İsrailin üsyançı gəncləri ”“ Qəzzada savaşdan imtina edənlər
Oxunub: 4029
19 Aug 2014 | 21:50
İsrailin üsyançı gəncləri ”“  Qəzzada savaşdan imtina edənlər
Onlar baş nazirə etiraz”¦hərbi xidmətə isə “yox” deyirlər; CNN “imtina edənlər”dən reportaj yayımladı 
“CNN” televiziyası İsrail-Fələstin savaşının diqqətdən kənarda qalmış məqamını araşdırıb. Fələstinə qarşı döyüşlərdən dolayı hərbi xidmətdən imtina edən yəhudi gənclərlə bağlı geniş reportaj hazırlayıb.Moderator.az Musavat.com-a istinadən  həmin reportajı sizlərə təqdim edir:

*   *   *   *

...Onun uzun saçları qırxılıb, o, hərbi paltar geyməli idi, ona hərbçi kimi əmrlər verilməliydi. Ancaq Udi Seqal hərbi xidmətdə deyil, bu faktdır ki, o, İsrail Müdafiə Nazirliyinin əsgəri olmaqdan imtina edib.  O, hərbi xidmətdən imtina etsə də, qaldığı həbsxanada onunla zorla əcgər kimi rəftar edirlər. 

19 yaşlı bu gənc 20 günlüyünə həbsə atılıb. O, “imtina edən”dir- artıq bir çox gənclərə belə bir ad  verilib. “İmtina edən”lər bir qayda olaraq siyasi və ya etik səbəbdən hərbi xidmətə getmək istəmirlər. 

Biz maşınla Yerusəlimdən Altil şəhəri yaxınlığındakı Karmel həbsxanasına səhər saat 6-da gəlib çıxdıq. Bu gün Udi həftəsonu üçün azad olunmalı idi. O, həbsxanadan saat  8-9:10 arası çıxacaqdı. Artıq valideynləri onu həbsxana  darvazasının qarşısında gözləyirdilər. Udinin valideynləri ilə elə oradaca görüşdük. Şahid olduq ki, oğlunu gözləyən ana səbrsiz və narahat idi. Budur, Udi bizə tərəf addımlayır... Ananın “körpə” adlandırdığı 3 oğlundan biri  qarşımızda durmuşdu.


Bu qadın- Hevda Livant çıxılmaz vəziyyətlə üzləşib. Ürəyi sanki ikiyə bölünüb. Bir tərəfdə İsrailə vətənpərvərlikdən doğan vurğunluq, o biri tərəfdə isə bu vurğunluqdan uzaq olan oğlu qərar tutmuşdu. Ananın o biri iki oğlu isə hazırda İsrail ordusunda xidmət edir. Onlardan biri hətta Qəzza zolağında keçirilən hərbi əməliyyatların iştirakçısıdır. Hərbi xidmətdə olan qardaşlar CNN kamerası qarşısında dayanmaq istəmədilər. Heç bizimlə danışmağa da həvəs göstərmədilər. Xanım Livantdan oğlanları arasındakı hərbi xidmətə fərqli yanaşmaya özünün münasibətini  soruşdum. O, isə bu sualla bütün anaların verə biləcəyi bir cavabı verdi: ”Onların üçü də mənim oğlumdur”.

Udinin atası Davidi Seqal bizim buraya gəlişimizdən əndişəli görünürdü, o elə oğlunun qərarından da narahat idi. Hər halda bizə elə gəldi. Ancaq o da oğlunu gördükdən sonra hər şeyi unutdu sanki.

Gənc oğlan həbsdən buraxılmamışdan öncə xeyli sorğu-suala tutulub. Nəhayət saat 10:30-da onu azad etmişdilər. Atası onu qucaqlayıb bağrına basdı. Udinin anası deyir ki, onlar oğullarının üzündə yenidən gülüş görməkdən çox məmnundurlar. 


Ancaq bu gənc yalnız həftə sonunu kənarda keçirə bilər, vaxt tamam olan kimi yenidən həbsxanaya dönməlidir.  Hazırda ona 20 günlük cəza verilib. Ancaq bu cəzanın üzərinə yenidən 20 gün də əlavə oluna bilər. Və bu minvalla onun həbs müddəti nəzəri baxımdan aylarla uzana bilər... 

Gənc öncə bir qab humusu (Yaxın Şərqdə məşhur yemək adıdır) dişinin altından keçirir, daha sonra isə hərbi xidmətdən imtinasının səbəblərini mənə açıqlayır.
Artıq mən öyrənmişdim ki, Udi ailəsi ilə birlikdə İsrailin şimalında yaşayır. Orada Ərəb-İsrail məktəbində oxuyub. “Mən başa düşdüm ki, ərəblər mənim dostum ola bilər, ərəblər mənim düşmənim deyillər, onlar mənim qonşularımdır”, Udi CNN-ə belə deyir.

“Nədən hərbi xidmətə getmirsən”, sualıma cavab olaraq o, dedi: “Əgər mən döyüşçü olmasam da, ofisdə oturmalıydım. Başqa birisi isə vuruşmalıydı, başqa birisi insanları öldürəcəkdi, başqa birisi qonşu torpaqları işğal edəcəkdi. Hərbi paltarda olduğuma görə mən də işğal faktını dəstəkləmiş olacaqdım”.

“Düşünürsən ki, hərbi xidmətdən imtina etməklə nəyi isə dəyişə bilərsən, axı sizin kimi düşünənlər azlıqdadır”, sualına cavab olaraq Udi dedi: “Bilirəm ki, bu addımım işğal prosesinin qarşısını ala bilməz. Ancaq mən ümid edirəm ki, bu kimi imtinaları insanlar görəcəklər və hərbi xidmətə qərar verməmişdən öncə düşünüb-daşınacaqlar. Orduda olanlar da bu kimi imtinalardan xəbər tutandan sonra Qəzzada insanları öldürmək üçün tətiyi çəkməmiş düşünəcəkər”, deyə o, öz mövqeyin izah edir.


Hərbi xidmətdə olan qardaşları barədə də soruşdum. Deyir ki, mübahisəmiz çox olur, ancaq onlar mənim qardaşımdır və qardaşlıq gözəldir. 

Udinin anası oğlunun seçimini hörmətlə qarşılayıb. Ana ümid edir ki, onun hərbidə olan oğulları da öz xidmətlərin sülh şəraitində başa vura biləcəklər. Öz borcunu yerinə yetirməyi lazım bilən oğullarına da ananın heç bir etirazı yoxdur. Ancaq kiçik oğlundan da narazı deyil. Ana deyir ki, kiçik oğlumuzdan ailə olaraq çox şey öyrəndik: “Bizim Udi kimi gənclərə ehtiyacımız var. Onların da səsi eşidilməlidir. Əgər 400 nəfər gənc Qəzzaya görə hərbi xidmətdən imtina edibsə, bundan İsrailə onsuz da bir şey olan deyil”.


Ana istəyir ki, yaşadığı ölkənin siyasətində müsbətə doğru dəyişikliklər olsun.  Münaqişə davam etdiyinə görə İsrailin baş naziri Benyamin Netanyahu öz kürsüsündə yerini rahat hiss etməməlidir. Düşünməsin ki, bu minvalla iqtidarda qala bilər.

Udi isə deyir ki, insanların əsas “azadlığı odur ki, onlar Qəzzaya, Qərb Sahilinə gedə bilmirlər. Əslində İsrail özü də işğal olunub. Çünki onun yeritdiyi işğal siyasətinə görə mən hərbiləşmiş cəmiyyətdə yaşayıram, zorakılığa dəstək verən cəmiyyətdə yaşayıram, şovinist cəmiyyətdə yaşayıram ”.

Israilin Müdafiə Nazirliyi CNN-ə  “nə qədər gəncin hərbi xidmətdən imtina etməsi ilə bağlı suala” cavab vermək istəməyib. Onlar bunun təhlükəsizlik baxımından məqsədə müvafiq olmadığını söyləyiblər. 

CNN vurğulayır ki, Udinin atası da, anası da İsrail Ordusunda hərbi xidmətdə olublar. Buna baxmayaraq onlar müstəqil qərar verən oğullarına görə qürur duyurlar. Ancaq bu məsələyə görə onların qarışıq hisslər yaşadığı da aydın sezilir. 

Ata İsrail-ərəb münasibətləri haqqında düşüncəsini belə ifadə edir: “”Həmas” haqlı deyil, ancaq İsraili də mələk sanmıram. Düşünürəm ki, hərbi və siyasi yolların hər ikisi bu problemin həllində birgə istifadə olunmalıdır”. 

Anası da oğlunun qərarından narahat olmadığın deyir, amma bu qərarın oğlunun həyatına mənfi təsir edə biləcəyindən də narahatlığını gizlətmir. 

“Sənə qərarından dolayı hədə-qorxu gələnlər varmı”, sualıma cavab olaraq Udi deyir:  “”Facebook”da belə hədələr çox oldu, e-mail-də də həmçinin. Həmin adamlar deyirlər ki, məni öldürmək istəyirlər, çünki mən satqınam”¦ancaq mən yaxşıyam və qorxmuram”.
Udi, əlbəttə ki, “Həmas”ın müdafiəçisi deyil. Onun düşüncəsinə görə bu təşkilat fələstinlilərə kömək etmir, əksinə problemləri daha da çoxaldır. Ancaq o, “Həmas”ın raket hücumlarına İsrailin verdiyi kəskin cavabı da doğru saymır. 

-Bəs sənə desələr ki,  öz ölkənə hörmət etmirsən, vətənpərvər deyilsən, bu kimi ittihamlara cavabın varmı?

Gənc düşünmədən cavab verir: ”Mən vətənimə hörmət etmək istəmirəm, mən heç vətənpərvər də olmaq istəmirəm. Mən insanlara hörmət etmək istəyirəm, ölkələrə yox”.
İsraildə hərbi xidmət məcburidir. Kişilər 3 il, qadınlarsa 2 il hərbi xidmətdə olmalıdır. 
İsraildə biz hara getdiksə gəncləri hərbi paltarda və silahda gördük. Onlar özlərini qorumağa hazır durumda idi. Belə bir ölkədə güclü milli hisslərdən kənarda qalmaq çox çətindir. Udi isə bu əhvaldan uzaqdır. Təbii ki, o, özünü qəhrəman da hesab etmir. Deyir ki, bu hərəkətinə görə onu cəsarətli hesab edənlərlə də razı deyil. 

Ancaq Udi bu ölkədə tək deyil. Onu kimi hərbi xidmətə “yox” deyən başqaları da var. Udi İsrailin baş naziri Benyamin Netanyahuya məktub yazan 130 gəncdən biridir. Onlar sadəcə “yox” demirlər, həm də İsrailin yeritdiyi siyasəti tənqid edirlər, ölkəni hərbi cinayətlər törətməkdə suçlayırlar. Bu kimi ittihamları isə dövlət rədd edir. 

Bu, onun həbsxanadan kənarda keçirəcəyi birinci həftəsonudur. O, özü kimi “imtina edən”lərin onun üçün hazırladığı kiçik qonaqlığa da vaxt ayırıb. 

Bu qrup gənclər özlərini “İşğalı rədd edənlər” adlandırır. Və Facebook-da öz mövqelərini ifadə edən statuslar paylaşırlar. Onlar İsrailin oğul və qızlarıdır. Onlar da səslərinin duyulmasını arzu edirlər. Onlar Facebook vasitəsi ilə məktublar göndərirlər, hər kəsi həmin məktublara imza atmağa çağırırlar. 

Həmin axşam mən də baş nazirə etiraz məktubu yazan bir neçə gənclə görüşdüm. Onlar ağlasığmaz dərəcədə siyasiləşmiş gənclər idi və onlar İsraildəki əsas millətçi düşüncədən fəal şəkildə kənarda dururdular. 

16 yaşlı Bar Levy hələ məktəbdə oxuyur: ”Mən ordunun gördüyü işlərlə razı deyiləm. Düşünürəm ki, bu əxlaqa ziddir. Onlar həm bizi, həm də fələstinliləri bu hərəkətləri ilə incidirlər”.

Danil Elsohnun isə 18 yaşı var. “Sülh Pəncərəsi“ təşkilatının könüllülərindən biridir. “Düşünürəm ki, ordu bizim cəmiyyətin hərbiləşməsinə ciddi təsir edən amildir. Onların təsiri ilə bizim cəmiyyət zorakılığa köklənib, repressiyaya meyllənib. Mən isə belə şeylərin iştirakçısı olmaq istəməzdim“, o, deyir. 
19 yaşlı Danielle Yaor da deyilən fikirləri bölüşür, işğalın əleyhdarı olduğunu söyləyir. 
Belə fikirdə olanlar o qədər də çox olmasalar da onların rəyi və hərəkətləri İsrailin daxilində gedən müzakirələrə səbəb olub. Bu gənclər daha açıq və daha ədalətli cəmiyyət arzusundadır. 

Bu arada isə Qəzzada hərbi əməliyyatlar və münaqişə davam edir”¦


Oxşar xəbərlər
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:20
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
GÜNLÜK
03 May 2024 | 00:22
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 00:23
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
03 May 2024 | 00:22
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 00:23
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?