"Mövqeyimizin çox aydın olması Ermənistanın “suyu bulandırmasını" əhəmiyyətsizləşdirir"
Siyasət
Oxunub: 3096
23 May 2022 | 16:31
Azərbaycan-Litva əməkdaşlığı yeni mərhələdə
 
MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.
 
Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə bugünlərdə baş tutmuş səfəri əməkdaşlığımızın strateji mahiyyətini bir daha təsdiqləmiş oldu. “Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən Sizi bizim ölkədə qəbul etməkdən çox məmnunam. Azərbaycana rəsmi səfər etdiyiniz üçün çox sağ olun. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir.” – Bu sözləri mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Litvalı həmkarı ilə birgə keçirdiyi  mətbuat konfransında söyləyib. Litva Prezidenti Azərbaycana uğurlu səfərinin yekunları ilə bağlı mətbuata verilmiş bəyanatlarda  hər iki ölkə, eləcə də, Azərbaycana, Litvaya qonşu, tərəfdaş, dost olan ölkələrçün maraqlı, mühüm məqamlar vardır.
 
Prezidentlərin bəyanatlarında ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq palatformaları, bir sıra beynəlxalq mövzular da yer aldı.  Biz onun da fərqindəyik ki, Azərbaycan Prezidentinin bölgədə yaranmış yeni reallıqları, tarixi zəfərimizi və hazırkı Sülh gündəliyini əhatə edən bəyanatı 18 mayda – Laçının işğal günündə, daha dorğusu, keçmiş işğal günündə verilirdi. “Keçmiş işğal günü” deyiriksə, deməli, yeni səhifə başqa siyasi iqlimdə cərəyan etməlidir: bölgə üçün, yaxın-uzaq ölkələrçün, hər kəs üçün beynəlxalq hüquq normalarına, birgəyaşayış qaydalarına, mehri­ban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq və s. vacib prinsiplərə sadiqlik alternativlərin ən yaxşısıdır: “biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil”. Azərbaycanla Litva da məhz alternativlərin ən yaxşısı üzrə əlaqələrdə maraqlıdır və bu maraq, Litva Prezidentinin ölkəmizə səfəri əsnasında aparılmış müzakirələrlə bir daha təsbit olunmuş, qüvvətlən­dirilmişdir.
 
Litva ilə Azərbaycan strateji tərəfdaşlardır və bu tərəfdaşlıq uzun illərə dayanır: “İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasın­dakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür”.
 
Azərbaycan Prezidentinin bəyanatında özəlliklə sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət yönündə dövlətimizin niyyəti, planları, prinsipial mövqeyinə dair mövzular əsas yer tutdu. Bu, əlbəttə, təsadüfi deyildir. Birincisi, ona görə ki, Azərbaycan Qafqazlarda Litvanın önəmli – Litva Prezidenin öz sözləri ilə desək, çox önəmli tərəfdaşıdır. Çox önəmli tərəfdaşla ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlı olan Litva, Cənubi Qafqazın bu, ən böyük, ən güclü ölkəsində sabitlikdə, istiqrarda maraqlı olması qayət məntiqlidir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb və ölkəmizə yatırımda maraqlı olan dost, tərəfdaş ölkələr üçün bu böyük quruculuq işləri də, əlbəttə, cazibədardır. Başqa bir mövzu, Avropa və onun təhlükəsizlik arxitekturasıdır. Litva həm Avropa İttifaqının üzvü, həm vaxtilə bizimlə birgə keçmiş Sovet İttifaqının üzvü olması baxımından önəmli yerə malikdir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması təsadüfi deyil. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında razılaşmalar imzalayıb. Yəni, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Avropa İttifaqı–Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamət­ləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb”. – Azərbaycan Prezi­den­tinin sözləridir. Nəzərə alsaq ki, Azərbycan-Litva  ikitərəfli münasi­bətləri 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə inkişaf etməkdədir – deməli, bu əməkdaşlıq ruhunu digər platformalarda da qorumaq, daha da inkişafına nail olmaq maraqlarımıza daxildir.
 
Nəhayət, onu da vurğulayaq ki, Litva Prezidenti Bakıdan sonra İrəvana getdi. Bu isə onunçün hər iki paytaxtda, dövlət rəhbərliyində, ümumən ölkələrdəki vəziyyət, sülh gündəliyinə münasibət və s. mövzulara vaqif olma imkanı yaradacaq. Azərbaycanın mövqeyi aydındır: “Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik”. – Avropa İttifaqının üzvü olan keçmiş Sovet İttifaqının üç respublikasından birinin rəhbəri olan Gitanas Nauseda, Azərbay­candan Ermənistana aydın təsəvvürlərlə yollanmışdır. – Bizim mövqeyimizin çox aydın olması, Ermənistanın Litva ilə, Avropa İttifaqı ilə, digər ikitərəfli, çoxtərəfli münasi­bətlər zəminində hər hansı formada “suyu bulandırmaq” cəhdlərini əhəmiyyətsizləşdirir.
 
Azərbaycan Prezidentinin 18 may bəyanatındakı ismarıcları yığcam şə­kil­də ifadə etməyə çalışaq:
 
- Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fə­aliyyət bölgəsi kimi görmək istəyir. Bununçün real imkanlar yaranıb və məhz Ermənistan sülh, əməkdaşlıq üçün real addımlar atmır yaxud ata bilmir. Bu isə Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və sabitlik mühitinin yaranmasını gecikdirir, vaxt itkisi yaradır;
 
- Azərbaycanın sülh danışıqlarının baza prinsipləri olaraq irəli sürdüyü 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına tam uyğundur və Ermənistanın onlardan imtinası məhz beynəlxalq hüququ saymamasının ifadəsi olacaq;
 
- Sərhədlərin delimitasiyası artıq başlamalıdır, bununçün real vaxt, şərait yetişib. Ermənistan hakimiyyətinin bacarıqsız,  məsuliyyətsiz mövqeyi rahatsızlıq doğurur. Azərbaycan müvafiq işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olsa da, qarşı tərəf görüşün keçirilməsindən artıq iki dəfə imtina edib, üstəlik, görüş üçün hər hansı yeni tarix verməyib;
 
- Azərbaycan son iki ildə nə edib? – İlk növbədə, BMT Nizam­naməsinin verdiyi özünümüdafiə hüququndan yararlanaraq, ərazi­lərini işğaldan azad edib, ikincisi, azad edilmiş ərazilərdin minalardan təmizlənməsi, infrastrukturun bərpası, əhalinin öz yurd-yuvasına dönməsi, şəhərlərin, kəndlərin sıfırdan yenidən qurulması üçün genişmiqyaslı işlərə başlayıb. Bütün bunlar işğalçı ilə işğala məruz qalan, vandallıq edənlə abidələri dağıdılan tərəflərin fərqini, durumun, gündəliyini müqayisə etməyə geniş imkan yaradır. Belə bir keçmiş üzərində sülh bərqərar etmək nə qədər çətin olsa da, Azərbaycan yenə irəli baxır, ədalətli gələcək quruculuğuna çalışır. Avropa İttifaqı da, bütün beynəlxalq aləm də, bu durumu, gerçəkliyi, imkanları görməli, adekvat münasibət göstərməlidir.
 
DÖVLƏTİMİZ VAR OLSUN!
 
Oxşar xəbərlər
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib