“Reallığa uyğun gəlsin deyə bunu soyqırım, ya da başqa dəhşətli sözlə adlandırmaq istəyirik”
Oxunub: 3092
05 Apr 2022 | 12:15
“Reallığa uyğun gəlsin deyə bunu soyqırım, ya da başqa dəhşətli sözlə adlandırmaq istəyirik”

Buçada öldürülən mülki şəxslərin foto və videoları insanı şoka salır. Hüquq müdafiəçiləri sonra onları Beynəlxalq Cinayət Məhkəməsinə vermək üçün Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə dair sübutlar toplayırlar.

Moderator.az xəbər verir ki, Ukrayna Amnesty İnternational təşkilatının direktoru Oksana Pokalçuk Almaniyanın "Deutsche Welle" (DW) nəşrinə müsahibəsində hüquq müdafiəçilərinin Ukraynada Rusiya qoşunlarının hərbi cinayətlərinə dair sübutları necə topladığı və hansı sübutların artıq sənədləşdirildiyi, bunun necə edildiyi, nəyin artıq təsdiqləndiyi və nəyin sübut olunduğu barədə danışıb.

- Xanım Pokalçuk, Amnesty İnternational təşkilatı Kiyev vilayətinin İrpen, Qostomel və Buça şəhərlərinin Rusiya işğalından azad edilməsindən sonra üzə çıxan dəhşətli cinayətlərlə bağlı araşdırmaya başlayıb? Təşkilatınız bu cinayətləri necə sənədləşdirir?

- Biz Rusiyanın tammiqyaslı işğalının ilk həftəsində işğal altındakı həyat haqqında məlumat toplamaq problemi üzərində işləməyə başladıq. Kiyev vilayəti işğal olunmuş ərazilərdə məlumat topladığımız və cinayətləri sənədləşdirdiyimiz ərazilərdən biridir. Tez hesabat vermək üçün müəyyən problemlər var: müəyyən ardıcıllıq yaratmaq üçün kifayət qədər material toplamaq, oxşar davranış nümunələrini görmək, xüsusən də mülki əhaliyə münasibətdə. İndi mövcud foto və videolar məlumat əldə etmək imkanını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, lakin hələ də ölənlərin ailələri ilə daha çox müsahibələrə, tibbi ekspertizalarin nəticələrinə ehtiyacımız var.

Bizim məlumatların toplanması metodologiyamız Beynəlxalq Cinayət Məhkəməsinin metodologiyası ilə eynidir - belə ki, gələcəkdə məhkəmə hazır sübutlar paketini əldə edə bilsin və qərar verməkdə bunlardan əsas kimi istifadə edə bilsin. Hardasa aprelin 20-dən sonra biz, xüsusilə Kiyev vilayətindəki hərbi cinayətlərin nəticələrini sübut edən böyük insan haqları hesabatı ilə çıxış edəcəyik. Başa düşülməlidir ki, siyasətçilərin cinayətlərdən danışması başqa, hüquqşünasların, vəkillərin bu cinayətləri sübut etməsi isə başqadır. Məlumatların toplanması da çox vaxt aparır.

- Ukrayna siyasətçiləri Buçada baş verənləri soyqırım adlandırırlar. Siz hüquq müdafiəçiləri bu cinayətləri necə xarakterizə edirsiniz?

- Mən vəziyyətin emosional tərəfini başa düşürəm. Biz reallığa uyğun gəlsin deyə bunu soyqırım, yaxud başqa dəhşətli sözlə adlandırmaq istəyirik. Amma hüquqi baxımdan nəyisə soyqırım adlandırmaq üçün daha mürəkkəb proseslər mövcuddur. İndi biz daha çox məlumat toplamalıyıq ki, müvafiq beynəlxalq ekspert qurumları törədilən cinayətləri soyqırım kimi tanısın.

- Əlinizdə olan məlumatlar toplusundan Rusiya ordusunun Ukraynadakı hansı cinayətlərini artıq müəyyən etmək olar?

- Bu, qadağan olunmuş silahların, xüsusən də kassetli döyüş sursatlarının istifadəsidir. Biz Xarkov və Sumada müəyyən etdik ki, Rusiya mülki əhalinin olduğu yerlərdə belə silahlardan istifadə edir. Bundan əlavə, Rusiya mühasirəyə aldığı şəhərlərdə dinc əhalinin tükənməsi taktikasından istifadə edir - ərzaq, su, elektrik enerjisi, istilik təchizatını bilərəkdən əngəlləyir. Sonra insanları taqətdən salaraq şəhəri humanitar fəlakətlə üz-üzə qoyur. Söhbət artıq yaralıların və ya ölənlərin sayından deyil, insanların yaşaya bilməyəcək səviyyəyə çatdırılmasından gedir. Bu yeni bir şey deyil. Rusiya iştirak etdiyi digər müharibələrdə də belə taktikalardan istifadə edib. Əldə etdiyimiz cinayətlərin digər növü isə humanitar dəhlizlərin bağlanması, avtobusların atəşə tutulması, mühasirəyə alınmış şəhərləri tərk etməyə cəhd edən dinc sakinlərin öldürülməsi olub.

- Təşkilatınız Ukraynada rus əsgərləri tərəfindən törədilən zorlama halları ilə bağlı sübutlar əldə edib?

- Belə hallar var, lakin zərərçəkənlərin təhlükəsizliyi baxımından bu barədə məlumatı açıqlamaq istəmirik. Biz hazırda məlumat toplayırıq və sensasiyalar arxasınca getmirik, çünki qurbanların həyatı və sağlamlığı bizim üçün daha vacibdir.

- Ukraynanın rəsmi orqanlarının nümayəndələrindən rus ordusu tərəfindən Mariupoldan və Ukraynanın digər şəhərlərindən ukraynalıların Rusiya ərazisinə zorla deportasiyası ilə bağlı çoxlu məlumatlar var idi. Belə faktlardan xəbəriniz var? Onları təsdiqləyə bilərsiniz?

- Bu mövzuda müəyyən sayda müsahibələrimiz var, lakin informasiya mediada gördüklərimizlə tam eyni deyil. Çünki ünsiyyət qura bildiyimiz insanlar Ukraynaya getmək imkanı olmayanlardır. Onlara yalnız bir istiqamətə getməyə icazə verilmişdir. Bu, humanitar hüquq normalarının birbaşa pozulmasıdır. Belə etmək olmaz. Getmək istədikləri istiqaməti seçmək imkanı verilməlidir. Amma indiyə qədər hüquqi yox, yalnız insani mənada zorla çıxarılan insanlarla danışmaq imkanımız olmayıb. Bəli, onlara hara getmək seçimi verilməyib və bu, bəzi media müsahibələrində təqdim olunduğu kimi deyil. Ona görə də biz hələ də bu məlumatı yoxlayırıq.

- Ukraynada rusiyalı hərbi əsirlərin hüquqlarının pozulması barədə sənədləriniz varmı?

- İndi bizim prioritetimiz vətəndaş hüquqlarının pozulması hallarının sənədləşdirilməsi və yoxlanılmasıdır. Əgər bizdə belə məlumatlar varsa, əlbəttə, o zaman bu pozuntular barədə danışacağıq. Konkret olaraq hərbi əsirlərlə məşğul olan hüquq müdafiə təşkilatları var, amma bizim təşkilat əsasən mülki şəxslərlə məşğul olur.

- Amnesty İnternational təşkilatında cinayətlərə dair məlumat və sübutları kim və necə toplayır? Bu, əsasən foto və videolarınn uzaqdan öyrənilməsidir? Hüquq müdafiəçiləri elə yerindəcə işləyirlərmi?

- Biz bütün mövcud üsullardan istifadə edirik. Bütün foto və videoları yoxlayan xüsusi laboratoriyamız var. Bunlar xüsusi biliyə və xüsusi avadanlıqlara malik yüksək peşəkar insanlardır ki, onlar təkcə fotonun nə vaxt və kim tərəfindən çəkildiyini deyil, həm də onların doğruluğunu, necə çəkildiyini, nəyin çəkildiyini və s. yoxlayırlar Biz həmçinin yerlərdə işləyən  fotoqraflardan fotoşəkillər alırıq və ya sadəcə özləri bizə təqdim edirlər. Həmçinin, bunlar cinayət yerində və ya yaxınlıqda olan insanların telefonlarından və ya digər texniki avadanlıqlarından götürülən foto və videolardır.

Açığı, əgər edam olubsa, edamın foto və ya videosunu tapmaq çətindir. Amma biz həmin gün həmin şəhərdən, həmin ərazidən olan insanların şəklini əldə edə bilərik. Sonradan isə havanın necə olduğunu, günün hansı  vaxtında baş verdiyini  öyrənərək və bir sıra digər dolayı sübutlarla hadisəni  aydınlaşdıra bilərik. Tədqiqatçılarımız da Ukraynada yerləşir və birbaşa zərərçəkmiş ailələrlə işləyirlər.

Məsələn, budundan çıxarılan sursatın bir parçasını bizə təqdim edən zərərçəkmişdən müsahibə götürərək Rusiyanın qadağan olunmuş kassetli sursatlardan istifadə etdiyini sübut edə bilmişik. Bu fraqment əsasında onun nə ilə yaralandığını, hansı növ silah və sursatdan istifadə edildiyini müəyyən etmişik. Digər hərbi münaqişələr zamanı fəaliyyət göstərmiş beynəlxalq hüquqşünaslar qrupu da bizimlə əməfdaşlıq edir. Onlar hazırda Ukraynada zərərçəkmişlər və şahidlərdən müsahibə götürürlər.

- Cinayətlərin sənədləşdirilməsi və yoxlanılması zamanı hansı çətinliklərlə üzləşirsiniz?

- Ən çətini itkiləri sübut etməkdir. Axı bu, çoxlu miqdarda toplanmış material tələb edir. Buçada hamı bağlanmış əllər, güllələnmiş başlar görüb. Ancaq sonra sual yaranır: bu nə vaxt baş verdi? Bu insanın kim olduğunu yoxlamaq, tibbi ekspertizanın nəticəsini əldə etmək, yaxınları ilə danışıqlar aparmaq və bütün bunları analizə daxil etmək lazımdır. Fotodan da gördüyümüz kimi, belə hadisələr hələ çox olacaq. İnsanların kədəri, faciəsi var, onlar analiz hayında deyillər. Digər problem isə tibbi sənədlərdir. Məhkəmə tibbi ekspertiza orqanları indi təsvir və təhlil tələb edən cəsədlərlə doludur. Hər kəs nəticəni mümkün qədər tez əldə etmək istəyir və hazırda bu, çox çətindir. Hüquq müdafiəçiləri üçün bu, ayların işidir: beynəlxalq cinayət məhkəməsinin işinin əsasını təşkil edəcək keyfiyyətli iş görmək.

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO