"Rusiya ordusu hamının gözlədiyindən qat- qat zəifdir, bu ordu büsbütün korrupsiyaya uğrayıb"
Oxunub: 3279
30 Apr 2022 | 23:55
 "Raşizm nasist ideologiyasının surətidir. Putin tərəfindən yaradılan bu ideologiya onun ölkəsinin əsasını təşkil edir"
 
"Putin öz məqsədlərinə çatmayıb və heç vaxt da çatmayacaq"
 
 "Putin üçün yeni Nürnberq prosesi qurulmalıdır"
 
"Düzünü desəm, təsəvvürümə gətirməzdim ki, biz ikinci dünya savaşından sonra Ukraynada ən böyük müharibədən danışa bilərdik. Amma bu, baş verib".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Boston qlobal forumunda çıxışında bəyan edib. Çıxışın mətni "QORDON"  internet nəşrində dərc edilib.
 
"Mən Rusiyanın Ukraynaya hücum etməsini gözləyirdimmi?
 
Bəli, gözləyirdim, amma Ukraynada bu qədər vəhşiliyi və dəhşətli cinayətləri gözləmirdim. XXI əsrdə bunun baş verməsinə inanmaq çox çətindir.
 
Biz baş verənləri təhlil etməli, səbəblərini aydınlaşdırmalı, Ukraynanın yenidən qurulması, güclü olması və azad dünyanın xilas edilməsi yollarını tapmalıyıq.
 
Bu, niyə baş verib?
 
Bunun yeganə izahı Putinin Rusiya və ya sovet imperiyasının bərpasına yönələn ideologiyasıdır.
Rusiya və Putinlə nə baş verib? Bu, yeni ideologiya olan raşizmdir. Bu, nasist ideologiyasının surətidir. Və yaratdığı bu ideologiya onun ölkəsinin əsasını təşkil edir.
Putin nəyə nail olmaq istəyir? Heç şübhəsiz, o, bütün Ukraynanı zəbt etmək istəyir. Bu, onun 2004, 2014 və indi, 2022- ci illərdə məqsədi olub. O, heç vaxt bu məqsədinə çatmayıb və heç vaxt çatmayacaq. Onun Kiyevi və Ukraynanı zəbt etmək planı vardı. O, iflasa uğradı. Onun növbəti məqsədi nədir? Putin artıq Belarusu ilhaq edib. O, Qazaxıstanda xüsusi təsir əldə etmək istəyib. Və əgər biz Putini dayandırmasaq, o, daha da irəliyə gedəcək, Gürcüstanı və Moldovanı zəbt edəcək, NATO- nu, o cümlədən Baltik ölkələrini təhdid edəcək. O, NATO- nun parçalanmasını, ABŞ və azad dünyanın zəifləməsini istəyir.
 
Bu müharibə və vəhşiliklərə görə kim məsuliyyət daşıyır?
 
Kimsə deyir ki, yalnız Putin. Şübhəsiz, Putin nasist xislətli lider olaraq suveren Ukraynaya qarşı bu təcavüz üçün əmr verib. Amma Putin tək deyil. Onun ordusu, onun əsgərləri- Rusiya əsgərləri  insanlığa qarşı və hərbi cinayətlər törədir, işgəncələr verir, zorlayır, oğurlayırlar. Ona görə də Putin, onun əlaltıları, onun ordusu və, bunu vurğulamaq istəyirəm, Rusiya xalqı  məsuliyyət daşıyır. Axı rusiyallların böyük əksəriyyəti Ukraynaya qarşı təcavüzü dəstəkləyir. Təsəvvür edə bilirsinizmi, rusiyalıların 70 faizi mülki Ukrayna vətəndaşlarına qarşı vəhşiliklərə dəstək verir.
 
Bizim tərəfimizdən səhvlərimiz varmı?
 
Bəli, açıq deyirəm: son 20 ildə barışıq siyasəti faktiki olaraq Putinə Gürcüstana müdaxilə etməyə, Suriyada cinayətlər törətməyə, Krımı qanunsuz ilhaq etməyə və Ukraynaya hərbi müdaxiləyə yol açıb. Rusiyanın Avropaya iqtisadi və energetik inteqrasiya edilməsi yolu ilə sakitləşdirmək ideyası iflasa uğrayıb. Biz Putinin açıq təhdidlərini görməzdən gəlmişik. Məsələn, təhlükəsizlik üzrə Münhen konfransında o, açıq deyib ki, Sovet İttifaqını bərpa etmək istəyir.
 
Bizin indi məqsədlərimiz nədən ibarətdir? Biz azad dünya və azad ukraynalıların məqsədi nədir?
 
Ən vacib və kritik məqsəd Ukraynanı və ukraynalıları xilas etməkdir. Təsəvvür edin, 12 milyon insan ölkəni tərk edib və ya daxildə məcburi köçkünə çevrilib. Bu, Massaçusets əhalisindən iki dəfə çoxdur. Bunlar sadə insanlar, uşaqlardır. İndi baş verənlər dəhşət doğurur. Ona görə də başlıca məqsədimiz Ukrayna dövlətinin ərazi bütövlüyüdür.
 
Növbəti prioritet dünyada azadlığı qorumaq və Avropa İttifaqı ölkələrini, azad dünyanın hər bir ölkəsini qorumaqdır.
 
İndi vəziyyət necədir?
 
Ukraynalılar şiddətlə döyüşür. Bu, cəsarətli döyüşdür. Və bütün dünya Rusiya ordusundan dəfələrlə güclü formada olan Ukrayna kişiləri və qadınlarına rəğbət bəsləyir.
 
Putin Qərb dünyasından bu cür yekdillik gözləmirdi. Birləşmiş Ştatlar antiHitler koalisiyasını xatırladan antiPutin koalisiyasını toplayıb. Beləliklə, bizim antiPutin koalisiyamız mövcuddur.
 
NATO daha da güclənib və genişlənməkdə davam edəcək.
 
Biz görürük ki, Rusiya ordusu hamının gözlədiyindən qat- qat zəifdir. Bu ordu büsbütün korrupsiyaya uğrayıb. Və biz döyüş meydanında sayının, zirehli texnikasının, ağır silahlarının az olmasına rəğmən, Ukraynanın silahlı qüvvələri daha güclüdür.
 
Rusiya ordusu ərazilərimizin az bir hissəsini zəbt edib, lakin Ukrayanın silahlı qüvvələri Rusiya tərəfindən ələ keçirilmiş ərazilərinin geri qaytarılması üçün genişmiqyaslı əkshücum həyata keçirməlidir.
 
Nə etmək lazımdır?
 
Heç şübhəsiz, Ukraynaya lazım olan fəaliyyət planı sizə yaxşı məlumdur.
 
Ən əsas məsələlərdən biri silahlanmadır. Həm müdafiə, həm də hücum üçün ağır silahlar lazımdır. Mən ABŞ və Avropa İttifaqının hər bir dövlətinə, o cümlədən Baltikyanı ölkələrə, Polşaya, Çexiyaya, Böyük Britaniyaya, hər bir dövlətə Ukrayna xalqına güclü və sarsılmaz dəstəyə görə minnətdaram.
 
Sanksiyalar. Həm əsas, həm də ikincili sanksiyalar zəruridir. Və biz ümid edirik ki, ikincili sanksiyalar da qoyulacaq, qoyulanlar isə sərtləşdiriləcək.
 
Energetika embarqosu haqqında çox müzakirələr aparılıb. Bəziləri bununla bağlı, məsələn, Almaniyada ÜDM- in güclü azalmasını proqnozlaşdırır. Ola bilsin ki, bu, qısamüddətli perspektivdə baş versin, amma uzunmüddətli perspektivdə baş verməyəcək. Avropa anlamalıdır ki, Rusiyanın energetik qarmağından qurtulmaq lazımdır.
Rusiya üçün energetika təkcə energetika deyil, həm də silahdır. Biz bunu 2014- cü ildə anlamışıq. Mən baş nazir olmuşam və Rusiyanın "Qazprom"undan asılılıqdan qurtulmağa qərar vermişəm. Və biz bunu bacarmışıq.
 
Ukraynaya genişmiqyaslı maliyyə dəstəyi lazımdır. İcazə verin bəzi rəqəmləri sadalayım.
 
Təsəvvür edin, bu ilin sonuna büdcə kəsiri təxminən 70 milyard dollar təşkil edəcək. Bizi çox böyük büdcə kəsiri gözləyir. Maliyyə və iqtisadi cəhətdən sağ qalmaq üçün Ukrayna Qərb dünyasından güclü maliyyə yardımı almalıdır. Məlumatlara görə, Ukrayna artıq 5, 2 milyard dollar yardım alıb. Lakin problem bundadır ki, 5, 2 milyard ümumi məbləğdən yalnız 221 milyon dollar yardım formasında alınıb. Yerdə qalanlar qaytarılacaq kreditlərdir. Ukrayna çox mürəkkəb maliyyə vəziyyətindədir. Biz bu borcları nə qısa, nə də orta perspektivdə qaytarmağa hazır deyilik.
 
Bütün bu itkiləri kompensasiya etmək üçün dünya yeni dünya nizamının yaradılması və Rusiya aktivlərinin müsadirə edilməsi zərurətini anlamalıdır. Rusiyanın dondurulmuş aktivlərinin ümumi məbləği 1 trilyon dollar təşkil edir. Təcili olaraq ABŞ- da, Avropa İttifaqının üzvü olan ölkələrdə, Böyük Britaniyada, İsveçrədə, bütün dünyada müvafiq qanunvericilik qəbul edilməlidir ki, aktivlərin həbs edilməsinə və satışına imkan versin və onlar Ukrayananın bərpasına yönəldilsin.
 
Daha bir fövqəladə vacib məsələ günahkarların məsulliyyətə necə cəlb olunmasıdır. Beynəlxalq Cinayət Məhkəməsinin və BMT Beynəlxalq məhkəməsinin müasir hüquqi sistemi gerçəkdən səmərəli deyil. Putinə qarşı yeni Nürnberq prosesinə ehtiyac var. Və bu, Qərb dünyasının başlıca məqsədlərinin biri olmalıdır. Rusiya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvünün vəhşiliklər və insanlığa qarşı cinayətlər törətməsi tamamilə yolverilməzdir. BMT təcili olaraq dünyada sülhün və qayda- qanunun qorunması üçün islah edilməlidir.
 
Və demək istədiyim ən vacıb məsələ.
 
Mən Ukraynanın qalıb gələcəyinə inanıram. Mən buna möhkəm əminəm. Və biz yeni Ukrayna quracağıq. Daha güclü Ukraynanı. Avropa İttifaqı və NATO- nun üzvü olan Ukraynanı. Effektiv demokratiyası olan Ukraynanı. Liberal və effektiv iqtisadi sistemi olan Ukraynanı. Korrupsiyasız Ukraynanı. Qərb dünyasının güclü parçası olan Ukraynanı.
 
Hamınıza təşəkkür edirəm. Ukraynaya dəstək verən hər bir ölkəyə minnətdaram. Bu, bizim ümumi döyüşümüzdür. Və biz qalib gələcəyik!.."
Oxşar xəbərlər
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi