Moderator.az-ın “Qafqazinfo”-ya istinadən xənərinə görə, metronun “Həzi Aslanov” stansiyasına giriş bağlanıb. Buna səbəb hansısa vaqonun nasaz olduğu bildirilir.
“Həzi Aslanov”dan "Dərnəgül" istiqamətinə gedən vaqon isə 10 dəqiqədən artıqdır ki, tuneldə qalıb. Nəticədə sərnişinlər arasında həyəcan yaşanır. Bəzi sərnişinlərin səhhətində problem yaranıb.
**
Artıq “Həzi Aslanov”a giriş açılsa da qatarların hərəkətində problem var. Belə ki, vaqonlar tez -tez dayanaraq hərəkt edir.
***
Bu səhər saat 8 radələrində Həzi Aslanov ”“ Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş verib. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə metronun Koroğlu stansiyasında meydana gəlib. Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub. Məlumata görə, hazırda sərnişinlər stansiyadan təxliyyə olunublar.
Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb. Hadisə şahidləri bildiriblər ki, Qara Qarayev stansiyasında da qatarın hərəkəti dayandırılıb və maşinist fasilənin təhlükəsizlik qaydalarına riayət etmək üçün yarandığını deyib. Bəzi sərnişinlər isə qatarda yanıq iyi hiss etdiklərini bildirmişdilər.