Moderator.az xəbər verir ki, DİN və Prokurtorluq Sumqayıtda oğurlanan azyaşlı uşaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“Xəbər verildiyi kimi, avqustun 13-də Sumqayıt
şəhər sakini Aysel Əhmədova DİN-in “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə
müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi”
adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən
oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam
oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda
Babayeva sentyabrın 3-də tutulmuşdur.
Müəyyən edilmişdir ki, 2004-cüildən Türkiyə Respublikanın
vətəndaşı ilə ailə qurmuşXırda Babayeva övladlarıolmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə
düşmüşdür. Bu məqsədləSumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları
yerə gəlmiş, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi
təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanmışdır. Orada
vətəndaş Aysel Əhmədova ilə tanış olmuş, körpəsini gördükdə onu oğurlamaq
qərarına gəlmişdir. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə
gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə vermiş, onlarla birlikdə parka gəzintiyə
çıxmışlar. Yaranmış fürsətdən istifadə edən X.Babayeva körpəni oğurlayaraq
hadisə yerindən yayınmışdır.
Hazırda cinayət
işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.