Azərbaycanda referendum olacaq? - Spekulyasiyalar və əlamətlər artır
Oxunub: 2615
25 May 2022 | 15:11
Azərbaycanda referendum olacaq? - Spekulyasiyalar və əlamətlər artır

Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum səsverməsinə hazırlaşması ilə bağlı bəzi iddialar var.

Moderator.az  “BBC News Azərbaycanca”ya istinadən xəbər verir ki, vaxtilə müxtəlif seçkilərdə iştirak etmiş bəzi məntəqə-seçki komissiyalarının keçmiş üzvləri də referenduma “gizli hazırlıqla” bağlı məlumatı təsdiqləyiblər, amma anonim qalmaq istəyiblər. Bakı, Gəncə, Şamaxı və Mingəçevir şəhərlərində olan həmin mənbələrin bildirdiyinə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendumda məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün “adlarına bank kartı açdırmağı” tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara “rəsmi qaydada aylıq məvacibin” ödənilməsidir.

Sayt əməkdaşları adına bank hesabı açılan bəzi üzvlərin yeni bank kartlarını görüb. Əvvəlki seçkilərdə bir neçə dəfə məntəqə sədrinin köməkçisi olan və hazırda proseslərə cəlb edildiyini deyən Bakı sakininin bildirdiyinə görə, hətta bəzi məntəqələr üzrə seçici siyahıları belə hazırlanaraq, artıq yerli icra orqanlarına təhvil verilib.

Mərkəzi Seçki Komissiyasından səslənən iddialarla bağlı mövqe almaq mümkün olmayıb.

Yeni Müsavat Media Qrupunun təsisçisi Rauf Arifoğlu da özünün hökumətdə təmsil olunan mənbələrinə istinadən növbəti aylarda ümumxalq səsverməsinin keçiriləcəyini bildirib. O, hətta konstitusiyaya dəyişiklik layihəsinin “hökumətin yuxarı təbəqəsinin ilkin müzakirələrindən keçdiyini” bildirib.

“Bildiyim qədəri ilə parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulub” Rauf Arifoğlu qeyd edib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir.

Media qrupunun təsisçisi deyir ki, erməni əsilli əhalini Azərbaycan vətəndaşlığına almaq, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren haqlarını bərpa eləmək Azərbaycan üçün mühüm məsələdir. 

O bildirib ki, hazırda Azərbaycan buna [referendum seçkilərinə] dövlət olaraq hazırlaşır və bu istiqamətdə Ermənistan tərəfinin də iştirakı ilə Brüssellə danışıqlar aparır.

“Azərbaycan hökuməti məcburdur müasir çağırışlara və dünya standartlarına cavab verən elə demokratik sistem qursun ki, həmin sistem içərisinə aldığı yad toplumu da qorusun. Bura həmin toplumun seçib-seçilmək və digər hüquqları daxildir. İndiki şəraitdə bu imkanlar yoxdur və hətta bəzi məhdudlaşdırıcı elementlər var. Ona görə də, bununla bağlı istər seçki haqqında qanunun, istərsə də konstitusiyanın təkmilləşdirilməsinə ehtiyac var. Lakin dəyişikliklər erməni əhali üçün nəzərdə tutulmayıb, ümumilikdə ölkədə qanunvericilik və seçki sisteminin yüksəldilməsinə hesablanıb”, - Rauf Arifoğlu əlavə edib. 

Avropa İttifaqı Şurasının prezidenti Charles Michel bazar günü Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüş çərçivəsində Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyinə toxunub.

Rauf Arifoğlunun fikrincə, əgər prioritetlər dəyişməzsə, xüsusi ilə də yaxın aylarda “Sərsəng, Xocavənd və Xocalı istiqamətlərində hərbi əməliyyatlar olmazsa”, payızda Azərbaycanda “referendum keçiriləcək və konstitusiyaya dəyişiklik ediləcək”.

“Qarabağla bağlı deyil”

Referendum seçkisinin keçirilməsi iddialarından xəbərdar olduğunu deyən siyasi təhlilçi Azər Qasımlı bildirib ki, hökumətin nəzərdə tutduğu dəyişiklik Qarabağla bağlı deyil, siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir.

Konstitusiyaya dəyişikliyə gəldikdə isə siyasi təhlilçi, mövcud konstitusiyanın “sıfırdan yazılmalı” olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda siyasi sistemdə “desentralizasiya” baş verməli, kiçik ərazilərdə yerli özünü-idarəetmə orqanlarının [bələdiyyələrin] imkanları artırılmalı, böyük şəhərlərdə isə seçkili orqan olaraq – mer idarəetmə forması qurulmalıdır.

“Bu çərçivədə Qarabağda yaşayan ermənilərə də demokratik haqların tanınmasının tərəfdarıyam. Yəni əlavə status deyil, məhz bu şəkildə Azərbaycanın demokratikləşməsi prosesi daxilində onların da hüquq və azadlıqları təmin edilməlidir”, - Azər Qasımlı bildirib.

“Konstitusiyaya dəyişiklik zəruridir”

Millət vəkili Fazil Mustafa da konstitusiyaya dəyişiklik edilməsinin zəruri olduğu fikrindədir. Onun sözlərinə görə, bəzi vaxtlarda ölkə konstitusiyasına “tələm-tələsik müddəalar salındığı” üçün bəzi boşluqlar var. Buna nümunə olaraq, o, bələdiyyələrin Milli Məclisdə hesabat verməməsi, eləcə də fərqli qurumların bir-birinə hesabat təqdim etməmələrini göstərir.

Referenduma hazırlıqla bağlı onda heç bir məlumatın olmadığını deyən parlament üzvü indiki məqamda bu iddiaların inandırıcı olmadığını bildirib. O, əlavə edib ki, referendumun keçirilməsinə yalnız Ermənistanla yekun sülh sazişinin imzalanmasından sonra ehtiyac yarana bilər.

“Qarabağ münaqişəsinə görə, bir sıra məsələlərdə konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalarda bəzi məhdudlaşdırmalara gedilirdi. Hərbi vəziyyət vaxtı insan azadlıqlarının xeyli məhdudlaşdırılması nəzərdə tutulurdu. Sülh müqaviləsi bağlanandan və müharibə riski azalandan sonra bu kimi müddəalarda müəyyən yumşalmalara gedilə bilər və ya azsaylı xalqlarla bağlı müddəalar genişləndirilə bilər”, - Fazil Musatafa BBC News Azərbaycancaya bildirib.

Siyasi partiyalar: “...xəbərimiz yoxdur”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hökumətin referendum seçkiləri və parlament üzvlərinin sayını artırması barədə planlarından xəbərsiz olduğunu bildirib.

Hökuməti referendum seçkisinə “gizli hazırlaşmaqda” ittiham edən AXCP sədri deyir ki, əgər hakim partiyanın belə bir planı varsa, bunu dərhal ictimailəşdirməlidir.

O, həmçinin Azərbaycan hökumətini heç bir ictimai müzakirə olmadan, ictimai-siyasi qüvvələr arasında müzakirə aparmadan, qəfildən konstitusiyaya dəyişiklik etmə taktikasından “əl çəkməyə” çağırıb.

Bununla belə o, konstitusiyada köklü dəyişiklik aparılmasının zəruri olduğunu qeyd edib.

“Hesab edirəm, hakimiyyət bölgüsü və parlamentin icraedici hakimiyyətə nəzarət mexanizmləri qurulmalıdır. Çünki hazırki parlament bütün ciddi səlahiyyətlərdən məhrum edilib. Prezident hakimiyyətinin səlahiyyətlərinin müəyyən hissəsi parlamentə verilməlidir. Bundan əlavə, məhkəmə hakimiyyətinin müstəqilliyi üçün konstitusiyada hüquqi təminatlar yaradılmalı, seçki sistemində dəyişiklik aparılmalı və qarışıq seçki sistemi əsas götürülməlidir.

Onun sözlərinə görə, qarışıq seçki sistemində nəzərdə tutulur ki, seçilən deputatların 50 faizi majoritar, 50 faizi isə proporsional qaydada seçilsin. 

Əli Kərimli deyir ki, əgər layihə doğrudan da iddia edildiyi kimidirsə, o zaman bu bərabərlik pozulub və əgər yalnız 50 nəfərin proporsional formada seçilməsi nəzərdə tutulursa, bu da ciddi dəyişiklik hesab olunmayacaq.

REAL partiyasının sədri İlqar Məmmədov da referendum seçkiləri ilə bağlı məlumatsız olduğunu bildirib.

“Hazırda biz parlamentdə boş qalan 7 yer üçün seçkilərin keçirilməsini istəyirik və bu yerlər uğrunda imza kampaniyası aparırıq. Lakin qeyd etdiyiniz məqamlar barədə heç bir ciddi məlumatım olmadığı üçün fikir bildirmək istəmirəm”, - REAL sədri əlavə edib.

“Referenduma ehtiyac yoxdur”

Hakim partiyanın parlamentdə təmsil olunan üzvləri Səməd Seyidov və Aydın Mirzəzadə də referendum seçkisi ilə bağlı məlumatsız olduqlarını deyiblər. 

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə, hazırki sistem "Azərbaycanın tələblərini ödədiyi" üçün hər hansı referenduma da ehtiyac qalmır.

“Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar”, - Aydın Mirzəzadə deyib.

Sonuncu dəfə Azərbaycanda 26 sentyabr, 2016-cı ildə konstitusiyaya dəyişiklik etmək məqsədi ilə referendum keçirilib.

Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal [35 yaş] yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

Oxşar xəbərlər
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 08:49
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
03 May 2024 | 09:03
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 08:49
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
03 May 2024 | 09:03
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir