Sənədsiz yeni binalar sökülür?
Oxunub: 2081
14 Jun 2014 | 00:30
Sənədsiz yeni binalar sökülür?
Son üç-dörd ildə Azərbaycan istifadəyə verilən mənzillərin sayına görə, az qala 1980-ci illərin səviyyəsinə qalxıb. Statistikaya görə, 2010-cu ildə 17,6 min, 2011-ci ildə 16,1 min və 2012-ci ildə 19,9 min ədəd mənzil istifadəyə verilib. Cəmi 4,3 min mənzilin istifadəyə verildiyi 1999-cu illə müqayisədə yetərincə optimist göstəricilərdir. 29 min mənzilin respublika vətəndaşlarına paylandığı 1983-cü illə müqayisədə xeyli az olsa da, yenə də tikilən mənzillərin sayının ildən-ilə artacağına və ölkənin 30 minə bərabər yeni mənzil ehtiyacı problemini sabit axınla həll ediləcəyinə ümidi artırırdı. Yəni bu göstəricini görən hər bir kəs yaxın illərdə Azərbaycanda yeni mənzillərə yaranan tələbin tikinti şirkətləri tərəfindən problemsiz şəkildə, bazarın alıcılıq qabiliyyətinə uyğun şəkildə ödəniləcəyinə ümid edirdi. 

Amma ANS PRESS-in məlumatına görə, ölkənin tikinti sektorunda aparılan araşdırmalar yaxın illərdə bu templərin qorunacağına ümidləri azaldır. Məsələ bundadır ki, istifadəyə yararlı sayılan mənzillərin əksəriyyəti bünövrəsi 10-15 il əvvəl qoyulmuş binaların və fərdi evlərin payına düşür. Özü də bu statistikada çoxdan tikilmiş, amma sənədləri indi qaydaya salınan fərdi evlərin payı getdikcə artır. Dövlət tərəfindən istifadəyə qəbul edilən bina evlərinin sayı isə ildən-ilə azalır. 

Əgər 2010-cu ildə çoxmərtəbəli binalarda 6 min mənzil istifadəyə verilmişdisə, 2011-ci ildə 2700, 2012-ci ildə isə 4700 mənzil dövlət tərəfindən qəbul edilərək istifadəyə yararlı sayılıb. 2013-cü ilin statistik göstəriciləri tam açıqlanmasa da, ölkə üzrə istifadəyə verilən bina mənzillərinin sayı 5000-i keçmir. Konkret olaraq, Bakıda cəmi 31 yüksək mərtəbəli bina istifadəyə verilib ki, bu, sakinlərin yaşadığı sənədsiz 700-ə qədər binanın 5%-dir. Qalan binalarda insanlar 15 ilə yaxındır ki, yaşayır və nə vaxtsa “kupça” alacaqlarına ümid edirlər. Amma sənədləşmə bu sürətlə gedərsə, həmin binaların sakinləri daha 20 il də gözləməli olacaqlar. 

Binaların sənədsiz olması insanlar üçün çox problemlər yaradır - evlərə mülkiyyət hüququnun olmaması onların həmin mənzilləri sata bilməsinə əngəl yaradır. Nəticədə əmlak bazarında aktivlik xeyli aşağı düşür. Sakinlər ünvanı olmadığına görə evlərinə qeydiyyata düşə bilmirlər, bu da onlara bir sıra inzibati problemlər yaradır. Bu binaların ən problemli tərəfi isə onlarda qazın olmamasıdır. Binalar dövlət qəbulundan keçmədiyinə görə, onlara qaz verilmir. Nəticədə qazanxanası olmayan binaların sakinləri mənzilləri elektriklə qızdırırlar ki, belə mənzillər qış aylarında 120 manata qədər işıq pulu verir. Halbuki, kombi və ya qazanxana sistemi ilə bu, 40 manatdan artıq olmur. 

Çoxmərtəbəli binaların mənzillərinə “kupça” verilməməsi dövlət büdcəsinə də zərər vurur, evinə mülkiyyət sənədi ala bilməyən vətəndaş əmlak vergisi ödəmir. Həmçinin mənzillərin sənədinin olmaması onların müxtəlif müqavilə formaları ilə eyni vaxtda bir neçə alıcıya satılmasına imkan yaradır. Bu isə uzun müddətli məişət və məhkəmə çəkişmələri ilə müşayiət olunur. Yaranmış durum insanları ilkin mənzil bazarına vəsait yatırmaqdan çəkindirir. Yəni 15 il qabaq insanlar çəkinmədən bünövrəsi yeni qoyulan binalara pul verirdilərsə, indi heç kim bu riski etmir və mülkiyyət sənədi olan mənzil axtarır.

Bu binalara mülkiyyət sənədi almaq üçünsə 14 idarədə razılaşmadan keçmək lazımdır. İşlə yaxından əlaqəsi olanlar bilir ki, vaxtilə icazə qapısının sayı 28 idi ki, bu qapılardan keçməyə hər iş adamının gücü çatmırdı, ona görə də tikintini icazəsiz davam edirdi. İndi də vəziyyət o qədər də asan deyil və binanın qəbul edilməsi üçün çox sayda prosedur gerçəkləşdirilməlidir. “MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, binaları inşa etmək üçün ilkin olaraq tikintiyə icazə aktı alınmalıdır: “Daha sonra layihə sənədləri işlənməlidir və müvafiq yerli icra strukturlarında həmin layihələr ekspertizadan keçirilməlidir. Nəhayət, tikinti işlərinə başlamağa ayıca icazə verilməlidir. Tikinti prosedurlarının hamısı da müvafiq yoxlama strukturlarından keçməlidir, hamısına görə də akt bağlanmılıdır. Ən sonda isə bu aktların hamısı dövlət qəbulu komissiyasına təqdim edilməlidir və komissiya tərəfindən binaya istismar aktı verilməlidir. Bundan sonra binanın mənzillərinə mülkiyyət sənədləri verilə bilər”,- deyə “MBA” konsaltinqin rəhbəri vurğulayır. 

Nüsrət İbrahimovun sözlərinə görə, əgər bu prosedurlar vaxtında keçirilməzsə və lazımi sənədlər alınmazsa, yaxud layihədən kənarlaşmalar müşahidə edilərsə, binaya sənəd verilmir: “Bu binaların bəziləri sökülə bilər, bəzilərinin isə sənədləşməsi başdan aparılaraq dövlət qəbuluna təqdim edilə bilər”,- deyə Nüsrət İbrahimov vurğulayır.

Əslində, əhalini narahat edən məhz həmin 700 binadan xeyli hissəsinin sökülə bilmək ehtimalı ilə üz-üzə olmasıdır. Dövlət rəsmiləri zaman-zaman onlarla çoxmərtəbəli binanın söküləcəyini bildirir ki, bu də sənədsiz 700 binanın sakinlərini stressə salır. Hər halda, binaların sənədləşdirilməsində və tikilməsində baş vermiş qüsurlar onların günahı deyil. Sadalanan 50 binanın sökülməsi 5 minə yaxın ailənin evsiz qalması deməkdir ki, bu ciddi sosial problemlərə gətirə bilər. 

Hər halda, ölkə qanunvericiliyinə görə, vətəndaşlar mənzil tikinti kooperativlərinə (MTK) üzv kimi binaların bünövrəsi qoyulanda tikintiyə vəsait yatıra bilərlər. Və bu binaların keyfiyyətli tikintisinə məhz dövlət qurumları məsuliyyət daşıyır. Əgər binalar sökülərsə, bunun birbaşa günahkarı tikinti şirkətidirsə, əsas günahkarı MTK üzvlərinin hüquqlarını qorumalı olan, onların adından danışmalı olan dövlətdir. Yəni dövlət qurumları prosedurlara vaxtında nəzarət edərək, tikinti şirkətləri tərəfindən MTK üzvlərinin hüquqlarının pozulmasına yol verməməli idi. Belə olan vəziyyətdə dövlət ya MTK üzvlərini müvafiq ölçüdə mənzillə təmin etməlidir, ya da həmin binaları möhkəmləndirərək lazımi tələblər səviyyəsinə çatdırmalıdır. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev də məsələni bu cür qoyur. Şöbə müdiri şəhərdə tikilmiş hansısa yeni çoxmərtəbəli binanın söküləcəyinə inanmır. “İndi 21-ci əsrdir, binaları möhkəmləndirmək üçün hər cür imkan var” deyən Cahangir Qocayev Bakının İnşaatçılar prospektində və Yasamal bazarının yaxınlığında binaların möhkəmləndirilərək standartlara uyğun hala gətirildiyini bildirir. 

DŞAK təmsilçisi Bakıdakı sənədsiz 700 binanın sakinlərinin də tezliklə mülkiyyət hüququ əldə edəcəyini vurğulayır. “Bununla bağlı səlahiyyətlər Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti qurumlarına verilib. İnşallah bu qurumlar müvafiq komissiyaları formalaşdırarlar və tezliklə sənədsiz binaların sakinlərini sevindirərlər”, - deyə Cahangir Qocayev vurğulayır. 

Nə deyirik? Təki, elə olsun. Atalar demişkən, kor nə istər, iki göz - biri əyri, biri düz. Təki rəsmilər işə düz yanaşsın.

Oxşar xəbərlər
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 12:42
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 12:47
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY