xanım həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə getməyi unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma səmimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq səhhəti ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi, onun mənzilinin təmir edilməsi və avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.
 
”¦İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən Mehriban xanımın insani keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi onun görkəmli alim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın-professor Aida İmanquliyevanın övladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olmasından da qaynaqlanır.
 
O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb”.
 
Qeyd edək ki, “Mehriban” adlı kitabda Mehriban Əliyeva ilə bağlı maraqlı məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri, eləcə də tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.
Oxşar xəbərlər
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:05
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
01 May 2024 | 10:34
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:05
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
01 May 2024 | 10:34
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO