Savaş tələb edir ki...
Köşə
Oxunub: 3160
04 Aug 2014 | 14:49
Savaş tələb edir ki...

Bugünlərdə cəbhə xəttində vəziyyətin kəskinləşməsi və düşmənlə döyüşdə verilən itkilər fonunda cəmiyyətdə savaş ruhunun tədricən oyanması müşahidə edilməkdədir. Ən azından sosial şəbəkələrdə, televiziyalarda yer alan xəbərlər, millət vəkillərinin,  siyasilərin, sabiq döyüşçülərin verdiyi bəyanatlar bu cür düşünməyə əsas verir. Sanki hər kəs mövcud vəziyyətdən istifadə edərək başqalarından daha artıq vətənpərvər olduğunu isbatlamağa çalışır. Şübhəsiz, baş verən hadisələrə çevik reaksiya vermək, hadisələrə biganə qalmamaq özlüyündə müsbət keyfiyyətdir. Lakin bunu da unutmaq olmaz ki, vətən sevgisi haqqında nitq söyləməklə vətən naminə ələ silah almaq arasındakı fərq yerlə göy qədərdir. Və kiminsə vətən haqqında başqalarından daha çox və daha pafoslu danışması onun vətəni başqalarından daha çox sevdiyinə dəlalət etmir. Hər halda bu gün hər kəsin bildiyi, lakin heç kimin etiraf etmədiyi həqiqətlərdən biri də müharibə başlayacağı təqdirdə sözdə vətən sevgisindən danışan şəxslərin önəmli bir qisminin orduda olmamaq üçün əlindən gələni əsirgəməyəcəyi gerçəyidir.

Bu gün müharibənin başlamağından ehtiyat edən üç qisim insan var ki, bunlardan biri ölkənin məmur elitasıdır. Bu təbəqə üçün müharibə tamamilə gərəksiz və bir o qədər də təhlükəlidir. Çünki başlayacaq müharibə istər-istəməz bu insanların mövcud rahatlıq və əyləncə imkanlarını qismən də olsun  məhdudlaşdıracaq, gəlir və əmlakları üçün bu və ya digər formada risk formalaşdıracaqdır.

Müharibənin başlamağındna ehtiyat edən ikinci kəsim insanlar isə anadangəlmə qorxaqlardır ki, onları vətən sevgisi sadəcə sözlə məhdudlaşır. Qorxu və cəsarətsizlik bu insanların xarakterindən irəli gəldiyi üçün onları heç nə ilə hərəkətə gətirmək, hər hansı bir formada sitimullaşdırmaq mümkün olmur.

Üçüncü kəsim insanlar isə daha çox kasıb ailələrin təmsilçiləridirlər ki, onları narahat edən başlıca amil ailə üzvləri, onların maddi təminatıdır. Etiraf etməliyik ki, I Qarabağ savaşının təcrübəsi dövlətin vətən uğrunda canından keçən, sağlamlığını itirən insanların ailə üzvlərinə kifayət qədər diqqət göstərmədiyini təsdiqlədi. Bu günün özündə Qarabağ savaşında aldığı mərmi yarasından müalicə olunmaq istəyən, amma heç cür buna nail ola bilməyən yüzlərlə qazi var ki, onların acınacaqlı yaşamı potensial döyüşçü ehtiyatını sarsıtmaqdadır.

Bu gün kasıb ailələrə məxsus hər bir gənc yaxşı bilir ki, cəbhədə şəhid olacağı təqdirdə ailəsi sonsuz aclıq və iztiraba məhkum olacaq, indikindən daha artıq məhrumiyyət və səfalətlə üzləşəcəkdir. Kimin nə deməyindən asılı olmayaraq məhz bu qəbildən olan insanların tərəddüd etməyə haqqı var. Çünki kimsə, heç bir qanun və məntiq insanı öz anasının, bacısının, həyat yolaşı və ya övladının gələcəyini düşünmək məsuliyyətinə qadağa qoya, bu borcu məhdudlaşdıra bilməz.

Dövlət, onun başında dayanan şəxslər iqəlbində ailəsi, doğmaları ilə bağlı narahatlıq keçirən bütün şəxslərə sadəcə sözlə deyil, əməli ilə zəmanət verməlidir. Bunu hələlik lokal səviyyədə olan savaş və Qarabağın azadlığı tələb edir. Dövlət zəmanət verməlidir ki, vətən uğrunda şəhid olan hər bir insanın ailəsinin yanında olacaq, onları bayraq kimi, torpaq kimi qoruyacaqdır. Zəmanət verməlidir ki, şəhdilərin ailəsi dövlətdən daim qayğı görəcək, məmurların, onların övladlarının canlı oyuncağına çevrilməyəcəkdir. Zəmanət verməlidir ki, düşmənlə döyüşdə yara alan, hansısa əzasını itirən şəxslər müalicə olunmaq, protez sifariş vermək üçün qonum-qonşu, qohum-əqraba qapısını döyməyəcəkdir. Zəmanət verməlidir ki, şəhid olan əsgərin həyat yoldaşının, anası və ya bacısının ləyaqət və namusu heç kəsin əyləncəsinə çevrilməyəcəkdir. Zəmanət verməlidir ki, vətən uğrunda əlinə silah alan hər bir kəsin ailəsinin ləyaqətli yaşamı təmin ediləcək. Zəmanət verməlidir ki...

Bəli, dövlətin bu məsələdə ölməyə və öldürməyə yolladığı şəxslərə zəmanət verməli olduğu çox şey var. Hansı ki, mövcud hakimiyyət I Qarabağ savaşından ötən bunca vaxtdan səmərəli şəkildə istifadə edib bu zəmanəti bir mesaj olaraq əməli baxımdan bütün xalqın, onun hər bir fərdinin qəlbinə və beyninə  yollamalı idi. Əfsus ki, bu baş vermədi. Və bu gün insanları bu zəmanətin ciddiliyinə, etibarlılığına inandırmaq üçün çox az zaman var. Lakin yenə də Qarabağın azadlığı üçün belə bir zəmanətin verilməsi, insanların bu zəmanətin aliliyinə inandırılması vacibdir.

Mövcud vəziyyət həm də məmurlar, onların övladları üçün də fürsət kimi qiymətləndirilməlidir. Uzunn illərdir ki, özlərinin övladlarının savaşa hazır olduğunu iddia edən bütün millət vəkillərindən, nazir və nazir müavinlərindən, YAP funksionerlərindən verdikləri vədi praktiki baxımdan isbatlamaq tələb edilməlidir. Kasıb ailələrə məxsus onlarla hərbçimizin şəhid olduğu və yaralandığı bu günlərdə pafoslu çıxışlar edən məmurlarımız övladlarını ön xəttə yollamaqla vətənə olan sevgilərinin sadəcə sözdən ibarət olmadığını isbatlamalıdırlar. Onlar isbatlamalıdırlar ki, vətən uğrunda həqiqətən də qurban verməyə hazırdırlar. Bunu məmurlardan cəmiyyət, ictimaiyyət, onun hər bir fərdi tələb etməlidir. Qoy məmurlar öz övladlarını kasıb ailələrdən olan əsgərlərlə eyni səngərə yollamaqla “Vətən hamımızındır” şüarında həqiqətən də səmimi olduqlarını ortaya qoysunlar. Qoy isbatlasınlar ki, vətən həqiqətən də onlar üçün hər kəsdən, hər şeydən daha əzizdir.

Nə qədər ki, Azərbaycanda şəhid cənazəsi daşıyan avtomobillər yalnız kasıb komaları qarşısında dayanacaq, nə qədər ki, ictimaiyyət general, prokuror, polis rəisi, millət vəkili, nazir və nazir müavininə məxsus mənzillərin önündə bayrağa bükülmüş şəhid cənazəsi görməyəcək, onları “Vətən hamımızındır” şüarının səmimiliyinə, vətən uğrunda vuruşmağın şərəf işi olduğuna inandırmaq mümkün olmayacaqdır.

 

Seymur Əliyev

e-mail: [email protected]

 


Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək