Dostu olmayan İran, tək qalan qorxulu Tehran - ŞƏRH
Siyasət
Oxunub: 3129
25 Jun 2022 | 14:30
Dostu olmayan İran, tək qalan qorxulu Tehran - ŞƏRH
İran dünyada dövlət başçısı və rəsmilərinə sanksiya tətbiq edilən tək-tük dövətlərdəndir. Məsələn, bu günlərdə Kanada parlamentinin Aşağı Palatası hökuməti İran Prezidenti İbrahim Rəisini sanksiyalar siyahısına daxil etməyə çağırıb. O, 1980-ci illərdə 30 mindən çox insanın məhkəməsiz edamı barədə hökm verənlərdən biri olmaqda ittiham edilir. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp da İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə sanksiya tətbiq etmişdi. Əvvəllər beynəlxalq güclər İranın keçmiş prezidentləri Əliəkbər Haşimi-Rəfsəncani, Mahmud Əhmədinejada qarşı da məhdudlaşdırıcı tədbirlər görüblər.
 
Bəs İran rəsmiləri niyə “qara siyahı”ya daxil edilir? İlk növbədə, terror və başqa dövlətlərin daxili işlərinə müdaxilə etdiklərindən onlar məhdudiyyətlərə məruz qalırlar. Mahmud Əhmədinejad 1979-cu il noyabrın 4-də ayətullah Xomeynini dəstəkləyən minlərlə iranlı tələbə və gənclərlə birlikdə ABŞ-ın Tehrandakı səfirliyinə basqın edənlər arasında olub. Onun terrorçular siyahısına daxil edilməsi ilə bağlı kampaniya da aparılıb. Son 40 ildir İran rəsmiləri insan hüquqlarını pozmaqda ittiham olunurlar. BMT-nin İran üzrə məruzəçisi Əhməd Şahid ölkəyə indiyədək buraxılmayıb. Ona görə də İslam Respublikasının hökumət başçıları bu məsələyə görə daima beynəlxalq ictimaiyyətin qınaqlarına məruz qalırlar.
 
 
İran hakimiyyətinin “İsrailə ölüm!” və “ABŞ-a ölüm!” şüarlarını ölkənin başlıca siyasi-ideoloji xətti olaraq yürütməsi, onları düşmən sayması bir çox mətləblərə aydınlıq gətirir. İstənilən dövlətin dostu, düşməni və rəqibi var. Bu baxımdan, başqa dövlətlərdə özünə dost, düşmən və ya rəqib olaraq tanıdıqlarının da fəaliyyətini izləməsi normal sayılır. Bu zaman beynəlxalq münasibətlər və hüququn qorunması vacib şərtlərdəndir. Başqa sözlə, ərazisində müşahidələr aparılan dövlətin təhlükəsizliyi, əmin-amanlığı və sabitliyinə xələl yetirilməsi yolverilməz sayılır. İran da qonşu və qonşu olmayan dövlətlərdə başqaları ilə yanaşı, İsrail, ABŞ və hərbi-siyasi təşkilat olaraq NATO-nun fəaliyyətini izləyir. Bu, müşahidə etmək və ya izləməklə bitmir. Tehran həmin ölkələrə üçüncü dövlətin ərazisində zərbə vurmaqdan da çəkinmir. Bununla beynəlxalq cinayətə yol verir.
 
Deməli, M.Əhmədinejadın kabinetində müdafiə naziri olmuş general Əhməd Vahidi də sanksiya tətbiq edilənlər siyahısındadır. İbrahim Rəisi də onu daxili işlər naziri vəzifəsinə təyin edib. İranın indiki daxili işlər naziri general Əhməd Vahidi 1994-cü ildə Argentinanın Buenos-Ayres şəhərində Yəhudilərin Mədəniyyət Mərkəzində terrorun törədilməsində ittiham olunur. Həmin cinayət nəticəsində 85 nəfər ölmüş, 300-dən çox adam yaralanmışdı. Argentina hökuməti Əhməd Vahidini beynəlxalq axtarışa verib. İttiham aktında bildirilib ki, bu terror aktını İran İnqilab Keşikçiləri Qvardiyası və Livandakı “Hizbullah” törədib. Ə.Vahidi onda qvardiyanın xaricdə fəaliyyət göstərən “Qüds” qoşununun xüsusi təyinatlı briqadasının komandiri olub. Argentina hüquq-mühafizə orqanları, İsrail kəşfiyyatının məlumatına görə, Ə.Vahidi terrorun törədilməsində əsas rollardan birini oynayıb. Məlumatlara görə, həmin terror aktı ilə bağlı “qırmızı bülleten”lə 6 nəfər barəsində axtarış elan edilib. Livan “Hizbullah”ı hərbi qanadının lideri olmuş İmad Muqniyə 2008-ci ildə Suriyanın paytaxtı Dəməşqdə maşında partlayış nəticəsində ölüb. Ə.Vahidi və dörd nəfər: Əli Fəllahician, Möhsün Rəbbani, Əhməd Reza Əsgəri və Möhsün Rezai (qvardiyanın keçmiş başçısı, prezidentliyə bir neçə dəfə namizəd olmuş, hazırda İran Məsləhət Şurasının katibi) isə İrandadırlar.
 
 
İran İsrail və ABŞ-ın Afrikada da fəaliyyətini izləyir. 2020-ci ildə Efiopiya hakimiyyəti İranın ölkə paytaxtında ABŞ və İsrailə qarşı terror hazırlayan 15 nəfərlik qrupunu aşkarlayıb. Efiopiya Milli Təhlükəsizlik Xidməti İrana məxsus terror qrupunun Sudanın Xartum şəhərində də diplomatik missiyaya hücum hazırladığını müəyyənləşdirmişdi. Bunları Əhməd İsmayıl adlı bir nəfərin idarə etdiyi bildirilirdi.
 
İran hakimiyyətinin Türkiyədə də İsrail vətəndaşlarına qarşı terror hazırladığına dair məlumat yayılıb. İsrail və Türkiyənin təhlükəsizlik orqanları - “Mossad” və MİT-in (Milli İstihbarat Teşkilatı) keçirdiyi birgə əməliyyat nəticəsində İranın kəşfiyyat şəbəkəsinin Türkiyədə İsrail vətəndaşlarını qaçırmaq planları ifşa olunub. İsrail mediası Türkiyə polisinin ölkə ərazisində israillilərə qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən 5-i iranlı olmaqla 8 nəfəri saxladığını bildirib. Məlumata görə, onların “Qüds” qoşununun üzvləri olduğu ehtimal edilir. İyunun 23-də Türkiyədə səfərdə olmuş İsrailin xarici işlər naziri və müvəqqəti Baş naziri Yair Lapid Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə keçirdiyi brifinqdə iki ölkənin kəşfiyyat xidmətinin keçirdiyi birgə əməliyyatı təsdiqləyərək İranı Türkiyənin suverenliyinə qəsd etməkdə suçlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 24-də keçirdiyi brifinqdə ölkəsinə qarşı iddiaları təkzib edib.
 
 
Rəsmi Ankara 20 ilə yaxındır İranı Türkiyə üçün təhlükəli dövlətlər siyahısından çıxarıb. Türkiyə hakimiyyəti İrana qarşı çoxsaylı təzyiqlərin qarşısını alıb. Hətta İstanbulda bu ölkənin atom proqramının dinc məqsədli olmasına dair beynəlxalq konfrans belə keçirib. Qərbdən olan müttəfiqlərinin İslam Respublikasına qarşı son illər tətbiq etdiyi sanksiyalara, demək olar, qoşulmayıb. Bu siyahını artırmaq da olar. İran uzun illərdir Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edən terrorçu təşkilatları dəstəkləyib. Suriya və İraqdan Türkiyəyə hücumlara yardım edib. Son illər belə zənn edilirdi ki, dünyada və regionda yaranan vəziyyətdən çıxış edərək rəsmi Tehran Türkiyəyə qarşı pozuculuq fəaliyyətinə ara verib. Ancaq son hadisələr bunun belə olmadığını təsdiqlədi. İranın Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti cinayətdir. Bir ölkənin ərazisində terror və başqa əhatəli cinayətlər qarışıqlıq, xaos yaradır. Bu həmin dövlətdə hakimiyyətə etimadsızlığın yaranmasına təkan verir. Belə hadisələr ölkənin suverenliyi və təhlükəsizliyini təhdid edir. Deməli, Tehran hakimiyyəti üzdə Türkiyə ilə mehriban qonşuluqdan danışaraq alt qatda qonşu dövlətdə xaos yaratmaq, onu zəiflətmək üçün fəaliyyət göstərirmiş. Hüquqda bu kimi əməllər beynəlxalq cinayət sayılır.
 
Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu dövlətin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. Bu baxımdan, Türkiyəyə qarşı pozuculuq həm də Azərbaycana qarşı pis addım sayılır. Azərbaycan həm də İranın qonşusudur. İranın isə özünə dost bildiyi qonşu dövlət yoxdur. Ermənistan müstəqil olmadığından Tehran-İrəvan münasibətləri elə də ciddi hadisə deyil. Çünki İran Ermənistan münasibətlərini Rusiya vasitəsilə tənzimləyir. Dinindən asılı olmayaraq, İslam Respublikası qonşularla gərgin münasibətdədir. Bu onu göstərir ki, problem İran hakimiyyətindədir. Hamıdan şübhələnmək, hamını düşmən saymaq psixoloji natamamlıq kompleksidir. İsrail və ABŞ-la əlaqəsi olan, onunla xoş münasibət qurub əməkdaşlıq edən istənilən dövlətin İrana qarşı “ittifaq” yaratdığını düşünmək normal məntiqin məhsulu deyil. Tehran hakimiyyəti ölkə vətəndaşlarına qarşı da belə şübhəli davranır. Etiraz edən vətəndaşa xarici dövlətin casusu damğasını vurur. Bu hal İranın dəyişməsinin vacibliyini deməyə əsas verir. Əks halda faciə qaçılmazdır...
 
“Report” İnformasiya Agentliyi
 
Oxşar xəbərlər
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
02 Oct 2024 | 15:24
Puqaçova və Qalkin İsraili tərk etdi
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:16
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafe fəaliyyətə başlayıb - FOTO
02 Oct 2024 | 15:11
Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF - VİDEO
02 Oct 2024 | 15:05
Günəş tutulması ilə bağlı 3 BÜRCƏ XƏBƏRDARLIQ: Xüsusilə diqqətli olun!
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 14:55
Dünyanın ən yüksək nöqtəsində qorxunc fəallıq: Sürətlə böyüyür
02 Oct 2024 | 14:49
Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi - FOTO
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 14:31
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib - FOTO
02 Oct 2024 | 14:25
Salyan şosesində aparılan təmir işləri yekunlaşdı - FOTO/VİDEO
02 Oct 2024 | 14:20
“Peşəkar teatr dərsləri” layihəsinə başlanılacaq
02 Oct 2024 | 14:14
Yürüdülən hərtərəfli siyasət və taleyüklü məsələ: Qərbi Azərbaycana qayıdış - ŞƏRH
02 Oct 2024 | 14:09
“İran müharibəyə başlamaq əvəzinə, iqtisadi problemlərini həll etməlidir...”- Sabiq səfir
02 Oct 2024 | 14:03
Qurban Qurbanov "Malmö" ilə oyundan DANIŞDI: "Çalışdıq ki..."
02 Oct 2024 | 13:57
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 13:45
Güclü leysan və qar yağacaq - Sabahın HAVASI
02 Oct 2024 | 13:40
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
02 Oct 2024 | 13:34
"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
02 Oct 2024 | 13:29
İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO