Hədəfdəki seçilmişlər... - VİDEO+FOTO
Oxunub: 10930
12 May 2014 | 11:47
Hədəfdəki seçilmişlər... - VİDEO+FOTO

Ötən gün şəhərin lap göbəyində, “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasının arxasındakı işıqforun yanında birdən-birə “Azərsu” ASC-nin təmir briqadasının peyda olaraq hərəkətin intensivliyinə məhəl qoymadan ekskavatorla asfaltın ortasını qazması ərazidən keçənlərin  narazılığa səbəb oldu. Bu hadisə isə son illər cəmiyyətin və xüsusən də tənqidi medianın vaxtaşırı çək-çevir predmetinə çevirdiyi yolların keyfiyyəti mövzusunu bir daha gündəmə gətirməyimizə təkan verdi.

Xatırladaq ki, bir neçə gün öncə paytaxtın intensiv hərəkət olan başqa bir yolunda-Nobel prospektində də yolun qəfil çökməsi baş vermişdi və o zaman da mətbuat dərhal Nəqliyyat Nazirliyini,konkret olaraq “Azəryolservis” ASC-ni ittiham edərək günahkar axtarışına çıxmışdı. Ancaq sonradan ərazidə aparılan qazıntı işlərindən sonra bəlli olmuşdu ki, asfaltın altının yuyulmasına səbəb qrunt suları olub.

Odur ki, biz hər birimizin hər gün demək olar ki, piyada və ya avtomobillə keçdiyimiz min kilometrlərlə asfalt yolların necə ərsəyə gəlməsini, istismarı zamanı insan amilinin dağıdıcı təsirini təhlil etməyə və bu zaman “günah keçisi” axtarmadan müşahidələrimizə əsaslanan obyektiv gerçəkliyi ortaya qoymağa çalışacağıq.

Yeri gəlmişkən, parlamentin sonuncu iclasında da spiker Oqtay Əsədov medianı qınamışdı ki, hamı qalmaqal axtarışına çıxdığından demək olar ki, ciddi təhlili yazıya və jurnalist araşdırmasına rast gəlmək mümkün deyil. Bu baxımdan indi oxucuların diqqətinə təqdim etdiyimiz bu yazı həm də parlament rəhbərinin səsinə səs vermək niyyəti kimi də qəbul edilə bilər.

Beləliklə, orta və yaşlı nəsil etiraf edər ki, 70 illik qosqoca sovet dönəmində ölkənin ən ağrılı sosial problemlərindən biri də istər şəhərlərarası, istərsə də rayonlardakı yolların bərbad olması və mənzil başına çatmaq üçün məmləkət əhlinin xeyli əziyyət çəkməsi olub. İnsaf naminə qeyd edilməlidir ki, təkcə son 10 ildə ölkədə istismara verilən asfalt yolların ümumi uzunluğu sovet quruluşunun bütün mövcudluğu boyu istifadədə olan yollardan çoxdur. Körpülərin, yolötürücü qovşaqların və piyada keçidlərinin tikintisini isə müqayisə etməyə dəyməz. Bütün bunlar Azərbaycan hökumətinin bu sahədəki fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulamağa əsas verir.

 Ancaq narahatlıq doğuran məqamlar da az deyil və onlardan biri yolların sıradan çıxmasına səbəb olan ağırtonnajlı maşınların ölkəyə gətirilməsində hökumətin yürütdüyü siyasətdir. Belə ki, bu gün yollara hakim kəsilərək “Kamaz” avtomobillərini oyundankənar vəziyyətdə qoyan “Şacman” maşınlarının Azərbaycana gətirilməsi heç anlaşılan deyil. Üstəlik, milli mentalitetimizdən qaynaqlan bəzi neqativ amillər də həmin maşınların normadan artıq yüklənməsinə rəvac verir, nəticədə hökumətin də etiraf etdiyi kimi, bir reys yükü daşıyarkən 100 dollar qazanan sahibkar və ya sürücü əvəzində yol infrastrukturuna milyonlarla dollar ziyan vurmuş olur.   

Asfaltın keyfiyyəti də zaman-zaman medianın gündəmindən düşmür və xüsusən də payız-qış mövsümlərində mürəkkəb iqlimə malik ölkəmizdəki asfalt yolların sıradan çıxması daha çox nəzərə çarpdığından insanlarda belə bir təsəvvür formalaşır ki, “Azəryolservis” yolları keyfiyyətsiz çəkib və büdcədən ayrılan vəsait mənimsənilib. Ancaq əksəriyyət bilmir ki, yolların istismara qəbulu prosesi düşünüldüyü kimi sadə deyil və dövlət komissiyası onu aktla istismara qəbul edir. Yəni hansısa bir yeni və ya təmir edilmiş yolun istismara verilməsi bir neçə dövlət qurumu rəsmisinin imzasından sonra mümkün ola bilər.

Yol-nəqliyyat hadisələri də yolların sıradan çıxmasında az rol oynamır. Avtoqəzaların il ərzində minlərlə can alması azmış kimi bir çox hadisələr zamanı yol infrastrukturuna külli miqdarda zərər dəyir, ancaq dəymiş ziyanın necə və kim tərəfindən ödənilməsi məsələsində qanunvercilikdə boşluq olduğundan həmin vəsaitlərin büdcəyə qaytarılmasını təmin etmək demək olar ki, mümkünsüz olur.

Yaxud yollardan icazəli və icazəsiz kommunikasiya vasitələrinin keçirilməsi də yolların dağılmasına səbəb olan amillər sırasındadır. Çox vaxt günahkar axtarışı da qalmaqala səbəb olur və yolları dağıdan qurumlar öz məsuliyyətlərini danmağa cəhd edirlər.

Başqa bir problem ümumiyyətlə bir qrup insanın hər şeyi qara rəngdə görərək ancaq əmma axtarması və aşkar qərəz sərgiləyərək könül bulandırmasıdır.

Bu baxımdan mətbuatdakı bəlli kəsimin Kəlbəcərdən seçilmiş deputat, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanova qarşı çeşidli “qara piar” kampaniyalarını xüsusi olaraq qeyd etmək lazımdır. İlk baxışda Azərbaycan hökumətinin tərkibinə və məmur portfellərinin profilinə nəzər saldıqda məhz “Azəryolservis” ASC rəhbərinin qərəz istehsalçılarının “sevimlisi”nə çevrilməsini anlamaq olar. Yəni digər mərkəzi icra hakimiyyəti orqanlarından fərqli olaraq “Azəryolservis” ölkə hüdudları daxilində insan ayağının və maşın təkərinin nüfuz edə biləcəyi hər yerin göz oxşayan şəkildə, asfaltlanmış olaraq insanların sərəncamına verməli olan bir qurum olduğundan vaxtaşırı qınaq predmetinə çevrilməsi bəlkə də təbii qarşılanmalıdır. Amma ittihamın da əndazəni aşmasına yol veriləndə ortada qərəz olduğu dərhal nəzərə çarpır, bu zaman doğru tutulan irad da öz əhəmiyyətini itirir. Yeri gəldi-gəlmədi ölkənin yol infrastrukturunda yaşanan və əslində “Azəryolservis” ASC-yə dəxli olmayan problemlərin qabardılması, “Cavid Qurbanovun çəkdiyi yol çökdü”, “Cavid Qurbanovun yolu bir il də dözmədi”, “Cavid Qurbanov yol qırağındakı ağaclara qənim kəsilib” kimi yazı başlıqlarıyla onu az qala xalq düşməni kimi təqdim etmək cəhdi təbii ki, ürəkbulandırıcı təsir bağışlayır və insanlar dərhal anlayırlar ki, ortada ya məkrli sifariş, ya aşırı qərəz var. Çünki yolların çəkilməsi, istismarı və sıradan çıxması prosesinin hamısı insanların gözü qarşısında olur deyə, nəyin necə və niyə baş verməsini bilmək üçün heç inşaatçı olmağa da gərək qalmır.

Yuxarıda sadalananlara baxmayaraq təbii ki, Cavid Qurbanov mələk deyil və bu hakimiyyətin korrupsiya piramidasında onun da adına yazılmış kərpiclər tapmaq mümkünsüz deyil. Amma söhbət cavabdeh olduğu sahənin peşəkarı olmaqdan və insani meyarlardan gedirsə, müqayisəli təhlillər onu iddia etməyə əsas verir  ki, Cavid Qurbanov çoxsaylı müsbət xarakteristikasıyla hökumətdəki həmkarlarından asanlıqla seçilir. Hər şeydən öncə onu başqalarından fərqləndirən ən üstün keyfiyyət min illərin sınağından keçmiş mənəvi dəyərlərimizə daha çox bağlı olması, təkcə seçicilərinə deyil, hər kəsə qarşı səxavətli və alicənab davranmasıdır. Heç də təsadüfi deyil ki, onu yaxından tanıyan həmkarları etiraf edirlər ki, C. Qurbanovun kiməsə edə biləcəyi ən böyük pislik uzağı həmin şəxsə yaxşılıq etməməsi ola bilər. Yəni C. Qurbanovun bioqrafiyasında pisliyə, paxıllığa, xüsusən də xəyanətə yer yoxdur. Nəzərə almaq lazımdır ki, xəyanət bütün dönəmlərdə və bütün cəmiyyətlərdə, xüsusən də siyasi hakimiyyətlərin taleyində müstəsna rol oynadığından bu mərəzdən uzaq olmağı bacaran insanlar hər kəs üçün cəlbedici və qəbuledilən olurlar. Üstəlik, bədxahlarının vaxtaşırı dövriyyəyə buraxmalarının əksinə olaraq tamamilə iddiasız bir adam olması, konfliktlərdən maksimum dərəcədə qaçmağa çalışması da bir insan və məmur kimi onun cəlbediciliyini artıran həlledici amillərdəndir. Eyni zamanda onun hakim ailə ilə yaxın qohumluq əlaqələrində olması və ölkə prezidenti İlham Əliyevin komandasının ən etibarlı personasına çevrilməsi də həlledici amil hesab oluna bilər. Bu məqam bir tərəfdən onu məkrli ssenarilərdən sığortalasa da digər tərəfdən əksinə, onun daimi hədəfdə olmasına rəvac verir. Çünki uğurlarını həzm edə bilməyənlər hər vəchlə onu prezidentin və cəmiyyətin gözündən salmaq üçün insanlığa bəlli olan bütün çirkin vasitələrdən istifadə etməyi məqbul hesab edirlər.

Yeri gəlmişkən, bu gün bir çox hökumət üzvlərinin yaxın v uzaq keçmişləri naməlum və haradan haraya gəldikləri təəccüb doğursa da C. Qurbanovun adlı-sanlı nəslin nümayəndəsi olması da az əhəmiyyət kəsb etmir. Təkcə təqdimata ehtiyacı olmayan el ozanı Dədə Şəmşirin nəvəsi olmasını xatırlamaq kifayətdir ki, C. Qurbanovun necə bir nəsil-nəcabətin daşıyıcısı olduğu ona hər cür pislik etməyə hazır olanları bir anlıq düşünməyə, Allahdan qorxmağa vadar etsin.

 Əslində bütün bu keyfiyyətlər və yeni formalaşmaqda olan iqtidar komandasındakı günü-gündən möhkəmlənməkdə olan mövqeyi prezident İlham Əliyevdən sonra az qala ikinci yerdə Cavid Qurbanovun çeşidli şər-böhtan, əsassız qarayaxmaların ünvanına çevrilməsinə səbəb olur.  Məhz başqalarından seçilənləri hədəfə almaqsa xudbin və naqis xarakterli zavallı məxluqların imtina edə bilmədikləri həyat vərdişləridir. Bu vərdişlərinsə ömrü ən keyfiyyətli asfaltdan da uzun olur...

   

Hədəfdəki seçilmişlər... <i style=- VİDEO+FOTO" src="//old.moderator.az/fotobaza/original/1336.jpg">Hədəfdəki seçilmişlər... <i style=- VİDEO+FOTO" src="//old.moderator.az/fotobaza/original/1339.jpg">Hədəfdəki seçilmişlər... <i style=- VİDEO+FOTO" src="//old.moderator.az/fotobaza/original/1340.jpg">
Oxşar xəbərlər
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 00:15
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 00:15
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama