Səməd bəy Mehmandarov - Cümhuriyyətin hərbi naziri - Nəsiman Yaqublunun araşdırması
Ekskluziv
Oxunub: 4196
25 Jun 2022 | 23:31
Səməd bəy Mehmandarov - Cümhuriyyətin hərbi naziri - Nəsiman Yaqublunun araşdırması
Görkəmli hərbi xadim, Azərbaycanın Hərbi naziri Səməd bəy Mehmandarov 1855-ci ilin oktyabrın 16-da Lənkəranda anadan olub. S.Mehmandarovun nəslinin Qarabağdan olduğu qeyd edilir. Onun atası Mirzə Sadıq bəyin ata babası Mirzə Əli bəyin Qarabağ xanlığında mehmandar vəzifəsini icra etdiyi bildirilir.
 
Tanınmış sərkərdə S.Mehmandarov belə bir ailədə böyümüşdür (sənədlərdə onların ailəsində on uşağın olduğu qeyd edilir).
 
S.Mehmandarov ilk təhsilini Bakı Realnı məktəbində almış və on altı yaşında Peterburqda  İkinci Konstantinovkadakı Artilleriya məktəbinə daxil olmuş və 1875-ci ildə oranı bitirmişdir.
 
S.Mehmandarov Artilleriya məktəbini bitirdikdə ona podporuçik (leytenant) rütbəsi verilmişdir. 1890-cı ildə kapitan rütbəsinə, 1891-ci ildə isə ikinci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür.
S.Mehmandarov Çar Rusiyası ordusunda “Artilleriyanın Allahı” adı ilə məşhurlaşmışdı. Eyni zamanda onun artilleriya atəşinin avtomatlaşdırılmasında və səhra toplarının yüngülləşdirilməsi sahəsində əvəzsiz xidmətləri var və bu da hərb elmində bir yenilik olmuşdur.
1917-ci ildə Rusiyada Fevral-burjua inqilabı baş verdikdə o, artıq istefada idi və Vladiqafqaz şəhərində olan malikanəsində yaşayırdı. S.Mehmandarov 1918-ci ildə qohum və dostları ilə görüşmək üçün Bakıya gəlmiş, həmin ilin noyabrından Nazirlikdə çalışmış, dekabrın 15-dən Hərbi nazir vəzifəsini yerinə yetirmişdir.
Qeyd edək ki, 1918-ci ilin noyabrın 1-də Azərbaycan Nazirlər Şurası Hərbi Nazirliyin yaradılması ilə bağlı nazirin məruzəsini dinlədikdən sonra qərara alır: “Azərbaycan hökuməti nəzdində Hərbi Nazirlik yaradılsın. Hərbi Nazir vəzifəsi Nazirlər Şurasının sədrinə həvalə edilsin, general S.Mehmandarov onun müavini təyin olunsun”.
S.Mehmandarov bacarıqlı hərbçi olaraq ordudakı problemləri zamanında həll etməyi bacarırdı. Onun 1918-ci ilin noyabrında Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının Sədri F.X.Xoyskiyə yazdığı məlumatdan: “General-leytenant Şıxlinskinin hərbçi müsəlmanlar arasında böyük ziyalı gücünün olmaması haqqındakı məruzəsini nəzərə alıb, onun Hərbi nazirin ikinci müavini təyin edilməsi ilə bağlı zəmanət verirəm. Bu zəmanət həm də onunla bağlıdır ki, tezliklə mən hərbi hissələri, idarə və anbarları yoxlamağa getməliyəm. Odur ki, Yelizavetpolda (Gəncədə) bir müavinim olmalıdır. Bundan başqa, təklif  edirəm ki, bütün texniki və hərbi-tədris sahələrinə rəhbərliyi elə həmin generala da tapşırmaq lazımdır”.
S.Mehmandarovun yüksək tələbkarlığının nəticəsində Azərbaycan Ordusu güclənirdi. Onun əsgər və zabitlərə qarşı tələbkarlığını təsdiqləyən sənədlər də mövcuddur.S.Mehmandarovun 1918-ci ilin 15 dekabrında hazırladığı əmrdə yazılıb: “Diqqət etmişəm ki, hərbi hissələrdə komandirlərin rütbəsini böyütdükləri praporşiklər(çavuşlar -red) hərbi forma geyinirlər.Əmr edirəm rəhbərliyə ki, praporşiklərin rütbəsini artırmaq hökumət tərəfindən Hərbi Nazirliyə həvalə edilib və digər rütbələri isə hökumət özü verir. Əmr olmadan zabit paltarı geyinənlər təcili şəkildə həmin formanı çıxarsınlar. Əgər onlar o rütbəyə layiqdirlərsə, onda alay komandirləri təcili olaraq təqdimat yazsınlar”.
S.Mehmandarovun 1918-ci ilin 17 dekabrında verdiyi 18 saylı əmrdə isə təqdim olunmuş siyahıdakı hərbi həkimlərin, feldşerlərin, tibb bacılarının maaş almaqla orduya və Azərbaycanın müalicə müəssisələrinə qəbulu qeyd olunurdu.
S.Mehmandarov Hərbi nazir olarkən ilk verdiyi əmrlərdən biri − Azərbaycan ordusu əskərinin ana dilində salamlaşmağı idi. Onun əmrində qeyd olunurdu: “Sırada, eləcə də sıradan kənarda olarkən əskərlərin türkcə salamlaşması − bir sözlə “salam”, cavabı isə “əleyküm-salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əskərə deyilməlidir: “Mərhəba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.
S.Mehmandarov hərbi məktəblərin yaradılmasına və inkişafına böyük diqqət yetirirdi. Bu məqsədlə onun 1919-cu ilin yanvarın 14-də Xalq Maarif Naziri N.Yusifbəyliyə göndərdiyi teleqram əhəmiyyətlidir.
S.Mehmandarov ordu quruculuğunda böyük fədakarlıqlar göstərir, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edirdi. Onun səlahiyyətli nazirlərə, dövlət rəsmilərinə göndərdiyi məktublar, teleqramlar bu faktı təsdiqləyir. 
S.Mehmandarov ordunu bolşeviklərin zərərli təbliğatından qorumağa çalışır, bununla əlaqədar Nazirlər Şurasının Sədri, eyni zamanda Daxili İşlər naziri N.Yusifbəylini 1919-cu ilin mayın 11-də məlumatlandırırdı.
Azərbaycanda müstəqil dövlət quruculuğuna mane olan qüvvələr dağıdıcılıq işlərini davam etdirsələr də, onların qarşısı güc nazirlikləri tərəfindən qətiyyətlə alınırdı. 1919-cu ilin iyununda Azərbaycan Cümhuriyyəti üçün ən təhlükəli problem Lənkəran qəzasında baş verən hadisələr idi. Azərbaycanın ərazi bütövlüyünü parçalamaq istəyən və qondarma “Muğan respublikası” yaratmaq istəyən bu qüvvələrə qarşı S.Mehmandarov çox qətiyyətli davranmışdı. 
S.Mehmandarov Hərbi nazir olaraq münaqişə bölgələrinə gedir, yaranmış vəziyyətlə yaxından tanış olurdu. Onun Nazirlər Şurasının sədri N.Yusifbəyli ilə Qarabağ bölgəsinə səfəri haqqında “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə: bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını −  Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd  etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!.
1920-ci ilin mart ayında bütün cəbhə bölgələrində ağır vəziyyət yaranmışdı. Ermənilər hər yandan Qarabağ bölgəsinə hücum edir, kəndləri yandırır, günahsız insanları qətlə yetirirdilər. Bu çətin şəraitdə S.Mehmandarov döyüş əməliyyatlarına bacarıqla başçılıq edirdi. 
 
S.Mehmandarov Hərbi nazir vəzifəsində olarkən əsgərlər arasında böyük nüfuza sahib idi və ona çoxlu şərqilər qoşulmuşdu: 
 
Səməd Paşa sərdarımız,
Qan axıdar xəncərimiz.
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əsgərlərik.
Pək şanlıyıq! 
 
Azərbaycan Xalq Cümhuriyyətinin son günləri çox ağır keçdi.Bu baxımdan təcrübəli hərbçi S.Mehmandarovun 1920-ci ilin aprelin 27-də Gəncəyə göndərdiyi teleqramın tarixi əhəmiyyəti vardır: “Hərbi sənəddir. Növbədən kənar. Birinci diviziyanın rəisinə. Gəncə. Bolşeviklər Yalama stansiyasına hücum edib irəliləyirlər. Xudatı tutublar. Vəziyyət gərgindir. Əmr edirəm: elə bu gün Qızılburuna Qazaxdan bir, Gəncədən də bir batalyon göndərin...Sabah batalyonların gələcəyini gözləyirəm. №1417, 1920-ci il, 27 aprel, general  Mehmandarov”.
Qeyd edək ki, bu teleqram Gəncəyə çatmadı, bolşeviklər yolda onu ələ keçirmişdilər.
Həmin dövrdə milli ordu hissələri Dağlıq Qarabağda Azərbaycan xalqı əleyhinə üsyan qaldıran erməni-daşnak qoşunlarına qarşı döyüşə səfərbər olunmuşdu. Bakı və ətraf bölgələrdə isə iki minə yaxın  əsgər qalmışdı.
Hərbi nazir S.Mehmandarov hökumətə məlumatında Bakıya hücum edən 60 minlik bolşevik-düşmən ordusunun qarşısını almağın qeyri-mümkünlüyünü bildirmişdi. O, açıqca etiraf  etmişdi ki, bu vəziyyətdə onun başçılıq etdiyi ordu müqavimət göstərmək imkanına malik deyil. 
Qeyd edək ki, işğalçı XI ordu Azərbaycan ərazilərinə daxil olarkən Yalama stansiyasında 300-ə qədər milli ordu əsgərimiz cəsarətlə müqavimət göstərib, düşmənə qarşı döyüşmüşdür.
1920-ci ilin 27 aprelində Rusiya bolşeviklərinin Azərbaycanı işğal etdikdən sonra Səməd bəy Mehmandarovun ağır günləri başladı. Onu 1920-ci ilin iyunun 3-də həbs etdilər. Tərtib olunmuş 226 saylı order əsasında yaşadığı Orlovsk küçəsi, 116 saylı evdə axtarış aparıldı. Onun əleyhinə alınan ifadədə qeyd olunurdu: “Hərbi nazir Mehmandarov haqqında deyə bilərəm ki, o da bolşeviklərə və sovet hökumətinə pis münasibət bəsləyirdi”.
S.Mehmandarovun işini aparan müstəntiq Qubin isə XI Ordu xüsusi şöbəsinin istintaq materialları əsasında bu qərarı verir:“...Vətəndaş Mehmandarov əksinqilabi Müsavat Partiyasının vəzifəyə qoyduğu adamdır və 399 saylı əmrdən göründüyü kimi, onu müdafiə etməklə orduda bolşevizmin aradan qaldırılması üçün həmin partiyanın qarşısında duran vəzifələri həyata keçirmişdir”.
1920-ci ilin avqust ayının 2-də XI Ordunun xüsusi şöbəsinin rəisi Pankratovun qeydi olan məktub əsasında S.Mehmandarov Ümumittifaq Fövqəladə Komissiyasının xüsusi şöbəsinin sərəncamına göndərildi.
S.Mehmandarovun və Ə.Şıxlinskinin qorunması ilə bağlı N.Nərimanov da 1920-ci ilin avqust ayının 1-də V.İ.Leninə iki səhifəlik məktub yazmış və  hər ikisinin azad olunması  xahişini etmişdir. Azərbaycanda isə o dövrdə N.Nərimanovla razılaşan bolşeviklərin sayı getdikcə azalırdı və bir qədər sonra o,özünün müdafiə etdiyi bolşevik rejimindən şikayət dolu məktubla oğlu Nəcəfə müraciət yazacaqdı.
Moskvada S.Mehmandarovu və Ə.Şıxlinskini həbsə alıb (onların buraya sərbəst gəlmələri qeyd olunub) Butırsk həbsxanasına göndərdilər.
Sonradan N.Nərimanovun və Azərbaycanın Fövqəladə Səlahiyyətli nümayəndəsi B.Şahtaxtinskinin işə qoşulması hər iki generalın 1920-ci ilin noyabrın 3-də azad olunmasına imkan yaratdı.
S.Mehmandarov həbsdən azad edildikdən sonra, 1921-ci ilin payızında Moskvadan Bakıya qayıtdı. Burada Azərbaycan SSR Hərbi-Dəniz Komissarlığında məsləhətçi, 1924-1927-ci illərdə isə Azərbaycan Hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs dedi, Hərbi Elmi Cəmiyyətin sədri oldu. 
S.Mehmandarov 1931-ci ilin fevralında vəfat etmiş, Bakıdakı Çəmbərəkənd məzarlığında dəfn olunmuşdur. Həmin məzarıstanlıq (indiki Şəhidlər Xiyabanını və C.Cabbarlının ev muzeyinin qarşısı) dağıldığından S.Mehmandarovun qəbri itib-batmışdır.
Azərbaycan generalları ilə bağlı ciddi tədqiqatlar aparmış Ş.Nəzirlinin məlumatlarından aydın olur ki, S.Mehmandarovun vəfatından sonra da onun ailəsini incidiblər.
S.Mehmandarovun həyat yoldaşı − Kiyev zadəgan ailəsinə mənsub olan Yelizaveta Nikolayevna Teslavin adlı xanım olub. Onların 1908-ci ilin noyabrın 18-də İqor adlı bir övladları dünyaya gəlib (S.Mehmandarov oğlunun adını əvvəl Pir qoyub, sonra dəyişib və bu da yeganə övladının gec dünyaya gəlməsi ilə, Pir kimi qeyri-adi tapıntılığı ilə əlaqəli olub).
S.Mehmandarovun həyat yoldaşı və oğlunu əvvəlcə Kalininqrada, müharibə başlayanda isə qatarla Sibirə sürgün ediblər. Qatara yolda almanlar hücum etmiş, S.Mehmandarovun həyat yoldaşı yaralanıb həlak olmuş, oğlu İqor isə sağ qalmışdı. 
S.Mehmandarovun oğlu İqorun dediklərindən aşağıdakı həqiqətlər aydın olur: “NKVD işçiləri anamı da, məni də tez-tez döyürdülər. Mən bu cür münasibətin səbəbini soruşanda bildirirdilər ki, siz yaxşı valideyn seçməmisiniz, nazirin (yəni S.Mehmandarovun) oğlu olmusunuz”.
Oxşar xəbərlər
10:00, Bu gün
Yevlaxda qadın dəm qazından boğularaq ölüb
09:53, Bu gün
İran uçuşları bərpa edib
09:46, Bu gün
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?
09:39, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
09:29, Bu gün
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
09:21, Bu gün
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs şikayətini geri götürdü
09:14, Bu gün
Bəşəriyyət III Dünya müharibəsinin astanasında: yalnız bir ölkə onu dayandıra bilər
09:05, Bu gün
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
08:50, Bu gün
Paytaxtda qış mövsümünə hazırlıq prosesi necə aparılır?
08:41, Bu gün
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
08:32, Bu gün
Neftin qiyməti 50 dollara düşəcək? - OPEC-dən iddialara CAVAB
08:26, Bu gün
Plutonun peykində görün nə aşkarlandı
08:19, Bu gün
Nəsrullahın kürəkəni də öldürüldü
08:10, Bu gün
İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib
08:09, Bu gün
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
07:56, Bu gün
Çips kimi zərərli qidalara niyə həvəs yaranır? - SƏBƏB
07:45, Bu gün
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
07:41, Bu gün
"Windows 11" üçün son illərin ən böyük yeniləməsi istifadəyə verilib
07:36, Bu gün
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
07:19, Bu gün
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
07:17, Bu gün
İlin son Günəş tutulması baş verib
00:30, Bu gün
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:06
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
02 Oct 2024 | 10:42
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
02 Oct 2024 | 12:57
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
02 Oct 2024 | 10:50
Dərmandan şoka düşərək öldü
02 Oct 2024 | 10:30
Tanınmış aparıcıya vəzifə verildi
02 Oct 2024 | 10:23
Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:06
Qurd qapısı yaxınlığında “respublika başçısına terror edəcək” dekan müavini də güllələndi...
02 Oct 2024 | 10:42
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR
02 Oct 2024 | 12:57
Nuran Abdullayev: "Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO
02 Oct 2024 | 10:50
Dərmandan şoka düşərək öldü
02 Oct 2024 | 10:30
Tanınmış aparıcıya vəzifə verildi
02 Oct 2024 | 10:23
Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir