AMEA əməkdaşından ölkə başçısına şok məktub
Oxunub: 2902
18 Jul 2014 | 19:39
AMEA əməkdaşından ölkə başçısına şok məktub

Moderator.az-a müraciət edən AMEA-nın Fizika İnstitunun əməkdaşı Elman Şahverdiyev saytımız vasitəsi ilə prezident İlham Əliyevə açıq məktubla müraciət edib. Müraciətdə deyilir:

“Çox hörmətli  cənab prezident!

AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi PA-dan gələn  təyinat siyahısı üzrə  keçirildi və 30 iyunda başa çatdı.  Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərildi.

Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayi, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım.( Hirş indeksi haqqında: bir alimin Hirş indeksinin məsələn  5 olması o deməkdir ki, o alimin ən azından 5 məqaləsinə ən azı 5 sitat var)

Sivil dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər elmi işlərə sitatlar, Hirş indeksi əsasında keçirilir. Əksər ölkələrdən fərqli olaraq MDB-də seçilmişlər əlavə maaşla təmin olunurlar (Azərbaycanda müxbir üzvlər 800 AZN, həqiqi üzvlər-1200 AZN əlavə alırlar ki, bu da “seçkilərdə” olan intriqaları iti süjetli dramaturgiya səviyyəsinə qaldırır, “seçkinin” son günləri və saatları isə təyin edənlərın sanki qəsdən sürpriz qərarları ilə yadda qalır, elmə aidiyyəti olmayan şəxslərin varlığını üzə çixardır).Xarıcdə akademiyalar daha çox  alimlərin üzvlük haqqı ödədiyi müzakirə klublarını xatırladır, amma ora əsl seçki keçirilir, yeni yerlər satılmır. Amma üzvlər bir çox preferensiyalara malik olurlar, bəzi jurnallara pulsuz abunə, bəzi konfranslarda ödənişsiz iştirak və sair. Şox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların  az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.

Aşağıda bir sıra təyin edilmişlərin bəzilərinin sitatları Thomson Reuters- in Web of Knowledge bazasından, bəzilərinin ki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadir ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (sitatları çox aşağıdi deyə AMEA rəhbərliyində maraq yoxdur)  Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS ”“dakı məlumatları isə hərdən Elsevier jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə  SCOPUS-a girış icazəsi verildiyindən  mən özüm tərtib etmışəm.). Scholar.google.com isə açıq domendir, amma ordakı sitatlar konservativ deyil.  Buna baxmayaraq,  müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar haqqinda da təxmini bilgi almaq olar

Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında  1986-cı ildən  xaricdə bir məqalə dərc etdirməyən, yalnız Azərbaycanda bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da  yaşayır və elmi işlə məşğul olmur.(Thomson Reuters-də-cəmi 25 sitat). Analoji dövr üçün  Thomson Reuters-də mənim işlərimə sitatların sayi 601 olub.

Görəsən onda  o elmin inkişafında  hansı xidmətlətinə, hansı qiymətli təqdiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın cavabı çox sadədir: Belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edırik, təki “bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün düşünülmüş addımdır.

Digər təyin edilmış müxbir üzv-İskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əasasında  sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında  olmayıb. Elmi ışlərinə istinadlar hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Bəs görəsən belə elmi nəticələrə malik  İskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?.

Təyin edilmışlər arasında 22 ildir Azərbaycandan kənarda Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə  ən konservativ  data bazası olan SCOPUS-da  cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi- PA-da elm adamlarına yaxşi məlum olan yüksək cinli bir məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək  çox nüfuzlu  Physical Review jurnallarında məqalə dərc etdirmış azsaylı Azərbaycanlı alimlərin  siyahısına daxiı olmuşdur. Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin təyin etdrdiyi ikinci adam- fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur. Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir seçkidə belə bu şəxs özu haqqında yalan məlumat verməkdən  çəkinməyib. Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında  Nazim Məmmədov iddia edir ki, o, ona yaxin elmlər manizədi və doktoru yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə onun 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda  da məlumat verib. Belədirsə, qoy o, 4-5 rəhbərlik etdiyi namizəd və doktorun avtoreferatlarını nümayiş etdirsin. Özünü Osaka Universitetinin Professoru hesab edən Nazim Məmmədov görəsən doğrudanda 5 elmlər namizədi yetişdiribsə niyə AAK-dan professor rütbəsini hələ də almayıb.

Maraqlıdır ki, Elmin İnkişaf Fondunun (EİF)  indyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin  az qala ücdə biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısı Türkiyədə çalışan bir Azərbaycanlı alim tərəfindən edilib.Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki,  bir konfrans materialında  bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə  milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparici müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonununcu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı.Əlbəttə müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var!. Nazim Məmmədovun həmişə məşğul olduğu  mövzu marginal bir mövzu olduğundan  o bir az aktual sahələrə baş vurmağa calışır, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində aktual bir bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktotluq dissertasiyaları hazır olmuş alimlərə ( görünür asan müdafiə müqabilində)  məsləhətçilik edir.

Bax indi sual olunur ki, görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək  elmi rütbələrdən birinə layiq görülüb?

Cənab Prezident!

Namiz Məmmədov barəsində yazarkən onun son illər (direkorluqdan qabaq o,  il yarım direktor müavini idi) Fizika İnstitutunda qəsdən yaratdığı idarə-üsulu haqqında susmaq olmur. Maqarlıdır ki, direktorun qəbul günü yoxdur, və onun istəmədiyi adam qəbula gələndə “vaxtım yoxdur” deyə yumşaq desək bağirmaga başlayır. Bir neçə fakt gətirmək istəyirəm: 1)Bir neçə il qabaq  mətbuatda(“Azadlıq”

qəzeti, 2011)  Nazim Məmmədovun da adının keçdiyi bir grant layihəsi haqqında “3.5 milyonluq plagiat” adlı yazı getmişdi. Cavab yazisında  qarşı tərəf yazının əsassız yerə şübhələndikləri təşkilatçısını “elmdə gücsüz” adlandırmışdı. Həmin müxbir üzv Elmi Şurada  adekvat  cavab verdikdə is Nazim Məmmədov onun üstünə hücum cəkmişdir;2) İyulun əvvəlində o bir elmlər doktorunu “ julikin biri, julik, rədd ol burdan” deyərək diektorun kabinetindən qovmuş və koridora çixaraq bağirmağa başlamışdır; 3) O bir dəfə bir otağa daxil olmuş və bir nəfəri vurmaq üçün  külqabını ona atmışdır;4) Başqa bir vaxt bir elmlər doktorunu kabinetində qeyri-etik ifadələrlə təhqir etmişdir. Sual oluna bilər ki, Nazim Məmmədovu belə məsulliyətsiz davranmağa nə vadar edir? Onda cəzasızlığa belə əminlik hardandır? Yəqın ki, onun özünü idarə edə bilməməsi və fikrimcə ən əsası onun himayədarı olan Oktay Ələkbəronun tez-tez sirdaşlarına təkrar etdiyi o ifadə ki, mən Nazim Məmmədovu direktor təyin etmışəm ki, o, bu camaatı şillə -təpiklə idarə etsin.Bax belə! Nə az, nə çox!

Özündən aşağı saydığı, çəkinmədiyi adamlarla istədiyi kimi davranan Nazim Məmmədov özündən  “böyüklər”  saydıqlarının qarşisında bəzən sarkazm doğuran mükəmməl təzimləri ilə yadda qalır. Görünür burada onun Osaka professorluğu özünü tam çiçəkləndirmişdir.

Cox maqarlı bir faktı da qeyd etmək istəyirəm. Nədənsə İnstitutda olan müşahidə kameralarının mönitorinq mərkəzi Oktay Ələkbərovun otağında yerləşir. Deyəsən, doğrudan da “ 1984” uzaqda deyil.

Digər bir təəccüb doğuran fakt ondan ibarətdir ki,  Oktay Ələkbərov bütün məsuliyyət həddini aşaraq, işlərini pis-yaxşı tamamlamış bəzi biçarə aspirantlardan, dissertantlardan tələb edir ki, filan elmi rəhbərinizdən imtina edin ki, mən sizi müdafiəyə buraxım, təsdiqdə probleminiz olmasın və sair.

Cənab prezident!

Xahiş edirəm ki, Fizika İnstitutunun əməkdaşlarının təhlükəsizliyini təmin edəsiniz və fizika-riyaziyat-texnika elmlərini Oktay Ələkbərovun əsarətindən xilas edəsiniz.

Cənab prezident!

Fizika üzrə müxbir üzvlüyə təyin edilmişlər arasında Aydın Kazimzadənin işlərinə Thomson Reuters-də  cəmi 111 sitat var, İsmət Nəcəfovun işlərinə isə cəmi 75  sitat olub. Övsət Abdinovun  islərinə isə Thomson Reuters-də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində  CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş ineksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayi müəlliflərin sayına bölunməlidir (bax: J.E. Hirsch, An index to quantify an individual”™s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572.) Bundan əlavə Azərbaycan bit tərəfdaş ölkə kimi CERN-dəki Proyektlərdə iştirak üçün hər il büyük vəsait ayırır və orada Ovsət Adbinovdan başqa  daha bir neçə Azərbaycanlı alim  iştirak edir. Bu konteksdə çox maraqlı daha bir məlumat: Seçkilər qabaq

Övsət Abdinov  Dubnadakı Nüvə Mərkəzindəki Səlahiyyəti Nümayəndə postunu uğurla nüvə fizikasında mütəxəssis olmayan  Nazim Məmmədova təhvil vermişdir. Halbuki həmisə həmin nümayəndə  nüvə fiziki olmuşdur. 

Müqayisə üçün deyim ki, mənim işlərimə sitatların sayı (SCOPUS) 549-dur.Təyin edilmışlərin əksəriyyəti yaşı 75-i çoxdan keçmiş, hətta 80-ı haqlamış şəxslərdir və heç vaxt elmdə xüsusi nailiyyət əldə etməyiblər.

Cənab Prezident!

Həqiqi üzvlərə gəlincə isə,həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin  işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat(Hirş indeksi-7) var; Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz.

Yenə müqayisə üçün xarırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.

Görəsən demək olar ki, konservativ verilənlər bazasında yox dərəcəsində istinadları olan Cavad Abdinov  hansı geniş tədqiqatlarına, hansı elmə gətirdiyi yeni biliklərə görə, hansı tanınmış elmi məktəblərinə görə belə ən yüksək elmi rütbəyə layiq görülüb?  O necə yeni biliklərdir ki, tanınmış data bazalarında Azərbaycan elminə demək olar ki, sitatlar gətirə bilmir. Bu sualı həm də digər iki təyin edilmış akademiklər haqqında səsləndirmək olar.

Bu konteksdə bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar elmi işlərinə citatların sayi yox dərəcəsində olan bəzi alimlərimiz onlarla elmlər namizədi yetişditməklərini qabartmağa çalışır. 40-50 il elmi fəaliyyətlə məşğul olan alim neşə ola bilər ki, 30-40 davamçı yetişdirsin. Belə çıxır ki,

30-40+1 kollekivi uzun illər Azərbaycan elminə sitatlar gətirməyən işlər dərc etdirmışdir. Birdə ki, elmin xususiyyətini yaxşı bilən alim başa düşür kü, bir  alimin bu qədər işlərə rəhbərlik eləməsi fantaziyadır. Bu işlər ən yaxşi halda bir-birindən illərlə köçürmə, kompilyasiya sayəsində yaranmışdır. Azərbaycanda elmı işlərə sitatların az olmasının əsas səbəblərindən biri də budur. Bir də ki, Azərbaycanda hamı bilr ki,

bu işlər bir çox hallarda necə və nəyin hesabına yazılır.Görəsən bu alimlərin bu sahədə beynəlxalq təcrübədən heç olmasa xəbəri varmı. Ən tanınmış beynəlxalq səviyyəli alimlər (bəzi istisnalar olmaqla) həyatı boyunca 5-6 davamçı hazirlaya bilirlərsə, bu böyük uğur sayılır.

Belə ğörünür ki,  PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə onun tənəzzülünə yönəlmış  düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş  hədiyyədir, AMEA-da çalişan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Heç də təsadüfi deyil ki, AMEA-nın  Thomson Reuters, SCOPUS ilə onların məlumat bazasına girişlə bağlı apardığı danışıqlar illərdir ölü nöqtədən tərpənmək bilmir. EİF-ə ayrılan vəsaitlərin az bir hissəsi kifayətdir ki, bu danışıqlar Azərbaycan alimlərinə bütün dünyada istifadə olunan məlumat bazalarına girişi təmin etsın. Əvəzində EİF ildən-ilə beylnəlxalq qrantlar almayan eyni adamlara  külli miqdarda qrant ayırmaqla məşğuldur.

Fizika üzrə təyin edilmışlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur: PA , nüfuzlu bir akademiya və  PA HS şöbəsi.

Cənab Prezident!

Xahiş edirəm ki, yaranmış vəziyyətdə  seçkilərin  AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirililməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz”.


Oxşar xəbərlər
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək