“İstənilən xarici dövlətə bağlı siyasi qüvvə ifşa olunmalıdır”
Oxunub: 5334
05 Jun 2014 | 11:55
“İstənilən xarici dövlətə bağlı siyasi qüvvə ifşa olunmalıdır”

BAXCP sədri, milət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

Əvvəli-moderator.az/?xeber=47323

Deməyim odur ki, avropalılarda qanunun aliliyi, insan hüquqları yalnız özləri üçündür. Mən də deyirəm ki, bəli, o dəyərlər ki, müstəsna əhəmiyyətə malikdir, onları öz vətəndaşımız və dövlətçiliyimizin inkişafı üçün tətbiq etməliyik. Yəni bizdə də insan haqları yüksək səviyyədə olsa, qanunun aliliyi hər şeydən üstün olsa insanlarımız daha xoşbəxt yaşayar. Amma dövlətin maraqları tələb etsə ki, bu qərarları vermək lazımdır, biz bunu etməliyik. Özü də kimlərəsə xoş gəlmək üçün deyil, milli mənafemiz naminə.

-Son günlər mediada yeri gəldi-gəlmədi çək-çevir predmetinə çevrilən bir mövzu da Azərbaycanda 5-ci kolonun mövcudluğudur. Doğrudanmı bu kolon nəzərəçarpacaq və təhlükəsizliyimizi təhdid edəcək gücə malikdir?

-Düşünmürəm ki, onlar həlledici gücdürlər. Amma təbii ki, ayrı-ayrı dövlətlərə bağlı adamlar var. Misal üçün, Rusiyaya bağlı adamlar da var, İrana da, Türkiyəyə də. Baxın, bəzən sanki Türkiyənin Azərbaycandakı maraqlarını Azərbaycanın öz maraqlarından daha çox müdafiə etmək istəyənlər var. Niyə? Türkiyədən siyasi dəstək almaq üçün. İranla bağlı də bu cür dəstək nümayiş etdirənlər də var, Rusiya ilə də. Amma Azərbaycanda 5-ci kolon hesab edilən qüvvələr elə əhəmiyyətli gücə sahib deyillər ki, Azərbaycanın siyasətini dəyişə bilsinlər. Nə İranpərəstlər, nə Türkiyəpərəstlər, nə də Rusiyapərəstlər. Məncə Qərbə xoş gəlmək üçün bu, bəzilərinin daha çox şişirdilmiş şəkildə təqdim etdikləri qiymətləndirmədir.

-Əvvəllər deyirdik ki, Azərbaycandakı kadr məsələlərində rəsmi Bakı bu və ya digər formada Moskva ilə razılaşdırılmış davranış sərgiləyir. Amma artıq indi yavaş-yavaş Ərdoğan Türkiyəsinin də Azərbaycandakı kadr məsələsində söz sahibinə çevrilməyə başlandığı görsənir. Bunu necə izah etmək olar, Moskva və Ankara arasındakı balanslaşmamı?

-Mən düşünmürəm ki, Azərbaycanda nə Rusiya, nə də Türkiyə kadr siyasətinə ciddi təsir etmək gücündədirlər. Desəm ki, bu ölkələrin heç bir təsiri yoxdur, o da düz olmazdı. Amma bu təsir həlledici deyil. Mən sizin sualın mahiyyətindən nəyə işarə etdiyinizi anladım. Əgər sonuncu kadr dəyişikliyindən söhbət gedirsə, mənə elə gəlir ki, Azərbaycan iqtidarı Türkiyənin təzyiqi ilə hansısa qərarlar qəbul etmədi, sadəcə olaraq Türkiyədə baş verənlərdən ibrət dərsi götürdü. Amma heç bunu gözləmək də lazım deyildi. Hələ bir neçə il bundan qabaq parlamentin iclasında şəxsən mən çıxış edərək demişəm ki, baxın, Azərbaycanda vəziyyət o həddə gəlib çatıb ki, gəncləri, ziyalıları, vətəndaş cəmiyyətində təmsil olunan xeyli sayda insanı Gülüstan sarayına dəvət edərək 800 nəfərlik bir tədbir keçirirlər, özü də bu tədbir guya ki, mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunub, amma orada üz qabığında Fətullah Gülənin şəkli olan jurnal paylayırlar, jurnal da Heydər Əliyevə deyil, bütünlüklə Fətullah Gülənə həsr olunub. Yəni görün bu qüvvələr necə qabağa gediblər ki, onlar risk edərək Heydər Əliyevin doğum günündə ona qarşı bu cür addım atmağa özlərində cəsarət tapırlar. Yəni mən hələ o zaman parlament tribunasından həmin həyəcan təbilini çalmışdım ki, bunlarla bağlı müvafiq ölçü götürülməsə, sonrası heç də yaxşı olmayacaq. Yəni bu qüvvələr müstəqil deyillər və təlimatla xaricdən idarə olunurlar. Həmin o Fətullah Gülən Amerikaya bağlı bir adamdır. Vaxtilə Ərdoğanın hakimiyyətə gəlməyində də Fətullah Gülənin müstəsna xidmətləri olub. Hətta o vaxt Türkiyə mətbuatı yazırdı ki, Fətullahçıların 4 milyondan 6 milyona qədər seçici səsləri var və həmin səslər hesabına Ərdoğan ilkin seçkiləri uddu. Yəni o zaman Gülən-Ərdoğan müttəfiqliyi olmasaydı, AKP təkbaşına hökuməti götürə bilməzdi. Amma məlum Davos Forumundakı “van minut” qalmaqalından sonra Ankara-Təl-Əviv münasibətlərində soyuqluq yarananda Fətullah Gülən əslində bir dinçi qüvvə rəhbəri kimi Ərdoğanı dəstəkləməli olduğu halda tamam əks mövqedə dayandı. Bəlli oldu ki, o sifarişlə davranır və başqa dövlətlərdən hansı mesaj gəlsə ona uyğun da hərəkət edəcək. Ona görə də bilmək lazımdır ki, Nurçularla bağlı da lazımı ölçü götürülməliydi və nəzarət gücləndirilməliydi. Bu gün həmin nurçular etiraf edilməlidir ki, İlham Əliyevi dəstəkləyirlər. Amma kim zəmanət verər ki, misal üçün Amerika ilə münasibətlərimizdə gərginlik yaranacağı, yaxud tutaq ki, Qarabağ məsələsində Azərbaycanın maraqları Amerikanın maraqlarıyla toqquşacağı halda okeanın o tayından buradakı gülənçilərə komanda gəlsə onlar hansı mövqedən çıxış edəcəklər? Mən hələ bu məsələni o vaxt ictimailəşdirdim ki, Ərdoğanla Gülən bir-birinə can deyib, can eşidirdilər. Ona görə də mən deyərdim Azərbaycan hakimiyyəti Türkiyənin təzyiqindən yox, obrazlı desək, gözü çıxmış qardaşının aqibətindən nəticə çıxardı. Mən hesab edirəm ki, ümumiyyətlə istənilən xarici dövlətə bağlı siyasi qüvvələr ifşa olunmalıdır. Yəni  ölkədəki bütün siyasi qüvvələr Azərbaycan xalqına bağlı olmağa borcludurlar.

-Hər zaman Siz parlamentdə məmur özbaşınalığı barədə də fikirlər səsləndirib ölçü götürülməsinin zərurliyini bildirmisiniz. Amma görünən odur ki, bir çoxları hətta prezidentin xəbərdarlığına məhəl qoymurılar.

-Hər halda bir neçə məmurun bəlli səbəblərdən vəzifədən kənarlaşdırılması sözsüz ki, bir çox məmuru bu istiqamətdə düşünməyə vadar edib. Amma etiraf edək ki, hətta prezidentin bu kimi açıq mesajlarından sonra da bu kimi hallar davam edir. Burada bir neçə variant ola bilər. Ya həmin o məmurların uşaqları çox böyük ehtimalla mətbuatı və televiziyanı izləmirlər, siyasi həyatla maraqlanmağa vaxt tapmırlar. İkincisi, ola bilər ki, ailədə gedən söhbətlərdən belə qənaətə gəliblər ki, prezident onların valideynlərini, yaxud güvəndikləri adamları vəzifədən kənarlaşdıra bilməz, üçüncüsü də ola bilsin məmur övladları o vaxt evə gəlirlər ki, bu zaman valideynləri yatmış olur. Yəni nə özləri dünyadan xəbər tutmağa həvəs göstərmirlər, nə də valideynləri bu barədə onları məlumatlandıra bilmirlər ki, nəyi etmək olar, nəyi olmaz. Yəni eyş-işrət bolluğu bunları vadar edir ki, hətta dostlarla oturanda da tamam başqa şeylərdən söhbət edirlər. Amma yenə də hesab edirəm ki, son vaxtlar bir neçə məmurun cəzalandırılması təsirsiz ötüşməyəcək. Amma məncə bu məsələdə də köklü irəliləyişə nail olmaq üçün ölkədə qanunun aliliyinə nail olmaq lazımdır. Yoxsa prezident hansısa göstərişi verir və bir müddətdən sonra o xəbərdarlıq yaddan çıxır. Çox təəssüf ki, bu məmləkətdə qanunun aliliyi ilə bağlı problem var. Bunun üçün prezident, ayrı-ayrı məmurlar nə qədər xoşniyyətli olsa belə, müdaxilələri vəziyyəti kökündən dəyişməyə yetməyəcək. Çox təəssüf ki, son zamanlar bu istiqamətdə atılan addımlar, yəni mayın 30-da vətəndaşlıqla bağlı qəbul olunan qanun layihəsi qanunun aliliyinin əleyhinə olan cəhdddir. Çox təəssüf edirəm ki, parlamentin həmin iclasında iştirak edə bilmədim. Həmin vaxt bir qrup millət vəkili ilə NATO Parlament Assambleyasının tədbirində idik. Amma parlamentin komitə iclasında mən bu layihənin əleyhinə çıxmışdım və fikirlərimi də demişdim. Konstitusyaya zidd olaraq vətəndaşın vətəndaş hüquqlarından məhrum edilməsinə ad tapmaq mümkün deyil. Yeri gəlmişkən, mən indi bir detalı xatırladacam və bəri başdan deyirəm ki, Azərbaycan hökuməti öz imici üzərində belə demək mümkünsə əsməlidir. Biz bu yaxınlarda Oqtay Əsədovun rəhbərliyi ilə Xorvatiyada səfərdə olduq. Orada bizi o qədər yüksək səviyyədə qəbul etdilər ki, təəccübləndik. Oteldə bizdən soruşurdular ki, sizinlə gələn hansı ölkənin prezidentidir? Deyirdim ki, prezident deyil, bizim parlamentin spikeridir. Onlar inana bilmirdilər ki, heç bəzi ölkələrin prezidentləri bu səviyyədə qəbul olunmur. Yəni adətən motoskletçi kortejindən tutmuş, yolların bağlanaraq böyük bir təhlükəsizlik tədbirləri və hətta prezident sarayı qarşısında fəxri qarovulun düzülməsinə qədər addımlar yalnız prezident səfərlərində tətbiq edilir. Bu nəyin göstərici idi? Bu doğrudan da Azərbaycanın Xorvatiya üçün önəmi və nüfuzunun əlaməti idi. Yəni deməyim odur ki, ölkənin beynəlxalq aləmdəki nüfuzunu bu cür konstitusiyaya zidd qanunlarla zədələmək olmaz, əksinə, onun üzərində əsmək lazımdır. Yaxud biz komitədə Andlı İclaslar institutunun prokurorluğun təqdimatı ilə ləğv olunmasına baxdıq. Bilirsiniz, 2000-ci ildən qanunvericiliyə daxil edilmiş bu sənədi 14 ildən sonra tətbiq etmədən yararsız hesab edərək çıxarılmasına təşəbbüs edilir. Axı bunun yararsız olduğunu hardan bildiniz? Bu qanun işlədi ki, yararlı-yararszı olduğunu da görək? Axı heç olmasa bunu bir pilot layihə kimi ən azından bir regionda tətbiq etmək olardı, xeyiri-zərəri bilinərdi. Amma heç tətbiq olunmamış onu çıxarıb tulladılar kənara. Halbuki andlı iclaslar Konstitusiyanın 55-ci maddəsinə görə də xalqın iradəsinin ifadəçisidir. Konstitusiyaya görə Azərbaycanda hakimiyyəti xalq formalaşdırır. İcra hakimiyyətinin başçısını-prezidenti xalq özü seçir, qanunverici hakimiyyəti də xalq seçir. Hakimiyyətin üçüncü qolu olan məhkəmə hakimiyyətində də vətəndaşların iştirakında məhz andlı iclaslarda bir şans idi, indi vətəndaş bu institutun ləğv olunmasıyla həmin imkandan da məhrum edildi. Ona görə də təəsssüf edirəm ki, son vaxtlar vətəndaşların hüquq və azdlıqlarının genişləndirilməsinə yönəlik qanunlar qəbul etmək əvəzinə məhdudlaşdırıcı qərarların qəbulu həyata keçirilir. Ona görə də Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olmaq müşkülə dönüb. Məsələn, parlamentin komitə iclasında prokurorluğun nümayəndəsi çıxış edib deyir ki, mən hakimlərin seçki komitəsinin üzvüyəm. Axı niyə prokurorluq hakimlərin seçilməsində iştirak etməlidir? Prokurorların təyinatında məgər Məhkəmə hakimiyyətinin rəyi nəzərə alınır? Axı məhkəmə müstəqil hakimiyyətin qanadıdırsa burada prokurorluğun nəzarəti haradan çıxdı? Yaxud tutaq ki, niyə hakimləri seçən, təyin edən və cəzalandıran Məhkəmə Hüquq Şurası adlı qurum əslində hakimlərin özünüidarə orqanı olsa da onun başında hökumətin üzvü olan ədliyyə naziri dayanır? O zaman hansı məhkəmə müstəqilliyindən söhbət gedə bilər? Andlı iclaslarda da çəkişmə tərəfləri var. Hakim də neytral olaraq müşahidə edir və baxır ki, tərəflər prosessual qanunvericiliyi pozmasın, verdikti də 12 nəfərdən ibarət münsiflər heyəti çıxarır. Niyə onda bu cür institut tətbiq olunmadı? Bir nəfər hakimi ələ almaq asandır, yoxsa 12 nəfəri? Yaxud hakimə təzyiq etmək asandır, yoxsa 12 nəfərə? Özü də həmin 12 nəfərin çoxu dövlət qulluğunda olmayan azad insanlar olur, hökumətin də onlara təsir imkanları məhdud olur. İkincisi də onlar hakimlər kimi məsuliyyət daşımırlar və yuxarıya statistik məlumatlar vermirlər, tabeçilikləri yoxdur və s. Axı bu institut daha müstəqildir. Burada çəkişmə prinsipi, aşkarlıq daha çoxdur. Digər tərəfdən, bunu biz vətəndaşın, müttəhimin öz ixtiyarına verə bilərdik ki, sənin işinə andlı iclaslar baxsın, yoxsa yox? Kimsə hesab edirsə ki, hakimə hökumət təzyiq edə bilər, o dərhal andlı iclasları seçəcək. Sözümün canı odur ki, çox təəssüf ki, son vaxtlar biz hökumətin imici barədə düşünmürük. Mənsə hər zaman demişəm və bu gün də hesab edirəm ki, hökmən ölkədə hüquqi islahatlar aparılmalıdır. Vaxtilə Heydər Əliyevin dövründə bir komissiya yaradılmışdı, həmin komissiya öz işini bərpa etməlidir, respublikanın tanınmış hüquqşünasları o komissiyaya daxil olmalıdır və doğrudan da təxirəsalınmaz hüquqi islahatlar aparılmalıdır.   

Oxşar xəbərlər
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO