"Zəngəzurda yeni Komando briqadasının açılışı Azərbaycanın hədəflərinin konturlarını göstərir"
Hərb
Oxunub: 5570
26 Jun 2022 | 20:07
Apreldən Günnütə, Tovuzdan Şuşaya 
 
Azərbaycanın yerləşdiyi coğrafi ərazi və regiondakı movcud hərbi-siyasi mənzərə daim güclü Silahlı Qüvvələrin mövcudluğunu tələb edir. Azərbaycan hazırda müstəqil bir dövlət olaraq tam formalaşıb. Güclü ordu və yüksək müdafiə potensialı isə ölkəmizin tam müstəqil daxili və xarici siyasət yürütməsinə imkan yaradıb. 
 
Milli Ordumuzun yaranması 
 
Müstəqil Azərbaycan Ordusunun yaranması barədə qanun 1991-ci ilin sonunda qəbul edilsə də, real olaraq nizami ordu quruculuğuna 1993-cü ilin ortalarında başlandı. Buna qədər vahid komandanlığın olmaması və idarəetmə orqanlarının məhdud fəaliyyəti işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı səmərəli müqavimət göstərməyə imkan vermirdi. Bəzən isə yerli özünümüdafiə dəstələrin daxili çəkişmələri düşmənə geniş imkanlar yaradırdı. 
Ordu bir neçə siyasi qüvvənin təsiri altında hakimiyyət uğrunda mübarizədə istifadə olunurdu. Şuşa və Laçın işğal edildikdən sonra isə Xankəndinə dəhliz əldə edən Ermənistan həm Qarabağı, həm də Azərbaycanın bir neçə ətraf rayonunu işğalı edə bildi. 
 
Ordumuzun yenidən qurulması
 
Azərbaycanda Müdafiə Nazirliyinin və ordunun yenidən qurulmasına və ciddi struktur dəyişikləiklərinə ulu öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə xalqa müraciətindən sonra başlandı. Ordu və Müdafiə Nazirliyi qeyri-sağlam qüvvələrdən təmizləndi, orduya yeni qüvvələr cəlb edildi, ordu quruculuğunda köklü dəyişikliklər həyata keçirildi. Ordu sıraları siyasi qüvvələrin təsirindən çıxarıldı, ordu daxilində dərinləşməkdə olan çəkişmələr aradan qaldırıldı, vahid komandanlıq prinsipi tətbiq edildi, ordunun təminatı əvvəlki illərdən fərqli olaraq bir qədər yaxşılaşdırıldı.
 
Azərbaycan Ordusu üçün silah, hərbi texnika, döyüş sursatı və digər maddi vasitələrin alınması ilı paralel yerli müəssisələrdə məhdud silah-sursat istehsalına başlandı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
 
İlk uğurlu nəticə
 
1993-cü ilin sonunda ilk dəfə Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam istiqamətlərində Silahlı Qüvvələrimizin mütəşəkkil müqaviməti ilə qarşılaşdı. Horadiz istiqamətində əks-hücuma keçən Silahlı Qüvvələrimizn qruplaşması işğal olunan ərazilərimizin bir hissəsini azad etməklə bərabər düşmənin bu istiqamətdə mövcud olan qüvvələrini darmadağın etdilər. Bununlada işğalçı Ermənistan 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur oldu. Bundan sonra isə Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması üçün münbit şərait yarandı. Bundan sonra Türkiyə ilə hərbi sahədə əməkdaşlıq istiqamətində mühüm addımlar atıldı. 
 
Ordu quruculuğunda mühüm addımlar
 
Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə ADR-in ilk korpusunun yarandığı 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. 1999-cu il fevralın 20-də isə Milli Müdafiə Akademiyası kimi fəaliyyət göstərən Silahlı Qüvvələrin Hərbi Akademiyası fəaliyyətə başladı, 30 apreldə isə Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. 2001-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi yaradıldı. Bütün güc strukturlarının ali hərbi təhsil müəssisələri yaradıldı. Bakıda Hərbi Lisey yenidən quruldu, Naxçıvanda isə filialı yaradıldı. Zabit heyətinin təkmilləşdirməsinə, ehtiyat və kadr zabit hazırlığına diqqət artırıldı. 
 
“Global Fire Power” nəşri Silahlı Qüvvələrimizə qarşı qərəzlidir
 
“Global Fire Power” nəşrinin 2022-ci ilin yanvarında dərc olunan ən güclü ordularının reytinqində Azərbaycan Ordusunun 140 ölkə orduları arasında 63-cü yeri tutduğunu, müharibədən əvvəl 112-ci yerdə olan Ermənistanın isə məğlubiyyətdən sonra reytinqinin 97-ci pilləyə yüksəldiyini bildirib. 
 
Mən erməni sevdalısı olan bu təşkilatın reytinq cədvəli ilə heç razı deyiləm, bunu əvvəllər də bildirmişəm. Amma rəsmi qurumlarımız, xüsusilə də Müdafiə Nazirliyinin aidiyyəti qurumları nə bu reytinqə və məğlub Ermənistanın irəlləməsinə nədənsə etiraz etmədilər. Heç olmasa orbital saytlardan biri vasitəsilə səsimizə səs verməiidilər. 
 
Azərbaycanın Baş naziri Əli Əsədov da “Global Fire Power” nəşrinin bu ilin yanvar ayındakı hesabatından 1 ay əvvəl mətbuatda dərc olunan məqaləsində beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxil olduğunu bildirmişdi. Odur ki, mətbuatda dərc olunan son rəsmi məlumatlar ilə “Global Fire Power” nəşrinin hesabatındakı məlumatlar arasında ciddi fərq 6 aydır ki, aradan qaldırılmayıb. 
 
Türk ordu modeli 
 
Hazırda Silahlı Qüvvələrimizin ən böyük tərkib hissəsi olan Ordumuz türk ordu modelinə keçid mərhələsindədir və o, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Bunu 44 günlük Vətən Müharibəsi bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Azərbaycan Ordusu bu gün türk ordu modeli çərçivəsində NATO ölkələrindən geri qalmayacaq standartlara uyğun şəkildə formalaşdırılır. Proses hələ tam başa çatmayıb. Kadr siyasətindəki müəyyən problemləri, təxris ilə bağlı müraciət edənlərin sayındakı artımı, satınalmalarda və maliyyə sistemindəki mənimsəmələri ilə bağlı qalmaqallı həbsləri nəzərə almasaq, ümumilikdə proses müsbət istiqamətdə gedir. 
 
Azərbaycan Ordusunun Zəngəzurda və Qarabağda yerləşən hərbi hissələri müasir standartlara uyğun inşa edilir. Şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması davam edir, ordumuzun Vətən Müharibəsində sərf etdiyi silah və sursatlar daha müasirləri ilə əvəz edilir. 
 
Apreldən Günnütə, Tovuzdan Şuşaya
 
Ordumuz işğal faktını müharibə yolu ilə aradan qaldırmağa qadir olduğunu 22 illik fasilədən sonra düşmənə aşkar şəkildə nümayiş etdirdi. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçdi, işğalçılara güclü zərbələr endirdi və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonları ərazisində mühüm yüksəklikləri düşməndən azad etdi. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətraf yüksəkliklər düşməndən azad edildi.
2016 və 2018-ci ildə Ordumuz həm mümkün gələcək hərbi əməliyyatlar üçün plasdarm hazırlıqlarını tamamladı, həm dövlət sərhədi boyunca əlverişli yüksəkliklərdə yerləşdi, həm də Ermənistanı Qarabağ ilə birləşdirən təchizat yollarını nəzarətə gütürdü. Bəzi hissələrdə isə bu yollar atəş və müşahidə altına düşdü. 
 
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən düşmən təxrabatları Ermənistanın işğal siyasətindən əl çəkmək niyyətində olmadığını bir daha nümayiş etdirdi. Təxribatlar kəşfiyyat diversiya qruplarının göndərilməsi ilə Qarabağ istiqamətində davam etdirildi. 
 
Fasiləsiz olaraq Ordumuzun hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinin artırılması sonunda öz bəhrəsini verdi. Növbəti erməni təxribatı 44 günlük Vətən Müharibəsinin başlanması ilə nəticələndi. Ordumuz son 100 ildə ilk dəfə olaraq Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Azərbaycan Əsgəri ilk dəfə düşməni tam dizi üstə çökdürüb başına “Dəmir Yumruq” endirdi. Nəticədə Azərbaycan Əsgəri 30 illik işğal səhifəsini cəmi 44 gündə Qələbə səhifəsi ilə əvəz edərək Qarabağ və Şərqi Zəngəzurda üçrəngli Bağrağımızı qaldırdı. İndi azad edilən ərazilərdə hərbi infrastrukturun yaradılması işləri davam edir. 
 
Nəticə
 
Hazırda Ordumuzun döyüş hazırlığının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsində qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi, nəhayət şəxsi heyətin sosial-məişət şəraitinin müasir dünya standartlarına uyğun qurulması nəticəsində qarşıya qoyulmuş hədəflərə nail olunmuş və bu istiqamətdə tədbirlər davam etdirilir. Son bir il ərzində bir neçə dəfə Qarabağda, bu gün isə  Zəngəzurda yeni Komando briqadasının açılışının həyata keçirilməsi də Azərbaycanın yaxın və orta perspektivdə hədəflərinin konturlarını dəqiq göstərir.
 
Vətən Müharibəsinin başa çatmasına baxmayaraq, Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazanın möhkəmdirilməsinə, texniki avadanlıqların və müasir silahların alınmasına ciddi diqqət yetirir. Müharibədən sonrakı dövrdə yaradılan Quru qoşunları, yeni birlik, komando və əməliyyat hissələri hesabına Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanları xeyli dərəcədə güclənib. “Şuşa Bəyannamə” çərçivəsində Türkiyə ilə müttəfiqlik Silahlı Qüvvələrimizn döyüş qabiliyyətinə müsbət təsir edir. Silahlı Qüvvələrimizin müasir silahlarla təminat və təchizatı davam edir. 
 
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən şəxsi heyətin fiziki imkanları, peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, vətənpərvərliyi, fədakarlığı Qələbəmizi təmin edən əsas amillərdir. 
Beləliklə tarixi Qələbəmizin memarı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, içraçısı Azərbaycan Silahlı Qüvvələri, dəstəkçisi isə xalqımız oldu. 
İşğalçı Ermənistan üzərində qazanılan  bu Zəfər Silahlı Qüvvələrimizin tarixinə qızıl hərflərlə yazılan ən parlaq səhifə oldu. Bu Qələbədə bütün şəxsi heyətin əhəmiyyətli rolu oldu, amma Xüsusi Təyinatlı Qüvvələri xüsusi olaraq qeyd etməliyik. 
 
Bu Qələbə bizim və sonrakı nəsillərin hafizəsində daim iftixar mənbəyi olaraq yaşayacaq. Bu Qələbə sevincini bizə yaşatmaq üçün əlindən gələni artıqlaması ilə həyata keçirən, bu yolda canını və sağlamlığını düşünməyən, yaşamaq hüququnu belə Vətənə fəda edən Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu şərəfli yolda şəhid olan Qəhrəmanlarımıza uca Allahdan rəhmət diləyirəm.
 
Ali Baş Komandanımıza, şəhidlərimizin yaxınlarına, müharibədə sağlamlığını itirən yaralılarımıza və veteranlarımıza isə cansağlığı arzu edirəm.
 
Ədalət Verdiyev, hərbi ekspert
Oxşar xəbərlər
12:44, Bu gün
“O gecə Netanyahu Putinlə danışmağa cəhd etsə də, Rusiya lideri cavab verməyib...”
12:42, Bu gün
Süni intellektlə FALA BAXANLAR - Magiyaların ŞOK OYUNU
12:36, Bu gün
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
12:30, Bu gün
Azərbaycan XİN türk dövlətlərini təbrik etdi
12:25, Bu gün
Prezident və xanımı Cəbrayıla getdi
12:20, Bu gün
Azərbaycanda eyni vaxtda və eyni ərazidə iki yük maşını dəmir arakəsməyə çırpıldı - FOTO
12:15, Bu gün
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
12:10, Bu gün
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın gələcək müqəddəratını müəyyənləşdirdi
12:05, Bu gün
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub
12:00, Bu gün
Saçların tez yağlanmaması üçün nə etməliyik?
11:58, Bu gün
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
11:53, Bu gün
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
11:50, Bu gün
Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
11:48, Bu gün
İlham Əliyev iraqlı həmkarını təbrik etdi
11:45, Bu gün
Bu bürclər üçün böyük eşq dövrü gəlir - Macəralar yaxında...
11:43, Bu gün
Bu addım Yaxın Şərqə sülh gətirməyəcək - Zaxarova
11:38, Bu gün
İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib
11:30, Bu gün
Ermənistan “miatsum”dan imtina etdi - Nikol yeni plan qurur
11:26, Bu gün
Prezident koreyalı həmkarını təbrik etdi
11:18, Bu gün
Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar
11:10, Bu gün
Tramp İran-İsrail gərginliyini görün nə ilə müqayisə etdi
11:05, Bu gün
İsrail təyyarələri Beyrutdakı tibb mərkəzini vurdu
11:00, Bu gün
İsrail Suriyanın sursat anbarını bombaladı
10:57, Bu gün
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
10:55, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
10:53, Bu gün
İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
10:48, Bu gün
Şahdağa qar yağdı
10:43, Bu gün
Ali Məhkəməyə yeni hakimlər təyin edilir
10:35, Bu gün
Bakıda kişi telefonda çox danışan arvadını DÖYDÜ
10:30, Bu gün
Bunlar ürək sağlamlığı üçün ən pis qidalardır
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 13:13
"Rusiya taktikasını yaxşılaşdırıb və Ukraynanın şərqində görünməyən templərlə əraziləri zəbt edir" - WP
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 13:40
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 13:13
"Rusiya taktikasını yaxşılaşdırıb və Ukraynanın şərqində görünməyən templərlə əraziləri zəbt edir" - WP
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 13:40
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”