AYB biletini cibinə qoyub veyillənənlər də var
Müsahibə
Oxunub: 6670
21 Jul 2014 | 17:41
  AYB biletini cibinə qoyub veyillənənlər də var

İsti  yay günlərinin birində şairlə sərin bir guşəyə çəkildik. Dünyanın gəlişindən, gedişindən, insanların nadanlığından, yaxşısından, pisindən, poeziyadan tutduq getdik lirik-sentimental duyğulara qədər...Şairlə həmsöhbətləşmək elə də çətin olmadı. Çünki o təpədən dırnağa şair, doğal bir insan, özü və sözü təbii olan  biridi. Şəmsi müəllimlə paylaşmaq və bölüşmək insanın özü ilə danışmaq deməkdi. Bu söz sərrafının fikirlərinə mən ayna tutum, siz də özünüzü görməyə çalışın.

-          Müsahibəyə hazırsızmı?

-          Bəli

-          Necəsiz?

-          Diriyəm.

-          Şəmsi Qocanın əhvalı nə rəngdədi?

-          Hava rəngində.

-          Şəmsi Qoca tunelin ucundakı işığı görə bilir?

-          Görürəm.

-          Şəmsi Qocanın vaxtı varsa...

-          Şeir yazaram.

-          Vaxtı qalsa...

-          Deyirsiz deyim? Elə 3 nöqtə  qoyaram. Yadında saxla, Sokrat deyir, dil insanlara hər şeyi danışmaq üçün yox, bəzi şeyləri danışmamaq üçün verilib.

-          Söz yandıranda tüstüsü görünürmü?

-          Elə görünür, elə görünür.

-          Şəmsi Qoca, bir-birinə əks iki misra oxumuşam bu yaxınlarda. Misralardan biri Ramiz Rövşənin, digəri Elçin İsgəndərzadədəndir. Birinci misra belədi:

Hər şeyin başı sözdü,

Sözün başından yıxıldıq.

 İkinci misra isə belədi:

Şair sözə əmanət...Əgər sözün başından yıxılacağıqsa, şair necə sözə əmanət ola bilər?

-Ramiz Rövşən düz deyir, külli kainat “kun”  kəlməsindən yaranıb, əvvəl söz olub.Dünya yaranmamışdan əvvəl söz yaranıb.Bu sözün bir tərəfi ora gedir. İkincisi, sözün başından yıxılmaq sözün ucalığından yıxılmaq deməkdi.Mən bunu Nizaminin misraları ilə də deyə bilərəm.

Şeirdən ucalıq umma dünyada,

Bil ki, Nizamiylə  qurtardı o da..

-          Şəmsi Qoca, nə vaxt əllər dizə söykənir?

-Mənəmi qalmışdı dünyanın qəmi,

Yaş deyil, alovdu gözünün nəmi

Şəmsi,demək  gəlir qocalıq dəmi..

       Elə ki,  əllərin  dizə söykənir.

-          Dünya şairin daşını çoxmu uzağa atıb?

-          Atıb.

-          İlan gizlənməyi sevir, ya çalmağı?

-          İlan gizlənməyi sevir, toxunmasan çalmaz. Amma imkan daxilində gözümüz ayağımızın altına baxmalıdı.

-          Qeyrətsizin öyünməsi çətindi,

Nahaq sözün deyilməsi çətindi,

            Ucaların əyilməsi çətindi,

Əyilməklə ucalmağa nə var ki? Bu misralar hansı ovqatın məhsuludu?

 

-          Bir var palıd yıxılar, bir var kol əyilər. Əyilə-əyilə ucalanları, ucala-ucala əyilən gördüm.

-          Eşq ağacının neçə budağı var?

-          1001 budağı.

 

Son payız yarpaqlarının  ətri özünəməxsus ətri olan qadın ətridi.

 

-          Şəmsi Qoca sevir ya sevilir?

-          Hər ikisindən.

-          Sevginin rəngi nədir?

-          Lacivərd.

-          Son payız yarpaqlarını qoxladımı şair?

-          Son payız yarpaqlarının ətri özünəməxsus ətri olan qadın ətridi.

-          Qadınlar necə kitabdı?

-          Qadınlar oxunmağını istəyən kitabdı.

-          Ürək olanda ağıl olmur?

-          Ürək varsa, ağıla ehtiyac yoxdu

-          Sahilsiz dənizlər, var şair...

-          Dəniz elə sahilsizdi, bizə elə gəlir sahildəyik...Bəzən qumun üzərinə sevgilərini yazırlar, sevgi ürəyə yazılar, qumun üzərinə yox...

-          Həsrəti süzsək, neçə badə olar?

-          N qədər.

-          Şeirlərin çoxu badə qonaqlıqlarında yaranır?

-          Mənim şeirlərim yuxuda yazılır. Yuxumda şeiri bütöv görürəm, yazdım mənimdi, yazmadım yuxumun...

-          Elə arzular olub ki, ovcunuzdan sürüşüb cıxıb?

-          Cox, cox olub. Arzu elə balıq kimidi.Sürüşkən olur.

-          Geriyə qayıdan yollara baxanda şair nə düşünür?

-          Ömür yoldu. Ömrü geriyə qaytarmaq olmur.

-          Sizin bir poemanız var:”Heç nə haqqında ballada”

 

Heç nədən gəlib dünyaya,

Heç nədən ölüb gedirik. Ölüm nədir?

       -    Heç nə.

 

-          Uzaqdan Ağbaba necə görünür?

-          Uzaqdan Ağbaba əlçatmaz görünür. Ağbabanı yuxularımda görürəm, uzaqdan...

-          Şəmsi Qoca bir zamanlar Allahın işinə qarışmaq istədi. Axırı nə oldu, şair?

-          Üzr istədim.

-          İlham pəriniz nə vaxt gəlir? Mənim bir şeirim var:

Ay adı təb, özü ilham bəxtəvər,

      Yuxum gəlir, deyirsən ki, vaxta var.

            İlham pərim dərd  təpəmdən töküləndə də gəlir,dostlarım bir-bir əkiləndə də gəlir,sevgi         mənim xirtdəyimdən yapışanda da gəlir. İlham pərim kefi istəyəndə gəlir.

      -      Dərddən uzaq olasan,

            Daşdan yumşaq olasan,

            Dönüb uşaq olasan,

            Yaş əllini keçəndə...

- Hə, yaş əllini keçəndə uşaq olmaq istəyirsən.

-İndiki Şəmsi Qoca iyirmi il əvvəlki Şəmsi Qocaya nə deyərdi?

- Deyərdim, ağıllı ol, zamanın nəbzini tut.

-Dünyadan yapışmaq istəsəniz hansı tərəfdən tutarsız?

- Dünyanın yapışmağa yaxasımı var? Hansısa şair deyir:

   Dünya sənin səxan yoxdu,

   Kərəm əlin  sıxan yoxdu,

   Yapışmağa yaxan yoxdu,

   Əlim boşda qalasıdı...

-“ Dünyanın bütün yolları, mənim ömrümdən qısadı”deyən Ramiz Rövşənin misraları ilə şair razıdımı?

- Razıyam, şair ömrü anladı, saniyə ilədi. Akif Səməd cəmi 45 il yaşadı, 45000 ilə bərabər.

 

AYB  45 yaşlı cavan Akif Səmədin ölümünə heyfslənmədi, orda mənim nə işim var?

 

- Şəmsi Qoca Azərbaycan Yazıçılar birliyindən niyə küsüb?

Belə deyək. Düz 10 il bundan əvvəl Akif Səməd mənə zəng vurdu. Dedi, sabah saat 12-də şair Rəfael İncəyurdun 50 illik yubileyidi, gəl. Getdim, tədbir qurtardı, elə Akiflə Yazıçılar Birliyinin qabağında söhbət edirdim. Çox şeydən danışdıq, birdən qəflətən Akifin sözü bu oldu ki:

Şəmsi, məni tut. Dedi və keçindi. Akif qollarımda can verdi. Yazıçılar Birıliyinin həyətində keçinən Akifə heç kim yaxın gəlmədi. Demədilər ki, bu bizim üzvümüzdü, görək nə olub? Rəhmətlik Arif Əmrahoğlu gəldi, baxdı, getdi, qalanları da pəncərədən baxdılar, Akifin ölümünü  pəncərədən seyr elədilər.

Mən sonra fikirləşdim ki, bu birliyi niyə yaradırlar? Birlik təkcə yığılıb iclas eləmək üçündü, ya kollektiv toylara  getmək üçün? Birlik yaranır ki, üzvlərin müəyyən problemləri, dərdləri  həll olunsun, münasibət bildirilsin.Əgər bu birlik budursa, bunun üzvü olmağa dəyməz.

Sıradan biri olmayan, cavan 45 yaşlı Akif Səmədin ölümünə heyfslənmədilərsə, orda mənim nə işim var?

Bu günə qədər də o birliyin üzvü deyiləm. Birliyin üzvü olmamaq da mənim ilhamıma təsir etmir. Birliyin üzvü olmasam mən yazmayacam? Birliyin biletini cibinə qoyub ortalıqda veyllənmək də olar, birliyin üzvü olmadan da yazmaq olar.Bir tarix var ki, 200 ildən sonra araşdırarlar ki, Yazıçılar Birliyinin üzvü kim olub, vəssalam.

-          Azərbaycan ədəbiyyatının mövcud durumu Şəmsi Qocanı qane edirmi?

-          Yox. Azərbaycan ədəbiyyatı durgunluq dövrünü yaşayır.

-          Bəs bu qədər kitablar yazılır, roman bumu var..

-          Onun 80 faizi maklaturadı, bu heç. İndi roman yazılır, bəs oxuyan kimdi?

O vaxt Əlibala Hacızadəınin “İtkin gəlin”i oxunmaqdan, əl-əl gəzməkdən cırılmışdı. Nə olsun, Bakıda tikinti bumu da var, amma hələ tikinti gedir. Bum hələ o demək deyil ki, hər şey qaydasındadır.Romanlar da elə Bakıdakı tikilməkdə olan binalara oxşayır. Bəzilərində heç yaşayan yoxdu. İndiki  romanlar kupçası olmayan evlərə oxşayır.

-          Ədəbiyyat və siyasət həmişə bir-birinin yanında olub.

-          Bilirsiz, siyasətçilər ədəbiyyatçılardan qorxublar həmişə...Siyasət çalışır ki, ədəbiyyatı özünə işlətsin.Siyasətçi qələmdən qorxur.

 

                    

                   Dil insana bəzi şeyləri deməmək üçün verilib

 

-          Bu yaxınlarda Əkrəm Əylislinin məlum romanına müdaxilələr oldu. Buna münasibətinizi bilmək istərdim.

-          Mən bir Türk oğlu, Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki Əkrəmə açığım tutur, amma yazıçı kimi yox. Əkrəm sıradan yazıçı deyil. Əkrəmin ən böyük səhvi romanda Türkü o cür vermək idi. Bayaq demişdim ki, dil insana hər şeyi demək üçün yox, bəzi şeyləri deməmək üçün verilib. Əkrəm türkçülüyə xəyanət edib.

Yazıçı yazar, amma zamanı da nəzərə almalıdı. O əsər öz zibilini 200 ildən sonra göstərəcək. Bir gün erməni qaldırıb deyəcək ki, sən busan!

 

            Fahişəliyin əsasını erməni qadınları qoyub

 

Əkrəm uzağı görməyib.Əksinə bu ajiotajı yaratdılar, Əkrəmi bir az da hörmətə mindirdilər. Bizi sevməyənlər sevindi.Əkrəmi məşhurlaşdırdılar.

Mən tarixçıyəm. Hələ ermənilər “İstoriya Armeniya” adlı kitab buraxmayıblar.. Kitab belə olub: “İstoriya armyanskovo naroda”. Çünki erməni xalqının tarixi olub, Ermənistanın yox. Olmayan şeyi necə yazsınlar? Bir maraqlı fakt da deyim. Engelsin “Ailənin, xüsusi mülkiyyətin,  dövlətin mənşəyi” adlı kitabında Engels erməniləri kifayət qədər gözəl təsvir edib. O əsər  müxtəlif dillərə tərcümə olunub. Amma orijinalda belə bir ifadə var ki: Dünyanın  birinci fahişə qadınları erməni anahidləri olub. Yəni erməni qadınları fahişəliyin əsasını qoyub. Amma kitabın Azərbaycan dilinəə tərçüməsində o cümlə olmurdu.

-          Tərcümədən söz düşmüşkən, tərcümə ədəbiyyatına münasibətiniz necədi? Bizlərdə belə deyirlər ki, tərcümənin tərçüməyə ehtiyacı var.

-          Təkcə xarici ədəbiyyatın, tərcümənin tərcüməyə ehtiyacı yox, bizim dərsliklərin tərçüməyə ehtiyacı var. Denən niyə? Bir fakt deyim: Düzdü Rəsul Həmzətov Azərbaycanın çörəyini yeyib itirənlərdən biridi. Amma onun “Mənim Dağistanim” əsəri orijinalda elə güclü deyil nəinki, Vilayət Rüstəmzadənin  tərcüməsində. Qaldı, tərcüməcilər...Bizdə peşəkar tərcüməçiyə ehtiyac var. İndi Səməd Vurğun kimi, Süleyman Rüstəm kimi tərcüməçilər yoxdu. S. Vurgün nə deyir:

Yanmadım ömrümün iki ilinə

Rusiya şeirinin şah əsərini

Çevirdim Vaqifin şirin dilinə...

 “Yevgeni Onegin” Səməd Vurgumun tərcüməsində orijinalından güclüdü. İndiki tərcüməçilər hərfi tərcümə edir. Elə dərsliklərə bax. Riyazıyyatçı yazır, amma buna ədəbiyyatçı da baxmalıdır. Tarixçinin yazdığı dərslik quru olacaq. Bu kimi problemlər var. Burda dil məsələsi var, kitabın dili olmalıdır.

Cox adam mövqe adamı ola bilər, söz adamı yox

-Tarixçiliyin şairliyə köməyi var?

-Çəkməçinin şairliyə nə qədər təsiri, köməyi varsa, tarixçiliyin də şairliyə o qədər köməyi var.şairlik Allah vergisidir. O ya olur, ya da olmur.

- Siz həm də məktəb direktorusuz. Həm şairsiz, həm məmur. Söz adamı olmaq asandı, mövqe adamı?

-Mövqe  adamı. Amma bir şey də var ki, çox adam mövqe adamı ola bilər, amma söz adamı ola bilməz.Söz adamı olmaq üçün gərək sözü dərk eləyə, dünyanın bəzi, bəzi şüeylərini də tərk eləyəsən. Dünya malına aludəçiliklə söz adamı olmaq bir araya sığmır. Mən bəlkə də üç-dörd şairdən biriyəm ki, məmurluqla şairliyi bir-birinə qarışdırmıram. Amma məmurun şair olmasının xeyri odur ki, şair ürəyi yumşaq olur.

- Şair, bəlkə bir az yenə  sentimentallaşaq. Payız söyüdün saçlarını niyə əlinə dolayır?

- Payız söyüdün saçlarını yolur.

- İnandığınız adamlar çoxdumu?

- Əvvəllər çox olub. İndi heç mən özümə də inanmıram.

-  Qızların göz yaşına dözməyən şair....

 - Adamların nadanlığına dözə bilmirəm, biganəliyinə, soyuqluğuna...

 - Onunla başlanan cümlələrin sonuna nə qoyardız?

- Vergül qoyardım.

- Bəs nöqtəni nə vaxt qoyardız?

- Nöqtəni Əzrayıl qoyacaq...

 

Söhbətləşdi: Ayna Məmmədova

 

 


Oxşar xəbərlər
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
GÜNLÜK
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı