“Roma Papasını qorxudan müharibə heç vaxt olmayacaq”
Oxunub: 6576
28 Aug 2014 | 15:53
“Roma Papasını qorxudan müharibə heç vaxt olmayacaq”

Rusiya - Ukrayna arasında yaşanan münaqişə Azərbaycanda da böyük maraqla izlənilir. Bir çoxları regionda mövqelərini gücləndirən şimal qonşumuzun Cənubi Qafqaza yönələ biləcəyindən ehtiyatlanır və proseslərin bizə də təsir edəcəyindən çəkinirlər. Bəs, görəsən, bu narahatçılığın əsası varmı?

Əməkdar hüquqşünas, hüquq elmləri doktoru,  professor İlham Rəhimov Moderator.az-ın suallarına cavab verir:

(əvvəlini bu linkdən oxuya bilərsiniz: //moderator.az/?xeber=53290)

 - Bəs, o zaman  Avrasiya İttifaqı nəyə xidmət edir?

- Avrasiya İttifaqı sırf iqtisadi əməkdaşlığı nəzərdə tutan birlikdir. O, heç vaxt siyasi bir quruma çevrilməyəcək. Prinsipləri iqtisadi əməkdaşlığı gücləndirmək olan bu qurumu tamamilə başqa donda təqdim etmək doğru deyil. Bu gün bütün dünya dövlətləri iqtisadi cəhətdən bir-birinə bağlıdır. Qloballaşan dünyada milli kapitallar beynəlxalq xarakter almağa başlayıb. Fərqli geosiyasi məkanlar arasında yaranan iqtisadi əməkdaşlıqlar günün zərurətidir, belə əməkdaşlıqlar dövlətlərin izolyasiyadan çıxmasına gətirib çıxarır, onların zəifləməsinin qarşısını alır. Bu prosesdə yaranma əsaslarından (ideoloji, iqtisadi, hərbi) asılı olmayaraq dövlətlərin inteqrasiyası baş verir. Bu cür əməkdaşlıqdan yalnız bir tərəf yox, bütün tərəflər xeyir götürür. Mən də məhz bu həqiqətdən çıxış edərək dəfələrlə demişəm ki, Azərbaycan hakimiyyəti Avrasiya Birliyinə daxil olmaq prosesini dərindən araşdırmalıdır. Əgər bir dövlət olaraq bu ittifaqdan fayda götürəcəyiksə, önümüzdə açılan fürsəti düzgün qiymətləndirməliyik.

- Siz necə fikirləşirsiniz, bu ittifaqa qoşulmaq bizim üçün xeyirlidirmi?

- Bilirsinizmi, bu məsələdə bir sıra nüanslar var. Bu nüansları bilmədən həmin suallara cavab vermək mümkün deyil. İctimaiyyətdə bu gün bir sıra ziddiyyətli mülahizələr yürüdülür. Məsələn, bir tərəfdən deyilir ki, Rusiya Qarabağ probleminin həllində maraqlı deyil. Digər tərəfdən isə Rusiyanın bizi yaranmaqda olan yeni ittifaqda görmək istədiyi bildirilir. Qarabağ problemi həll olunmasa bizim o ittifaqda yer almağımız mümkündürmü? Əlbəttə xeyr. Belə çıxır ki, Rusiya bizi o ittifaqda görmək istəyirsə, deməli, Qarabağ probleminin həllində maraqlıdır. Qərb isə Azərbaycanı bu ittifaqda görmək istəmir və bu onun maraqlarına uyğundur. Qərbin təsiri altında olan nüfuzlu beynəlxalq təşkilatların bu illər ərzindəki fəaliyyəti buna sübutdur. Belə olan halda, əslində, beynəlxalq təşkilatlar, o cümlədən də, Qərb Qarabağ probleminin həllində maraqlı deyil. Məncə, səlahiyyətli şəxslər Avrasiya Birliyi haqda qərar verərkən bu məqamları düşünməli və bəzi milli maraqlarımızdan doğan prinsipləri ilkin şərt olaraq irəli sürməlidirlər. Mən o müzakirələrdə iştirak etmədiyimə və bu haqda heç bir informasiyaya malik olmadığıma görə hər hansı fikir irəli sürməkdə çətinlik çəkirəm.

- Avrasiya İttifaqının qurulmasını istəyən Rusiyanın yeni birliyi əmələ gətirəcək subyektlərin ərazi bütövlüyündə maraqlı olduğunu deyirsiniz. Halbuki həmin Rusiyanın özü Ukraynaya hərbi müdaxilə edir.

- Yeri gəlmişkən, bir məsələni qeyd etmək istəyirəm ki, Avrasiya İttifaqı ideyası çoxdan mövcud idi, müəllifi də Qazaxstan prezidenti N.Nazarbayev idi. 2000-ci illərin əvvəllərində, L.Kuçmanın prezidentliyi dövründə Ukraynanın da adı çəkilən ittifaqa girməsi gündəlikdə idi. O ki, qaldı Rusiyanın Ukraynaya hərbi “müdaxilə”si məsələsinə...  Siz hansı əsasla bu iddianı irəli sürürsünüz? Münaqişə zonasında olmusunuz? Özünüz belə bir müşahidə aparıbsınız? Axı bayaq dedim ki, bizdə yayılan xəbərlərin əksəriyyəti müxtəlif maraqlı dairələr tərəfindən yayılır və onlara etibar etmək düz deyil.

- Video-görüntülər var. Qatarlarla tanklar, hərbi texnikalar daşınır...

- Bu sadəlövh iddiadır, KİV-in indiki texniki imkanları hamıya bəllidir. Bu baxımdan dediyiniz texnikaların hara aparıldığını, hansı dövlətə aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Unutmaq olmaz ki, hazırda bu problemlə bağlı əslində, nəhəng informasiya müharibəsi aparılır. Konkret şəxslər, siyasi partiyalar, milliyyətçi qruplaşmalar və s. vəziyyəti gərginləşdirmək, öz siyasi ambisiyalarını reallaşdırmaq məqsədilə bi qəbildən olan, çox vaxt heç bir reallığa əsaslanmayan informasiyalar yaymaqla məşğul olurlar. Ukrayna hökuməti isə bu barədə Rusiyaya rəsmi nota ünvanlamayıb. Ukrayna da, Rusiya da vaxtilə eyni dövlətin subyektləri olublar. Həmin dövlətin vahid bir ordusu vardı. O ordudan qalan texnikalar da eynidir. Ukraynada baş verən son hadisələr zamanı sözügedən hərbi sursatlar müxtəlif tərəflərin əlinə keçib. İndi orda vətəndaş müharibəsi gedir və tərəflər eyni tipli texnikalarla vuruşur. Görüntüyə görə mülahizə yürütmək doğru deyil. Gəldiyiniz qənaət o zaman obyektiv olar ki, hadisələri öz gözünüzlə müşahidə edəsiniz. Əks təqdirdə bir-birini ittiham edən tərəflərin informasiya savaşı xətrinə dedikləri hər hansı hökmü çıxarmaq üçün əsas sayıla bilməz. Üstəlik, indiki Ukrayna hökumətinin tərəfdaşı olan dövlətlərin kosmosdan Yer kürəsini izləmək imkanları var. Əgər Rusiyadan Ukraynaya hər hansı silah keçirilsəydi, bunu dərhal dünyaya yayar, ifşa edərdilər. İndiyə qədər bu cür materialla tanış olmusunuzmu? Ona qalsa, Rusiya KİV-ləri də NATO haqqında eyni sözləri deyirlər. Deyirlər ki, NATO Ukraynaya silah verir. Hansı tərəfin düz dediyini müəyyənləşdirmək üçün obyektiv araşdırmalar aparılmalıdır.

- Bəs, o zaman separatçılar öz güclərini hardan alırlar?

- Mən separatçı sözüylə razılaşmıram. Əslində, bu müharibənin kökündə daha ciddi və təhlükəli, mürtəce bir siyasət durur. Bu siyasətin müəllifləri Ukraynada etnik təmizləmə məqsədi güdürlər. Müharibə prosesinin bu şəkildə davam etməsi dediklərimizə əsas verir. Hazırda Ukraynanı milyondan yuxarı rus mənşəli insan tərk edərək ac, yalavac Rusiyaya köçüblər və bu proses davam edir. Sizcə, bu nə qədər Rusiyanın xeyrinədir və marağına daxildir?  Etnik siyasətin perspektivi məlumdur. Müharibə yolu ilə etnik təmizləmə prosesinin dünyada hansı fəsadlar törətməsi bəllidir. Ukraynada faktiki iki ordu bir-biriylə mübarizə aparır. “Separatçı” dediyiniz insanlar öz vətənlərində yaşamaq, öz dillərində danışmaq istəyirlər. Separatçı siyasətçidən  olar, hansısa qrupdan, partiyadan olar. Ordu isə separatçı ola bilməz. Adlarını çəkdiyimiz bölgələrdəki insanlar öz taleyini müəyyənləşdirmək üçün vətəndaş müharibəsi aparır. Bu Ukrayna dövlətinin daxili işidir.

- Şərti olaraq onlar separatçı adlandırılırlar. Hər halda rəsmi Kiyevə qarşı vuruşanlar Ukraynadan ayrılmaq istəklərini gizlətmirlər.

- Onların ayrılmaq istəməklərinin səbəbləri var. Bu səbəblərə araşdıranda günahın rəsmi Kiyevdə olduğu ortaya çıxır. Mən bir dəfə bu barədə demişəm ki, Kiyev əvvəldən düzgün yol seçmədi. Gah əhalisinin əhəmiyyətli kəsimi rus olan ölkədə bu dili qadağan etdi, gah başqa millətləri sıxışdırdı. Bu da istər-istəməz ölkəni parçalanmağa doğru apardı. Rəsmi Kiyev əvvəldən rasional siyasət aparsaydı bu nəticələr də ortaya çıxmayacaqdı. Separatizm təkcə azlığın millətçiliyi deyil və təkcə milli məsələ ilə bağlı deyil. Həm də çoxluğun özünü digərlərindən üstün tutmasıdır. Bütün çoxmillətli toplumlarda separatist meyllər çoxluğun digərlərini təcrid siyasətindən başlayır. Bu mənada Ukraynada əsl separatist qüvvənin hansı olduğunu demək çətindir.

Rəsmi Kiyev öz ölkəsinin vətəndaşı olan başqa millətlərə qarşı təcrid siyasətindən əl çəkməsə Ukraynanın parçalanmasının önünü kəsmək mümkün olmayacaq. Bu gün orda yaşayan digər millətlərin nümayəndələri dərin qorxu içindədirlər. Ultra-millətçi qüvvələrin qəzəbinə gəlməyəcəklərindən əmin deyillər və bu siyasət yalnız ruslara qarşı da yönəlməyib. Əslən Azərbaycandan olan Ukrayna vətəndaşları da basqılara az məruz qalmayıblar. Yadınızdadırsa, bir müddət əvvəl bir neçə azərbaycanlı iş adamının öldürüldüyü, mal-dövlətlərinin qəsb olunduğu xəbəri yayılmışdı. Ukraynada baş verənlər də bu səbəblərdən xali deyil. İnsanlar, müxtəlif etnik kimlik daşıyan toplumlar özlərini qorumaq üçün müqavimət göstərməyə məhkum olublar.

O ki qaldı Ukraynada yaşayan rusların öz mənəvi gücünü hardan almasına, bu məsələ aydındır. Heç kim deyə bilməz ki, Rusiya humanitar yardımını, maddi, mənəvi dəstəyini soydaşlarından əsirgəyir. Hansı dövlət Rusiyanın yerinə olsaydı o cür edərdi. Özünüz düşünün. Gürcüstanda yaşayan azərbaycanlılar çətin vəziyyətdə olsaydılar, siz onlara humanitar yardım etməzdiniz?

- Elə seçim qarşısında qalsaydım, humanitar yardım adı altında silah da verərdim. Burada qeyri-adi heç nə görmürəm.

- Mən Rusiyanın Ukraynadakı ruslara silah verməyini həqiqətən də bilmirəm. Amma hesab edirəm ki, Donetskidə, Slavyanskidə və Luqanskidə Ukrayna ordusundan qalma çox sayda silah var. Adlarını çəkdiyimiz bölgələrdə hələ keçmiş SSRİ-dən qalma strateji əhəmiyyətə malik hərbi-sursat ehtiyatları mövcud idi. Rusiyanın onlara silah verməsinə ehtiyac yoxdur. Rəsmi Moskva öz soydaşlarının yarasını sarımaq üçün dərman, ərzaq, geyim-keçim versə, bu elə onlar üçün böyük mənəvi dəstək olardı. Böyük ehtimalla verilən yardım da bunlardan ibarətdir.

- İstər Ukraynada, istərsə də Yaxın Şərqdə baş verənləri Roma Papası Üçüncü Dünya Müharibəsi adlandırıb. Onun fikirlərinə görə ilk ikisindən fərqli olaraq indiki müharibə sadəcə total xarakter daşımır. Hadisələrin axarı isə Rusiyanın hadisələrə fəal müdaxilə edəcəyini göstərir. Yəqin ki, Avropa dövlətləri də buna laqeyd qalmayacaqlar. Necə fikirləşirsiniz, bu gərginlik total müharibəyə səbəb ola bilərmi?

- Zənn etmirəm. Üçüncü Dünya müharibəsi heç kimə sərf etmir. Super gücləri idarə edənlər elə şəraitdə yaşayırlar ki, dünya veclərinə də deyil. Müharibə onlara heç nə vermir.  O cür lüks həyatı, gözəl yaşayışı bir kənara atıb onlar müharibə istəyərlər? Özü də nəyə görə etməlidirlər -Ukraynaya görə?

- Bəs, onda Ukraynadakı hadisələri necə izah edirsiniz?

- Orda baş verənlər vətəndaş müharibəsidir və ölkədaxili qüvvələr arasında gedir. Ukraynanın elə bir gücü, imkanı yoxdur ki, Rusiyayla müharibəyə girsin. Kiyev hətta sizin “separatçı” dediyiniz qüvvələrlə vuruşa bilmir. Dağılmış iqtisadiyyatı, faktiki olaraq iki yerə bölünmüş əhalisi ilə onun Rusiya qarşısında duruş gətirməyə heç vaxt gücü çatmaz. Həqiqi müharibənin olması üçün gərək Qərb ölkələriylə Rusiya vuruşsun. NATO qüvvələri işə qarışsın. Qərb ölkələri gözəl bilirlər ki, hadisələrə hərbi müdaxilə etsələr, ruslar Ukraynayla kifayətlənməzlər, ümumiyyətlə, tarixən Rusiya ilə müharibələrin nəticələrini Qərb ölkələri  xatırlamaya bilməzlər. Roma Papasını qorxudan müharibə heç vaxt olmayacaq.

- Regionda baş verən proseslər yeni bir geosiyasi vəziyyətin yarandığına dəlalət edir. Əvvəl Rusiya və ABŞ bölgəyə eyni və ya bir-birinə yaxın baxış bucağından yanaşırdılar. İndisə münasibətlərdə kifayət qədər haçalanma hiss olunur. Nəticədə bölgə dövlətləri öz ənənəvi balanslaşdırılmış xarici siyasət kursunu əvvəlki kimi davam etdirməkdə çətinlik çəkirlər. Bu çətinlik bizim üçün də keçərlidir. Sizcə belə bir seçim qarşısında Azərbaycan nə etməlidir?

- Biz hesab edirik ki, super dövlətlər bizimlə maraqlanır, problemlərimizi həll etməyə çalışırlar. Bir az Azərbaycandan qırağa çıxanda isə tamamilə başqa mənzərənin şahidi olursan. Görürsən ki, Azərbaycanın problemləri digər dövlətlərin diqqətini o qədər də cəlb eləmir. Hətta Qarabağ probleminin həllində belə heç bir dövlət ciddi səy göstərmir. Nə Amerika, nə Rusiya, nə də Avropa dövlətləri bizə istədiyimiz səviyyədə diqqət ayırmırlar. Onların başı ərəb ölkələrinə, İsrail-Fələstin məsələsinə qarışıb. Yaxın Şərq dünyanın ən zəngin neft ehtiyyatına malik bölgəsidir. Maraqlar da əsasən orda toqquşur. Ordakı problemlər də uzun müddət davam edəcək. Azərbaycan, Cənubi Qafqaz məsələsi bu gün olduğu kimi, yaxın gələcəkdə də diqqət mərkəzində olmaya bilər. Bir də ki, Amerikayla Rusiya arasındakı ziddiyyətləri də çox şişirtmək lazım deyil. Onlar son anda bir-birləriylə dil tapacaqlar. Bayaq dediyim kimi, iqtisadi maraqlar bu gün bütün güclü dövlətləri əməkdaşlığa təşviq edir. Cənubi Qafqaz məsələsi üstündə isə onlar heç vaxt ciddi şəkildə ixtilafa getməzlər. Bunun əlamətlərini biz görmüşük ki...

- Amma görünən budur ki, ABŞ-la Rusiyanın ulduzları barışmır. Son vaxtlar hətta Sibiri də Rusiyadan ayırmaq ideyası ortaya atılıb. Bu fikir nə qədər realdır?

- Sibir ayrılıb kimə birləşəcək ki?

-Yəqin müstəqil olacaq.

- Bunlar qeyri-ciddi, diletant yanaşmalardır. Sibir yüz illərlə Rusiyanın torpağı olub və burada ruslar söz sahibidirlər. Müstəqil dövlət kimi mövcud olmaq perspektivi yoxdur. Sibir zəngin təbii sərvətləri ilə bir çox dövlətlərin iştahasını artırır. Bir vaxtlar ABŞ-ın dövlət katibi xanım Madlen Olbrayt deyirdi ki, Sibir boyda zəngin bir yerin tək Rusiyanın istifadəsində qalması çox böyük ədalətsizlikdir. Baxın, belə iddianın özü də diletantlıqdır. Görünür, hansısa qüvvələr Sibirin var-dövlətindən istifadə etmək üçün bu cür sərsəm ideyalar ortaya atıblar. Rus xalqı isə bu cür məkrli planlara aldanacaq qədər sadəlövh deyil.

- Hazırda deyəsən, kitab yazmaqla məşğulsunuz?

- Bəli, yeni kitabım üzərində işləyirəm.

- Sirr deyilsə, mövzu nə ilə bağlıdır?

- O artıq sirdir...

 

 

 

 

 

 

 

 

 

 

Oxşar xəbərlər
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:45
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 10:36
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
06 May 2024 | 11:11
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
06 May 2024 | 10:45
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO